çərşənbə axşamı günü, 25 avqust 2026
     

Regionlarda ali təhsil müəssisələri hələ "universitet formatına düşməyib?"...

Image


İlham Əhmədov: "Regional universitetlərin yaradılmasında məqsəd nədir? Məqsəd diplom paylamaqdır, yoxsa…"

"Qəbul planının əsasən regionlarda artırılmasının tərəfdarıyıq. İstəyimiz odur ki, regionlardakı ali təhsil müəssisələri universitet formatına düşsün. Yəni oradakı universitet 1000 nəfərlik olmasın". Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Təhsil eksperti İlham Əhmədov "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, regionlarda ali məktəblərin sayının artırılması yaxşı təşəbbüsdür: "Məlumdur ki, ölkə üzrə universitetlərin böyük əksəriyyəti Bakıdadır. Ali təhsil ocaqlarının əksəriyyətinin Bakıda cəmləşməsi müxtəlif  çətinliklərə səbəb olur. Ancaq onu da nəzərə almaq lazımdır ki, regionlarda universitet açmaq ciddi, məsuliyyətli, çətin və böyük vəsait tələb edən işdir. Vaxtilə Azərbaycan Müəllimlər İnstitutunun  (AzMİ) regionlarda 11 filialı açılmışdı. Bu, son 30 ildə təhsil sahəsində edilən ən böyük səhv idi. AzMİ-nin özünün və filiallarının açılması tələsik, tam, hərtərəfli  düşünülməmiş qərar idi, buna görə də onun faydası olmadı, amma ziyanı çox oldu.  Ola bilsin, ETN-də kimlərəsə faydası oldu, bunu deyə bilmirəm. 

Paradoksal hal idi: özü hələ yaranmamış, komplektləşməmiş bir institutun regionlarda 1-2 ay ərzində 11 filialının açılması gündəm idi onda. Təbii ki, bu çox səhv, hətta gülməli hadisə idi. Dünya təhsil praktikasında belə bir  "əməliyyat" heç vaxt olmamışdı. Bu tam mənasız addım idi. Artıq o vaxt diplomlu müəllim kadrların sayı ölkə üzrə  tələbatdan xeyli çox idi. Digər tərəfdən, yeni açılan  filiallarda  işə cəlb edilən pedaqoji heyətin    əksəriyyətinin elmi dərəcəsi də yox idi (Bakıdakı ATM-də bu rəqəm 50 %-dir).  Həmin filiallarda o vaxtlar dərs deyən kadrların əksəriyyəti sadəcə məktəb müəllimləri  idi. Onlar ali təhsil müəssisəsində təhsil verməyə elmi-metodik cəhətdən heç cür hazır deyildilər. 

Hesab edirəm ki, regionlarda ATM sayı artırılırsa, AzMİ-nin filiallarının açılmasının acı təcrübəsi hökmən  nəzərə alınmalıdır. Amma biz heç vaxt heç nədən, xüsusən də səhvlərimizdən ibrət almırıq. Çox təəssüf". 

Ekspert onu da əlavə etdi ki, son 30 ildə Türkiyənin regionlarında 150-dən artıq yeni   universitet yaradıldı. Türkiyə  regionlarda  universitetlər  yaratmağa hər mənada hazır idi: "Məsələn, regional ATM-də müəllimlərə ikiqat əmək haqqı,  yaşamaları üçün xidməti mənzillər verilirdi, digər güzəştlər də vardı. Ona görə də paytaxt universitetlərinin təcrübəli müəllimləri həvəslə yeni yaradılan ATM-də  işləmək üçün regionlara gedirdilər. 

Türkiyədə yeni yaradılan ATM,  həmçinin, yaxşı kampus, maddi-texniki baza ilə də təmin olundu. Həmin universitetlər Türkiyənin böyük şəhərlərində olan ali təhsil ocaqlarından fərqlənmirlər. Amma biz 30 ildə universitetlərimizi nəinki inkişaf etdirə bilmədik, əksinə, sovet dönəmində olan elm-təhsil mühitini də tam dağıtdıq.  Yəni 3-4 ATM istisna olmaqla, 30 ildə Bakıdakı universitetləri  normal hala gətirə bilmədiksə, regionlarda ATM yaratmağın nə mənası var? Bəlkə bu pullarla elə Bakıdakı universitetləri inkişaf etdirək? Ümumən yarımçıq və qüsurlu planlamalarla biz  regionlarda nə yarada bilərik? 

Təcrübə göstərir ki, biz Türkiyənin ali təhsil təcrübəsindən faydalanmaq istəmirik, eyni zamanda özümüz də heç nə edə bilmirik.  Bakıdakı   bir çox universitetlər hələ də lazımi resurslara malik deyillər. Bu halda regionda normal  universitet yaradılması, təbii ki,  sual altında olacaq. Bəlkə  həqiqətən   bura sərf edilən pulları Bakıdakı ATM-nin inkişafına yönəldək? Regiondan gənclərin Bakıya axınını azaltmaq istəyiriksə, onda gec də olsa, universitetlərimizdə distant təhsil sistemi yaradaq. Biz distant təhsilin səmərəli və faydalı bir təhsil  texnologiyası   olduğunu 20 ildir ki, təhsil məmurlarına   izah edə bilmədik. 

Regional   universitetlərin yaradılmasında məqsəd nədir? Məqsəd diplom paylamaqdır? Belədirsə, buna ehtiyac yoxdur, artıq 30 ildir ki, 35-40 ATM Bakıda bu işlə məşğuldur. Yox, məqsəd regionlarda insan kapitalı formalaşdırmaq, əmək bazarının tələblərinə cavab verən kadrlar hazırlamaq, regionların sosial iqtisadi inkişafına dəstək vermək, gənclərin Bakıya  axınının qarşısını almaqdırsa, onda bu məsələ dərindən düşünülməli, planlanmalı və yüksək səviyyədə maliyyələşməlidir. Regionlarda keyfiyyətli kadr yetişdirmək istəyiriksə, yeni yaradılan universitetlərin potensialını  davamlı olaraq  inkişaf etdirməliyik. 

Əgər bu ATM də PHŞ olacaqsa, onda onların heç bir perspektivi  olmayacaq. Məlumdur ki, universitetlər əvvəlki illərdə dövlətdən, az da olsa, maliyyə dəstəyi alırdı, ancaq indi PHŞ olduqdan sonra  onlar özü-özünü maliyyələşdirir. Hələlik bizim ATM -nin maliyyəsi yalnız təhsil haqqı hesabınadır, bu məbləğ isə azdır. Amma  verdiyimiz təhsilin keyfiyyəti də elə bu məbləğə uyğundur.  Həm də əhali  təhsil haqqı kimi bundan artıq məbləği  ödəyə bilmir.   Məlumdur ki, hər il minlərlə tələbə təhsil haqqı ödəyə bilmədiyi üçün ATM-dən xaric edilir. 

ATM-də keyfiyyətli elmi tədqiqatlar  aparılmır,   heç bir kommersiya xarakterli nailiyyətləri, ixtiraları, innovasiyaları  yoxdur. Bu halda ATM necə və hardan  pul qazansın?   

Mən 20 ildir daim təhsilə dair  bütün bu problemləri səsləndirirəm, yazıram. Təhsil məmurları isə sanki təhsilin vəziyyətinə məsul deyillər, bütün bu illər ərzində real heç nə etmədilər, heç bir təklifi nəzərə almadılar.  İndi təhsil sistemi bütünlükdə, universitetlərimiz  də xüsusən, çox dərin böhrandadır. 

Heç kim də problemlərin həll yolunu bilmir və ya həllinə maraq göstərmir. Bu halda regional universitetlərin yarı-yarımçıq yaradılması, buna 100 milyonların  sərf edilməsi nə verə bilər?"  

Həmsöhbətimiz hesab edir ki, regionlarda universitet açmaq yaxşı ideyadır, ancaq bir çox məsələlər nəzərə alınmalıdır: "Düzdür, bu yaxınlarda  "Qarabağ  universiteti"   açıldı,  sanki hər şey  hələlik yaxşı   gedir. Mən "Qarabağ  universiteti"nin gələcəyinə inanıram. Amma onun tam formalaşmasına hələ  illər lazımdır. Çünki 100 yaşlı univeritetlərimiz də hələ özünü  dünya elm və təhsil  məkanında göstərə bilməyib, qlobal reytinqlərdə  zəif mövqelərdədirlər.  Ona görə diqqətli olmalıyıq.  Onsuz da elm və təhsildə 33 ili  boşuna itirdik".

Günel CƏLİLOVA  



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

SON XƏBƏRLƏR

24.08.2026 / 22:50
Rusiyanın Avropadakı silah zavodlarına GİZLİ HÜCUM ƏMƏLİYYATI ortaya çıxdı – azı beş zavodda yanğın, partlayışlar…

24.08.2026 / 22:25
Kremldən Paşinyana cavab - ehtiyacı yoxdursa, KTMT-dən çıxa bilər…

24.08.2026 / 22:08
Adi “TIR" sürücüsü də Rusiyada casus kimi tutulur - çünki azərbaycanlıdır...

24.08.2026 / 21:53
ABŞ-ın borcu yenə dodaq uçuqladır, üstəlik hər saniyə 58 min dollar artır...

24.08.2026 / 21:40
Paşinyan işğaldakı 3 kəndimizin adını çəkdi - Bəs 4 idilər?

24.08.2026 / 21:27
"Azad Laçının müasir siması Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir" - Vüqar Rəhimzadə

24.08.2026 / 21:17
Qlobal maliyyə "qızıl cənnətə" qayıdır

24.08.2026 / 20:58
Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

24.08.2026 / 20:46
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO

24.08.2026 / 20:24
Mərkəzi Asiya və Azərbaycan böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

24.08.2026 / 20:02
Ermənistan Rusiyanı əsas tərəfdaşları sırasında birinci yerdən səkkizinci yerə atdı, böhran dərinləşdi

24.08.2026 / 19:56
Yeni Xəzər karkası: region ölkələri istehsal və logistikanı birləşdirir

24.08.2026 / 19:52
Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrində yeni dinamik yüksəliş mərhələsi başladı

24.08.2026 / 19:48
Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - FOTO

24.08.2026 / 19:36
İlham Əliyevin Naxçıvandakı məlum bəyanatından Zaxarova bu nəticəni çıxardı...

24.08.2026 / 18:57
Çinin Qırğızıstanla məşhur dəmiryolu Zəngəzur dəhlizi ilə birləşəcək...

24.08.2026 / 18:25
Azərbaycanla Özbəkistan beynəlxalq təşkilatlara “əbədi dostlar” kimi çıxacaq...

24.08.2026 / 18:03
Azərbaycan-Özbəkistan ticarətinin hədəf rəqəmi müəyyənləşdi - bu il 33 faiz artım var

24.08.2026 / 17:48
Mirziyoyev 8 avqust Əliyev-Paşinyan sazişinə fərqli siyasi məzmun verdi...

24.08.2026 / 17:32
Paşinyan KTMT ilə bağlı qəti mövqeyini açıqladı və son qərarı Putinin verməsini istədi - məmnun olardıq…

24.08.2026 / 17:05
Rusiyadan Ermənistana mesaj - fitosanitar nəzarət tələblərinə əməl olunmalıdır…

24.08.2026 / 16:57
DİN əməliyyat keçirdi - 116 kiloqram narkotik və 9 500 həb ələ keçirildi - VİDEO

24.08.2026 / 16:50
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar - FOTO

24.08.2026 / 16:45
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərində “Ark” qalası ilə tanış olublar - FOTO

24.08.2026 / 16:44
Prezident İlham Əliyevin sosial media hesablarında Buxarada İsmayıl Samani türbəsi ilə tanışlıqla bağlı VİDEO paylaşılıb

24.08.2026 / 16:33
Səudiyyə sahillərində tanker vuruldu...

24.08.2026 / 16:24
Azərbaycan-Özbəkistan Əbədi Dostluğunun tarixi, etnik və mədəni aspektləri

24.08.2026 / 16:09
Tarix bir qəsəbədən necə görünür? - “Boradigah tarixi qaynaqlarda” kitabı haqqında düşüncələr"

24.08.2026 / 15:57
Netanyahu Ərdoğana “diktator-antisemit” dedi – Türkiyə Akın Gurləkin “ağlı“ ilə İnterpola müraciət etsə...

24.08.2026 / 15:33
Günə 77 qəpiyə “Nar”dan smartfon!

24.08.2026 / 15:05
ABŞ-ın 40 ölkə ilə birgə Rusiyaya "24 saatlıq xəbərdarlıq" müraciəti rədd edildi...

24.08.2026 / 14:41
Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

24.08.2026 / 14:27
Azərbaycan hələlik yeganə olan bu sazişi türk dövləti ilə imzaladı...

24.08.2026 / 14:01
İsraillə Türkiyə arasında gərginlik sürətlə artır - Bakı vasitəçilik üçün hərəkətə keçdi…

24.08.2026 / 13:46
Rusiya Gürcüstanın 2 separatçı bölgəsini dünyaya yeni üsulla tanıtmaq istəyir – gürcülərə tələ qurulub...

24.08.2026 / 13:37
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Birinci xanımla Buxaraya səfərinə dair paylaşım edilib - VİDEO

24.08.2026 / 13:10
"Azərbaycanla sülh Ermənistanın Rusiya ilə münasibətlərini dəyişəcək" - Paşinyan

24.08.2026 / 12:42
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - FOTO

24.08.2026 / 12:07
Azərbaycan üzərindən Ermənistana növbəti yük göndərildi...

24.08.2026 / 11:53
Prezident İlham Əliyev və Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər - FOTO

24.08.2026 / 11:43
İran ABŞ-a meydan oxuyur - Bir damla belə neft ixrac edilməyəcək…

24.08.2026 / 11:29
Xətaidə binada yanğın törədən şəxs saxlandı

24.08.2026 / 11:21
Ukraynadan Ozon anbarlarına kütləvi hücum – bir gecədə 4 anbar vuruldu… VİDEO

24.08.2026 / 11:07
Prezident İlham Əliyev Zelenskini təbrik etdi

24.08.2026 / 10:52
Bakıdan qəti tələb - Moskvadan konkret tədbirlər gözləyirik…

24.08.2026 / 10:10
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edildi - üstəlik də 35 milyon manatdan çox cərimə...

24.08.2026 / 09:39
DYP sürücü və piyadalara müraciət etdi - "...telefondan istifadə etməyin"...

24.08.2026 / 09:12
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb

24.08.2026 / 08:09
Sovet casusunun nəvəsi Fransa prezidentliyinə iddia edir

24.08.2026 / 07:05
ABŞ İran mövzusunda həlledici mərhələyə keçir? - Maliyyə naziri “D günü”nün anonsunu verdi…

24.08.2026 / 06:59
Avropa Birliyindən İsrailə kəskin etiraz - “…iki dövlətli həllin davamlılığını sarsıdacaq”

24.08.2026 / 06:33
İtaliya və Almaniya arasında miqrant gərginliyi artır

24.08.2026 / 06:15
Avropanın 100 diplomatından Fələstin etirazı - İsrailə qarşı sanksiyalar tələb olundu

23.08.2026 / 23:55
“Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir" - Prezident İlham Əliyev

23.08.2026 / 23:53
Mirziyoyev Azərbaycan Prezidentinin Özbəkistana səfərini tarixi hadisə adlandırdı

23.08.2026 / 23:21
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyuldu - FOTO

23.08.2026 / 23:03
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar - FOTO

23.08.2026 / 22:58
Mehriban Əliyeva və Leyla Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar - FOTO

23.08.2026 / 22:47
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı oldu - FOTO/YENİLƏNDİ

23.08.2026 / 22:11
Özbəkistanlı tələbə Prezident İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO

23.08.2026 / 21:56
İrandan qonşu ölkələrə müharibə elanı kimi təhdid – bütün Fars körfəzində neft ixracı dayanacaq...

23.08.2026 / 21:18
Prezidentin Özbəkistan səfəri: Azərbaycanı Xəzərdən Qərbə, Özbəkistanı Mərkəzi Asiyadan Xəzərə bağlayan perspektivlər

23.08.2026 / 21:01
Prezident: "Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur"

23.08.2026 / 20:58
"Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir" - Prezident

23.08.2026 / 20:56
Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub - FOTO

23.08.2026 / 20:54
"Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir" - Prezident

23.08.2026 / 20:32
Prezident İlham Əliyev Mirziyoyevi Azərbaycana səfərə dəvət etdi

23.08.2026 / 20:30
"Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var" - Prezident

23.08.2026 / 20:27
Prezident İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd edib

23.08.2026 / 20:25
"Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub" - Prezident

23.08.2026 / 20:22
Prezident: "Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur"

23.08.2026 / 20:19
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

23.08.2026 / 20:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

23.08.2026 / 20:05
İran BƏƏ-dən bütün ərazisini müharibə təzminatı kimi Tehrana verməsini istədi…

23.08.2026 / 19:30
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının çay masası əsnasında təkbətək görüşü olub - FOTO

23.08.2026 / 19:19
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO/YENİLƏNDİ

23.08.2026 / 19:01
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib - FOTO/YENİLƏNDİ

23.08.2026 / 18:55
Azərbaycan Prezidentinin şərəfinə Daşkənd səmasında dronların şousu

23.08.2026 / 18:33
Putin Tramp Çində görüşə bilərlər…

23.08.2026 / 18:21
Səudiyyə, Türkiyə və Pakistan İranı da “Məkkə Sazişi”nə qoşulmağa dəvət etdi…

23.08.2026 / 18:16
Prezidentlər İlham Əliyev və Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində iştirak ediblər - FOTO

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ