Bazar günü günü, 08 noyabr 2026
     

3-cü mikrorayonda yaşayış binası illərdir istiliksiz qalıb...

Image


İsgəndər Bağırov:"Müraciətimizin üstündən iki il keçir, qarşıdan da qış mövsümü gəlir, amma hələ də biz öz hesabımıza mənzilimizə istilik xətti çəkə bilməmişik" 

Payız mövsümü özü ilə vətəndaşlarımızın bəzi qayğılarını gətirib. Bilirik ki, bir sıra hallarda sakinləri ən çox narahat edən məsələlərdən biri yaşayış binalarının istiliklə təchiz edilməməsi ilə bağlıdır. Payız və qış mövsümlərində biz vətəndaşların tez-tez bu barədə narazılıqlarını eşidirik. 

Bildiyimiz kimi, paytaxtın elə əraziləri var ki, orda vaxtilə mənzillərdən mərkəzləşdirilmiş istilik sistemindən gələn xətlər kəsilib. İndi isə belə vətəndaşların əksəriyyəti istəyir ki, mənzillərinə öz hesablarına istilik xətti çəkdirsinlər. Əlbəttə, bu işdə yerli qurumlar onlara dəstək olmalıdır ki, sakinlərin mənzilləri istiliklə təmin olunsun.

"Bizi get-gələ salırlar və problemi həll etmək istəmirlər" 

Nəsimi rayonu, 3-cü mikrorayon, Rəşid Məmmədov küçəsi, 27-ci binanın sakinləri illərdir ki, istilik üzünə həsrət qalıblar, qışı elektrik plitəsinin ümidinə qalırlar, o da ki, hər ay külli miqdarda pul yazır. Sözügedən ünvanın sakinləri adından Bağırov İsgəndər Ağa oğlu redaksiyamızla əlaqə saxlayaraq bu məsələni ictimailəşdirməyimizi istədi. "Biz Nəsimi rayonu, 3-cü mikrorayon, Rəşid Məmmədov küçəsi, 27-ci binanın sakinləriyik. İllərdir ki, bizim binada istilik sistemi yoxdur. İki il bundan əvvəl qonşularla yığışıb Nəsimi rayon 1 saylı İstilik Sistemləri İstismar Sahəsinə müraciət etmişik ki, binamızı istiliklə təmin edinlər.  Ordan bizə dedilər ki, bununla bağlı "Azəristiliktəchizat" ASC-yə  müraciət edin. Biz də üz tutuq həmin quruma. 

Bu qurum da müraciətimizə baxıb, təxminən iki həftədən sonra bizə məlumat verdi ki, mümkün deyil, çünki dövlətin vəsaiti yoxdur. Sonra da dedilər ki, hazırda vəsait yoxdur, vəsait olarsa sizin binaya istilik sistemi çəkərik. Mən onlarla əlaqə saxladım, dedim ki, camaat soyuqdan donur, biz nə edək? Bildirdim ki, binaya istilik sistemini öz vəsaitimiz hesabına çəkdirmək istəyirik. Razılaşdılar və dedilər 30-40 nəfər sakin yığışıb öz hesabınıza çəkə bilərsiniz. Qonşuların da əksəriyyəti razılaşmadı ki, pulumuz yoxdur, dövlət çəksin. Sonra Nəsimi rayon 1 saylı İstilik Sistemləri İstismar Sahəsinə getdim və bildirdim ki, mən də daxil olmaqla bir neçə sakin binaya öz vəsaiti hesabına istilik sistemi çəkmək istəyir, istilik xətti də uzaqda deyil, düz binamızın yanından keçir, binamıza bitişikdir. Hətta çertyoj da çəkilmişdi, biz də işə başlamaq istəyirdik ki, sonradan alınmadı. Nəsə baş verdi, bilmirəm, qış çıxdı, bu iş də yaddan çıxdı. İndi də gedirəm Nəsimi rayon 1 saylı İstilik Sistemləri İstismar Sahəsinə, deyirlər ki, ora istilik xətti çəkilə bilməz, ora istilik verilməyəcək. Mən də deyirəm ki, necə yəni verilməyəcək, bəs iki il bundan əvvəl çertyoju mənə niyə vermişdiniz? Deyirlər o çertyoju 40 nəfər sakinə görə vermişdik. Deyirəm ki, 40 nəfərə görə verilməyə ehtiyac yox idi. Onsuz da baş idarə istilik xətti çəkməyə icazə vermişdi. Özlərinə də deyirəm ki, boru xətti düz binanın böyründən keçir. Bizə vermək istəmədiyiniz istilik xətti bizim yanımızdan keçib o biri binalara gedir, onlar istiliklə təchiz olunublar, amma biz olmamışıq. Bu necə olur?"

İ.Bağırov bildirdi ki, binanın sakinlərinin hamısı istiliklə təmin olunmaq istəyir, amma istilik almaq mümkün deyil. "Müraciətimizin üstündən iki il keçir, qarşıdan da qış mövsümü gəlir, amma hələ də biz öz hesabımıza mənzilimizə istilik xətti çəkə bilməmişik. İki sakin hazırda öz hesabına istilik çəkmək istəyir. 

Bizi get-gələ salırlar və problemi həll etmək istəmirlər. Ortada "Azəristiliktəchizat" ASC-nin razılığının, əlimizdə çertyojumuzun olmasına baxmayaraq, hələ də bizə istilik xətti çəkməyə icazə vermirlər. Özləri də çəkmirlər ki, hələ dövlətin vəsaiti yoxdur, pul olanda çəkərik. Demirəm ki, dövlət vəsaiti  hesabına çəkilsin. Biz öz hesabımıza çəkmək istəyirik, ona da imkan vermirlər"-deyə İ.Bağırov bildirdi.

Nəsimi rayonu, 3-cü mikrorayon, Rəşid Məmmədov küçəsi, 27-ci binanın sakinlərinin üzləşdikləri problemlə bağlı  Nəsimi rayon 1 saylı İstilik Sistemləri İstismar Sahəsinə zəng vursaq da, telefona cavab verən olmadı.  

Ümid edirik ki, sözügedən qurum vətəndaşların müraciətinə həssas yanaşacaq və problemin həllinə dəstək göstərəcək.  

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ