şənbə günü, 20 iyun 2026
     

Cəmi 5 gündə İran üzərindən 43 rayona səpələnən zəngilanlılar indi nələr yaradır... - MÜSAHİBƏ

Image


Əli bəy Azəri: "İndi Zəngilanda sürətlə tikinti işləri gedir"

Uzun illər Ermənistanın işğalı altında olan Zəngilanın işğaldan azad edilməsi tariximizdə xüsusi əhəmiyyətə malikdir. Erməni işğalı nəticəsində öz yurd-yuvalarından pərən-pərən düşən, qaçqın həyatı yaşayan zəngilanlıların həyatında 20 oktyabr tarixinin xüsusi yeri var.  

2020-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndləri və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Bu da zəngilanlıların həyatına ən yaddaqalan tarixi gün kimi düşdü. Prezident İlham Əliyevin sərəncamı ilə 20 oktyabr Zəngilan şəhəri günü elan edilib. 

Zəngilanın işğal edilməsi, zəngilanlıların qaçqın-köçkünə çevrilməsi, onun azadlığa qovuşması, hazırda orada həyata keçirilən tikinti-quruculuq, bərpa işləri və sair məsələlərlə bağlı Zəngilan rayonunun Vejnəli kəndində doğulan və hazırda ədəbi fəaliyyətlə məşğul olan yazıçı Əli bəy Azəri ilə söhbət etdik. 

"Böyük qayıdış" Ağalı ilə başladı və bu, zəngilanlıların intizamlılığına, sözübütövlüyünə, dövlətə sədaqətinə verilən böyük qiymət idi"

Bildirim ki, Əli bəy ixtisasca hərbçidir. Ötən əsrin doxsanıncı illərində Vətənin başının üstünü qara buludlar alanda o, Rusiyada sülh şəraitində xidmətini dayandırmış, vətənə dönərək müstəqil ölkənin ərazilərinin erməni işğalından müdafiəsinə qoşulmuşdu. Döyüş əməliyyatlarının şəxsən iştirakçısı olub, bir səhra komandiri kimi bəzi döyüş əməliyyatlarına tabor komandiri səlahiyyətləri çərçivəsində rəhbərlik edib. "Atəşkəs" dövründə mayor rütbəsində ehtiyata buraxılıb. 

İctimai tədbirlərdə fəaldır.

- Əli bəy, Zəngilan işğala qədər necə idi? 

- Statistik məlumatları sadalamaq istəmirəm. Bu barədə internetdə kifayət qədər geniş məlumat var. Zəngilan bir kənd təsərrüfatı rayonu kimi şöhrətlənmişdi. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilik idi. Eyni zamanda Bakıdan Naxçıvana və İrəvandan Qafana doğru hərəkət edən qatarların Zəngilan rayonu üzərindən keçməsi rayonda sənayenin də inkişafına təkan vermişdi. Ümumiyyətlə, XX əsrin 70-ci illərindən başlayaraq nəinki Zəngilan şəhərində və Mincivan qəsəbəsində, hətta ucqar kəndlərdə də inkişaf hiss olunmaqdaydı. Adamlar özlərinə müasir görünüşlü evlər tikdirir, şəraitlərini yaxşılaşdırırdılar. Hökumət kəndlərdə də yeni məktəb binaları, klublar, mağazalar tikdirir, yollar çəkdirir, əhalinin rifahını yaxşılaşdırırdı. Bir sözlə, Zəngilan günü-gündən gözəlləşir, müasirləşirdi.   

- Bildiyimiz kimi, zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşdu, 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq, 235 şəhid və itkin verərək Araz çayını keçib, İran İslam Respublikasının ərazisi ilə keçərək Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşdılar. O günlər yadınıza necə gəlir? Zəhmət olmasa bu barədə danışardınız. 

-30-31 avqustda qonşu Qubadlı rayonu işğal olundu. 23 avqustda Füzuli və Cəbrayıl rayonlarının böyük hissəsi artıq işğala məruz qalmışdı. Demək olar ki, Qubadlı və Zəngilanın çıxması üçün sanki dəhliz saxlanılmışdı. Belə bir vaxtda Zəngilanda fəalların toplantısı keçirildi. Qərara alındı ki, bütün kişilər yeni yaranmaqda olan orduda xidmət keçənlərə dayaq duracaq, son damla qanadək rayon ərazisini müdafiə edəcəklər. Əlavə olaraq Qubadlı rayonunun aşağı ərazilərini və Cəbrayıl rayonunun Arazqırağı bölgəsini də Zəngilan Alayı öz mühafizəsinə götürdü. Vəziyyət günü-gündən ağırlaşırdı. Rayona sursat təchizatı zəifləyirdi, o cümlədən də ərzaq gətirilməsi pisləşirdi. Anbarlarda olan ehtiyat ərzaqlar əhaliyə paylanırdı. Ermənilər rayonu yarımblokada vəziyyətində saxlayıb, hərbi vəziyyətlə yanaşı həm də iqtisadi sıxıntılara saldılar. Oktyabrın 18-dən dörd tərəfdən - Cəbrayıl, Qubadlı, Qafan və Meğri rayonları tərəfdən erməni qoşunlarının intensiv hücumları başlandı. Halqa günü-gündən daralırdı. Döyüşçülər müdafiə mövqelərindən çıxmır, şəhid olur, ancaq son anadək vuruşurdular. Nəhayət, 26 oktyabrda dəhliz tamamilə bağlandı və tam mühasirə şəraiti yarandı. Mühasirəni yarıb çıxmağa qüvvə yetərli deyildi. Həmin vaxt ölkə başçısı Heydər Əliyevin İran İslam Respublikasının Prezidenti Rəfsəncani ilə birgə səyi nəticəsində Naxçıvan dəryaçasında Araz çayının suyu qismən bloklandı, əhali İran tərəfin də texnikasının köməyilə çayın üzərindən qonşu ölkənin ərazisi vasitəsilə köçürüldü. İkinci Xocalı faciəsinin təkrarlanmasına imkan verilmədi. Şəhidlər arasında ölkənin başqa bölgələrindən olanlar da var. Zəngilana köməyə hər yerdən gələnlər vardı. Onlar zəngilanlılarla bərabər burda müqəddəs vətən torpağını qoruyurdular və gücləri çatacaq son ana kimi qorudular. 

İmişli ərazisində çadırlar quruldu. İran ərazisindən daşınan 35 minlik Zəngilan əhalisi qarşılandı, isti yemək, qismən ərzaq və geyimlə təmin olundu. Qohum-əqrəbası yaşayan yerlərə üz tuta bilməyən əhali bir müddət çadırlarda yerləşdirildi. Dövlət, iqtisadi cəhətdən ağır vəziyyətdə olmasına baxmayaraq, çətin sınaqdan çıxdı. 

- Zəngilan milli və dini-tarixi abidələrlə zəngin olub. Ermənilər bunlara qarşı hansı vandal aktlar törədiblər? Erməni vandalizminin fəsadları, dağıdılmış tarixi və dini memarlıq abidələri barədə nə demək olar? 

- Zəngilanın emblemi hesab olunan Məmmədbəyli türbəsinin bir hissəsi dağıdılmışdır. Babək dövrünün yadigarı (Şəhri-Şərifan) Səkkizguşəli Şərifan sərdabəsi yerli-dibli məhv edilmişdir. Qayanın başında, yoldan çox-çox kənarda, əlçatmaz bir yerdə yerləşən Vejnəli Qız qalasının bir hissəsi partlayıcı maddə ilə partladılmışdır. Bartaz-Əmirxanlı kəndləri yaxınlığında rayonun ən böyük ziyarətgahı hesab olunan Xanazor piri uçurularaq yerlə-yeksan edilmişdir. Bir sözlə, irili-xırdalı doxsandan çox pir, ziyarətgah, məscid, tarixi abidə məhv edilərək dağıdılmışdır. Hətta Qarababada olan (Yuxarı Yeməzli kəndi yaxınlığında) xristian tariximizin nişanəsi Kilsə də dağıdılmışdır. 

- 20 oktyabr 2020-ci il tarixində Zəngilan rayonu işğaldan azad edildi. O günü necə xatırlayırsınız? Prezident İlham Əliyev bu barədə məlumat verəndə hansı hisslər keçirdiniz? 

- Müzəffər Ordumuzun irəliləməsini diqqətlə izləyirdik. Müdafiə Nazirliyi və ölkə başçısı - daha qürurla desək, Ali Baş Komandan şəxsən öz tvitter səhifəsində hər gün rəsmi məlumatlar verirdi. Həmin gün günorta saatlarında "Azərbaycan" nəşriyyatına gəlirdim. Məlumatı yolda eşitdim. Düzdür, mənim üçün hər qarış vətən torpağı əzizdir. Zəngilanın azad olunması xəbəri isə mənə qeyri-adi bir sevinc gətirdi. Bunu sözlə ifadə etməkdə çətinlik çəkirəm. Dərhal qohumlarıma, zəngilanlı dostlarıma zəng vurdum, xəbəri olmayanlara məlumatı çatdırdım, eşidənlərlə sevincimi bölüşdüm. 

- Prezident İlham Əliyevin sərəncamı ilə 20 oktyabr - Zəngilan şəhəri günü elan edilib. Bu gün zəngilanlılar üçün hansı mənanı ifadə edir?

- Ölkə başçısı bu sahədə təqdirəlayiq addımlar atıb. Hər rayonun azad olunduğu günün bayram kimi qeyd olunması üçün sərəncamlar imzalayıb. O cümlədən də 20 oktyabrı Zəngilan şəhər günü elan edib. 20 oktyabr zəngilanlılar üçün birlik günüdür. Necə ki, işğal dövründə zəngilanlılar bir yerə toplaşıb işğal günlərinin nisgilini birgə yaşayırdılar, indi də sevinclərini birgə qeyd edirlər. Eyni zamanda bütün umu-küsüləri bir kənara qoyub birliklərini, dövlətə sədaqətlərini büruzə verirlər.

-Azad Zəngilanın sakini olmaq nə deməkdir? Yəqin ki, ora getmisiniz. Getmisinizsə, ilk olaraq gözləriniz nələri axtardı və tapa bilmədiniz? 

- Adam necə yaşamasından, harda işləməsindən asılı olmayaraq bir yerə bağlıdır - o yer onun doğulub, boya-başa çatdığı, təbii nemətlərindən dadaraq at oynatdığı məkandır və hansı yaşda olur-olsun, ordan müqəddəs yer tanımır. Zəngilan mənim üçün bax, həmin müqəddəs yerdir. Mən Zəngilanın azadlığından güc alıram. Ərazilər azad olunsa da, hökumət orda aparılan işlərlə bağlı, xüsusən də minalardan təmizlənmə prosesi başa çatdırılmayana qədər xüsusi bir buraxılış rejimi tətbiq edib. Mən ötən müddətdə həmin rejimin tələblərinə riayət edərək ailəmlə müqəddəs yerlərin ziyarətinə getdim. İlk ziyarət etdiyim yer Seyid Həsən Ağa ziyarətgahı oldu. Qısa müddət ərzində həmin ziyarətgah və Babəkin dövründə ərəblərlə vuruşaraq şəhid olmuş qoşun rəhbərlərinin birinin qəbri üzərində inşa olunmuş Xanazor piri bərpa olunub. Heydər Əliyev Fondunun dəstəyi ilə Zəngilanda köhnə məscidin yerində yenişi inşa olunub. Bu, zəngilanlılara həm də mənəvi dayaqdır. Çox yeri görmək istəsəm də görə bilmədim, erməni vandalları oraları dağıdıblar, bizə viranə gözdağı qoyublar.  

- Deyildiyi kimi, bərpa-quruculuq işləri surətlə davam edir. Birinci pilot layihə Zəngilanda icra edildi, Ağalı kəndində. 200 evdən ibarət gözəl kənd salınıb. Bununla da "Böyük Qayıdış" prosenə Zəngilanda start verildi, "Böyük qayıdış" Zəgilanın Ağalı kəndindən başladı. Həm bununla bağlı, həm də aparılan tikinti-quruculuq və bərpa işləri barədə nə deyərdiniz? Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər - "ASAN", "DOST", kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. 2022-ci ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Əhalinin qayıdışı nə deməkdir?

- İmkan düşdükcə mən bütün toplantılarda bunu vurğulayıram. "Böyük qayıdış" Ağalı ilə başladı və bu, zəngilanlıların intizamlılığına, sözübütövlüyünə, dövlətə sədaqətinə verilən böyük qiymət idi. Eyni zamanda zəngilanlıların üzərinə qoyulmuş bir məsuliyyət kimi də qəbul olunmalıdır. Dövlət öz üzərinə düşən işlərin böyük bir hissəsini qarşılayır. Əhali də boş oturmamalıdır. Zəngilanda ərik bağları salınıb. Qoz ağacları əkilib. Digər yaşıllaşdırma işləri aparılır. Ağalıya köçürülən əhali təkcə Ağalıda yaradılan dövlət işləri ilə qane olmamalıdır. Onlar bölgədə aparılan digər quruculuq və bərpa işlərində də yaxından iştirak etməlidirlər. Onların qalmağa yerləri - öz doğma isti ocaqları var. Bu, böyük dayaq deməkdir. Digər bölgə sakinlərinin Zəngilanda görülən işlərə cəlb olunması Ağalıda yaşayanların iştirakı ilə bərabər tutula bilməz. Onlar üçün əlavə şərait yaradılması tələb olunur. İndi Məmmədbəyli, Cahangirbəyli kəndlərinin və Zəngilan şəhərinin tikintisi sürətlə həyata keçirilir. Eşitdiyimizə görə, 2026-cı ildə bu üç yaşayış məntəqəsində Ağalıda olduğu kimi sakinlərin yaşayışı tam təmin olunacaq. Onda bölgədə quruculuq işləri daha böyük vüsət alacaq.  

- Zəngilanın yeni inkişaf dövrü başlayır, bu rayonumuz tikilib qurulur… Bunları görəndə, duyanda hansı hisslər keçirirsiz? 

- Zəngilana birinci səfərimdə diqqətimi çəkən yarımçıq tikili oldu. Təxmin etdim ki, bu tikili nədirsə, beynəlxalq əhəmiyyət daşıyır. Soruşdum, beynəlxalq konqres mərkəzi olduğunu bildirdilər. Bir neçə aydan sonra tikili istifadəyə verildi və yüksək səviyyədə qonaqlarını qarşıladı. İndi Zəngilanda sürətlə tikinti işləri gedir. Ölkə başçısının qeyd etdiyi kimi, Zəngilan park-şəhər olacaq. Mərkəz yaşıllıqla əhatə olunacaq. Bilirsiniz ki, Zəngilan beşbarmaq çinarın vətənidir. Torpağı məhsuldardır. Doğma diyarın tez bir zamanda dirçəldilməsi, əlbəttə ki, adamı sevindirir. Ölkə başçısının dönə-dönə Zəngilana səfəri də biz zəngilanlılara qürur verir. Düzdür, ölkə başçısı digər bölgələrə də gedir, orda da yeni fundamentlərin qoyuluşunda iştirak edir, amma onun Zəngilana, buranın coğrafiyasına diqqəti elə bil bir az üstündür. Bəlkə də bu mənə belə görünür.  

- Zəngilan mühüm nəqliyyat qovşağıdır. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. Bu barədə fikriniz?

- Bir az əvvəl bu qovşaq barədə nəsə qeyd etmişdik. Ermənistanla sülh müqaviləsi imzalanmayınca qovşağın əvvəlki fəaliyyətinin tam bərpası barədə bir söz demək mümkün deyil. Belə ki, hələ Zəngəzur dəhlizi açılmayıb. Biz Zəngilandan (Mincivan qəsəbəsindən) keçib Naxçıvana gedə bilmirik. Deməli, ermənilər də Zəngilandan keçməklə Qafana gedə bilməzlər. Bu bölgənin coğrafiyası belədir, yəni yerli əhalinin nəqliyyat qovşağı qarşılıqlı anlaşmadan keçməlidir. Bununla belə, Zəngilan yenə də nəqliyyat qovşağı rolunu oynayacaq. Araz çayı üzərində yeni salınan körpü İran ərazisinə, ordan keçməklə Naxçıvana gediş-gəlişin mümkünlüyünü təmin edəcək. Türkiyə tranzit yolu da Zəngilan üzərindən işə salına bilər. Zəngilanda hava limanının tez bir zamanda inşası isə bu işlərin sürətlə həyata keçirilməsinin bir təkanıdır. Hava limanı həm də bölgəyə turist axınını təmin edən nəqliyyat vasitəsi kimi istifadə olunacaq məkandır. Zəngilanda və ümumiyyətlə Həkəri bölgəsində turizmi inkişaf etdirəcək kifayət qədər potensial mövcuddur. 

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

"Trampla İranın gizli razılaşdıqları başqa bir mətn var" - İddia...

Tramp dünyanı yenə heyrətləndirdi...

SON XƏBƏRLƏR

19.06.2026 / 23:12
İran ABŞ-ı açıq təhdid etdi - bu dəfə daha sərt şillə yeyəcəklər...

19.06.2026 / 22:50
Vətənə tuşlanan düşmən gülləsinə sinəsini sipər etdi – Elvin Şahmarlı

19.06.2026 / 22:37
İlham Əliyev 3 super dövlətin birgə keçmiş siyasətini cəsarətlə ifşa etdi...

19.06.2026 / 22:15
AB edamlara görə İranı tənqid etdi

19.06.2026 / 21:54
Bir gündə onlarla gəmi: Hörmüz boğazında canlanma müşahidə olunub

19.06.2026 / 21:30
Azərbaycanın üstündən daşınan yük 15-dən 30 milyon tona çatdırılacaq...

19.06.2026 / 21:06
Qarabağ münaqişəsinin bu qədər uzanmasının unikal səbəbi... dünya eşitdi...

19.06.2026 / 20:47
Azərbaycanın Ermənistanla siyasətinin 2 əsas prinsipi bəyan edildi - “unutmayacağıq” və “yenidən qisas almayacağıq”...

19.06.2026 / 20:32
Çingiz Əsgərov Avropa Məhkəməsinin anti-Azərbaycan qərarlarını tutarlı arqumentlərlə alt-üst etdi...

19.06.2026 / 20:15
Rüstəm Minnixanov Prezident İlham Əliyevə məktub ünvanlayıb

19.06.2026 / 20:10
Trampın "mənə yalvardı" iddiaları Melonini qəzəbləndirdi – XİN başçısı ABŞ səfərini ləğv etdi

19.06.2026 / 19:51
Azərbaycan-Ermənistan sərhədində zəlzələ...

19.06.2026 / 19:38
Xamenei ABŞ-la razılaşmanı bir ŞƏXSİN xahişindən sonra qəbul etdi...

19.06.2026 / 19:17
Rusiya ABŞ və Fransa kimi düşmənlərin Ermənistanda hərbi təliminə susdu...

19.06.2026 / 19:03
Ekoloji koalisiya Ermənistanda keçiriləcək COP17 sammitinin iştirakçılarına müraciət etdi

19.06.2026 / 18:49
İslam İnkişaf Bankı Qrupunun toplantıları çərçivəsində 32 saziş imzalandı..

19.06.2026 / 18:36
Hörmüzün açılması neftin qiymətinə və dolların nüfuzuna maraqlı təsir göstərdi...

19.06.2026 / 18:15
Abituriyentlərin 40 faizə yaxını imtahanlarında 200-dən az bal toplayıb...

19.06.2026 / 18:01
Kılıçdaroğlu Dəniz Baykala qarşı intim video komplosu ilə necə CHP başqanı oldu? – Vikiliks açır...

19.06.2026 / 17:46
Ceyhun Bayramov Almaniya səfiri Horlemannı qəbul edib

19.06.2026 / 17:36
Paşinyan 7 iyun seçkidən sonra Avrasiya İqtisadi Birliyinə münasibətini dəyişir...

19.06.2026 / 17:32
Ermənistan kömək üçün Avropanın qapısında rəsmi "əl açıb"...

19.06.2026 / 17:23
“XXI Əsrin Qadınları” İctimai Birliyi daha bir maarifləndirici tədbir keçirib

19.06.2026 / 17:23
Ermənistanda müxaliflərin kütləvi həbs mərhələsi başladı...

19.06.2026 / 17:16
Dünyada gübrə bahalaşır, amma ölkəmizin gübrə gəliri azalır... Niyə?

19.06.2026 / 17:11
Trampın “daha yaxşı” dediyi İran razılaşmasının Obama sazişindən ciddi fərqi yox imiş ki...

19.06.2026 / 17:03
Moskvada azərbaycanlı biznesmenlərin bazarını Ukrayna vurmadı -iddia...

19.06.2026 / 16:50
Bakıda saxlanılan Rusiya vətəndaşlarına hökm oxundu

19.06.2026 / 16:31
Süni intellektin yayılması Azərbaycan ombudsmanı qarşısında tələblər qoydu...

19.06.2026 / 16:05
Türkiyənin ən gözəl turizm kəndlərinın adı açıqlandı - FOTO

19.06.2026 / 15:47
Netanyahu yenə meydan oxudu - “İsrail qoşunları Livandan çıxmayacaq…”

19.06.2026 / 15:41
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi... - FOTO

19.06.2026 / 15:34
Lavrov NATO-Rusiya danışıqlarını aldadıcı taktika adlandırdı - “…diplomatik örtükdür”…

19.06.2026 / 15:07
Daha 80 nəfər Xankəndi və Ağdərəyə köçdü...

19.06.2026 / 14:59
NATO və ABŞ şübhəli şəkildə razılaşdılar - 3.0 konsepsiyası...

19.06.2026 / 14:48
Bəzi sahibkarlara elektrik qoşulması üçün dövlət dəstəyi veriləcək

19.06.2026 / 14:46
Məktəbəqədər təhsildə yeni model tətbiq ediləcək - Prezident fərman imzaladı...

19.06.2026 / 14:42
İsraildə Trampa qarşı təhqiramiz media kampaniyası başladıldı - "80 yaşlı uşaq"...

19.06.2026 / 14:41
“Vətənpərvərlər Maarifləndirmə” İB-yi 18 iyunda Milli Qəhraman Mübariz İbrahimovun anım gününə həsr olunmuş tədbir keçirib

19.06.2026 / 13:58
Benzin və dizeldən imtinaya çağıran sanballı dövlət başçılarından kim(lər) elektromobildə gəzir?..

19.06.2026 / 13:32
Azərbaycanda utilizasiyaya verilən avtomobillərin sayı 30 mini keçdi...

19.06.2026 / 13:18
14 bəndlik razılaşmanı kim üddü - Tramp, ya Xamenei?..

19.06.2026 / 13:11
Prezident "Diplomatik xidmət haqqında" qanuna dəyişiklikləri təsdiqlədi

19.06.2026 / 13:10
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edildi

19.06.2026 / 13:03
Media ilə bağlı qanun layihəsi ilk oxunuşda təsdiqləndi...

19.06.2026 / 12:49
Reuters: “SEPAH İraqda Körfəz ölkələrinə qarşı gizli qruplar yaradıb”

19.06.2026 / 12:46
CNN:ABŞ və İran memorandumu üçün gizli icra planları hazırlanır

19.06.2026 / 12:16
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi - FOTO

19.06.2026 / 11:57
Sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olunur...

19.06.2026 / 11:46
"Məqsəd sadəcə istehsalın həcmini deyil, məhsuldarlığı və keyfiyyətini artırmaqdır" - Prezidentin köməkçisi

19.06.2026 / 11:30
ABŞ ordusu Sakit Okeanda daha bir narkoticarət gəmisini "ovladı"

19.06.2026 / 11:24
Özəl yeni partiya yaratmaq istəmədiyini dedi - amma qurultay tələbi keçməzsə...

19.06.2026 / 11:11
Şəmkirdə aqrar sahəyə dair regional müşavirə keçirilir

19.06.2026 / 08:52
Vens İsveçrəyə getməyəcək - səbəb Livanla bağlıdır?..

19.06.2026 / 08:45
Sənətçi etiraz etdi - “Xəbərim yoxdu…”

19.06.2026 / 08:30
Vensdən İsrailə xəbərdarlıq - “Tramp sizin yeganə müttəfiqinizdir…”

18.06.2026 / 23:28
Düşmənə sipər və üzü... Naxşıvan diyarına baxan dağlar....

18.06.2026 / 23:14
Vüsalın Vətən sevgisi həyatı üçün istinad yeridir...

18.06.2026 / 22:50
Prezidentin sosial şəbəkə səhifələrində İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimindən görüntülər paylaşılıb - VİDEO

18.06.2026 / 21:53
Ermənistanın revanşçı müxalifəti “Qarabağ iddialarını” yenidən rəsmən qaldırdı...

18.06.2026 / 21:19
Böyük 7-lər Trampın Ukrayna siyasətinin dəyişdiyini yekun bəyanata daxil etdilər...

18.06.2026 / 20:31
Erməni məhsulları Avropa bazarına “su kimi axacaq” - ildə 420 milyon...

18.06.2026 / 19:37
Netanyahu Trampı saymadı – Livandan geri çəkilməyəcəyik...

18.06.2026 / 19:22
Bəzi ixracatçı sahibkarlar Azərbaycan dövlətindən əlavə pul alacaqlar...

18.06.2026 / 19:05
Zaxarova Kallasın açıqlamasını absurd adlandırdı

18.06.2026 / 18:41
Ermənistanın KTMT-də səsvermə hüququ ləğv edilə bilər...

18.06.2026 / 18:14
Rusiya Ermənistana nota verdi – “çaşqınlıq içindəyik”...

18.06.2026 / 17:57
Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

18.06.2026 / 17:53
Kərim Vəliyev MDB Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib

18.06.2026 / 17:40
Azərbaycanın kamandan oxatma üzrə idmançısı IV Avropa Oyunlarında iştirak etmək üçün kvota qazanıb

18.06.2026 / 17:35
"Saxta profillər rəqəmsal mühitdə ən ciddi təhlükələrdən biridir" - DİN rəsmisi

18.06.2026 / 17:22
Rusiyanın İranla aviasiya ticarəti yenidən qızışdı... Hələlik 20 helikopter...

18.06.2026 / 17:16
Avropadan Ukraynaya hərbi təyyarələrin yeni axını başladı...

18.06.2026 / 16:59
20 il idarə etdiyi müəssisəni "Korrupsiya" yoxlayır, özünə yeni vəzifə verirlər - MÜƏMMA...

18.06.2026 / 16:52
Azərbaycan və Rusiyanın beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri Bakıda müzakirə edildi

18.06.2026 / 16:44
Tramp Yaxın Şərqi şiə-sünni müharibələrinə çəkir - "Böyük 7-lər" niyə susdu...

18.06.2026 / 16:27
Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib

18.06.2026 / 16:19
Tramp İranı hər an yenidən bombalayacağını bəyan etdi...

18.06.2026 / 16:00
Məhkəmə qərarı ilə partiya başqanlığına gətirilmiş Kılıçdaroğlu qurultaydan niyə qorxur?..

18.06.2026 / 15:56
Prezidentin aqrar müşavirəsi liberal iqtisadiyyat yolunda yeni mərhələ açır...

18.06.2026 / 15:31
"Trampla İranın gizli razılaşdıqları başqa bir mətn var" - İddia...

Prezidentin aqrar müşavirəsi liberal iqtisadiyyat yolunda yeni mərhələ açır...

XƏBƏR ARXİVİ