Bazar günü günü, 08 noyabr 2026
     

Fəlsəfə doktorlarının ictimai statusu dəyişdirilir - nazir anons etdi...

Image


"Elmi tədqiqatlar olmayan yerdə innovasiyalar yaratmaq olduqca çətindir. Elmi araşdırmaların düzgün qurulması olduqca vacibdir. Biz "phd"ni, yəni "fəlsəfə doktoru"nu ictimai statusu olan adamdan elmlə məşğul olan adam statusuna gətirib çıxarmalıyıq". Bu sözləri Bakıda keçirilən Təhsilin İnkişafı Forumunda elm və təhsil naziri Emin Əmrullayev deyib.

Elm və təhsil nazirinin "biz "fəlsəfə doktoru"nu ictimai statusu olan adamdan elmlə məşqul olan adam statusuna gətirib çıxarmalıyıq" fikrinə fəlsəfə doktorları necə baxır?

Vüsalə Ağabəyli: "Bu ifadə, əslində, elmlə real olaraq məşğul olan alimlərə qarşı doğru yanaşma deyil"

Filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli "Bakı-Xəbər"ə şərhində "Bu ifadə, əslində, elmlə real olaraq məşğul olan alimlərə qarşı doğru yanaşma deyil. Bu nə deməkdir? Real götürsək təhqirdir. Bəlkə də, elə haqqına təhqirdir. Elmlə məşğul olmayan, lakin fəlsəfə doktoru, elmlər doktoru dərəcələrini alanlara verilməli olan düzgün mesajdır. 

Bəs real tədqiqatçılar? Əsl elm adamları? Maddiyyata köklənmədən özlərini tədqiqata həsr edənlər üçün necə? Onlar üçün bəs real qiymətləndirməni kim edəcək? Məncə, bu cür ikibaşlı yanaşmadansa, başqalarının hesabına və vasitəsilə elmi dərəcə alanları elmdən uzaqlaşdırmağa, ifşa etməyə çalışmaq lazımdır. Belə olarsa, elmi mühitdə məhz elə elmlə məşğul olan fəlsəfə doktorlarını görmək mümkün olacaq"-deyə bildirdi. 

V.Ağabəylinin sözlərinə görə, onlar da arzu edirlər ki, fəaliyyətləri və zəhmətləri layiqli qiymətləndirilsin. "Bəli, bu, mübarizə meydanıdır və bu mübarizə meydanında elm və təhsil naziri də bizim kimi real tədqiqatçıların yanında olub Azərbaycan elmini bataqlığa aparmağa çalışanlarla, elmi işindən xəbəri olmadan dərəcə alanlarla mübarizə aparsa, o zaman elmlə məşğul olan fəlsəfə doktorları, elmlər doktorların elmə verdiyi töhfə də layiqli dəyərini tapar"-deyə V.Ağabəyli bildirdi.

İlqar Orucov: "Nazirin istəyi odur ki, Azərbaycanda elm olsun, elm indiki kimi görüntü xarakteri daşımasın"    

Nazirin bu fikrinə münasibət bildirən Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov "Bakı-Xəbər"ə "Zatən, fəlsəfə doktoru ictimai statsulu adamdır. Yəni fikri, düşüncələri ilə ictimia fikrə, ictimai rəyə təsir göstərən, nüfuzu olan şəxsdir. Amma fəlsəfə doktorlarının hamısı elmlə məşğuldurmu? Təbii ki, yox. Cənab nazirin də dediyi firkin də mahiyyətində bu dayanır. Nazir demək istəyir ki, biz elmi ad daşıyanları mütləq şəkildə elmi fəaliyyətə təşviq etməliyik, həvəsləndirməliyik və onlar üçün şərait yaratmalıyıq. Mən nazirin fikirlərindən bunu başa düşürəm. Yəni mən bunu bu cür yozmuram, sadəcə olaraq, cümlənin mahiyyətində duran fikri bu cür anlayıram. Yəni biz elə şərait yaratmalıyıq ki, fəlsəfə doktoru olan şəxs təkcə ictimai şəxs olmasın, həm də elmi fəaliyyətlə məşğul olsun. Düşünürəm, bu fikirdə həqiqət payı çoxdur. Hesab edirəm ki, biz hər hansı bir fikri düzgün şəkildə anlayıb, onu ifadə edən şəxsin dediklərini düzgün, normal şəkildə qəbul etsək və yaxud qəbul etməsək belə, hər halda bu fikri nazir deyir. Nazirin istəyi odur ki, Azərbaycanda elm olsun, elm indiki kimi görüntü xarakteri daşımasın. Bizim illərdir apardığımız mübarizə nə üstündədir? Elmi mühitin zədələnməsi, eyni zamanda kimə gəldi fəlsəfə doktoru adının verilməsi və elmin bu qədər uzuzlaşması, elmin görüntü xarakter daşıması əlbəttə ki, naziri bu fikirləri söyləməyə sövq edir. Əslində düşünürəm ki, ola bilsin, nazirin bu fikri bəzilərində qıcıq yaradacaq. Amma həqiqət budur ki, biz elmlə məşğul olan şəxslər üçün o mühiti yarada bilmirik. Bu gün cəmiyyətdə elmi dərəcəsi, alimlik dərəcəsi, elmi statusu olan şəxslərin heç də hamısı elmlə məşğul deyil. Çox az sayda həqiqətən də öz zəhməti, gördüyü işlərin müqabilində gəlib elmlər doktoru, fəlsəfə doktoru olan şəxslər var. Sizinlə də müsahibələrimdə mən dəfələrlə bu məsələyə toxunmuşam. Bir də görürsən heç bir istedadı, bacarığı olmayan bir şəxs gəlib asanlıqla bu elmi adları, bu elmi dərəcələri alır. Özü də asanlıqla alır. Siz son illər müdafiə edən elmlər doktorlarının işlərini əgər təftiş edə bilsəniz görərsiz ki, müdafiə şuralarında nə cür işlər buraxılıb. Sadəcə, bu biabırçılıqdı. Eyni zamanda tutaq ki, kimsə fəlsəfə doktorudursa sonrakı fəaliyyətini özü seçər, o elmlə məşğul olmaya da, aktiv elmdə olmaya da bilər. amma əgər elmlə məşğuldursa, elmi müəssisəsdə çalışırsa o gerçəkdən də elmlə məşğul olmalıdır. Gəlib işlədiyi elmi müəssisəsinin divarları arasında vaxtını keçirməli deyil. Bu gün bizim elmi-tədqiqat müəssisələrimizin əksəriyyətində elmdən başqa hər şey var. Məsələnin mahiyyətində bu dayanır. Biz elə etməliyik, istedadlı insanlar elmə gəlsinlər, onlar elmdə qalsınlar, müdafiə edəndən sonra başqa iş axtarmasınlar. Biz nə qədər istedadlı insanlarımız bu yolla itirmişik. Elmdə olan o qüsurlu, zədələnmiş mühit nə qədər həqiqi alim ola biləcək insanları elmdən soyudub və onları uzaqlaşdırıb. Universitetlərimizdə, elmi-tədqiqat institutlarımızda bu mühit yoxdur. Hesab edirəm ki, nazirin fikirlərini bu kontekstdə qəbul etsək əlbəttə, biz həm də gerçək realallığa düzgün diaqnozu qoymuş olarıq. Fikrimcə, düzgün diaqnoz məsələnin həllində çox vacib bir faktordur. Mən sadəcə olaraq bu cür qəbul edirəm və hesab edirəm ki, hər halda cənab Prezident tərəfindən etimad göstərilən, dövlətin elm və təhsil siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi bir quruma rəhbərlik edən bir  şəxsin ifadə etdiyi  cümlədə məhz elmimizin və təhsilimizin gələcəyinə hədəflənmiş məqamlar yer alır"-deyə bildirdi.

İ.Orucovun sözlərinə görə, onu nazirlə heç bir məqam bağlamır, amma onun fikirləri düzgün fikirlərdir.  "Tam səmimi deyirəm, elmin bu dərəcədə korlanması bəlkə də heç vaxt olmayıb. Bu gün elmə rəhbərlik edən şəxslər var və onlar çox təsadüfi adamlardır. Onlar illərlə elmə xidmət etmək yolunu yox, elmi mühiti korlamaq yolunu tutublar, bu mühüti zədələyiblər. Bunu aradan qaldırmalıyıq və biz elə şərait yaratmalıyıq ki, istedadlı gənclərimizi vaxtında seçək, onlara düzgün və həqiqi himayədarlıq edək. Yoxsa yalandan "bu mənim qohumumdur, bu mənim yaxınımdır " məsələsi olmamalıdır. Akademiyada institut rəhbərləri tanıyıram (indi o institutlar Elm və Təhsil Nazirliyinin tabeliyindədir-İ.O), inanın ki, heç bir savadı olmayan şəxsləri elmə gətiriblər, onlar ya qohumlarıdır, yaxud onları hansısa məqamlar birləşdirir. Onları nə birləşdirə bilər ki? İmanımı yandıra bilmərəm. Amma bəlkə də onları rüşvət birləşdirib. Bu institut direktorları o adamlara himayədarlıq ediblər və onlar yüksək elmi dərəcələr, elmlər doktoru, fəlsəfə doktoru elmi dərəcəsi qazanıblar. Siz bilirsizmi bu nə deməkdir? Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərinin siyahısına baxın və elmin nüfuzuna baxın. Akademiklərin, müxbir üzvlərin arasında bilirsiz nə qədər təsadüfi, bu cür qüsurlu insanlar var? Onlar illərlə elmi çökdürüblər. Düşünürəm ki, nazirin fikirlərini qəribçiliyə salmalı deyilik. Biz mühütin bu qədər korlanmasının fərqində olmalıyıq. Biz illərdir bunu deyirik. Mən nə qədər istedadlı gənclər tanıyırdım, onlar həqiqi elm adamları idilər. Nə qədər istedadlı gəncləri saxta himayədarlıq etməklə elmdən uzaqlaşdırdılar. 

Kobud səslənsə də deməliyəm: atı eşşəyin ayağına bağlamaq. Bunu belə demək olar. Çox maraqlıdır ki,  elmə rəhbərlik etmiş həmin o şəxslər həm də yaltaq bir mühit yaradıblar.

Bu gün akademiyanın rəhbərliyində təmsil olunan İsa Həbibəylini kifayət qədər pozitiv bir şəxs kimi qəbul edirəm, həqiqətən də onun elm üçün çalışmaq istədiyinə inanıram, amma düzəldə bilmir. Niyə düzəldə bilmir? Çünki bir nəfər onu düzəldə bilməz. Hər kəs vicdanını qabağına qoymalı idi, hamı vicdanlı olmalı idi, amma ola bilmirlər. Mən doktoranturaya qəbul imtahanlarında gəlib mənə müraciət edən şəxslərin bəzən ah-naləsini eşidirdim. Bunu heç Allah götürməzdi. O insanlara qarşı gerçəkdən nə qədər də ədalətsizlik olmuşdu və və onların neçəsi elmi atıb getdilər, gəlmədilər. Onlar o saxtakarlıqları akademiklərin timsalında gördülər. Sizə tam səmimi deyirəm, adam tanıyıram ki, deputat ola-ola gəlib elmi iş müdafiə edib, amma dissertasiyasının bir cümləsindən də xəbəri yoxdur. Məmurlar tanıyırdım ki, gəlib çox asan yollarla bir günün içində müdafiə edirdilər. Fikirləşirdim ki, onlar elmin, elmi mühütin bundan ibarət olduğunu düşünürlər. Ona görə də həqiqi elm adamlarına yuxarıdan aşağı baxırdılar. Çünki onlar elmi bu cür gəlib bir günün içində müdafiə etmək kimi görürdülər və  yalandan onlara tərif yağdıran akademiklərin simasındakı o saxtakarlığı görüb nifrət edirdilər ki, elm budur? Amma elm bu deyildi. Gənclər var ki, illərlə süründürürlər, çünki bir kimsələri, arxaları yoxdur. Hesab edirəm ki, nazir bu kimsəsiz gənclərin arxasında duracaq. Sevinirəm ki,  fikirləri ilə nəhayət ki, bu məsələni ali səviyyədə gündəmə gətirənlər var. Buna çox sevinirəm və dəstəkləyirəm. Hesab edirəm, elmi gələcəyi puç olmuş, elmdən küsdürülmüş  gənclər, insanlar vardı, onların arzuları nəhayət gerçəkləşəcək və həqiqi alimlərimizi yetişdirə bilərik". 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ