Bazar günü günü, 08 noyabr 2026
     

Qubadan deputat Əlibala Məhərrəmzadənin yazıçı-publisist karyerası - nələr var...

Image


Bu günlərdə mediada 59 saylı Quba seçki dairəsindən deputat seçilən  Əlibala Məhərrəmzadənin həm professor, həm iş adamı, həm də yazıçı və publisist olduğu barədə məlumata rast gəldik. Bu fakt diqqətimizi çəkdi və onunla bağlı kiçik bir araşdırma apardıq. 

Ə.Məhərrəmzadə yazıçı və publisist olaraq hansı yaradıcılıq göstəricilərinə malikdir? Nə yazıb? Hansı əsərləri var? Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, üzvü deyil? Azərbaycan Jurnalistlər İttifaqının üzvüdür, üzvü deyil? 

Ə.Məhərrəmzadə barədə mövcud olan Vikipediya məqaləsində qeyd olunur ki, o, iqtisad elmləri doktoru, professor, auditor, motivasiya spikeri və yazıçıdır. Ə.Məhərrəmzadənin bir neçə iqtisadi mövzulu kitabın müəllifi olmaqla yanaşı  Azərbaycan Yazıçılar Birliyinin üzvü olduğu da yazılır. Həmçinin o, Ukrayna Milli Elmlər Akademiyasının, Ukrayna Yazıçılar Birliyinin fəxri üzvüdür. 

Millət vəkili "Müqəddəs Georgi" ordeni alıb və ədəbiyyat sahəsində "Rəsul Rza mükafatı" laureatıdır. Ə.Məhərrəmzadənin bədii və publisistik əsərlərinə gəlincə, araşdırmamız zamanı öyrəndik ki, onun 2011-ci ildə "Adiloğlu" nəşriyyatında  "Xocalı soyqırımı" (Azərbaycanlılara qarşı ermənilərin apardığı soyqırım siyasətinin xronologiyası), 2010-cu ildə "Adiloğlu" nəşriyyatında "Müqəddəsliyə aparan yol" (Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında olan bu kitabı Sabir Hüseynovla birgə yazıb) kitabları nəşr olunub.  Bundan başqa, "Mələyin təbəssümü", "Bakı üçbucağı" əsərini yazıb. Məlumata görə, rus dilində dərc edilən bu detektiv əsər Rusiya və Ukraynada kifayət qədər oxucu auditoriyası toplayıb. O, "Çovdar çörəyi" romanının da müəllifidir. "Ev tapşırığı. Uğur düsturunu öyrənəcəyik" (motivasiya əsəri) əsəri də Ə.Məhərrəmzadənin qələm məhsuludur. 

Onu da vurğulayaq ki, Ə.Məhərrəmzadə 2011-ci ildə "Araz" nəşriyyatında "Prezident İlham Əliyevin iqtisadi və siyasi strategiyası", "Azərbaycanda biznes planının tədqiqi nəzəriyyəsi" kitablarını da yazıb. 

Onun yazdığı "Kənar adamın söylədikləri" romanının süjeti barədə internet resurslarında belə yazılıb: "Romanın süjeti olduqca maraqlı, dramatikdir. Baş qəhrəman – fransalı yazar Mişel Leqranı "Ailes" qəzeti redaksiyası Bakıya 44 günlük Qarabağ müharibəsindən reportaj hazırlamağa ezam edir, jurnalist Gəncə bombalanan zaman ora yollanır, vətənpərvər professor Kərimzadə ilə tanış olur. Əslən Qubadan olan professor Mişelin fransız olduğunu bilib ona yaşadığı Quba bölgəsindəki fransız izlərindən, o cümlədən Aleksandr Dümanın Quba səfərindən danışır. Nə vaxtdır beynində bir roman yazıb məşhurlaşmaq ideyası dolanan Mişel Parisə qayıtmaq əvəzinə, Qubaya gedəsi olur. Amma Qubada 1918-ci il soyqırımı abidəsini görüb, ermənilərin burnunu ovan Qaçaq Mayıl barədə eşidib, üstəlik, ermənilərin fransızlara vurduğu yaralardan da xəbərdar olub mövzusunu dəyişir.
Romanda Qubanın Rusiya imperiyası tərəfindən işğalı, çarizm əleyhinə xalq üsyanları, 1918-ci il qırğınları, Xalq Cümhuriyyətinin qurulması, 1920-ci il bolşevik istilası, Azərbaycanda bolşeviklər əleyhinə qiyamlar – bir sözlə, Azərbaycan tarixinin bizə, əslində qaranlıq qalan böyük bir hissəsinə, eyni zamanda Fransaya qarşı törədilən erməni terrorlarına sənədli materiallarla güzgü tutulur.

Əsərin süjeti, mövzusunun kifayət qədər maraqlı, tarixi həqiqətlərlə zəngin olduğunu deyə bilərik.

Araşdırma apararkən qarşımıza yutubda "Səsli kitab dünyası" layihəsi çərçivəsində  Ə.Məhərrəmzadənin "Çovdar çörəyi" detektiv romanının səsli varinatı da çıxdı. 

Yerli mətbuatda Ə.Məhərrəmzadənin "Atabəylər Şəmsəddin Eldəniz" kitabı barədə geniş yazısı da çap olunub. 

"Təzadlar"da işıq üzü görən məqalədə qeyd olunur: "Azərbaycan oxucusuna "Xocalı soyqırımı", "Müqəddəsliyə aparan yol", "Mələyin təbəssümü", "Bakı üçbucağı", "Çovdar çörəyi"  və s. kimi əsərləri ilə yaxşı tanış olan Əlibala Məhərəmzadənin "Atabəylər: Şəmsəddin Eldəniz" adlı romanının birinci kitabı xüsusilə diqqəti cəlb edir. Belə ki, Azərbaycan tarixində Səlcuqilərin gəlişi ilə xalqımızın formalaşmasının təzəcə başa çatdığı, ən şərəfli, ən vacib və mühüm hadisələrin baş verdiyi XII əsrdə Bizansın təhriki ilə xristian Gürcü - Baqratlıların zaman-zaman yurdumuza hücumlarının baş verməsi müstəvisi üzərində hadisələrin real, təbii, yeri gəldikcə isə həm də bədii boyalarla verilməsi oxucuda çox dərin, mükəmməl və yetkin təəssürat yaradır.

Əsər haqqında danışarkən ayrıca olaraq qeyd edilməlidir ki, müəllif o dövrdə baş vermiş hadisələri kifayət qədər dərindən tədqiq etmiş, personajları araşdırmış, sonradan nəinki təkcə Azərbaycan, eləcə də türk xalqları tarixində ən mühüm simalardan olacaq Şəmsəddin Eldənizin, Mömünə Xatunun, Sultan Mahmudun, Sultan Səncərin, Qızıl Arslanın keçib getdiyi yolları araşdırmış, qarşılaşdıqları şəxsiyyətləri müəyyənləşdirmiş, hətta onların xarakterlərinin, həyata baxışlarının yaranmasının xüsusiyyətlərini tədqiq etmişdir". 

Ə.Məhərrəmzadə  Azərbaycan Yazıçılar Birliyinin Rəsul Rza mükafatı, Rusiyanın Fyodor Dostoyevski medalı, Ukraynanın Müqəddəs Georgi ordeni laureatı olmaqla yanaşı, həm də Bakıda keçirilən Avrasiya materikinin ədəbiyyat üzrə 4-cü "LiFFt" ədəbiyyat festivalının əsas simalarından biri, "SilkWay" beynəlxalq ədəbiyyat festivalının Azərbaycan üzrə həmtəsisçisidir. Bütün bu məlumatlar yerli mediada öz əksini tapıb. 

Mətbuatda gedən yazılardan birində qeyd olunur ki, Ə.Məhərrəmzadənin  "Çovdar çörəyi" romanı barədə ölkənin ən tanınmış ədəbiyyat və incəsənət adamları- Nizami Cəfərov, İsa Həbibbəyli, Ramiz Fətəliyev, Vaqif Yusifli, İlqar Fəhmi müsbət fikirlər bildiriblər... Ə.Məhərrəmzadə isə müsahiblərindən birində bu romanın məzmunu haqda deyib: "...Türkiyənin Bodrum bölgəsində dincələn nazir müavini olan Ata böyük oğlunun avtoqəzada ölməsi xəbərini eşidir, dəhşət içində istirahəti yarımçıq qoyub Bakıya qayıdır. İlk eşitdiyi o olur ki, oğlu şəkər xəstəsi olan anasına çovdar çörəyi almağa gedərkən qəzaya uğrayıb. Ata Ananı uşağın ölümündə günahkar hesab edib onu yamanlayır. Amma bu müəmmalı qəzanın görünməyən tərəfləri var. Çörək almaq üçün evdən çıxan oğul evin beş addımlığındakı mağazaya yollandığı halda necə olur 10-15 kilometr kənarda, şəhərin çıxacağında qəzaya uğrayır? Oğlunu nə çəkib ora aparıbmış?

Ata daxili istintaqa başlayır, öncə oğlunun maşını ilə toqquşan yük maşınının sürücüsünün üzərinə gedir, sonra onun dostları ilə söhbətləşir, məlum olur ki, oğlu ömrünün son dönəmlərində xeyli dəyişibmiş. Ata oğlunun siqaret çəkdiyini, qumar oynadığını, nişanlısı ola-ola başqa qadınla görüşdüyünü öyrənir, qəzadan əvvəl telefonuna gələn zənglərin müəllifləri ilə bir-bir görüşüb uşağın hansı səbəbdən ölməsini müəyyənləşdirməyə çalışır..."

Əsərin məzmunu haqda müəllifin dilindən qısa bir abzas təqdim etməklə Ə.Məhərrəmzadənin əsəri, yazı dili barədə oxucunun məlumatı oldu. Düzdür, tam ifadə edə bilmədik, kiçik bir parça ilə kifayətləndik. Məqsədimiz Ə.Məhərrəmzadənin yaradıcılğını, yazdıqlarını təftiş etmək deyil, sadəcə çoxlarımız üçün elə də tanış olmayan imzanın, müəllifin nə yazdığını, hansı əsərlərin müəllifi olduğunu, ədəbiyyatla əlaqəsinin olub-olmadığını araşdırmaq və maraqlı oxuculara məlumat çatdırmaq idi. 

Onu da qeyd edək ki, Ə.Məhərrəmzadənin qələmindən çıxan bədii və sənədli yazıların, əsərlərin mövzularının aktuallığı, tarixiliyi, gerçəkliklərin sənədli yazı dili ilə ifadəsi çox maraqlıdır, diqqətçəkəndir...  

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ