Bazar günü günü, 08 noyabr 2026
     

“Füzulidən qayıdan kimi Bakıda kütləvi həbslərə başladı” - 1937-ci ildə nə baş verdi...

Image


Fərman Qarabağlı: "Bakıya qayıdandan sonra Bağırov Qaryagindən 20-30 nəfərə yaxın adamı tutub Bakıya gətirməyi əmr edir"

Biri var tarixçilərin yazdığı tarix, biri də var ki, xalıqın yaddaşında yaşayan tarix. Bu tarix bütün gerçəklikləri, həqiqətləri, pərdə arxasında qalan məqamları, gün üzünə çıxmayan, yazılmayan hadisələri özündə yaşadır. 

Xalq öz tarixini heç zaman unutmur, yaddaşdan-yaddaşa köçürüb yaşadır, əksər hallara siyasi şərtlər gerçək tarixin qələmə almasına mane olsa da, o tarix itmir. 

Biz hər zaman xalqın yaddaşına hopan yazılamayn tarixi gerçəklikləri ayrı-ayrı insanların dilindən eşidirik və yeri gələndə qələmə alırıq.

"Məhəmməd bəyi, Baxşəli bəyi və Məşədi Abdullanı Nargin adasında "xalq düşməni" kimi güllələtdirir..."

Əslən Füzuli rayonun Arayatılı  kəndindən olan, hazırda Bakıda yaşayan "Bakı-Xəbər"in təəssübkeş oxucusu və təbliğatçısı, redaksiyamızın yaxın dostu Fərman Qarabağlı (Süleymanov) bizimlə əlaqə saxlayaraq, 1933–1953-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş Mircəfər Bağırovun Qarabağın o vaxt Qaryagin adlanan, indiki Füzuli rayonunun adlı-sanlı,  nüfuzlu insanlarına qarşı həyata keçirdiyi həbslərdən, repressiyalardan danışdı. "Mircəfər Bağırovun haqsızlıqlarından bir hadisə danışmaq istəyirəm. 1937-ci ildə Mircəfər Bağırov Qarabağın o vaxt Qaryagin adlanan bölgəsinə gəlir. Onu da deyim ki, Qaryaginin əvvəlki adı Qarabulaq olub, sonra Qarabulağn adını dəyişdirilərək, Çar polkovnikinin adı ilə Qaryagin adlandırılıb. Mətləbdən uzaqlaşmayaq. Bağırovun sədrliyi ilə axşamüstü iclas keçirilir. Mircəfər Bağırov iclasda deyir ki, Qubadlı tərəfdə Alyanlı meşəsində qaçaq-quldur yuva salıb, gedib onları məhv etməliyik, imkanlı adamlardan ibarət silahlı bir dəstə düzəldib onların üstünə getməliyik. Bağırov bildirir ki, həmin adamlar sabah hava işıqlananda Horadiz  kəndinin aşağı tərəfində düzdə yığışsınlar. Horadiz kəndi təpələrin arasında yerləşir, kəndin gözəl bağ-bağatı var. Səhər hava işıqlanmamış Bağırov gəlib görür ki, dediyi yerdə çoxlu sayda silahlı adam toplaşıb. Soruşur ki, bu adamları bura kimlər yığıb? Deyirlər ki, Qacar Əbdürrəhmanlıdan (Aşağı Əbdürrəhmanlı)   Məhəmməd bəy, Bala Bəhmənilərdən Baxşəli bəy, Horadiz kəndindən Məşədi Abdulla yığıb. Orda başqa silahlı adamlar da olub. Bu silahlı dəstə gedib Alyanlı meşəsində qaçaq-qulduru məhv edir. Bakıya qayıdandan sonra Bağırov Qaryagindən 20-30 nəfərə yaxın adamı tutub Bakıya gətirməyi əmr edir. Dediyi adamları Bakıya gətirdəndən sonra Bağırov deyir ki, bir gecənin içində bunlar bu qədər adam yığıblarsa çevriliş də edə bilərlər. Məhəmməd bəyi, Baxşəli bəyi və Məşədi Abdullanı Nargin adasında "xalq düşməni" kimi güllələtdirir. Yerdə qalanlara da 10, 20 il iş verdirir. Hacı Qasım oğlu Hüseynə on illik həbs cəzası kəsib Qalamaya həbsə göndərirlər. O vaxt Moskvada "KQB"-nin binasını göstərib deyirdilər ki, "ən hündür binadır, zirzəmisindən Qalama görünür".  Hüseyn kişi 1937-ci ildə gedir, bir də 1948-ci ildə qayıdır. Qayıdandan sonra ona "xalq düşməni" kimi Qaryagində yox, qonşu Ağdam rayonunda yaşamağa icazə verilir. Bir müddət sonra Hüseyn kişi əslən Bakının Əmircan kəndindən olan Əliheydər   adlı bir dostunu göndərib deyir ki, Qacar Əbdürrəhmanlıya get, mənim ailəmi götürüb Ağdama gətir". 

Hacı Qasım oğullarının faciəvi taleyindən söz açan F.Qarabağlı bildirdi ki, Məhəmməd bəyin babası Hacı Qasım kişi imkanlı adam olub, 1810-cu ildə Həcc ziyarətinə gedib və qayıdandan sonra kəndin yaxınlığından keçən çayın üstündən camaata xeyirxahlıq üçün körpü saldırıb. "İndi də o körpüyə Hacı Qasım körpüsü deyirlər. Mənfur ermənilər o körpünü də dağıdıb. Hüseyn kişi deyirdi ki, mən ölsəm, bizim nəsildən bir nəfər o körpünü  bərpa etsə ruhum şad olar. Hüseyn kişi də Məhəmməd bəy kimi Hacı Qasımın nəvəsi idi. Hüseyn kişi torpaqların geri alınmasını görmədi".

Hacı Qasım oğullarının başının müsibətlər çəkdiyini deyən F.Qarabağlı "Məhəmməd bəyin qardaşı Qurban, bacısı Sona "xalq düşməni ailəsi" kimi daim nəzarətdə olurdular. Hətta Qurban kişiyə doğmaca kəndlərində iş belə vermirmişlər. Qurban kişi gəlib Şıxbaba kəndində işləyib. Qarabağlılar Şıxbabaya "İşıqbaba" deyirlər. Qurban kişi arada vaxt tapıb gedib ailəsi ilə görüşürmüş. Bacısı Sona Arayatılı  kəndində ailəli idi. 1955-ci ildə Sona qardaşı Qurban kişiyə deyir ki, oğlanlarım bir az aralıda iki otaqlı ev tikir, biz ora köçürük, uşaqları da götür gəl bizim evdə yaşayın. Onun evi birotaqlı, uzun, üstü qamışla örtülmüş, kərpicdən tikilmiş bir ev idi. Qurban kişi bacısına deyir ki, ay Sona, kürsülü yaraşıqlı evimi qoyub gəlib burda yaşayım? Bacısı deyir ki, işin burdadır, əziyyət çəkirsən, gedib-gəlməkdən canın qurtarar".

Müsahibimiz   Arayatılı  kəndindən də danışdı, bildirdi ki, o kəndin tarixi elə də qədim deyil: "Kərimbəyli kəndindən bir az aralı olan bu kənddə İran tərəfdən Arazı keçib gələn Fərəclilər deyilən bir ailə yaşayırmış. Sərhəd çəkiləndə onlar bu tayda qalmışdılar. Onların ləqəbi də var, mən demək istəmirəm, amma bilənlər bilir. Oraya Ağdamdan, Beyləqandan, Qubadlıdan, Laçından, əsasən də Cəbrayıldan, eyni zamanda Qərbi Azərbaycandan-indi Sisyan adlanan rayondan da ailələr gəlib yerləşir. Bu ailələr əsasən problemli ailələr olub köçüb orda məskunlaşıblar. Çünki ora daldey, qamışlıq bir yer olub. Kənd Qaryagin rayonunun mərkəzindən çox uzaqda yerləşirdi. O vaxt Qaryaginin birinci katibi Məmmədxan Məmmədxanovun vaxtında görüblər ki, ora yaşayış üçün yararlı yer deyil. Qərar qəbul olunub ki, Kürdlər və Qacar Əbdürrəhmanlı kəndləri arasında yer ayrılsın Arayatılı  kəndi ora köçürülsün. Su problemi yarandığı üçün bu fikridən daşınıblar, ora köçürməyirlər. 

Kürdlər kəndin yerini İbrahim xan Mehdi bəyə veribmiş. Kənddə Mehdi bəy kəhrizi də var. İrandan dörd ailə gəlib, Mehdi bəy onları orda yerləşdirib. Yerli camaat onlara "kürdlər" deyirdi. Halbuki, onlar kürd olmayıblar, amma nədənsə camaat onları "Mehdi bəy kürdü" adlandırırdı. Camaat bilir, orda kürd yaşamayıb, heç kürdcə danışan da olmayıb. 

1938-ci ildən sonra Şıxbaba kəndindən və Molla Məhərrəmli kəndindən yer ayırıb bizim kəndin camaatını ora köçürüblər. Hacı Qasım oğlu Süleymanın oğlu Qurban kişi ailəsi ilə gəlib əvvəlcə 7-8 gün Şahsuvar kişinin çovustanında  yaşayıb. Çünki bacısı Sonagil hələ yeni evə köçməyibmiş. Qurban kişi gələndə imkanlı olub. O, Hacı Qasım oğlu Süleymanın oğlu, Məhəmməd bəyin qardaşı idi. 

Qurban kişi gələndən sonra ona kolxozun atlarına baxmağı tapşırmışdılar. Təsərrüfat briqadiri Əhəd kişi vardı. Əhəd kişi gəlib Qurban kişini çağırıb deyib ki, kopayoğlu, atlara niyə ot verməyibsən? O çıxıb gedib, Qurban kişi isə yabanı götürüb Əhəd kişinin arxasınca gedib və at tövləsində yaba ilə onun başından vurub yıxıb yerə. Yabanı qarnına soxub öldürmək istəyir, qan Əhəd kişini götürür,  ölümcül vəziyyətə düşür. Camaat onu evinə aparır və "milisə xəbər verək" deyirlər. Əhəd kişinin həyat yoldaşı Nübar Qurban kişinin bacısı Sonanın qızı idi. Nübar Əhəd kişinin qohumlarına deyir ki, dayımı milisə versəniz uşaqlarımı götürüb evdən gedəcəm, beləliklə, milisə xəbər vermirlər. Ondan sonra arayatılılar Süleyman oğlu Qurbana "dəli Qurban" deyirlər. Hökmlü kişi olub, mərd, sözünü deyən olub.   Arayatılıda övladları üçün ikimərtəbəli yaxşı ev tikdirib. 1980-ci ildə rəhmətə gedəndə Qacar Əbdürrəhmanlılar gəliblər ki, kişini aparıb doğulduğu kənddə dəfn etsinlər. Amma Şamama xala və Seyid Həsən Baba onun nəşinin Qacar Əbdürrəhmanlıya aparılmasına razı olmayıblar. Deyim ki, Qurban kişinin babası Hacı Qasımın da məzarı Şıxbaba qəbristanlığındadır. Deyiblər ki, babasının məzarı da burdadır, elə onun yanında dəfn edək, orada dəfn edirlər.        

Onu da deyim ki, Şamama xalanın (İki dəfə Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Şamama Mahmudəli qızı Həsənova 2008-ci il sentyabrın 5–də ömrünün 85-ci ilində vəfat edib-İ.S) kolxoz sədrliyi vaxtında camaat çox yaxşı yaşayırdı. Şamama xala iki dəfə Sosialist Əməyi Qəhrəmanı, Moskvada İttifaqlar Sovetinin sədr müavini idi. Bəsti Bağırova ilə eyni vaxtda əmək qəhrəmanı adını almışdı. Kənd Təsərrüfatı Muzeyində Bəsti Bağırovanın, Sevil Qazıyevanın büstü var, amma çox heyf ki, Şamama xalanın büstü yoxdur. Ümummilli lider rəhmətlik Heydər Əliyev Şamama xalanın xətrini çox istəyirdi...

Rəhmətlik Şamama xala ən azı 15 dəfə SSRİ Ali Sovetinin deputatı da olub".

F.Qarabağlı Qaryagin rayonunun adının dəyişdirilib Füzuli rayonu adlandırılmasının tarixcəsindən də danışdı: "1959-cu ildə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 400 illiyi münasibətilə Qaryaginin adını dəyişib Füzuli qoyurlar. Müstəqilliyimizin ilk dövründə, mən özüm də daxil, Füzuli ziyalıları yığışıb əlaqədar qurumlara müraciət etdik ki, rayonun köhnə adı Qarabulaq olub, o ad bərpa edilsin. O vaxt akademik Arif Quliyev və başqaları dedilər ki, yox, artıq Füzulinin adı verilib, dəyişsək düzgün çıxmaz. 

Əslində, Arif Quliyev özü də Qarabulaq adının bərpa edilməsinin tərəfdarı idi. Amma artıq rəsmi qərar verilmişdi, heç nə etmək mümkün deyildi. Onu da deyim ki, Azərbaycanda beş imkanlı rayondan biri Qaryagin rayonu olub. Qarayagin rayonunun təbiəti taxılçılıq və maldarlığa uyğundur. İkinci Dünya müharibəsi dövründə Qaryaginin sarı buğdası təkcə Qarabağı yox, bütün Azərbaycanı saxladı, qoymadı ölkə acılıq çəksin. Bunu xalıq bilir. Lənkəran, Naxçıvan, Quba və başqa rayonlardan camaat gəlib Qaryagindən buğda aparırdı. Sonra pambıqçılığa keçdilər. Amma bu rayonun təbiəti pambıqçılığa uyğun deyil, ona görə də rayon iqtisadi cəhətdən çox çökdü" - deyə F.Qarabağlı bildirdi. 

İradə SARIYEVA
P.S.
 Yazıda qeyd edilən fikirlərə şərik olmayanların, əks fikirdə olanların da mövqeyini işıqlandıra bilərik.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ