Bazar günü günü, 08 noyabr 2026
     

Azərbaycanın iqlim dəyişmələri ilə mübarizəsində sosial fəallıq faktoru...

Image


Azərbaycanın ev sahibliyi ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.

Bu ilin noyabrında keçiriləcək COP29 dünya ölkələrini iqlim dəyişikliyi ilə mübarizə müstəvisində bir araya gətirəcək. Ölkəmizin belə bir nüfuzlu tədbirə ev sahibliyi etməsi ölkə vətəndaşlarının təqdirlə qarşıladığı məsələdir. COP29 tədbirlərində yanız dövlət qurumları, nazirliklər, komitələr, ayrı-ayrı təşkilatlar faəllıq göstərmir, eyni zamanda vətəndaş cəmiyyəti institutu da, vətəndaşlar da bu istiqamətdə aktivlik sərgiləyirlər. Azərbaycanın İqlim dəyişmələri ilə mübarizəsində sosial fəallıq faktorunun özünü hansı səviyyədə göstərməsi məsələsi daim diqqəti çəkir. 

COP29-la bağlı Azərbaycanda vətəndaşların sosial-siyasi fəallığı müşahidə edilməkdədir. 

Qlobal iqlim dəyişikliklərini dünya insanları kimi, Azərbaycan insanı da öz həyatında yaxından hiss edir və bu prosesə qarşı bacardığı qədər mübarizə aparmaq yolunu seçir. Söz yox ki, dövlət qurumları ilə yanaşı Azərbaycanın vətəndaş cəmiyyəti də, QHT-lər də ekoloji sahədə irəli sürdükləri təşəbbüslərə, maarifləndirici tədbirlərlə, həmin tədbirlərdə vətəndaşların iştirakını təmin etməklə töhfə verə bilərlər. 

İqlim dəyişmələri ilə bağlı vətəndaş fəallığı...

Azərbaycan insanı COP29 tədbirlərinin əhəmiyyətini də yaxşı dərk edir və qlobal iqlim dəyişmələrinin fəsadlarını da bilir, onunla mübarizədə əlindən gələni edir. 

Ekspertlər bildirirlər ki, insanlarımızın sosial siyasi aktivliyi olsa da, bunun daha da güclənməsinə ciddi ehtiyac var. Bununla bağlı QHT-lərin daha geniş maarifçilik işləri aparmasının zəruri olduğunu qeyd edən ekspertlərə görə, bütövlükdə bu istiqamətdə əhali ilə daha çox işlənilməlidir. 

Ekspertlər qeyd edir ki, vətəndaşlar ekoloji aksiyalara cəlb edilməli, onların bu işdə iştirakı təmin edilməlidir, eyni zamanda xüsusən də bölgələrdə əhaliyə qlobal iqlim dəyişmələrinin fəsadları və onunla mübarizə üsulları ilə bağlı məlumat verilməlidir. Ekoloji təmizliyin qorunması, yaşıllaşdırmanın artırılması, vətəndaşa aid nə varsa hamısının yerli-yataqlı həyata keçirilməsi kimi amillərin təlqin edilməsi vacibdir. Bir sözlə, insanların COP29-la bağlı sosial-siyasi fəallığının artırılmasında mütəxəssislər, ekoloqlar, sosioloqlar yaxından iştirak etməlidir. Sosioloqların iştirakı insanların davranış mədəniyyətinin yüksəlməsinə xidmət edə bilər.  

"COP29-la bağlı əhali arasında sosial maarifləndirmə işlərinin səviyyəsi qaldırılmalıdır"

Professor Əhməd Qəşəmoğlu "Bakı-Xəbər"ə bildirdi ki, COP29 mühüm qlobal tədbir olmaqla yanaşı, həm də xalqımızın özünü dünyaya təqdim etməsidir. Ə.Qəşəmoğlu hesab edir ki, vətəndaşlarımızın bu istiqamətdə sosial-siyasi aktivliyinin daha da gücləndirilməsinə ehtiyac var. COP29 tədbirlərinin Azərbaycanda keçirilməsi barədə qərar qəbul ediləndən sonra bir sosioloq kimi özünün bir sıra çağrışlar etdiyini deyən Ə.Qəşəmoğlunun sözlərinə görə, başdan bu prosesdə sosioloqların, mütəxəssislərin  iştirakı vacib idi. "Bu dünyanın indiki vəziyyətində çox aktual bir çağrışdır, çox mühüm bir tədbirdir. Qlobal iqlim dəyişiklikləri ilə mübarizədə cəmiyyətlər, insanlar, vətəndaşlar xüsusi aktivlik göstərməlidirlər. Çünki bu birbaşa onların həyatı, yaşamı, bu günü və gələcəyi ilə bağlıdır. Azərbaycan cəmiyyəti olaraq əslində bu çağrışdan daha səmərli istifadə etməliyik. Ölkəmizdə bütün qurumlar COP29-a hazırlaşır, bu çox yaxşıdır. Belə bir tədbirin Azərbaycanda keçirilməsi bizim üçün çox müsəbət göstəricidir. Amma mənə elə gəlir ki, biz bu istiqamətdə vətəndaşlarla daha əhatəli şəkildə işləməli idik. Biz COP29-a yollarımızı, küçələrimizi təmir etməklə, ağaclar əkib, parklar salmaqla, yaşıllıqları artırmaqla və sairlə hazırlaşmalı deyilik. Düzdür, bunlar da çox vacib amillərdir, bu görülən işlər müsbətdir. Biz həm də əhalimizin davranışı ilə bağlı işlər görməliyik, əhali arasında maarifləndirmə işləri aparmalıyıq. Biz bu prosesə tələbələrimizi də qoşa bilərdik ki, onlar əhali arasında sosial maarifləndirmə işləri aparsınlar.  COP29-la bağlı əhali arasında sosial maarifləndirmə işlərinin səviyyəsi qaldırılmalıdır. Çünki ölkəmizə dünyanın hər yerindən qonaqlar gələcək, onlar Azərbaycanı tanımaq üçün həm də vətəndaşlarımızın davranışlarına diqqət yetirəcəklər. Vətəndaşların davranışı qonaqlara o ölkə barədə böyük informasiyalar verir. Bu sözü elə-belə demirəm, təcrübəmdən çıxış edib söyləyirəm.  

Çünki mən özüm hansı ölkəyə getsəm bir gündən sonra əhalinin davranışına görə o ölkə haqqında fikrim formalaşır. COP29 həm də bizim özümüzü dünya xalqlarına tanıtmağımızdır. Bura dünya liderləri, dünyanın mühüm adamları gələcək, bu tədbir özümüzü onlara təqdim edtmək üçün bir imkandır"-deyə Ə.Qəşəmoğlu bildirdi. 

Ə.Qəşəmoğlunun qeyd etdiyinə görə, biz buna daha yaxşı hazırlaşmalıyıq, amma təəssüf ki, biz buna hazırlaşmırıq. 

Ə.Qəşəmoğlu bildirdi ki, Bakıya saysız qonaqlar gələcək, onlar bölgələrə də səfərlər edəcəklər. Bununla bağlı maarifləndirmə işi aparılmalı olmalı olduğu qənaətində olan professorun sözlərinə görə, vətəndaşlarımız xaricilərlə ünsiyyət məsələsində maarifləndirməlidirlər. "Mən bu təklifləri bir ay qabaqdan mətbuatda demişdim, amma reaksiya verən olmadı. COP29-un Azərbaycanda keçirilməsi bizim fəxrimizdir. Qürur keçiririk ki, dünyanın taleyi ilə bağlı mühüm olan qərarlar bizim ölkəmizdə qəbul olunacaq. Amma bununla yanaşı biz özümüz bundan necə bəhrələnə bilərik, insanlarımız bundan nə cür bəhrələnə biləcək? Bütün bu istiqamətdə də işlər getməlidir"-deyə Ə.Qəşəmoğlu bildirdi. O, hesab edir ki, bu tədbirlərdə vətəndaş fəallığı ən mühüm faktordur. 

Bütövlükdə, Ə.Qəşəmoğlu qeyd etdi ki, COP29 tədbirlərinə hazırlıqla bağlı ciddi işlər görülür, bu işləri yüksək qiymətləndirir.  

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ