Bazar günü günü, 08 noyabr 2026
     

Məktəblərə “nə biçimdə direktorlar” axtarılır? Direktorlar etimadı niyə doğrultmur?..

Image


Son zamanlar məktəb direktorlarının seçimi, təyinatı ilə bağlı məsələlərdə müəyyən problemlərin olduğu barədə danışılır. Bir neçə ildir ki, ölkəmizin ümumtəhsil məktəblərində direktor vəzifəsini tutmaq istəyən şəxslərlə bağlı imtahan keçirilir. Bunun müsbət, yaxud mənfi nəticələr doğurduğu barədə birmənalı fikir bildirmək çətindir.

Elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərin bu yöndə suallarını cavablandırarkən "Bəzi hallarda məktəbdə işləyəcək direktorluğa namizəd olacaq şəxs tapmaqda çətinlik çəkirik"-deyib. 

O bildirib ki, buna baxmayaraq, hazırda direktor qəbulu üçün minimal sayda vakansiya elan edilib:

"Məktəblərin sayı 4400 olanda bu 44 nəfər, təxminən 1% edir. Bu rəqəm sizə böyük gələ bilər. Lakin faiz nöqteyi-nəzərindən vakansiya 5-6 faiz olacaq, bu isə haradasa bir neçə yüz nəfər deməkdir. Bunun qarşısı alınmazdır. Əsas olan odur ki, bizim qaydamız, prosedurumuz var və ona uyğun olaraq prosesi davam etdiririk".

Niyə tapmaq olmur? Direktor kadrlar yoxdu bəyəm? Nazirin bu ifadəsinin sətiraltı mənası nədir?

Məktəblərə "nə  biçimdə direktorlar" axtarılır? Direktorlar etimadı niyə doğrultmur? 

Kamran Əsədov: "Bu gün orta məktəblərdə yaxşı direktor tapmaq çətinliyi təhsildəki struktur və idarəçilik boşluqlarının təzahürüdür"

Tanınmış təhsil eksperti Kamran Əsədov "Bakı-Xəbər"ə şərhində "Bu gün orta məktəblərdə yaxşı direktor tapmaq çətinliyi təhsildəki struktur və idarəçilik boşluqlarının təzahürüdür. Azərbaycanda təhsil sahəsində rəhbər kadrların çatışmazlığı, ölkə üzrə məktəblərin idarəetməsində ciddi problemlər yaradır. Geniş mənada, məktəb direktorlarının sayının azlığı və keyfiyyətinin yetərsizliyi müxtəlif faktorlarla izah edilə bilər.

Əvvəla, yaxşı direktor nə deməkdir? Yaxşı direktor, təkcə inzibati bacarıqlara deyil, həm də təhsilin keyfiyyətini yüksəltmək, müəllimləri və şagirdləri motivasiya etmək, məktəbdə sağlam mühit yaratmaq bacarığına malik şəxsdir. Bu gün təhsil sahəsində müasir yanaşmaları, psixologiyanı, pedaqogikanı bilən, texnologiyalardan istifadə edən və innovativ düşüncə tərzi olan rəhbərlər yetişdirmək əsas prioritetdir. Yaxşı direktor məktəbdəki təhsil prosesini effektiv idarə edir, valideynləri təhsilə cəlb edir, məktəbdə sağlam əxlaqi dəyərlər yaradır və uşaqların gələcəyinə müsbət təsir göstərir. Belə direktor həm pedaqoji sahədə bilikli olmalı, həm də idarəetmə bacarıqlarına malik olmalıdır"-deyə bildirdi.

K.Əsədovun sözlərinə görə, hazırkı şəraitdə məktəb direktorlarının azlığı və keyfiyyətin aşağı olmasının əsas səbəblərindən biri təhsil sahəsində rəhbər vəzifələrə hazırlıqlı kadrların məhdud olmasıdır. "Müəllimlər arasında rəhbər vəzifəyə keçmək arzusunda olanlar azdır, çünki bu vəzifə çox böyük məsuliyyət və fədakarlıq tələb edir. Eyni zamanda, direktor vəzifəsinin həm maddi baxımdan, həm də sosial status baxımından yetərincə stimullaşdırılmaması bu sahədə kadr çatışmazlığına səbəb olur. Bir çox müəllimlər yüksək məsuliyyət daşıyan bu vəzifəyə görə ödəmələrin az olmasından narazıdır və bu səbəbdən direktor vəzifəsinə maraq göstərmirlər.

Direktorların yetişdirilməsi prosesi də sistemin özündə ciddi boşluqlarla müşahidə olunur. Bu gün Azərbaycanda direktor təlimləri mövcuddur, lakin onlar tez-tez nəzəriyyəyə yönəlmiş və tətbiqi bacarıqlardan kənar olur. Direktor namizədlərin yalnız bir neçə günlük kurslarla və ya qısa müddətli təlimlərlə hazırlandıqları halda, onların çətin məktəb problemlərinə uzunmüddətli həll yolları tapa biləcəklərinə inanmaq çətindir. Müasir məktəb idarəetməsi, yalnız biliklərlə deyil, həm də sosial emosional bacarıqlarla təmin olunmuş, uşaqların psixoloji ehtiyaclarını nəzərə alan peşəkar kadrları tələb edir".

K.Əsədov qeyd etdi ki, dünyanın inkişaf etmiş ölkələrində məktəb direktorlarının seçimi və hazırlanması üçün xüsusi proqramlar və təcrübə modelləri tətbiq edilir. "Məsələn, Finlandiyada və ya Sinqapurda direktor namizədləri uzunmüddətli kurslardan keçir və bu təlimlər çərçivəsində liderlik, psixologiya, idarəetmə və təhsil texnologiyaları sahəsində praktiki bacarıqlar qazanır. Həmçinin, bu ölkələrdə direktorların təyin olunma prosesi ciddi şəkildə tənzimlənir və direktor olmaq istəyənlər dərin hazırlıq mərhələsindən keçir. Bu təlim prosesləri, onların məktəbdə səmərəli idarəetmə aparmalarına imkan verir və məktəbdə təhsilin keyfiyyətini yüksəldir.

Azərbaycanda da yaxşı direktor yetişdirmək üçün sistemli yanaşma tələb olunur. Bu məqsədlə, direktor təyin olunma prosesi şəffaf və açıq olmalı, namizədlərin yalnız peşəkar bilikləri deyil, həm də şəxsiyyətləri və dəyərləri nəzərə alınmalıdır. Bundan başqa, direktorların təlimi genişləndirilməli, təlimlər tətbiqi və praktiki yönümlü olmalıdır. Elm və Təhsil Nazirliyi məktəblərin idarəedilməsi sahəsində direktorların inkişafına yönəlik uzunmüddətli proqramlar təşkil edə bilər. Bu proqramlara liderlik, psixoloji dəstək, sosial məsələlərə həssas yanaşma, rəqəmsal bacarıqlar və təhsil texnologiyaları daxildir.

Direktorların motivasiyasının artırılması üçün onların maddi stimullaşdırılması və sosial statuslarının yüksəldilməsi də vacibdir. Azərbaycanda direktorların maaşı çox vaxt onların yükünü və məsuliyyətini əks etdirmir. Əgər dövlət tərəfindən direktor maaşları artırılsa və onların səmərəli işlərinə görə əlavə ödənişlər təmin edilsə, bu, təhsil sahəsində daha çox müəllimin rəhbər vəzifələrə yönəlməsinə təkan verərdi.

Azərbaycanda məktəb direktorlarının inkişafı, həm də onların bilik və bacarıqlarını yeniləmək üçün mütəmadi qiymətləndirmələrə ehtiyac duyur. Təhsilin keyfiyyətinin daim artmasını təmin etmək üçün direktorların müntəzəm qiymətləndirməsi vacibdir. Bu, onların zəif cəhətlərini müəyyən etməyə və peşəkar inkişaf üçün addımlar atmağa imkan verir. Sertifikatlaşdırma və qiymətləndirmə sistemləri vasitəsilə direktorların fəaliyyəti dəyərləndirilə bilər və nəticədə, onların təhsil sahəsində səmərəliliyi artırıla bilər.

Ümumilikdə, orta məktəblər üçün yaxşı direktor yetişdirmək təhsil sisteminin səmərəliliyini və keyfiyyətini artırmaq üçün əsas addımlardan biridir. Bu sahədə uğur əldə etmək üçün təlim proqramlarının genişləndirilməsi, rəhbər kadrların seçilməsində şəffaflıq, motivasiyaedici stimulların təmin edilməsi və davamlı peşəkar inkişaf proqramlarının tətbiqi vacibdir. Azərbaycanda bu istiqamətdə atılan addımlar, məktəblərdə təhsilin keyfiyyətini artırmaq və uşaqların təhsildən daha çox faydalanmasını təmin etmək üçün mühüm rol oynayacaqdır"-deyə K.Əsədov bildirdi.

Məzahir Məmmədli: "Onların məktəb direktoru kimi bacarığını müəyyən edən bir meyar ortada hələ ki, yoxdur"

Digər tanınmış təhsil eksperti Məzahir Məmmədli də "Bakı-Xəbər"ə bildirdi ki, doğrudan da, indi bütün kriteriayalara cavab verən direktor tapmaq asan deyil: "Mən bu məsələdə naziri kifayət qədər haqlı sayıram. Bir müddət əvvəl nazirin səsləndirdiyi başqa bir fikri xatırlatmaq istəyirəm. Nazir deyirdi ki, bəzi məktəb direktorlarının qəbuluna düşmək mənim qəbuluna düşməkdən çətindir. Onu da düz deyir. Bizim də müşahidələrimiz onu göstərir ki, elə məktəb direktorları var, nəinki telefon zənginə cavab vermir, valideyni qəbul etmir, ümumiyyətlə kifayət qədər əlçatmaz bir mövqeyə çəkilib. Valideyndən, cəmiyyət adamından, QHT-dən, jurnalistdən məktəb direktorunun çəkinməyi üçün hansı vəziyyət yaranıb ki, bu qədər əlçatmaz olublar? Amma elm və təhsil naziri kifayət qədər əlçatandır və ayda bir dəfə mətbuat konfransı keçirir, yaxud hansısa tədbirdə mətbuatın sualını cavablandırır. Bizim işimiz məktəblərlə əlaqəlidir deyə məktəb direktorlarını daha yaxşı müşahidə etmək imkanımız var. Məktəb direktoru tanıyıram ki,  bir məsələ ilə bağlı suala cavab vermək üçün telefonu belə qaldırmır. Halbuki, çox asan izah olunan bir məsələdir.

Məktəb direktorlarının işə qəbulu üçün meyarlar müəyyənləşib və bu proses kifayət qədər şəffaf keçirilir. Məsələ burasındadır ki, bu imtahanlar, testlər yalnız onların biliyini müəyyən edir. Amma onların məktəb direktoru kimi bacarığını müəyyən edən bir meyar ortada hələ ki, yoxdur. Bu səbəbdən də biz məktəb direktorlarının təyinatında belə problemləri yaşayırıq. Mənə elə gəlir ki, məktəb direktoru vəzifəsinə ancaq məktəbin içindən müəyyən qədər nüfuza, biliyə, bacarığa, idarəetmə qabiliyyətinə sahib olan biri seçilməlidir". 

M.Məmmədlinin fikrincə, bu daha məqsədəuyğundur. Onun fikrincə, məktəb direktoru məktəbin içində seçki yolu ilə müəyyənləşdirilməlidir. M.Məmmədli bildirdi ki, bu daha təsiredici və effektli olar: "Bu halda biz peşəkar bir məktəb direktoru görə bilərik".

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ