Bazar günü günü, 08 noyabr 2026
     

“Azərbaycan füzulişünaslığının təşəkkülü”...

Image


Filologiya elmləri doktoru Gülşən Əliyevanın "Azərbaycan füzulişünaslığının təşəkkülü" kitabı f.e.d., professor Aydın Abi Aydının elmi redaktorluğu ilə "Çaşıoğlu" nəşriyyatında çap olunmuşdur. Kitabın rəyçisi akademik Möhsün Nağısoyludur. 

Kitabın "Ön söz"ündə Azərbaycan ədəbiyyatşünaslığından söz açan müəllif müxtəlif alimlərin fikirlərini diqqətə çatdırır, ədəbiyyatşünaslığın qorqudşünaslıq, nizamişünaslıq, füzulişünaslıq, folklorşünaslıq və s. sahələrinin adını çəkərək yazır: "Füzulişünaslıq azərbaycan ədəbiyyatşünaslığının bətnində 500 ilə yaxın ömür sürmüş əsas istiqamətlərdən biridir. Bəşəriyyətə misilsiz poetik-fəlsəfi incilər bəxş etmiş dahi Məhəmməd Füzulinin (1494-1556) sağlığından bu yana ədəbiyyatşünaslığa layiqli yol yoldaşı olmuş füzulişünaslıq M.Füzulinin özündə mənşə dövrünü təzkirəçilikdə təşəkkül ərəfəsini keçərək XX əsrin ilk qərinəsində eyni sistem kimi təşəkkül tapmışdır. XX əsrdə yazılmış elə bir ədəbiyyat tarixi, yaxud poeziyaya və nəzəriyyəyə dair yazılmış elə bir tədqiqat əsəri yoxdur ki, orada M.Füzuli yaradıcılığından bəhs olunmasın. Azərbaycan ədəbiyyatşünaslığının tarixini füzulişünaslıqsız təsəvvür etmək mümkün deyil". 

Müəllif Mirzağa Quluzadənin "Füzuli irsinin öyrənilməsi tarixi çox qədim olsa da, füzulişünaslıq elmi çox gəncdir" fikrini qeyd edir, şairin sağlığında yazılmış Lətifinin "Təzkirətüş-şüəra", Sam Mirzənin "Töhfeyi-Sami", Əhdi Bağdadinin "Gülşəni-şüəra" təzkirələrinin adını çəkir, yenə M.Quluzadənin "Təzkirələrdən və ilk mənbələrdən sonra Türkiyədə Füzuli haqqında əsl elmi fikir XIX əsrin 70-ci illərindən yaranmağa və inkişaf etməyəbaşlamışdır" fikrini və Azərbaycan füzulişünaslarının "füzulişünaslığın elm kimi formalaşması sovet ədəbiyyatşünaslığının xidmətidir" fikrini diqqətə çatdıraraq Həmid Araslıdan sitat verir. 

Tədqiqatçı burada digər təzkirələrə də müraciət edir, həm Türkiyə, həm də Azərbaycan füzulişünaslarının xidmətini qeyd edir. Gülşən Əliyeva füzulişünaslığın mənşəyinin Füzulinin özündən başlaması ideyasının bir problem kimi ilk dəfə onun tədqiqat işində qoyulduğunu qeyd edir. 

"Azərbaycan füzulişünaslığının mənşəyi"ni araşdıran müəllif yenə də təzkirələrə və füzulişünasların əsərlərinə üz tutur, geniş, əhatəli şəkildə araşdırma apararaq şairin yaradıcılığını işıqlandıran mənbələrdən söz açır. Bəzən şair haqqındakı fikirləri ümumiləşdirib münasibətini bildirən tədqiqatçı bəzən konkret füzulişünasın tədqiqatı üzərində dayanır. 

"Bəs M.Füzulinin ilk əsəri hansıdır? Hələlik füzulişünaslıq bu məsələdə öz qəti sözünü deməyib" yazan müəllif A.Şaiqin Füzulinin gənc ikən ilk şeiri olan "Pərişanhalın oldum, sormadın hali-pərişanım" mənzuməsini ustadı Rəhmətullah Əfəndinin qızına yazması fikrini mülahizə kimi diqqətə çatırır və buna münasibətini bildirir, hətta belə hesab edir ki, Azərbaycan füzulişünaslığının mənşəyi məhz bu mürəbbədən başlayır. 

Gülşən Əliyeva Füzuli yaradıcılığından bəhs edərək, öz Füzulisini şairin öz əsərlərində axtarır. Onun tapdığı da məhz görmək istədiyi Füzulidir. Füzulinin "Padişshi-mülk..." qitəsinin özü haqqında yazdığı ən mükəmməl əsərlərdən biri olduğunu, "Söz" rədifli qəzəlində Nizami ilə səsləşdiyini, "Qəzəldir səfabəxşi-hünər..."də qəzəlin poetik xüsusiyyətlərini, estetik məziyyətlərini, insan həyatında əxlaqi-fəlsəfi rolunu açıb göstərdiyini, qəsidələrini "dövrandan sitəm görmüşlər" adlandıran şairin öz irsinə tənqidi nəzərlə yanaşdığını və s. mülahizələri qeyd edərək, "Misal verdiyimiz mülahizələr belə qənaətə gəlməyə imkan verir ki, M.Füzuli həm öz-özünün obyektiv tənqidçisi, həm də tənqid nəzəriyyəçisi idi. M.Füzulinin bir füzulişünas kimi nəzəri-estetik görüşlərindən bəhs edərkən onun tələbkar mətnşünas olduğunu da qeyd etməliyik. Şair hələ öz dövründə şeiri deyərkən nəzmi nəsrdən seçməyən bisavad qiraətçilərdən, xüsusilə də şeirləri köçürən katiblərdən qəzəblə şikayət edirdi" yazır və azərbaycanca Divanının dibaçəsindəki parçanı örnək verir.

"Azərbaycan füzulişünaslığının təşəkkül ərəfəsi" məsələlərini araşdıran tədqiqatçı təzkirəçilərin, Fuad Qasımzadə, Mikayıl Quluzadə, mir Cəlal, Həmid Araslı, Abdulla Sur, F. Köçərli və b. tədqiqatlarından istifadə edərək, füzulişünaslığın təşəkkül ərəfəsini təsvir etməyə çalışır. 

Burada müəllifin M.F.Axundzadənin Füzuliyə münasibətindən də bəhs edir, üç səbəb göstərir. "Axundzadəni qorxudan "bütün ədəbi-bədii fikri 300 il özündə saxlayan" Füzuli idi və o, Füzuli təsirinə düşməmək üçün Füzuliyə qarşı çıxmışdır" fikrini qəbul etmək çətindir. Ümumiyyətlə, hər tədqiqatçının öa düşüncəsi, bir ədibin yaradıcılığına öz baxışı, əsərləri haqqında öz fikri vardır. Tənqidə qalsa, hamıda səhv var, bütün tədqiqatçılarda yanlış fikirlər tapmaq olar. Amma Füzuli elə bir şairdir ki, hər tərəfdən bir çür görünür. Ona görə də ona baxanların görümü fərqlidir. Qoy hər tədqiqatçı öz Füzulisindən bəhs etsin, kim istəmir, öz əsərini ortaya qoysun. Necə deyərlər: "abbasını bəyənməyən, beş şahılığını çıxarsın". Təəssüf ki, "beş şahılıq" da yoxdur...

Müəllif bu bölümü belə bitirir: "Azərbaycan füzulişünaslığının təşəkkül ərəfəsinin təqribən eyni vaxtda 1907 və 1908-ci ildə yazılmış iki əsər – A.Surun "Füzuliyə bir nəzər" və F.Köçərlinin "Azərbaycan ədəbiyyatı tarixi materialları" adlı ədəbiyyat tarixi üçün yazılmış "Molla Məhəmməd Bağdadi – Füzuli təxəllüs" əsəri yekunlaşdırır.

Həm, M.Füzulinin ilk füzulişünas kimi nəzəriyyəsi, həm də təzkirəçilikdən başlanan təşəkkül ərəfəsini tamamlayan fikirlər 20-40-cı illərdə füzulişünaslığın elmi sistem kimi təşəkkülü üçün zəmin yaratdı".

Kitabın "Azərbaycan füzulişünaslığının təşəkkülü" adlı bölümündə ədəbi-nəzəri fikir tariximizin XX əsr 20-30-cu illər ziddiyyətli mərhələsindən, hakimiyyət dəyişikliyinin ədəbi prosesə göstərdiyi təsirdən söz açan müəllif o dövrdə C.Məmmədquluzadə, Ə.Haqverdiyev, Ü.Hacıbəyli, H.Cavid, C.Cabbarlı, Y.V. Çəmənzəminli, M.Rəsulzadə, Ə.Abid, B.Çobanzadə, S.Mümtaz, M.S.Ordubadi, A.Şaiq, H.Zeynallı, Ə.Nazim kimi ədiblərin yaşayıb fəaliyyət göstərdiklərini bildirir, K.Talıbzadənin fikrinə müraciər edir. Burada tarixi prosesə bir nəzər yetirən tədqiqatçı bəzi məsələlərə öz münasibətini bildirir. 

Burada Gülşən Əliyeva Fuad Köprülüzadənin və İsmayıl Hikmətin tədqiqatlarına da diqqət yetirir, Bəkir Çobanzadənin, Salman Mümtazın, Əmin Abidin, Ordubadinin, Həmid Araslının, Mikyıl Quluzadənin Füzuli haqqındakı fikirlərinə də yer verir..Füzuli yaradıcılığı ilə məşğul olan ədiblərin şair haqqındakı fikirlərin münasibətini bildirən müəllif sonda fikrini belə yekunlaşdırır: "Füzulişünaslığın təşəkkülü Azərbaycan füzulişünaslığının birinci mərhələsidir. Göründüyü kimi, onun özünəməxsus tarixi səciyyəsi, nəzəri prinsipləri və estetik xüsusiyyətləri vardır. Füzulişünaslığın bir elm kimi sıravi mərhələləri məhz bu zəmin üzıərində təməl tapıb bərqərar olur. Təşəkkül mərhələsi füzulişünaslığın tarix baxımından ən uzun mərhələsidir. Və bu mərhələ göstərir ki, M.Füzuli həmişə ədəbi-nəzəri fikir üçün poetik sirr olaraq qalıb, hər mərhələdə ədəbiyyatşünaslıq M.Füzuliyə münasibətdə öz estetik meyarlarını sınaqdan keçirməli olub".

Kitabın sonunda "Təzkirələr" başlıqlı bölümdə "Lətifi təzkirəsi"indən, "Sam Mirzə təzkirəsi"ndən (Töhfeyi-Sami), "Əhdi təzkirəsi"ndən (Gülşəni-şüəra), "Aşıq Çələbi təzkirəsi"ndən (Məşairüş-şüəra – şairlərin ağlı (dərrakəsi), "Həsən Çələbi təzkirəsi"ndən (Xınalızadə), "Bəyani təzkirəsi"ndən, "Əmin Əhməd Razidən (Həft iqlim), "Alidən" (Kunhul-əxbar) Xəbərlərin sonu (mahiyyəti), "Sadiqi təzkirəsi"ndən (Məcməül-xəvas -Yığıncağın özəllikləri), "Riyazi təzkirəsi"ndən (Riyazüş-şüəra –Şairlər bağçası), "Faizi təzkirəsi"ndən (Zübdətül-əşar-Seçilmiş şeirlər), "Lütfəli bəydən (Atəşgədə-Od məbədi) dahi şairimiz Füzuli haqqında olan məlumatlar verilmişdir ki, bu da kitabın daha maraqlı olmasına xidmət edir.

Ümumilikdə kitab maraqlıdır. Füzulini öyrənmək istəyənlər üçün dəyərli vəsaitdir. Gülşən xanımı təbrik edir, yeni müvəffəqiyyətlər arzulayırıq.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ