Bazar günü günü, 08 noyabr 2026
     

Badamdar bələdiyyəsi Səbail bələdiyyəsinə niyə birləşdirilmədi? - Rəy...

Image


Qoşqar Salmanlı: "Badamdar çox böyük ərazini əhatə etdiyi üçün Səbail bələdiyyəsindən ayrılıb"

Xeyli müddət idi ki, paytaxtda fəaliyyət göstərən bələdiyyələrin birləşdiriləcəyi barədə danışılırdı. Artıq bu prosesin həyata keçirilməsinə başlanıb.

Bakıda birləşdiriləcək bələdiyyələr məlum olub. Bu, "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" qanun layihəsində əksini tapıb.

Bakıda bələdiyyələrin birləşməsi yolu ilə aşağıdakı yeni bələdiyyələr yaradılacaq:

Xəzər rayonu üzrə:

- Mərdəkan və Şağan bələdiyyələrinin əhatə etdiyi Mərdəkan və Şağan qəsəbələrində Mərdəkan bələdiyyəsi.

Qaradağ rayonu üzrə:

- Çeylidağ, Sanqaçal və Ümid bələdiyyələrinin əhatə etdiyi Çeylidağ, Sanqaçal və Ümid qəsəbələrində Sanqaçal bələdiyyəsi;

- Korgöz, Qızıldaş və Puta bələdiyyələrinin əhatə etdiyi Korgöz, Qızıldaş, Puta və Şonqar qəsəbələrində Qızıldaş bələdiyyəsi.

Pirallahı rayonu üzrə:

- Çilov-Neft Daşları, Gürgən və Pirallahı bələdiyyələrinin əhatə etdiyi Çilov, Gürgən, Neft Daşları və Pirallahı qəsəbələrində Pirallahı bələdiyyəsi.

Səbail rayonu üzrə:

- Bibiheybət və Səbail bələdiyyələrinin əhatə etdiyi Səbail rayonunda (Badamdar bələdiyyəsinin ərazisini çıxmaqla) Səbail bələdiyyəsi.

Badamdar Səbail bələdiyyəsindən niyə ayrılıb? Bibiheybətlə Səbail bələdiyyəsini birləşdiriblər, amma Badamdarı Səbail bələdiyyəsindən ayırıblar. Səbəb nə ola bilər?

"Badamdar bələdiyyəsi Bakının olduqca böyük bələdiyyələrindən biridir"

Bələdiyyə eksperti Qoşqar Salmanlı "Bakı-Xəbər"ə bildirdi ki, bələdiyyələr yeni yarananda 6 il qanunların hazırlanmasında gənc kadr kimi iştirak edib və həmçinin də bu sferada işləyib. "Dünya təcrübəsində belə bir məqam var ki, əhali sayı 1000 (min) nəfərdən yuxarı olan ərazilər xüsusi bələdiyyələr olmalıdır. Yəni bütün dünyada belədir. Bizdə də bələdiyyələri yaradanda dünya praktikasını nəzərdə tutub bu formatı seçdilər ki, bələdiyyələr işləyəcək, aktiv olacaq, əhalinin sosial rifah halının yaxşılaşdırılması üçün müəyyən işlər görəcək. Amma zaman keçəndən sonra göründü ki, Azərbaycanda bələdiyyələr sırf icra strukturlarının bir əlaltısına, bir orqanına çevrilib, heç bir fəaliyyəti yoxdur. Az-çox müəyyən rayonların kəndlərində bələdiyyələr müəyyən işlər görə bildilər.

Badamdarın Səbail bələdiyyəsindən ayrılması məsələsinə gəlincə, Badamdar bələdiyyəsi Bakının olduqca böyük bələdiyyələrindən biridir. Mən özüm Badamdar bələdiyyəsində işləmişəm, vaxtilə də çox aktiv işləyən bələdiyyələrdən biri idi. Sosial layihələrin həyata keçirilməsində, müəyyən işlərin gerçəkləşdirilməsində böyük rol oynayırdı. Yenə də deyirəm, zaman-zaman icra strukturlarının təsiri nəticəsində Badamdar bələdiyyəsi də öz işlərini görə bilmir. Ümumiyyətlə, bələdiyyə instututunun formalaşdırılmasını, tez şəkildə həyata keçirilməsini istəyiriksə bələdiyyələrin üzərindən müəyyən aslılıqları götürməliyik". 

Q.Salmanlının bildirdiyinə görə, bu gün bələdiyyələr nə əmlak, nə də torpaq vergisini, demək olar, əhalidən yığa bilmir, səbəb də odur ki, vergini alternativ olaraq, yəni heç bir səlahiyyətə malik olmayan "JEK"lər (Mənzil İstismar Sahələri) yığır. Ekspertin sözlərinə görə, istənilən halda vətəndaş da iki yerə vergi vermək istəməz, vergini "JEK"lərin yığması səbəbindən də bələdiyyələr vergi yığa bilmir. "Bələdiyyələr öz torpaqlarını icarəyə verə bilmir. Öz ərazilərində olan torpaq icarələri var. Onlar parklanma yarada bilmir. AYNA bütün parklama işini öz əlinə götürdü. Bələdiyyəyə pul hardan daxil olmalıdır? Ancaq vergilərdən və torpaqların icarəyə verilməsindən daxil olmalıdır. Mən 7 ilə qədər bələdiyyələrdə çalışmışam. Azərbaycanda bələdiyyələrin inkişaf etdirilməsini və əhaliyə xidmət göstərməsini istəyiriksə bələdiyyələrə azadlıq verilməlidir. Bələdiyyə azad olmalıdır. Düzdür, sənədlərdə azaddır, amma reallıqda başqa cürdür. Hamı bilir ki, icra strukturları, digər dövlət orqanları daim bələdiyyələri təzyiq altında saxlayır".

Q.Salmanlı bildirdi ki, Bakıda bələdiyyələrin qanunsuz şəkildə, yəni icra strukturlarının təsiri ilə satdığı minlərlə hektar ərazi var. Ekspert deyir ki, bələdiyyələr öz torpaqlarını qanunsuz satırdılar: "Necə qanunsuz? Çünki onlar bilmirlər ki, o torpaqlardan kommunikasiya xətləri keçir, amma onlar əraziləri satıblar. Tikinti üçün harda gəldi torpaq vermək qanunsuzdur. Dünya praktikasında belə şey yoxdur".

Q.Salmanlı yenə də vurğuladı ki, Badamdarın Səbail bələdiyyəsindən ayrılması normaldır, çünki Badamdar özü kifayət qədər böyük ərazini əhatə edir: "Badamdar çox böyük ərazini əhatə etdiyi üçün Səbail bələdiyyəsindən ayrılıb. Badamdar bələdiyyəsinin işi də, strukturu da tamamilə fərqlidir. Amma kiçik bələdiyyələrin birləşdirilməsi yaxşı haldır. Məsələn, Bibiheybətlə Səbailin birləşdirilməsi haqda qərar var. Onlar kiçik bələdiyyələrdir. Kiçik bələdiyyələrin ümumiyyətlə qalması heç məqsədəuyğun deyil. Ona görə ki, heç orda büdcə də yoxdur, sadəcə maliyyə məsrəfidir. Amma dünya praktikasında kiçik bələdiyyələr mövcuddur. Elə yerlər var ki, 500, 300 nəfərlik ərazilərdə, kiçik qəsəbələrdə bələdiyyə var. Bizdə də yeni qanunla yəqin bunları formalaşdıracaqlar".

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ