çərşənbə axşamı günü, 25 avqust 2026
     

Yağışın ağır nəticələrinə görə kim(lər) cəzalanacaq?..

Image


Oktyabrın 22-si Bakıya yağan yağış bir sıra fəsadlara və faciəyə səbəb olub. Müntəzəm yağan yağışlar bəzi yollarda, tunellərdə subasmaya səbəb oldu, nəticədə avtomobillərin hərəkəti tamamilə dayandı. Şəhərin küçələrində böyük gölməçələr yarandı, bir sıra yerlərdə insanların hərəkəti mümkünsuz oldu. 

Çoxlu sayda avtomobil qəzası da baş verdi. Hətta  Azərbaycanda ilk dəfə olaraq yağışdan sonra yaranan subasma halına görə sürücü və sərnişinin ölməsi faktı da qeydə alındı. Sabunçu rayonunda yerləşən tunellərin birində suyun səviyyəsinin tunel tavanına qədər yüksəlməsi iki nəfərin dünyasını dəyişməsinə səbəb olub.  Baş vermis hadisəyə görə konkret olaraq hələ heç kim cəzalandırılmayıb. Maddi, mənəvi ziyan var, ən önəmlisi, insan ölümü faktı qeydə alınıb. Şəhər təsərrüfatı ilə bağlı aidiyyəti qurumlar cavabdeh olsa da, hələ heç bir qurum cəzalandırılmayıb.

Elçin Bayramlı: "Yağan yağışa görə Bakının bərbad hala düşməsində tək bu gün vəzifədə olanlar deyil, əvvəlki aidiyyəti rəhbərlər də məsuliyyət daşıyır"

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri Elçin Bayramlı "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, aidiyyəti qurumların, məmurları günahı ucbatından baş verən faciələrdə heç kim cəzalandırılmır və məsələ bir neçə gün ərzində unudulur: "Ümumiyyətlə, hər hansısa hadisənin müzakirəsi sosial şəbəkədə, sosial mediada yalnız 2-3 gün olur. Sonra məsələ tamamilə unudulur. Normal ölkələrdə belə hallarda aidiyyəti orqanların məsul şəxsləri özləri könüllü şəkildə istefa verir. Çünki insani, vicdani xüsusiyyətlərə görə  hadisədə günahı olan şəxslər könüllü şəkildə istefa verməlidir. Şəxslər özü bu addımı atmırsa, ictimaiyyət bunu tələb etməlidir. İctimaiyyət davamlı şəkildə tələb etməlidir ki, aidiyyəti şəxslər cəzalandırılsın. Şəhər təsərrüfatına aidiyyəti olan qurumların vəzifəli şəxsləri məlum hadisəyə görə ciddi şəkildə cəzalandırılmalıdır. Çünki cəzasızlıq mühiti bu tip faciələrin sayının artmasına səbəb olur".

Həmsöhbətimiz onu da əlavə etdi ki, Bakı şəhəri hazırda xaotik bir bazara çevrilir. Kimin kefi nə istəyib, boş yer görən kimi orda tikib. Hazırda Bakı şəhər sifətindən çıxıb, şəhərə aid heç bir sistem qalmayıb: "Nəqliyyatın hərəkəti bərbad vəziyyətdədir, yüngül yağış zamanı ağır faciələr müşahidə olunur. Təsəvvür edin, Bakıya 1-2 gün ərzində qar yağsa, hər yer buz olar, o zaman paytaxt sıradan çıxacaq, şəhər tam olaraq məhv olacaq. Hələ mən 4-5 ballıq zəlzələ kimi təbii fəlakətləri demirəm. Bakı elə bir vəziyyətə gətirilib ki, şəhər hazırda boğulur. Boş yerlərin göydələnlər üçün satılması, layihələrin icrasının başdansovdu edilməsi, şəhərsalma, kommunal, drenaj sistemlərinin adekvat qurulmaması vəziyyəti bu həddə çatdırıb. Bir neçə gün öncə yağan yağışa görə Bakının bərbad hala düşməsində tək bu gün vəzifədə olanlar deyil, əvvəlki aidiyyəti rəhbərlər də məsuliyyət daşıyır. Bu prosesdə bir-iki yox, çoxlu sayda məsul şəxs cəzalandırılmalıdır. Bir-iki adamın günahı yoxdur, yüzə yaxın şəxs bəlkə də çox məsuliyyət daşıyır. Əminliklə deyirəm ki, yenə də günahı olan şəxslər cəzalandırılmayacaq. Sadəcə, ictimaiyyət bu məsələni davamlə şəkildə gündəmdə saxlayıb, hökumət qarşısında tələb qoymalıdır ki, günahı olanlar ciddi şəkildə cəzalandırılsın. Cəzalandırılma olmazsa bundan da pis hadisələrin şahidi olacağıq". 

Əkrəm Həsənov: "Yaranmış vəziyyətə görə bir çox dövlət qurumu özünə aid olan məsələlərə görə məsuliyyət daşıyır"

Hüquqşünas Əkrəm Həsənov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, yağış yağan günü Bakı yollarında sözügedən problemlərin yaranması tikinti zamanı yol verilən nöqsanlarla bağlıdır: "Yaranmış vəziyyətə görə bir çox dövlət qurumu özünə aid olan məsələlərə görə məsuliyyət daşıyır. Amma əsas məsuliyyət Bakı Şəhər İcra Hakimiyyətinin, onun tabeliyində olan qurumların  üzərinə düşür. Bakı Şəhər İcra Hakimiyyətinin məsuliyyəti daha böyükdür. Çünki tikintilərlə bağlı ilkin razılıq şəhər icra hakimiyyətindən verilir. Razılıq vermək nə deməkdir? Razılıq o deməkdir ki, icra hakimiyyəti layihəni digər dövlət təşkilatları ilə hərtərəfli araşdırıb, o cümlədən təhlükəsizlik məsələlərini, risqləri öyrənib və müəyyənləşdirib ki, tikinti layihəsi şəhərsalma norma və qaydalarına uyğundur. Şəhər rəhbəri də etiraf etdi ki, tikinti zamanı hansısa nöqsanlar olub. Ola bilsin, tikinti normalarına əməl edilməyib".

Fərhad Eyyubov: "Şəhərdə yağış suları ümumi kanalizasiya sistemindən ayrı olmalıdır, paytaxtımızda isə bu məsələ öz həllini tapmayıb"

Nəqliyyat məsələləri üzrə ekspert Fərhad  Eyyubovun sözlərinə görə, yolların kənarında suburaxıcı və suqəbuledici xüsusiyyətə malik traplar mövcuddur. Həmin traplar isə çox vaxt işləmir: "Şəhərdə yağış suları ümumi kanalizasiya sistemindən ayrı olmalıdır. Paytaxtımızda isə bu məsələ öz həllini tapmayıb. Yəni yağış suları ümumi kanalizasiya sisteminə axır.  Beləliklə də yağıntının miqdarı nisbətən çox olan kimi şəhərin bir çox istiqamətində gölməçələr yaranır. Bakının Baş Planında bu məsələ də öz əksini tapıb. Lakin bu problemin necə həll olunacağı isə bilinmir. Nəqliyyat elə bir sistemdir ki,  hər gün dəyişir. Yəni  çox dinamik sahədir.  Bu sahəyə xüsusi dövlət nəzarəti gücləndirilməlidir. Ümid edək ki, yaxın gələcəkdə bu problemin həllində ciddi addımlar atılacaq".

Günel CƏLİLOVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

SON XƏBƏRLƏR

24.08.2026 / 22:50
Rusiyanın Avropadakı silah zavodlarına GİZLİ HÜCUM ƏMƏLİYYATI ortaya çıxdı – azı beş zavodda yanğın, partlayışlar…

24.08.2026 / 22:25
Kremldən Paşinyana cavab - ehtiyacı yoxdursa, KTMT-dən çıxa bilər…

24.08.2026 / 22:08
Adi “TIR" sürücüsü də Rusiyada casus kimi tutulur - çünki azərbaycanlıdır...

24.08.2026 / 21:53
ABŞ-ın borcu yenə dodaq uçuqladır, üstəlik hər saniyə 58 min dollar artır...

24.08.2026 / 21:40
Paşinyan işğaldakı 3 kəndimizin adını çəkdi - Bəs 4 idilər?

24.08.2026 / 21:27
"Azad Laçının müasir siması Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir" - Vüqar Rəhimzadə

24.08.2026 / 21:17
Qlobal maliyyə "qızıl cənnətə" qayıdır

24.08.2026 / 20:58
Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

24.08.2026 / 20:46
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO

24.08.2026 / 20:24
Mərkəzi Asiya və Azərbaycan böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

24.08.2026 / 20:02
Ermənistan Rusiyanı əsas tərəfdaşları sırasında birinci yerdən səkkizinci yerə atdı, böhran dərinləşdi

24.08.2026 / 19:56
Yeni Xəzər karkası: region ölkələri istehsal və logistikanı birləşdirir

24.08.2026 / 19:52
Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrində yeni dinamik yüksəliş mərhələsi başladı

24.08.2026 / 19:48
Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - FOTO

24.08.2026 / 19:36
İlham Əliyevin Naxçıvandakı məlum bəyanatından Zaxarova bu nəticəni çıxardı...

24.08.2026 / 18:57
Çinin Qırğızıstanla məşhur dəmiryolu Zəngəzur dəhlizi ilə birləşəcək...

24.08.2026 / 18:25
Azərbaycanla Özbəkistan beynəlxalq təşkilatlara “əbədi dostlar” kimi çıxacaq...

24.08.2026 / 18:03
Azərbaycan-Özbəkistan ticarətinin hədəf rəqəmi müəyyənləşdi - bu il 33 faiz artım var

24.08.2026 / 17:48
Mirziyoyev 8 avqust Əliyev-Paşinyan sazişinə fərqli siyasi məzmun verdi...

24.08.2026 / 17:32
Paşinyan KTMT ilə bağlı qəti mövqeyini açıqladı və son qərarı Putinin verməsini istədi - məmnun olardıq…

24.08.2026 / 17:05
Rusiyadan Ermənistana mesaj - fitosanitar nəzarət tələblərinə əməl olunmalıdır…

24.08.2026 / 16:57
DİN əməliyyat keçirdi - 116 kiloqram narkotik və 9 500 həb ələ keçirildi - VİDEO

24.08.2026 / 16:50
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar - FOTO

24.08.2026 / 16:45
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərində “Ark” qalası ilə tanış olublar - FOTO

24.08.2026 / 16:44
Prezident İlham Əliyevin sosial media hesablarında Buxarada İsmayıl Samani türbəsi ilə tanışlıqla bağlı VİDEO paylaşılıb

24.08.2026 / 16:33
Səudiyyə sahillərində tanker vuruldu...

24.08.2026 / 16:24
Azərbaycan-Özbəkistan Əbədi Dostluğunun tarixi, etnik və mədəni aspektləri

24.08.2026 / 16:09
Tarix bir qəsəbədən necə görünür? - “Boradigah tarixi qaynaqlarda” kitabı haqqında düşüncələr"

24.08.2026 / 15:57
Netanyahu Ərdoğana “diktator-antisemit” dedi – Türkiyə Akın Gurləkin “ağlı“ ilə İnterpola müraciət etsə...

24.08.2026 / 15:33
Günə 77 qəpiyə “Nar”dan smartfon!

24.08.2026 / 15:05
ABŞ-ın 40 ölkə ilə birgə Rusiyaya "24 saatlıq xəbərdarlıq" müraciəti rədd edildi...

24.08.2026 / 14:41
Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

24.08.2026 / 14:27
Azərbaycan hələlik yeganə olan bu sazişi türk dövləti ilə imzaladı...

24.08.2026 / 14:01
İsraillə Türkiyə arasında gərginlik sürətlə artır - Bakı vasitəçilik üçün hərəkətə keçdi…

24.08.2026 / 13:46
Rusiya Gürcüstanın 2 separatçı bölgəsini dünyaya yeni üsulla tanıtmaq istəyir – gürcülərə tələ qurulub...

24.08.2026 / 13:37
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Birinci xanımla Buxaraya səfərinə dair paylaşım edilib - VİDEO

24.08.2026 / 13:10
"Azərbaycanla sülh Ermənistanın Rusiya ilə münasibətlərini dəyişəcək" - Paşinyan

24.08.2026 / 12:42
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - FOTO

24.08.2026 / 12:07
Azərbaycan üzərindən Ermənistana növbəti yük göndərildi...

24.08.2026 / 11:53
Prezident İlham Əliyev və Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər - FOTO

24.08.2026 / 11:43
İran ABŞ-a meydan oxuyur - Bir damla belə neft ixrac edilməyəcək…

24.08.2026 / 11:29
Xətaidə binada yanğın törədən şəxs saxlandı

24.08.2026 / 11:21
Ukraynadan Ozon anbarlarına kütləvi hücum – bir gecədə 4 anbar vuruldu… VİDEO

24.08.2026 / 11:07
Prezident İlham Əliyev Zelenskini təbrik etdi

24.08.2026 / 10:52
Bakıdan qəti tələb - Moskvadan konkret tədbirlər gözləyirik…

24.08.2026 / 10:10
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edildi - üstəlik də 35 milyon manatdan çox cərimə...

24.08.2026 / 09:39
DYP sürücü və piyadalara müraciət etdi - "...telefondan istifadə etməyin"...

24.08.2026 / 09:12
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb

24.08.2026 / 08:09
Sovet casusunun nəvəsi Fransa prezidentliyinə iddia edir

24.08.2026 / 07:05
ABŞ İran mövzusunda həlledici mərhələyə keçir? - Maliyyə naziri “D günü”nün anonsunu verdi…

24.08.2026 / 06:59
Avropa Birliyindən İsrailə kəskin etiraz - “…iki dövlətli həllin davamlılığını sarsıdacaq”

24.08.2026 / 06:33
İtaliya və Almaniya arasında miqrant gərginliyi artır

24.08.2026 / 06:15
Avropanın 100 diplomatından Fələstin etirazı - İsrailə qarşı sanksiyalar tələb olundu

23.08.2026 / 23:55
“Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir" - Prezident İlham Əliyev

23.08.2026 / 23:53
Mirziyoyev Azərbaycan Prezidentinin Özbəkistana səfərini tarixi hadisə adlandırdı

23.08.2026 / 23:21
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyuldu - FOTO

23.08.2026 / 23:03
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar - FOTO

23.08.2026 / 22:58
Mehriban Əliyeva və Leyla Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar - FOTO

23.08.2026 / 22:47
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı oldu - FOTO/YENİLƏNDİ

23.08.2026 / 22:11
Özbəkistanlı tələbə Prezident İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO

23.08.2026 / 21:56
İrandan qonşu ölkələrə müharibə elanı kimi təhdid – bütün Fars körfəzində neft ixracı dayanacaq...

23.08.2026 / 21:18
Prezidentin Özbəkistan səfəri: Azərbaycanı Xəzərdən Qərbə, Özbəkistanı Mərkəzi Asiyadan Xəzərə bağlayan perspektivlər

23.08.2026 / 21:01
Prezident: "Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur"

23.08.2026 / 20:58
"Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir" - Prezident

23.08.2026 / 20:56
Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub - FOTO

23.08.2026 / 20:54
"Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir" - Prezident

23.08.2026 / 20:32
Prezident İlham Əliyev Mirziyoyevi Azərbaycana səfərə dəvət etdi

23.08.2026 / 20:30
"Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var" - Prezident

23.08.2026 / 20:27
Prezident İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd edib

23.08.2026 / 20:25
"Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub" - Prezident

23.08.2026 / 20:22
Prezident: "Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur"

23.08.2026 / 20:19
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

23.08.2026 / 20:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

23.08.2026 / 20:05
İran BƏƏ-dən bütün ərazisini müharibə təzminatı kimi Tehrana verməsini istədi…

23.08.2026 / 19:30
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının çay masası əsnasında təkbətək görüşü olub - FOTO

23.08.2026 / 19:19
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO/YENİLƏNDİ

23.08.2026 / 19:01
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib - FOTO/YENİLƏNDİ

23.08.2026 / 18:55
Azərbaycan Prezidentinin şərəfinə Daşkənd səmasında dronların şousu

23.08.2026 / 18:33
Putin Tramp Çində görüşə bilərlər…

23.08.2026 / 18:21
Səudiyyə, Türkiyə və Pakistan İranı da “Məkkə Sazişi”nə qoşulmağa dəvət etdi…

23.08.2026 / 18:16
Prezidentlər İlham Əliyev və Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində iştirak ediblər - FOTO

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ