Bazar günü günü, 08 noyabr 2026
     

Ürəyi Azərbaycan dolu KAMRAN SEYFULLAZADƏ

Image


"22 yaşını yanvarın 14-də qeyd elədi o dünyada" – ananın ağrılı səsindən mərminin qəlpələri Kamranla birlikdə mənim də canıma doldu elə bil.

Kamran Cəlal oğlu Seyfullazadə 1999-cu il yanvarın 14-də Astarada doğulub. Orta təhsilini F.Əliyarov adına 6 nömrəli məktəbdə alıb.
 Uşaqlıqdan sevimlisi olub hamının gözəlgözlü Kamran: ailənin, qohum – qonşuların, məktəbin, böyüyün, kiçiyin.

"Gözümün qabağında böyüyən uşaqdı. 12-13 yaşı olardı.  26 fevralda Xocalı faciəsi ilə bağlı kadrlara baxırdıq. Kamranın gözləri dolmuşdu. "Mən bunun qisasını alacam" dedi. Ona baxdım. Gözlərində qəzəb, nifrət vardı. Elə hey deyərdi ki, erməni kimdi, bizim torpaqlarımızı alsın, kimdi? O qədər həyacanlanır, fikir edirdi ki... Ona ürək-dirək verirdim, sakitləşdirirdim. Onun ürəyi Azərbaycanın ərazi bütövlüyü arzusuyla döyünürdü. Bütün oğullarımız, bütün şəhidlərimiz mərddi, igiddi hamısı. Amma 100 nəfər seçməli olsaq, onlardan biri mütləq Kamran olar. Sözlə ifadə edə bilməyəcəyim qədər qeyrətli, cəsarətli uşaq idi - bunları Kamranın ən yaxın dostlarından biri olan Fuadın atası Adil söylədi.

Novruzlu Fuad isə Kamrandan saatlarla danışmaq istəyirdi: Ondan nə qədər danışsam, nə desəm az olar. Deyib bitirə bilmərəm. Heç ayrılmazdıq. Ondan ayrılmaq olmurdu. Bütün uşaqlığımız bir yerdə keçib. Məndən kiçik olsa da, daha ağıllı idi. Onunla məsləhətləşərdim. Lazım gəlsə, dostuna görə canını verərdi, o ki qala vətən. Hərbi xidmətdə olmuşdu. General Polad Həşimov öləndə çox sarsıldı. Adını o vaxtdan yazdırmışdı. Müharibə başlayanda o saat könüllü cəbhəyə yollanıb. Axırıncı söhbətlərimizdən birində ona özünü qoru dedim. Cavab verdi ki, burda hamı özünü yox, vətəni qoruyur. "Bilirsən necə oğlanlar var! Hamı birdi! Əsas odu düşmən qabağımızdan qaçır". Son nəfəsəcən döyüşüb. Şəhid olan döyüş yoldaşının da silahını götürüb, iki silahla döyüşüb. Onu itirməyimizlə barışmırıq. Amma hamımızın başını uca elədi. 

 "Çox yaxın 4 dost olmuşuq – Mən, Fuad, Orxan, bir də ən kiçiyimiz Kamran. Ən şirin, ən qiymətli xatirələrimdi Kamran. Doğmam idi. Onun kimi mərd oğullar hələm-hələm gəlmir dünyaya. Mərdliklə də döyüşüb.Tez-tez əlaqə saxlayırdıq. Axırıncı döyüşdə 8 nəfər olublar. Sonacan döyüşüb. Sonacan! Öləcəyini bilsə də postunu tərk etməyib". Bunları da dostu Məlikzadə Elbrus danışdı.
 Orxansa deyir ki, Kamran əlindəki bir tikəni dostuna, ya ehtiyacı olan birinə verə bilərdi. Mən də dostlarımı sevirəm, amma həmişə fikirləşmişəm Kamrana çata bilmərəm. Müharibə başlayanda ayrı düşmüşük. Eynullazadə Orxan da igid döyüşçülərimizdəndi. Füzuli, Xocavənd, Cəbrayıl uğrunda döyüşlərdə olub. Döyüşlər haqqında danışmaqda çətinlik çəkir: Yadıma düşür, yanıram. Müharibədi, meşədə qalmışıq, ac-susuz olmuşuq, amma bunlara fikir vermirdik. Ən ağırı yanındakı döyüş yoldaşlarının şəhid olması idi. Snayperlər izləyirdi, şəhidləri, yaralıları döyüş yerindən mütləq çıxaracağımızı bilirdilər. Kamran da şəhid dostlarını qoyub getməyib. Elə oğul idi. Sonu ölüm olsa belə, kimsəni darda qoymazdı... 

Uşaqlıq və döyüş dostlarını, onu tanıyanları dinlədikcə qorxmaz, mərd, sözünə bütöv, yaraşıqlı Kamranı görürdüm elə bil. Gözlərim önündə Kamran canlanırdı: ürəyi Azərbaycanla dolu Kamran.

"Boy-buxunluydu Kamranım. Onunla birlikdə özümü də, ürəyimi də dəfn eləmişəm sanki. 12 yaşından ailənin yükünü çəkib, oxuyub, həm də işləyib"- deyir ana. Onu hamı çox istəyirdi, hamı. Döyüşçülər də çox tərifləyir, deyirlər "siz ona şir südü vermişdizmi belə qorxmaz idi?" Bir dənəm idi. Qəhrəmanımız Polad şəhid olan gündən bu uşaq özünə yer tapmırdı. "Gedəcəm" deyirdi, qisasını alacam. Medal üçün döyüşməyib mənim balam, amma o qədər medal verdilər oğluma".

"Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasıına görə" medalları ilə təltif olunub Kamran Seyfullazadə.

Gənc yaşının qocaman hörməti vardı. Onu həm də mərdliyinə görə sevirdilər. Cəsarətinə görə döyüş yoldaşları ona "əjdaha" deyirdi. Neçə - neçə yaralını xilas edib, şəhid olanları güllə altından çıxarıb "əjdaha Kamran".

Xüsusi Təyinatlıların könüllüsü olan Kamran Seyfullazadə Füzuli, Hadrut, Cəbrayıl, Xocəvəndin azadlığı uğrunda döyüşlərdə iştirak edib. Xüsusi Təyinatlılarla birlikdə Şuşaya daxil olub. 

Şuşa uğrunda döyüşlərdə də  noyabrın 5-də qəhrəmancasına həlak olub 21 yaşlı Kamran. 

"Oğluma ən gözəl sözləri yazın"... deyən anaya təsəlli verə bilmədim.  "Ağlayan səsinin başına dönüm" – dedim sadəcə. Deyə bilmədim ki, ən gözəl sözləri, əsrlərlə yaza bilmədiyimiz sözləri sənin Kamranın yazıb. "Qələbə"! Bizi utancdan qurtarıb. Azərbaycanın tarixinə elə sözlər yazıb ki, biz nə yazsaq yanında solar. Kamranlar nələr edib bilirsənmi, ana?" – deyə bilmədim.

"Özü getdi. Mən ona heç "getmə" də demədim. Bilirdim ki, faydasızdı, desəm də gedəcək. Ölümü gözə alıb getdi". 

Kamran bütün şəkillərində gülümsəyir. "Ana, ağlamazsan. Mən ermənilərdən qisas almağa, ölkəm üçün ölməyə, Şəhid olmağa gedirəm" – deyən gözəl gözlü, gülümsər üzlü gəncə "Vətən uğrunda" medalı verilib. Hər şey deyilib artıq...

Kamalə ABIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ