Bazar günü günü, 08 noyabr 2026
     

İlham Əliyev Prezident seçilən gün Seyid Həsən demişdi ki...

Image


Azərbaycan xalqı tarixən seyid ocaqlarına, adı, imanı, ünvanı bəlli seyidlərə xüsusi məhəbbət göstərib. Çağımızda da seyidlərin ocağı, qapısı, dərgahı insanlarımız üçün müqəddəs və əziz ünvanlardan birinə çevrilib. 

Qarabağ adı bəlli seyidləri, sınaqlı seyid ocaqları ilə də məşğhurdur. Cəmi Qarabağda tanınan, ocağı əziz bilinən, sözü mötəbər sayılan şəxsiyyətlərdən biri də Seyid Həsən Baba Seyid Nizam oğludur.  1922-ci ildə Füzuli rayonunun Arayatılı   kəndində anadan olan, 2010-cu ildə vəfat edən Seyid Həsən Baba Seyid Nizam oğlu bütün müşküllərin çarəsini bilərdi, insanlara düzgün yol göstərərdi, əlsiz-ayaqsıza simsar olardı, dara düşənin, şərə-böhtana düçar olanın köməyində durardı, elin xeyrinə-şərinə yarayardı, insanları səbrli, imanlı, inamlı olmağa çağırardı. Öz şəxsiyyəti, davranışı ilə gerçək bir örnək idi...

Seyid Həsən Baba Seyid Nizam oğlu elə bir şəxsiyyət olub ki, onun barəsində hər zaman yazmaq vacibdir. 

Fərman Qarabağlı: "Bir gün Seyid Həsən Babanın yanına getmişdim, görüşəndə sevinclə mənə dedi ki, Fərman bala, İlham Əliyev Prezident seçildi, inanıram ki, torpaqlarımız qayıdacaq"

Əslən Füzuli rayonun  Arayatılı  kəndindən olan, hazırda Bakıda yaşayan "Bakı-Xəbər"in təəssübkeş oxucusu və təbliğatçısı, redaksiyamızın yaxın dostu Fərman Qarabağlı (Süleymanov) bizimlə əlaqə saxlayaraq Seyid Həsən Babadan bir yazı hazırlamağımızı istədi. Təbii ki, müsahibimiz Fərman Qarabağlının özü oldu. "Kəndimizin müqəddəs ağsaqqalı olan Seyid Həsən Baba təkcə  Arayatılıda deyil,  Qarabağın əksər kəndlərində böyük hörmətə malik, sözünə ehtiram göstərilən bir seyid olub. Seyid adı çəkiləndə çoxları düşünməsin ki, bu kişi nəzir yığan olub, əksinə Seyid Həsən Baba ehtiyacı olan çox insanlara əl tutub, kömək edib, maddi yardım göstərib. 

Bir zamanlar Füzuli rayon Ət Birliyinin müdiri özünün heç bir təqsiri olmadan cəncələ düşmüşdü, nədənsə, neçə ton ət çatışmırdı. Mən o zaman orta məktəbdə oxuyurdum, amma hadisə təfərrüatı ilə yadımdadır. O vaxt Seyid Həsən Baba camaata "bilirsiz ki, bu kişinin heç bir təqsiri yoxdur, ona kömək etmək lazımdır"deyib müraciət etdi. Birinci olaraq Arayatılı   kəndinin sakini Şahsuvar kişi kömək əlini uzatdı, dedi ki, bir camışım var, onu bağışlayıram, ondan sonra çox kəndlərdən Ət Birliyinin müdirinə təmənnasız kömək etdilər, ət planı yerinə yetirildi, o, tutulmaqdan canını qurtardı. Seyid Həsən Baba düşmənçilik edən çox insanları barışdırıb, qanlar yatırıb, onların qan düşmənçiliyinə son qoyub. Bizim bölgədə Seyid Həsən Babanın bu təmənnasız  yaxşılıqlarını görməyən, duymayan, öz həyatında hiss etməyən demək olar ki, yoxdur"-deyə F.Qarabağlı bildirdi.

F.Qarabağlının sözlərinə görə, Seyid Həsən Baba ona da çox böyük yaxşılıq edib, çox çətin olan bir işini həll edib. Müsahibimizin sözlərindən aydın oldu ki, Qarabağ elinin müqqəddəs ağsaqqalının bir sözü iki olmayıb heç vaxt, sözü də keçib, xeyirxahlığı da sonsuz olub.  "1989-cu ilin qışı idi. Anamı kənddən qeydiyyatdan çıxarıb Bakıda qeydiyyata salmalı idim. O qarlı qış günündə kəndə getdim. Anama dedim ki, səni kənddən qeydiyyatdan çıxarıb Bakıya qeydiyyata salmaq üçün gəlmişəm. O etiraz etdi ki, mən kənddən qeydiyyatdan çıxmıram. Bunun öz səbəbi var idi.  

Anamı razı salması üçün Seyid Həsən Babaya üz tutdum, bilirdim ki, yalnız o, anamı razı sala bilər. O. anamın pasportunu alıb mənə verdi və dedi ki, get Füzuliyə pasport şöbəsi müdirinin yanına, mənim adımdan deyərsən kömək edər. Qarlı bir gündə Füzuli şəhərinə getdim. Bilənlər bilir ki, Füzulinin qarından olmaz. Yolda təsdüfən pasport şöbəsinin müdiri ilə rastlaşdım. Gəlişimin məqsədini ona dedikdə bildirdi ki, təcili Bakıya getməliyəm, işim var, sonra gələrsən. Nə qədər israr etsəm də, böyük məbləğdə pul təklif etsəm də, razılaşmadı. Məndən bir az aralanmışdı ki, arxadan "məni Seyid Həsən Baba göndərib" dedim, ayaq saxladı, bir az fikirləşib geri qayıtdı. İşimi düzəltdi. O vaxt Bakıda Oktyabr rayonunda (indiki Yasamal rayonu) evlər idarəsinin rəisi vardı, Nəcəfov Təhməz. Çox xeyirxah insan idi, yaxşılıqdan başqa əlindən heç nə gəlmirdi, pislik etmək onun işi deyildi. O mənə demişdi ki, ailə üzvlərinin sayı bir nəfər artıq olarsa sizə dörd otaqlı mənzil düşür. Mən Seyid Həsən Babanın köməkliyi ilə anamı rayondan pasport qeydiyyatından çıxarıb gətirib Bakı qeydiyyatına saldım. Biz dörd otaqlı mənzil aldıq. Əgər o gün anamı rayondan qeydiyyatdan çıxarmasaydım iş pozulacaqdı, biz o mənzili ala bilməyəcəkdik".

F.Qarabağlı bildirdi ki, torpaqlarımız Ermənistan tərəfindən işğal olunduqdan sonra Seyid Həsən Baba Bakıda, Yeni Yasamalda məskunlaşıb. "Tez-tez ziyarətinə gedirdim, görüşüb söhbət edirdik. Mənə çox məsələhətlər verirdi və deyirdi ki, səbr edin, səbrli olmaq lazımdır, hər şey yaxşı olacaq. Bir məqamı heç zaman unuda bilmirəm və onu sizinlə də bölüşmək istəyirəm. Bir gün Seyid Həsən Babanın yanına getmişdim, görüşəndə sevinclə mənə dedi ki, Fərman bala, İlham Əliyev Prezident seçildi, inanıram ki, torpaqlarımız qayıdacaq. Seyid Həsən Baba inanırdı ki, İlham Əliyev torpaqlarımızı işğaldan azad edəcək. Deyirdi ki, o günü mən görməsəm də, ruhum torpaqlarımızın azad edilməsi xəbərini duyacaq. Sözün düzü, inanmadım, dedim ki, baba, bu qədər ildən sonra torpaq qaytarmaq olar? Seyid Həsən Baba "elə bil ürəyimə əyan olub, mənə hansısa bir səs deyir ki, torpaqlar mütləq qayıdacaq" dedi. Heyf, Seyid Həsən Baba torpaqlarımızın azad olunduğu günü görmədən dünyadan köçdü, əbədi evinə getdi. Məzarı kəndimizdəki qədim Şıxbaba qəbiristanlığındadır. Hər dəfə kəndə gedəndə məzarını ziyarət edirəm və "baba, məni bağışla o vaxt sənə inanmadım. Qəbrin nurla dolsun müqəddəs ağsaqqal" deyirəm.

Seyid Həsən Baba necə demişdisə elə də oldu, o, müqəddəs adam idi və bu hadisə ona əyan olmuşdu. 

Mən bir daha onun böyüklüyünü dərk etdim. 

Bilirsiz, bu hadisəyə qədər Azərbaycan tarixində itirdiyimiz torpaqların heç biri geri qayıtmamışdı. Nadir Şah Əfşar Borçalını gürcülərə verdi, Şah İsmayıl Xətai də milləti iki yerə böldü. Bu neçə yüz il ərzində İlham Əliyev kimi sərkərdə, dövlət başçısı gəlməyib. Heç kəs inana bilməzdi ki, 1828-ci ildə bölünən torpağımızın mühüm bir hissəsi geri qaytarıla. İlham Əliyev sübut etdi ki, işğaldan olan torpaqları qaytarmaq mümkündür. Dünyada 7 möcuzə var, İlham Əliyev torpaqlarımızı işğaldan azad etməklə 8-ci möcuzəni yaratdı. Heç kəs inana bilməzdi ki, Xankəndiyə Azərbaycan bayrağı sancılacaq. Şuşanın işğaldan azad ediləcəyinə ümid vardı, amma dünyasında inanmazdım ki, Xankəndi geri alına. Ona görə də, Prezidentin qədrini bilməmək həm Allahsızlıqdır, həm də günahdır. Tarix belə bir dövlət başçısı yetişdirməyib, Azərbaycana belə Prezident, dövlət başçısı gəlməyib. Bu ürək sözümdür, canımla, qanımla deyirəm. İnanın Allaha, desələr ki, ömründən kəs İlham Əliyevə ver, "uf" deməyib razı olaram. Torpaqdan pay olmaz, amma ömürdən pay olar. O möcuzə yaratdı. Bütün dünya mat qalıb ki, bunu necə etdi. Prezidentimizin  əvəzi yoxdur"-deyə F.Qarabağlı bildirdi.

İradə SARIYEVA




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ