Bazar günü günü, 08 noyabr 2026
     

Milyonlar töküb Afrikadan ağaclar gətirməkdənsə, bunu etmək lazımdır...

Image


Sadıq Qarayev: "Bəzən xaricdən gətirilmiş bitkilərin çoxunun geni dəyişdirilmiş olur"

Son illər ölkəmizin hər yerində, o cümlədən də paytaxt Bakıda yeni parklar salınıb, yeniləri də salınır, yaşıllaşdırma işləri aparılır. Əlbəttə, bu bütün mənalarda müsbət hadisədir. 

Amma burada bir məqam var ki, yeni parklar, bağlar salınarkən, yaxud yaşıllıq bərpa edilərkən əsasən xarici ölkələrdən gətirilən ağaclara, bitki və kol növlərinə üstünlük verilir. Daha çox xarici ölkələrin iqliminə xas olan dekorativ ağac növləri gətirilib əkilir.

Amma yaxşı olar ki, başqa ölkələrdən, başqa coğrafiyalardan baha qiymətə ağaclar alıb gətirilməsi əvəzinə yerli ağac növlərindən istifadə edilsin, onlar əkib-becərilsin. Bu həm də o ağacların, bitkli növlərinin geniş şəkildə yayılmasına şərait yaradar. 

Nəzərə alsaq ki, ölkəmizdə 11-22 noyabr tarixlərində ölkəmiz COP29-a (BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası) ev sahibliyi edəcək, eyni zamanda bu il Azərbaycanda "Yaşıl dünya naminə nəmrəylik ili" elan edilib, bu dövrdə yerli ağacların paytaxtın ayrı-ayrı yerlərində əkilib yayılması arzuolunandır.   

Bildirək ki, Azərbaycanın beş iri botaniki coğrafiya rayon var. Bunlar Lənkəran-Talış, Naxçıvan, Böyük Qafqaz, Kiçik Qafqaz, Kür-Araz ovalığı botaniki coğrafi rayonlarıdır. Bakının hər bir rayonunda bu botanik coğrafiya rayonuna aid bir kolleksiya yaratmaq olar. Böyük parklarda bu  coğrafi rayonlara xas bitkilər, ağac növləri əkmək olar. Həm yerli ağac növləri inkişaf edər, həm şəhərimizi yerli ağaclar da bəzəyər. 

"Bu parklarda həm yaşıllıq salırsan, həm yerli növlərin genefondunu saxlayırsan, həm də o botaniki coğrafi rayonların təbiətini sanki təbii bir muzey kimi nümayiş etdirirsən"

Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent, ekspert Sadıq Qarayev "Bakı-Xəbər"ə bildirdi ki, əvvəlki dövrlərdə Bakıda elə də yaşıllıq olmayıb. S.Qarayevin sözlərinə görə, bütün sahələrdə olduğu kimi, Bakının yaşıllaşdırılmasının əsasını da ulu öndər Heydər Əliyev qoyub. "O, öz çıxıəşlarında deyirdi ki, biz Bakıya gələndə, bizim dörümüzdə Bakıda elə də çox ağac yox idi, o ağacları çətinliklə saldıq. O vaxt iməciliklər keçiriblər, proqramlar tərtib ediblər və bu proqramlar əsasında Bakını fundamental, planlı şəkildə yaşıllaşdırıblar. Bakını yaşıllaşdıranda, təbii ki, yerli iqlimə uyğun ağaclar əkilib. Bilirsiz ki, Bakının quru-subtropik iqlimi var və paytaxtın quru-subtropik iqliminə hər ağac dözmür. Biri var əkəsən öz-özünə bitə, biri də var bunu becərəsən, suvarasan, kök atıb özünü tutana qədər ona baxasan, qulluq edəsən. Bu mənada Bakının yaşıllaşdırılması əsasən keçən əsrin 60-70-ci illərində daha geniş vüsət alıb. İndi bizim Bakı şəhərində, yol qıraqlarında, səkilərdə, Bakının mərkəzində, bulvarda gördüyümüz ağacların çoxu o vaxtlar əkilmiş ağaclardır. Söz yox, indi də əkirlər.

Amma mən həmişə bir şeyin əleyhinə olmuşam. Məsələn, yol qıraqlarına, səkilərə baxırıq, söhbət xüsusən də kollardan gedir. Bu yerlərdə əsasən Yapon gərməşovu deyilən kol bitkisi əkilir, həmişəyaşıl bitkidir, yaxud Şərq tuyası əkirlər. Eyni bitkilərə baxmaqdan insanların gözləri də yorulur. Məsələn, söhbət təkcə bizim yerli bitlilərdən söhbət getmir ki. Tutalım, Fransa şəhərlərində özlərinin üzüm sortlarından əkirlər, bağbanlar da yaxşı qulluq edirlər, onlar da vaxtında üzüm gətirir. Bunun həm meyvəsi dekorativdir, həm də yarpaqları, görünüşü. Yəni həm dekorativlik, həm də meyvə kimi göz oxşayır. Yaxud Baltikyanı ölkələrdə yaşıllaşdırmada meyvə tinglərindən, ağaclarından istifadəyə daha çox üstünlük verilir. Bizim Bakıda da var, görün, payızda nar nə qədər bəhrə verir. Mən bir dəfə də bu barədə yazmışdım ki, nar Bakı üçün çox tipik bir meyvədir, çox suvarma tələb etməyən, dözümlü bitkidir. Bu mənada Bakının yaşıllaşlaşdırılmasında bu cür dekorativ meyvələri olan ağaclardan istifadə edilməlidir. Onsuz da ağaclara qulluq edirsən, eyni tədbir görürsən. Buna görə də yaşıllaşdırmada yerli meyvə sortlarından - nar, alma, armud, üzüm və sairdən də istifadə etmək olar. Eyni zamanda meşədə bitən meyvələr var. Məsələn, yemşanı, əzgili, şabalıdı göstərə bilərik. Bunları əkib-becərmək olar. Şabalıdın özünün çox dekorativ iri yarpaqları var, onu Bakıda da, Abşeronda da beşərmək olar. Bizim Mərkəzi Nəbatat bağında var, yəni becərilməsi mümkündür, həmçinin də nadir bitkidir. Qafqaz əzgili də Abşeronda yaxşı bitir, yaxşı da meyvələri olur, insanlar da ondan istifadə edir. Yəni yaşıllığı salanda ora baxacaq insanların, bağbanların çəkdiyi əziyyətin, bütövlükdə dövlətin çəkdiyi xərcin faydalılıq xüsusiyyətləri də olsun. 

Bilirsiz, bəzən xaricdən gətirilmiş bitkilərin çoxunun geni dəyişdirilmiş olur. Bu bitkilər sort baxımından əlverişli, bunları əkib-becərməyin asan olduğu üçün ona maraq göstərirlər. Xaricdən gətirilən ağaclar, bitkilər çox vaxt sanki plan doldurmaq nöqteyi-nəzərindən əkilir. Amma söhbət təkcə onun xarici görnüşündən getmir. Bitkini əkəndə onun xarici görünüşü də, yarpaqlarının dekorativliyi də, meyvələrin faydalılığı da əsas götürlüməlidir. İnsan gətirib öz həyətində başdan-başa şam əkməz ki...Fikirləşər ki, bunun heç bir əhəmiyyəti də yoxdur. Həm dekorativ görünüş, həm də onun faydalılığı nəzərə alınmalıdır. Eyni zamanda da bu bitkini əkməklə onun genofondunu saxlayırsan, genefondunu çoxaldırsan. Ona görə də, Bakının yaşıllaşdırılmasında mütləq nadir bitkiləri, relik bitlikləri seçmək, istifadə etmək lazımdır. Məsələn, Bakının ayrı-ayrı yerlərində Azərbaycanın botaniki coğrafi rayonlarına uyğun olan bitkilərin əkilməsinə xüsusi diqqət yetirilməlidir. Məsələn, Naxçıvanın dağlarında bitən çox gözəl yemşanlar, başqa ağaclar var. Söhbət təkcə ağaclardan getmir. Naxçıvandakı kəklikotu bizim digər botaniki coğrafi rayonlarda bitən kəklikotundan fəqrlənir, quraqlığa dözümlüdür. Yəni onu becərmək olar. İnsan istədiyi bitkini becə bilir. Qış bulvarı tərəfdə məscidə yaxın yerlərdə çox gözəl otluq, kolluq bitkilərindən ibarət kompozisiyalar yaradıblar, park salıblar. Yəni parları həm yerli floradan olan, həm də xaricdən gətirilən tək ağaclardan yox, kollardan da ibarət kompozisiya yaratmaq olar".

S.Qarayev bildirdi ki, Lənkəran-Talış, Naxçıvan, Böyük Qafqaz, Kiçik Qafqaz, Kür-Araz ovalığı botaniki rayonlarına aid  kompozisiya yaratmaq olar. "Tutaq ki, Bakının hansısa bir rayonunda park salınır, ora Lənkəran-Talış botaniki-coğrafi rayonuna xas flora növlərindən kompozisiya yaradılsın. Burada həm nadir bitkilər, həm yeni bitkilər olacaq, eyni zamanda dekorativ görünüşlü, uzunömürlü bitkilər olacaq. Eyni zamanda meyvəçilik baxımından, tutalım, çayotu, kəklikotu və sair salına və orada suxurlarla, xınalı qayalarla təbilətin bir parçasını yaratmaq olar. Oranı görməyə gedən məktəblilər, tələbələr də elə təsəvvür edəcəklər gedib hansısa dağa çıxıblar, orda o yerin otu da, kolu da, daşı da var, kəlikotusu da, meyvəsi də var. Bax, bu nöqteyi-nəzərdən bu parklara müxtəlif elementlər qatıb təbii olmağa yaxın bir formada hazırlamaq olar. Bununla da bu parklarda həm yaşıllıq salırsan, həm yerli növlərin genefondunu saxlayırsan, həm də o botaniki coğrafi rayonların təbiətini sanki təbii bir muzey kimi nümayiş etdirirsən" - deyə S.Qarayev bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ