Bazar günü günü, 08 noyabr 2026
     

13 yaşlı məktəbli Yusif beynəlxalq müsabiqə laureatı oldu... - FOTO

Image


Yusif Sadıxov: "Müsabiqələrdə qazandığım uğurlar məni muğama daha da həvəsləndirdi"

Beynəlxalq müsabiqələr laureatı olan gənc musiqiçilərimiz, ifaçılarımız barədə "Bakı-Xəbər" olaraq müxtəlif yazılar hazırlayırıq. Ümumiyyətlə, musiqi, idman, təhsil və sair sahələrdə uğur qazanan uşaq, yeniyetmə və gənclərin uğurlu həyat hekayəsi başqalarına da böyük örnəkdir. 

Bu dəfə sizə beynəlxalq və respublika müsabiqələri laureatı, XIII Beynəlxalq Uşaq Muğam Festivalının qalibi, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdi, 13 yaşlı muğam ifaçısı Yusif Sadıxovun uğur hekayəsini təqdim edirik. 

Muğama qanı-canı ilə bağlı olan Yusif "Bayatı-Şiraz"ı hər dəfə ifa edəndə qəhər məni boğur" deyir. Bu onun muğamı iliyinə qədər hiss etdiyini göstərir.

"İstedadımı, musiqi duyumumu ilk dəfə nənəm kəşf edib"

Respublika və beynəlxalq müsabiqələrdə qalib olan Yusif Sadıxovun musiqiyə həvəsi üç yaşında özünü göstərməyə başlayıb. "İstedadımı, musiqi duyumumu ilk dəfə nənəm kəşf edib. Mənim musiqiyə marağım nənəmin diqqətindən yayınmayıb. 

Nənəm məni nağara ixtisasına yazdırmaq istəyirdi. Amma bu zaman maraqlı bir hadisə baş verib. Səsimi yoxlayan müəllim mənim çox yaxşı musiqi duyumum olduğunu deyib. Bildirib ki, Yusif bu səslə gələcəkdə istedadlı xanəndə ola bilər" - deyir Yusif. 

İstedadı nənəsi, səsi isə müəllim tərəfindən kəşf edilən Yusif 8 yaşında Müslüm Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbində təhsil almağa başlayıb. Hazırda o, 2022-ci ildən təhsilini Milli Konservatoriyanın tərkibində fəaliyyət göstərən İncəsənət Gimnaziyasında tanınmış ifaçı Aytən Məhərrəmovanın sinfində xanəndə ixtisası üzrə davam etdirir.

XIII beynəlxalq usaq muğam müsabiqəsinin qalibi olan Yusif eyni zamanda Heydər Əliyevin 100 illiyinə həsr olunmus Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən müsabiqənin Qran Pri mükafatçısıdır. O, həmçinin Bülbül adına IV Respublika İncəsənət müsabiqəsinin qalibi olub, Elm və Təhsil Nazirliyinin "Şuşa" İli çərçivəsində təşkil etdiyi "Könlüm keçir Qarabağdan" müsabiqəsində də III yer tutub, nazirlik tərəfindən Fəxri fərmanla təltif olunub. " Nazirliyin keçirdiyi bu müsabiqə çox yaddaqalan oldu.  Bundan sonra  "Milli dəyərlərimiz muğam" məktəblilərin gözü ilə" müsabiqəsində I yeri qazandım. Müsabiqələrdə qazandığım uğurlar məni muğama daha da həvəsləndirdi. Mən muğamı çox sevirəm və daim öz üzərimdə işləyirəm. Əlbəttə, müəlliməm Aytən Məhərrəmovanın üzərimdə çox böyük əməyi var. 

Ən böyük arzum Qarabağın işğaldan azad olunmuş bütün rayonlarında "Qarabağ şikəstəsi"ni canlı ifa etməkdir. Gələcəkdə peşəkar və sevilən xanəndələrdən olmaq istəyirəm. Dövlətin, cəmiyyətin mugamımıza göstərdiyi diqqət məni daha da həvəsləndirir. 

Qeyd etdiyim kimi, ustadım tanınmış xanəndə Aytən Məhərrəmovadır və mən bütün uğurlarımı ustadıma borcluyam. Onun mənim üzərimdə zəhməti sonsuzdur".

Baki şəhərində doğulan 13 yaşlı xanəndənin musiqiyə həvəsinin hələ uşaq yaşlarından hiss olunması onun musiqici ailəsində doğulması ilə bağlıdır. "Mugam mənim ən çox sevdiyim musiqidir. Bir sıra dövlət tədbirlərində, şəhid və qazı ailələri üçün təşkil olunmuş tədbirlərdə iştirak etmişəm. Respublika İncəsənət Gimnaziyasının direktoru Aytən xanım Əhmədovaya və ustadım,  "Tərəqqi" medallı, dəyərli sənətkar  Aytən Məhərrəmova ya sonsuz təşəkkür edirəm ki, hər zaman mənə dəstəkdilər. Valideyinlerim mənə bu sənətdə hər zaman dəstək olub. Dediyim kimi, elə ilk dəfə istedadımı da nənəm kəşf edib".

Muğam yollarında kövrək addımlarını atan və qısa müddət ərzində böyük uğurlara, nailiyyətlərə imza atan 13 yaşlı Yusif Sadıxov gələcəkdə təhsilini Azərbaycan Milli Konservatoriyasında davam etdirmək istəyir. Yusifin ən böyük arzularından biri Azərbaycan muğamını ölkəmizdə və dünyada təbliğ etməkdir. 

Yusif uğur hekayəsini öz istedadı, gözəl səsi, muğama həvəsi ilə yazmağa başlayıb. Ailəsinin, ustadının yaxından göstərdiyi dəstəyi, ona bəslədikləri inamı, etimadı o öz zəhməti ilə doğruldur. 

Yusifin uğur cilalı həyat hekayəsinin başqa uşaqlar, yeniyetmələr üçün böyük örnək olacağı qənaətindəyik. Öz üzərində daim çalışmaq, səsinin üzərində işləmək, muğamın, musqinin sirlərinə vaqif olmaq üçün bütün enerjisini xərcləyən Yusifin gələcəyinin parlaq olacağına qətiyyən şübhəmiz yoxdur. Biz gələcəkdə onun səsini daha böyük səhnələrdən eşidəcəyik, Yusifi dünyanın ayrı-ayrı ölkələrində Azərbaycan muğamını təmsil edən xanəndə kimi görəcəyik. 

Uğurlar, Yusif!

İradə SARIYEVA 




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ