Britaniyada minimum əmək haqqı gələn il saatda 12,21 funt sterlinqə qaldırılacaq. Maliyyə naziri Reyçel Rivz İngiltərədə minimum əmək haqqının gələn ilin aprel ayında artırılacağını deyib. Maliyyə naziri oktyabrın 30-da təqdim ediləcək büdcə açıqlamasından öncə 21 yaşdan yuxarı işçilər üçün saatlıq əmək haqqının 12,21 funt sterlinqə qaldırılacağını təsdiqləyib.
Belə ki, 21 yaşdan yuxarı işçilər üçün minimum əmək haqqı 2025-ci ilin aprelindən etibarən 6,7 faiz artaraq saatda 11,44 funt sterlinqdən 12,21 funt sterlinqə qalxacaq. 18-20 yaş arası işçilər üçün isə minimum əmək haqqı 8,60 funt sterlinqdən 10 funt sterlinqə yüksələcək.
Mətləb