çərşənbə axşamı günü, 25 avqust 2026
     

"Rafa Group" 5 il ərzində 25 milyon manatı doğrultmalıdır - 70 yeni iş yeri açıla bilərmi...

Image


Ölkədə özəl sektorun payının artırılması məqsədi ilə dövlət istehsal müəssisələrinin yaradıldıqdan sonra özəlləşdirilməsi bazar iqtisadiyyatı modeli ilə işləyən bir ölkə üçün məqbul haldır. İqtisadiyyatda özəl sektorun mövqeyinin gücləndirilməsi baxımından ölkədə dövlət istehsal müəssisələrinin hərraca çıxarılaraq özəlləşdirilməsi məqsədəuyğun qiymətləndirilməlidir. 

Dövlət müəssisələri özəlləşdirilərək idarəetməsinə verilən sahibkarlara ilkin mərhələdə dövlət dəstəyi əsirgənməməlidir ki, onlar biznes mühitində özlərini doğrulda bilsin. Əvvəlcə bir ənənə mövcud idi - yalnız o dövlət müəssisələri özəlləşdirildi ki, onlar maliyyə baxımından ciddi problemlər yaşayırdı, rentabelsiz işləyirdi və ya ümumiyyətlə işini dayandırmışdı. Artıq bu ənənəni dəyişməyin vaxtı çoxdan çatıb. Belə ki, indi həmin ənənənin əksinə olaraq, əvvəlcə yüksək mənfəətlilik səviyyəsi göstərən dövlət müəssisələri özəlləşdirilməlidir ki, onlar özəl müəssisə olaraq, vergi ödəyici kimi müstəqil fəaliyyətdə özlərini uzun müddət doğrulda bilsin. Özəlləşdirilmədən daxil olan vəsaitlər hesabına isə qeyri-rentabelli müəssisələri rentabelli sıraya çıxartdıqdan sonra özəlləşdirmək daha çox səmərə verə bilər. Bu baxımdan ölkədə kifayət qədər özəlləşdirilə bilən və özəlləşdirilməyə hazırlanmasi gərəkən müəssisələr mövcuddur.

Bu günlərdə özəlləşdirilən, Bakının Qaradağ rayonunda - Salyan şosesi, 23-cü km, 8X ünvanında yerləşən əmlak kompleksinin investisiya müsabiqəsi vasitəsilə satılması müsbət haldır. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə xəbər verir.

Məlumata görə, uşaq bezləri və salfet kağızlarının istehsalı üzrə ixtisaslamış müəssisənin özəlləşdirilməsi üçün daha əlverişli şərtləri təklif edən "Rafa Group" MMC investisiya müsabiqəsinin qalibi elan olunub. Qaliblə imzalanmış alqı-satqı müqaviləsinə əsasən, investor tərəfindən dövlət büdcəsinə 15 milyon manat köçürülməli, 5 il ərzində müəssisədə 10,8 milyon manatlıq İnvestisiya Proqramı icra edilməlidir. Proqram çərçivəsində müəssisədə müxtəlif növ bezlər, nəm salfet istehsalının təşkili və bu məqsədlə müvafiq avadanlıqların alınıb quraşdırılması, mövcud tikili və avadanlıqların təmiri, əlavə tikililərin inşası, müəssisənin xammalla təmin edilməsi, nəqliyyat vasitələri və texnikaların alınması, azı 70 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Onu da qeyd edək ki, "Rafa Group" MMC əvvəldən elə bu dövlət müəssisəsinin icarədarı olub. Şirkətin kağız məhsulları emalı üzrə ölkəmizdə azı dörd il fəaliyyət təcrübəsi var. Yəni bu günlərdə özəlləşdirilən dövlət əmlakını indiyə qədər elə "Rafa Group" MMC özü idarə edib. Bu baxımdan hesab edirik ki, uğurlu sahibkarlıq subyekti olan "Rafa Group" MMC üzərinə götürdüyü öhdəlikləri daha qısa zamanda yerinə yetirə bilər.

Milli iqtisadiyyatın güclənməsi və müasirləşməsinin təmin edilməsi istiqamətində ölkədə həyata keçirilən məqsədyönlü sosial-iqtisadi islahatlara dəstək məqsədilə "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyəti və "Özbahçeci" tərəfindən bir sıra layihələr həyata keçirilib. Belə layihələrdən birinə də hələ dörd il əvvəl start verilib.

Belə ki, 2016-cı ildən fəaliyyət göstərməyən "Kağız Məhsulların Emalı" fabriki 2020-ci ilin aprel ayında "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin balansına keçmiş və həmin andan etibarən Korporasiya qeyd olunan fabrikin biznes mühitinə geri qaytarılması istiqamətində aktiv şəkildə fəaliyyətə başlamışdır. Bu məqsədlə dövlət və özəl əməkdaşlığı çərçivəsində bir neçə investorlar ilə görüşlər keçirilmiş, aparılan müzakirələr və təhlillər nəticəsində "Özbahçeci" brendi altında "Rafa Group" MMC ilə birgə fəaliyyətin təşkil olunması qərarlaşdırılmışdır.

Fabrikdə uşaq bezi avadanlıqlarının illik istehsal gücü 218 milyon ədəd, salfet avadanlıqlarının illik istehsal gücü isə 428 milyon ədəd təşkil etmisdi.

İtaliyanın bu sahədə aparıcı şirkətlərinə məxsus avadanlıqlar vasitəsilə istehsal olunan məhsullar bazar şəraiti və rəqabət mühitinə uyğun şəkildə istehlakçıya təqdim olunub.

Bundan əlavə, əsasən Almaniyadan təchiz olunmuş labaratoriya avadanlıqları məhsulların beynəlxalq standartlara uyğun test olunması və müasir metodlar ilə analizlərin aparılmasına imkan yaradılib.

Həmin vaxt fabrikin tam şəkildə işə düşməsi nəticəsində 60 nəfərlik yeni iş yerinin açılması təmin edilib. Layihənin əhəmiyyəti ilə bağlı digər vacib məqam yerli kadr bazasının gücləndirilməsi, beynəlxalq standartların tələblərinə uyğun olan istehsal prosesinin daha geniş şəkildə öyrənilməsi, eləcə də gələcəkdə bu sahənin ölkəmizdə təkmilləşdirilməsi və inkişafıdır. Artıq bu layihə uğurla başa çatdırıldı və estafet müstəqil olaraq "Rafa Group" MMC-yə verildi. Ümid edirik ki, "Rafa Group" MMC ona göstərilən etimadı doğruldacaq.

Dəniz NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

SON XƏBƏRLƏR

24.08.2026 / 22:50
Rusiyanın Avropadakı silah zavodlarına GİZLİ HÜCUM ƏMƏLİYYATI ortaya çıxdı – azı beş zavodda yanğın, partlayışlar…

24.08.2026 / 22:25
Kremldən Paşinyana cavab - ehtiyacı yoxdursa, KTMT-dən çıxa bilər…

24.08.2026 / 22:08
Adi “TIR" sürücüsü də Rusiyada casus kimi tutulur - çünki azərbaycanlıdır...

24.08.2026 / 21:53
ABŞ-ın borcu yenə dodaq uçuqladır, üstəlik hər saniyə 58 min dollar artır...

24.08.2026 / 21:40
Paşinyan işğaldakı 3 kəndimizin adını çəkdi - Bəs 4 idilər?

24.08.2026 / 21:27
"Azad Laçının müasir siması Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir" - Vüqar Rəhimzadə

24.08.2026 / 21:17
Qlobal maliyyə "qızıl cənnətə" qayıdır

24.08.2026 / 20:58
Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

24.08.2026 / 20:46
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO

24.08.2026 / 20:24
Mərkəzi Asiya və Azərbaycan böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

24.08.2026 / 20:02
Ermənistan Rusiyanı əsas tərəfdaşları sırasında birinci yerdən səkkizinci yerə atdı, böhran dərinləşdi

24.08.2026 / 19:56
Yeni Xəzər karkası: region ölkələri istehsal və logistikanı birləşdirir

24.08.2026 / 19:52
Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrində yeni dinamik yüksəliş mərhələsi başladı

24.08.2026 / 19:48
Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - FOTO

24.08.2026 / 19:36
İlham Əliyevin Naxçıvandakı məlum bəyanatından Zaxarova bu nəticəni çıxardı...

24.08.2026 / 18:57
Çinin Qırğızıstanla məşhur dəmiryolu Zəngəzur dəhlizi ilə birləşəcək...

24.08.2026 / 18:25
Azərbaycanla Özbəkistan beynəlxalq təşkilatlara “əbədi dostlar” kimi çıxacaq...

24.08.2026 / 18:03
Azərbaycan-Özbəkistan ticarətinin hədəf rəqəmi müəyyənləşdi - bu il 33 faiz artım var

24.08.2026 / 17:48
Mirziyoyev 8 avqust Əliyev-Paşinyan sazişinə fərqli siyasi məzmun verdi...

24.08.2026 / 17:32
Paşinyan KTMT ilə bağlı qəti mövqeyini açıqladı və son qərarı Putinin verməsini istədi - məmnun olardıq…

24.08.2026 / 17:05
Rusiyadan Ermənistana mesaj - fitosanitar nəzarət tələblərinə əməl olunmalıdır…

24.08.2026 / 16:57
DİN əməliyyat keçirdi - 116 kiloqram narkotik və 9 500 həb ələ keçirildi - VİDEO

24.08.2026 / 16:50
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar - FOTO

24.08.2026 / 16:45
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərində “Ark” qalası ilə tanış olublar - FOTO

24.08.2026 / 16:44
Prezident İlham Əliyevin sosial media hesablarında Buxarada İsmayıl Samani türbəsi ilə tanışlıqla bağlı VİDEO paylaşılıb

24.08.2026 / 16:33
Səudiyyə sahillərində tanker vuruldu...

24.08.2026 / 16:24
Azərbaycan-Özbəkistan Əbədi Dostluğunun tarixi, etnik və mədəni aspektləri

24.08.2026 / 16:09
Tarix bir qəsəbədən necə görünür? - “Boradigah tarixi qaynaqlarda” kitabı haqqında düşüncələr"

24.08.2026 / 15:57
Netanyahu Ərdoğana “diktator-antisemit” dedi – Türkiyə Akın Gurləkin “ağlı“ ilə İnterpola müraciət etsə...

24.08.2026 / 15:33
Günə 77 qəpiyə “Nar”dan smartfon!

24.08.2026 / 15:05
ABŞ-ın 40 ölkə ilə birgə Rusiyaya "24 saatlıq xəbərdarlıq" müraciəti rədd edildi...

24.08.2026 / 14:41
Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

24.08.2026 / 14:27
Azərbaycan hələlik yeganə olan bu sazişi türk dövləti ilə imzaladı...

24.08.2026 / 14:01
İsraillə Türkiyə arasında gərginlik sürətlə artır - Bakı vasitəçilik üçün hərəkətə keçdi…

24.08.2026 / 13:46
Rusiya Gürcüstanın 2 separatçı bölgəsini dünyaya yeni üsulla tanıtmaq istəyir – gürcülərə tələ qurulub...

24.08.2026 / 13:37
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Birinci xanımla Buxaraya səfərinə dair paylaşım edilib - VİDEO

24.08.2026 / 13:10
"Azərbaycanla sülh Ermənistanın Rusiya ilə münasibətlərini dəyişəcək" - Paşinyan

24.08.2026 / 12:42
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - FOTO

24.08.2026 / 12:07
Azərbaycan üzərindən Ermənistana növbəti yük göndərildi...

24.08.2026 / 11:53
Prezident İlham Əliyev və Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər - FOTO

24.08.2026 / 11:43
İran ABŞ-a meydan oxuyur - Bir damla belə neft ixrac edilməyəcək…

24.08.2026 / 11:29
Xətaidə binada yanğın törədən şəxs saxlandı

24.08.2026 / 11:21
Ukraynadan Ozon anbarlarına kütləvi hücum – bir gecədə 4 anbar vuruldu… VİDEO

24.08.2026 / 11:07
Prezident İlham Əliyev Zelenskini təbrik etdi

24.08.2026 / 10:52
Bakıdan qəti tələb - Moskvadan konkret tədbirlər gözləyirik…

24.08.2026 / 10:10
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edildi - üstəlik də 35 milyon manatdan çox cərimə...

24.08.2026 / 09:39
DYP sürücü və piyadalara müraciət etdi - "...telefondan istifadə etməyin"...

24.08.2026 / 09:12
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb

24.08.2026 / 08:09
Sovet casusunun nəvəsi Fransa prezidentliyinə iddia edir

24.08.2026 / 07:05
ABŞ İran mövzusunda həlledici mərhələyə keçir? - Maliyyə naziri “D günü”nün anonsunu verdi…

24.08.2026 / 06:59
Avropa Birliyindən İsrailə kəskin etiraz - “…iki dövlətli həllin davamlılığını sarsıdacaq”

24.08.2026 / 06:33
İtaliya və Almaniya arasında miqrant gərginliyi artır

24.08.2026 / 06:15
Avropanın 100 diplomatından Fələstin etirazı - İsrailə qarşı sanksiyalar tələb olundu

23.08.2026 / 23:55
“Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir" - Prezident İlham Əliyev

23.08.2026 / 23:53
Mirziyoyev Azərbaycan Prezidentinin Özbəkistana səfərini tarixi hadisə adlandırdı

23.08.2026 / 23:21
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyuldu - FOTO

23.08.2026 / 23:03
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar - FOTO

23.08.2026 / 22:58
Mehriban Əliyeva və Leyla Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar - FOTO

23.08.2026 / 22:47
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı oldu - FOTO/YENİLƏNDİ

23.08.2026 / 22:11
Özbəkistanlı tələbə Prezident İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO

23.08.2026 / 21:56
İrandan qonşu ölkələrə müharibə elanı kimi təhdid – bütün Fars körfəzində neft ixracı dayanacaq...

23.08.2026 / 21:18
Prezidentin Özbəkistan səfəri: Azərbaycanı Xəzərdən Qərbə, Özbəkistanı Mərkəzi Asiyadan Xəzərə bağlayan perspektivlər

23.08.2026 / 21:01
Prezident: "Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur"

23.08.2026 / 20:58
"Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir" - Prezident

23.08.2026 / 20:56
Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub - FOTO

23.08.2026 / 20:54
"Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir" - Prezident

23.08.2026 / 20:32
Prezident İlham Əliyev Mirziyoyevi Azərbaycana səfərə dəvət etdi

23.08.2026 / 20:30
"Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var" - Prezident

23.08.2026 / 20:27
Prezident İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd edib

23.08.2026 / 20:25
"Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub" - Prezident

23.08.2026 / 20:22
Prezident: "Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur"

23.08.2026 / 20:19
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

23.08.2026 / 20:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

23.08.2026 / 20:05
İran BƏƏ-dən bütün ərazisini müharibə təzminatı kimi Tehrana verməsini istədi…

23.08.2026 / 19:30
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının çay masası əsnasında təkbətək görüşü olub - FOTO

23.08.2026 / 19:19
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO/YENİLƏNDİ

23.08.2026 / 19:01
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib - FOTO/YENİLƏNDİ

23.08.2026 / 18:55
Azərbaycan Prezidentinin şərəfinə Daşkənd səmasında dronların şousu

23.08.2026 / 18:33
Putin Tramp Çində görüşə bilərlər…

23.08.2026 / 18:21
Səudiyyə, Türkiyə və Pakistan İranı da “Məkkə Sazişi”nə qoşulmağa dəvət etdi…

23.08.2026 / 18:16
Prezidentlər İlham Əliyev və Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində iştirak ediblər - FOTO

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ