çərşənbə axşamı günü, 25 avqust 2026
     

COP-a görə Bakıda əkilən minlərlə Pavlon ağacının qeyri-adilikləri...

Image


Sadıq Qarayev: "Bu ağaclar oksigen bolluğu yaradırlar" 

COP29 çərçivəsində COP29 Miras parkı salınacaq. Bunu COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf Heydər Əliyev Mərkəzində media nümayəndələri üçün "ESG Hesabatlarının Tərifi və Təhlili" mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib.

A.Nəcəf bildirib ki, həmin məqsədlə 10 hektar ərazidə 10 min ədəd Pavloniya ağacı əkiləcək.

Pavloniya ağacı nədir? Bu ağacın nə kimi üstünlükləri var? Bakı şəraitində inkişaf edəcəkmi? Yeni salınacaq park Pavloniya ağaclarından ibarət olacaq. Bu ağacın təbii olaraq üstünlükləri nədir? Ekoloji cəhətdən hansı müsbət tərəfləri var? Havanı təmizləmək, gözəllik, estetik baxımdan bütövlükdə Pavloniya ağacının üstünlükləri nədən ibarətdir? Belə bir parkın salınmasının nə kimi önəmi var? Əsasən də Pavloniya ağacı nədir, onun texniki xarakteristikası barədə nə kimi məlumatlar var?

Pavloniya ağacı ilə bağlı kiçik araşdırma apardıq. Məlumata görə, Pavloniya (Paulownia) - bitki cinsidir. Çin qovağı olaraq da tanınır. İldə təxminən 5-6 metr böyüməsi və digər ağac növlərindən daha asan inkişaf etməsi, daha az zəhmət tələb etməsi ilə tanınır. Buna həm də Adəm ağacı deyilir. 

Geniş yarpaqları ilə böyük miqdarda co² həll etdiyi üçün şəhər yerlərində havanın çirklənməsinin qarşısını almaq üçün geniş istifadə olunur. Bundan əlavə, co² analizində digər ağac növləri arasında bugünə qədər liderdir. Bu xüsusiyyəti ilə son illərdə Qlobal İstiləşməyə bir həll yolu olaraq ön plana çıxıb. O, həm də qısa müddətdə yüksək gəlir gətirən ağacdır.

Məlumata görə, Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun istixana kompleksində pavloniya bitkisi çoxaldılaraq yetişdirilir. Az qulluq tələb edən bu ağac bir çox sahələrdə, xüsusilə mebel sənayesi və dekorativ bitkiçilikdə istifadə olunur.

Bu bitkinin kütləvi çoxaldılmasına nail olmaqla mebel sənayesində xaricdən alınan materialın qismən qarşısını almaq mümkün olacaq. Çox sürətli böyüməsi ilə tanınan pavloniya ağacı ildə təxminən 3-4 metr boy atır. Ölkəmizdə hələ çox tanınmayan pavloniya ağacının vətəni Çindir. Yaponiya, Avstriya, ABŞ, Vyetnam, Laos, Tailand, Yeni Zelandiya, Malayziya, İtaliya, Avstriya və Fransa da daxil olmaqla dünyanın 40-dan çox ölkəsində geniş şəkildə becərilir. Ölkəmizdə qışın çox sərt keçdiyi yerlər istisna olmaqla, qovaq əkini aparılan yerlərdə bitir. Orta ömrü 70 il olan bir ağacdır. Yarpaqları zülalla zəngin ağacın çiçəkləri bənövşəyi, ətirli, boruşəkilli və salxım şəklində olur. Bu gözəl çiçəkləri may ayında müşahidə etmək mümkündür.

Pavloniyanın gövdəsi çox hamardır və taxtası çox qiymətlidir.

"İri şəhərlərdə çirkli, tozlu havanın, suların çirkablardan təmizlənməsində bu ağacın özəl xüsusiyyətləri var" 

Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent, ekspert Sadıq Qarayev "Bakı-Xəbər"ə bildirdi ki, bu ağacın özəl xüsusiyyətləri var. "Pavloniya deyilir, əslində bu Pavlovniyadır. Bu da rus çarının qızının adı ilə bağlıdır. Yəni ad burdan götürülüb.  Pavloniya pavloniyakimilər fəsliləsinə aiddir. Bunun vətəni Şərqi və Cənub-Şərqi Asiyadır, əsasən də Çindir. XIX əsrdən bu tərəfə dünyanın 40-dan artıq ölkəsində bu bitki bağçılıqda və digər məqsədlər üçün geniş becərilir. Mərkəzi Amerikada, Şimali Amerikada, Avropada, Mərkəzi Asiyada və Tailandda, eləcə də bir çox ölkələrdə becərilir. Pavloniyanın becərilməsinin geniş yayılması onun müxtəlif xüsusiyyətləri ilə əlaqəlidir. Birinci, bu bitkinin güclü kök sistemi var, quraqlığa davamlıdır. Amma bununla yanaşı, tez-tez suvarılanda daha intensiv böyüyür. Yəni normal suvarılanda bu bitkinin yetkin fərdləri  hardasa üç-dörd metrə qədər böyüyə bilər. Sürətlə böyüməsi onun bağçılıqda, parkların salınmasında əsas xüsusiyyətlərindən biridir. İşıqsevən bitkidir, yarpaqları dekorativdir. Yəni iri yaşıl yarpaqları var və buna Çin qovağı da deyirlər. Qovaq ağaclarının bitdiyi yerdə, o təbii şəraitdə bitə bilir. Soyuğa çox davamlı deyil. Eyni zamanda bu bitkinin dekorativ xüsusiyyətləri təkcə yarpaqları ilə deyil, o həm də tez böyüyür, bənövşəyi boru şəkilli çox dekorativ çiçəkləri var. Çiçəklərində 16 faizə qədər nektar olur, bu da xoş ətir saçır. Eyni zamanda bundan arıçılıqda da geniş istifadə olunur. Bu xüsusiyyətlərinə görə bu bitkilərdən bəzək-bağçılıqda, parkların salınmasında istifadə olunur. Ümumiyyətlə, xüsusilə də şəhər yerlərində parkların salınmasında həm tez böyüyən, həm də yarpaq və çiçəkləri dekorativ olan bitkilərə daha çox üstünlük verirlər. Mənə elə gəlir ki, yeni salınacaq parkda Pavloniya ağacının əkilməsində onun bu xüsusiyyətləri əsas götürülüb. Pavloniya bitkisinin-ağacının başqa sənaye əhəmiyyəti də var. Onun oduncağından mebel sənayesində, musiqi alətlərinin düzəldilməsində geniş istidafə olunur. Pavloniyanın çox keyfiyyətli mebelləri olur. Bu ağacın gövdələri düz olduğu üçün onlardan alınmış taxtalardan geniş istifadə olunur. Eyni zamanda  Orta Asiyada Pavloniya dərman bitkisi olaraq da becərilir. Bu bitkinin iri şəhərlərdə parklarda əkilməsinin çox mühüm xüsusiyyətlərindən biri də onların daha artıq oksigen vermə qabiliyyətinin olmasıdır. Məsələn, onlar digər ağaclara nisbətən daha çox oksigen verirlər. Bu ağaclar oksigen bolluğu yaradırlar. Eyni zamanda iri şəhərlərdə çirkli, tozlu havanın, suların çirkablardan təmizlənməsində bu ağacın özəl xüsusiyyətləri var"-deyə S.Qarayev bildirdi. 

S.Qarayevin sözlərinə görə, görünür, bu ağacın mühüm xüsusiyyətlərinə görə onu yeni parkda salmaq qərarına gəliblər. O qeyd etdi ki, bu ağacın Abşeron şəraitində becərilmə təcrübəsinin olub-olmadığından məlumatsızdır. O vurğuladı ki, bu bitki ayrı-ayrı bağlarda fərdlər şəklində ola bilər. "Bu təcrübədən keçibmi ki, bir hektar ərazidə, yaxud kiçik bir sahədə başdan-başa Pavloniya ağacları əkilsə Abşeronun təbii quru-subtropik iqliminə dözəcək, yaxud da dözməyəcək? Bunun təcrübədən keçirildiyini bilmirəm. Amma mənə elə gəlir ki, dözərlər.  Bu ağaclar uzunömürlüdürlər, 100 ildən artıq yaşaya bilirlər. Ona görə deyirəm ki, dözərlər, çünki Bakıda qovaq ağacı cinsinə aid olan növlər çox yaxşı becərildikdə yaxşı effekt verirlər. Yəqin ki, bu da yaxşı bir park olacaq".

S.Qarayev əlavə etdi ki, ulu öndər Heydər Əliyevin təbirincə desək, Abşeronda ağac əkib-becərmək çox çətindir, amma bu ağacları əkib-becərmək şəhərimiz, gələcək nəsil üçün çox faydalı bir işdir. "Biz Bakı şəhərində baxırıq ki, səkilərin qırağında böyük ağaclar var, çinarlar, palıdın bəzi növləri-daş palıdı, yapon sakurası mövcuddur. Bunlar hamısı çoxdan əkilmiş ağaclardır. Hesab edirən ki, bəlkə də onların çoxu ümummilli liderin Azərbaycanda hakimiyyətdə olduğu illərdə əkilmiş ağaclardır. O vaxtı bu ağaclar olmasaydı indi Bakıda külək nə qədər olardı, bu ağaclar küləyin, toz-torpağın qarşısını alır. Onu da təəssüflə qeyd etmək lazımdır ki, daha çox sakini olan yeni tikilmiş yaşayış çoxmərtəbəli binalarının ətrafında ağacdan çox obyektlərə rast gəlmək olur. Buna xüsusi fikir verilməlidir. Bəlkə də inzibati yollarla konkret qaydalar qoyulmalıdır ki, bir bina tikilirsə orda nə qədər sakin yaşayırsa ona uyğun şəkildə binaların ətrafında kiçik parklar salınsın, bağ olsun, xüsusən də uzunömürlü ağaclar əkilsin. Yəni binanın ətrafının yaşıllaşdırılması onların qarşısına şərt kimi qoyulmalıdır.   

Bir şeyi də xüsusi vurğulamaq istəyirəm ki, 10 min Pavlovniya ağacının əkilməsi alqışlanmalıdır. İstənilən ağacın əkilməsi alqışlanası hadisədir. Amma Bakıda park və yaşıllıqlar salanda Azərbaycanın yerli, nadir, nəsli kəsilməkdə olan relik bitkiləri içərisindən dekorativ görünüşlü, yarpaqları, çiçəkləri dekorativ olan növlərdən seçib əkməyimiz daha yaxşı olar. Bu həm dekorativ xüsusiyyətləri qoruyub saxlamaqla dekorativ bitkilərin çoxaldılması, eyni zamanda da həmin bitkilərin genofondunun yaradılması, artırılması  deməkdir. Məsələn, istərdim ki, Bakıda səkilərin qırağında Şərqi Zəngəzurda nadir bitki olan Araz palıdı, Qarabağdakı qırmızı palıd, yaxud digər nadir nəsli kəsilməkdə olan ağac və kol növləri əkilsin, rəngarənglik olsun. Misal üçün, Bakıya baxırsan, görürsən ki, yolların qırağı başdan-başa çinardı, sakuradı. Məsələn, Lənkəran İpək Akasiyasının çox qəşəng dekorativ xüsusiyyətləri var. Yəni bir çox növlərimiz var ki, onların Bakıda əkilməsi vacibdir. Dəmir ağacının özünün payızda yarpaqları rəngarəngdir, yarpaqlarının rəngi qızılıdan qırmızıya qədər olur. Bizim Mərkəzi Nəbatat bağında var və ziyarətçilər gəlib onun yanında şəkil çəkdirirlər. Yəni Bakının yaşıllıqlarını, parklarını rəngarəng etmək, növ çeşidliyini artırmaq lazımdır və uzunömürlü nadir, relik, dekorativ ağaclardan seçib parklar salmaq daha yaxşı olar. Azərbaycanın beş iri botaniki coğrafiya rayon var. Bunlar Lənkəran-Talış, Naxçıvan, Böyük Qafqaz, Kiçik, Kür-Araz ovalığı botaniki coğrafi rayonlarıdır. Bakının hər bir rayonunda bu botanik coğrafiya rayonuna aid bir kolleksiya yaratmaq olar. Zatən bağların xüsusiyyətidir ki, orada kolleksiya yaradırlar. Məsələn, rayonlardan birində bir park salıb adını Cənub botanika bağı qoymaq olar, yaxud başqa bir rayonda Naxçıvan botanika parkı yaratmaq yaxşı olardı. Özü də Naxçıvanda Qarouş dağında, Batabat dağında, Culfa, Ərəfsə tərəfdə quraqlığa dözümlü nə qədər növlər var. Məsələn, söyüdyarpaq armudu, ardıcların növlərindən parklar salmaq olar. Təkcə özümüzdən yox, Aralıq dənizi ətrafında yetişən daş palıd, mantar palıdı və sairdən ibarət parklar Bakıda salınsa daha yaxşı olar. Məsələn, Cənub-Şərqi Asiya florasına aid növləri qeyd edirəm. Bunlar da var. Onların Botanika bağında da bəzi növləri var, gətirib satırlar da. Bunları bir yerə yığmaq elə də çətin deyildi. İstərdim ki, Bakımızda belə parklar olsun. Məsələn, maraqlananlar desinlər ki, biz filan parka gedirik, orda Şimali Amerikanın florasına  məxsus, Aralıq dənizi ətrafına, yaxud Çin florasına xas bitki növləri var. Gələcəkdə bu istiqamətdə bağların salınması çox vacibdir. Düzdür, bu bir az çətindir, amma çox maraqlı bir mənzərə olardı" - deyə S.Qarayev qeyd etdi. 

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

SON XƏBƏRLƏR

24.08.2026 / 22:50
Rusiyanın Avropadakı silah zavodlarına GİZLİ HÜCUM ƏMƏLİYYATI ortaya çıxdı – azı beş zavodda yanğın, partlayışlar…

24.08.2026 / 22:25
Kremldən Paşinyana cavab - ehtiyacı yoxdursa, KTMT-dən çıxa bilər…

24.08.2026 / 22:08
Adi “TIR" sürücüsü də Rusiyada casus kimi tutulur - çünki azərbaycanlıdır...

24.08.2026 / 21:53
ABŞ-ın borcu yenə dodaq uçuqladır, üstəlik hər saniyə 58 min dollar artır...

24.08.2026 / 21:40
Paşinyan işğaldakı 3 kəndimizin adını çəkdi - Bəs 4 idilər?

24.08.2026 / 21:27
"Azad Laçının müasir siması Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir" - Vüqar Rəhimzadə

24.08.2026 / 21:17
Qlobal maliyyə "qızıl cənnətə" qayıdır

24.08.2026 / 20:58
Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

24.08.2026 / 20:46
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO

24.08.2026 / 20:24
Mərkəzi Asiya və Azərbaycan böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

24.08.2026 / 20:02
Ermənistan Rusiyanı əsas tərəfdaşları sırasında birinci yerdən səkkizinci yerə atdı, böhran dərinləşdi

24.08.2026 / 19:56
Yeni Xəzər karkası: region ölkələri istehsal və logistikanı birləşdirir

24.08.2026 / 19:52
Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrində yeni dinamik yüksəliş mərhələsi başladı

24.08.2026 / 19:48
Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - FOTO

24.08.2026 / 19:36
İlham Əliyevin Naxçıvandakı məlum bəyanatından Zaxarova bu nəticəni çıxardı...

24.08.2026 / 18:57
Çinin Qırğızıstanla məşhur dəmiryolu Zəngəzur dəhlizi ilə birləşəcək...

24.08.2026 / 18:25
Azərbaycanla Özbəkistan beynəlxalq təşkilatlara “əbədi dostlar” kimi çıxacaq...

24.08.2026 / 18:03
Azərbaycan-Özbəkistan ticarətinin hədəf rəqəmi müəyyənləşdi - bu il 33 faiz artım var

24.08.2026 / 17:48
Mirziyoyev 8 avqust Əliyev-Paşinyan sazişinə fərqli siyasi məzmun verdi...

24.08.2026 / 17:32
Paşinyan KTMT ilə bağlı qəti mövqeyini açıqladı və son qərarı Putinin verməsini istədi - məmnun olardıq…

24.08.2026 / 17:05
Rusiyadan Ermənistana mesaj - fitosanitar nəzarət tələblərinə əməl olunmalıdır…

24.08.2026 / 16:57
DİN əməliyyat keçirdi - 116 kiloqram narkotik və 9 500 həb ələ keçirildi - VİDEO

24.08.2026 / 16:50
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar - FOTO

24.08.2026 / 16:45
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərində “Ark” qalası ilə tanış olublar - FOTO

24.08.2026 / 16:44
Prezident İlham Əliyevin sosial media hesablarında Buxarada İsmayıl Samani türbəsi ilə tanışlıqla bağlı VİDEO paylaşılıb

24.08.2026 / 16:33
Səudiyyə sahillərində tanker vuruldu...

24.08.2026 / 16:24
Azərbaycan-Özbəkistan Əbədi Dostluğunun tarixi, etnik və mədəni aspektləri

24.08.2026 / 16:09
Tarix bir qəsəbədən necə görünür? - “Boradigah tarixi qaynaqlarda” kitabı haqqında düşüncələr"

24.08.2026 / 15:57
Netanyahu Ərdoğana “diktator-antisemit” dedi – Türkiyə Akın Gurləkin “ağlı“ ilə İnterpola müraciət etsə...

24.08.2026 / 15:33
Günə 77 qəpiyə “Nar”dan smartfon!

24.08.2026 / 15:05
ABŞ-ın 40 ölkə ilə birgə Rusiyaya "24 saatlıq xəbərdarlıq" müraciəti rədd edildi...

24.08.2026 / 14:41
Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

24.08.2026 / 14:27
Azərbaycan hələlik yeganə olan bu sazişi türk dövləti ilə imzaladı...

24.08.2026 / 14:01
İsraillə Türkiyə arasında gərginlik sürətlə artır - Bakı vasitəçilik üçün hərəkətə keçdi…

24.08.2026 / 13:46
Rusiya Gürcüstanın 2 separatçı bölgəsini dünyaya yeni üsulla tanıtmaq istəyir – gürcülərə tələ qurulub...

24.08.2026 / 13:37
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Birinci xanımla Buxaraya səfərinə dair paylaşım edilib - VİDEO

24.08.2026 / 13:10
"Azərbaycanla sülh Ermənistanın Rusiya ilə münasibətlərini dəyişəcək" - Paşinyan

24.08.2026 / 12:42
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - FOTO

24.08.2026 / 12:07
Azərbaycan üzərindən Ermənistana növbəti yük göndərildi...

24.08.2026 / 11:53
Prezident İlham Əliyev və Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər - FOTO

24.08.2026 / 11:43
İran ABŞ-a meydan oxuyur - Bir damla belə neft ixrac edilməyəcək…

24.08.2026 / 11:29
Xətaidə binada yanğın törədən şəxs saxlandı

24.08.2026 / 11:21
Ukraynadan Ozon anbarlarına kütləvi hücum – bir gecədə 4 anbar vuruldu… VİDEO

24.08.2026 / 11:07
Prezident İlham Əliyev Zelenskini təbrik etdi

24.08.2026 / 10:52
Bakıdan qəti tələb - Moskvadan konkret tədbirlər gözləyirik…

24.08.2026 / 10:10
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edildi - üstəlik də 35 milyon manatdan çox cərimə...

24.08.2026 / 09:39
DYP sürücü və piyadalara müraciət etdi - "...telefondan istifadə etməyin"...

24.08.2026 / 09:12
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb

24.08.2026 / 08:09
Sovet casusunun nəvəsi Fransa prezidentliyinə iddia edir

24.08.2026 / 07:05
ABŞ İran mövzusunda həlledici mərhələyə keçir? - Maliyyə naziri “D günü”nün anonsunu verdi…

24.08.2026 / 06:59
Avropa Birliyindən İsrailə kəskin etiraz - “…iki dövlətli həllin davamlılığını sarsıdacaq”

24.08.2026 / 06:33
İtaliya və Almaniya arasında miqrant gərginliyi artır

24.08.2026 / 06:15
Avropanın 100 diplomatından Fələstin etirazı - İsrailə qarşı sanksiyalar tələb olundu

23.08.2026 / 23:55
“Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir" - Prezident İlham Əliyev

23.08.2026 / 23:53
Mirziyoyev Azərbaycan Prezidentinin Özbəkistana səfərini tarixi hadisə adlandırdı

23.08.2026 / 23:21
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyuldu - FOTO

23.08.2026 / 23:03
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar - FOTO

23.08.2026 / 22:58
Mehriban Əliyeva və Leyla Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar - FOTO

23.08.2026 / 22:47
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı oldu - FOTO/YENİLƏNDİ

23.08.2026 / 22:11
Özbəkistanlı tələbə Prezident İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO

23.08.2026 / 21:56
İrandan qonşu ölkələrə müharibə elanı kimi təhdid – bütün Fars körfəzində neft ixracı dayanacaq...

23.08.2026 / 21:18
Prezidentin Özbəkistan səfəri: Azərbaycanı Xəzərdən Qərbə, Özbəkistanı Mərkəzi Asiyadan Xəzərə bağlayan perspektivlər

23.08.2026 / 21:01
Prezident: "Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur"

23.08.2026 / 20:58
"Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir" - Prezident

23.08.2026 / 20:56
Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub - FOTO

23.08.2026 / 20:54
"Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir" - Prezident

23.08.2026 / 20:32
Prezident İlham Əliyev Mirziyoyevi Azərbaycana səfərə dəvət etdi

23.08.2026 / 20:30
"Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var" - Prezident

23.08.2026 / 20:27
Prezident İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd edib

23.08.2026 / 20:25
"Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub" - Prezident

23.08.2026 / 20:22
Prezident: "Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur"

23.08.2026 / 20:19
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

23.08.2026 / 20:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

23.08.2026 / 20:05
İran BƏƏ-dən bütün ərazisini müharibə təzminatı kimi Tehrana verməsini istədi…

23.08.2026 / 19:30
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının çay masası əsnasında təkbətək görüşü olub - FOTO

23.08.2026 / 19:19
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO/YENİLƏNDİ

23.08.2026 / 19:01
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib - FOTO/YENİLƏNDİ

23.08.2026 / 18:55
Azərbaycan Prezidentinin şərəfinə Daşkənd səmasında dronların şousu

23.08.2026 / 18:33
Putin Tramp Çində görüşə bilərlər…

23.08.2026 / 18:21
Səudiyyə, Türkiyə və Pakistan İranı da “Məkkə Sazişi”nə qoşulmağa dəvət etdi…

23.08.2026 / 18:16
Prezidentlər İlham Əliyev və Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində iştirak ediblər - FOTO

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ