Bazar günü günü, 08 noyabr 2026
     

Azərbaycanda monoqrafiyası olmayan alimlər - nazir çox həssas yerdən tutdu...

Image


Məhərrəm Zülfüqarlı: "Saxta diplomlu alimlərə qarşı tədbir görülməlidir, amma görülmür"

"Elmi dərəcə insanın alim olduğunu bildirmir. Alim olmaq üçün elmi nailiyyət olmalıdır". Bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, elmin imitasiyası yox, elmin özü lazımdır. "Əsas problem odur ki, elmi dərəcəsi olub, elmi nailiyyəti olmayan insanlara alim deyirik. Biz onlara "sən alim deyilsən" deməyə utanırıq.

Ümumilikdə isə elmi məqalələrin sayı artır. Bu bizi sevindirir. Nazirlik olaraq, elmi nəticələrə görə əlavə mükafatların verilməsinə başladıq. Bu proses hələ başlanğıcdır. İlkin mərhələdə bu səhv addım kimi görünə bilər və tənqid oluna bilərik. Lakin biz hardansa başlayıb addım atmalı, həvəsləndirici tədbirlər görməli idik",- deyə nazir bildirib.

Əslində, nazir çox aktual məsələni qaldırıb, elm sahəsini başına götürmüş saxta diplomlu alim problemini bir daha gündəmə gətirib. 

Çox təəssüflər olsun ki, hazırda saxta yollarla alimlik dərəcəsi, professor adı alanlar da az deyil. Məsələn, elələri var ki, alimlik dərəcəsi alıb, amma bir dənə monoqrafiyası belə çap olunmayıb. Yaxud monoqrafiya kimi çap olunmayan dissertasiyaların olduğu haqda tez-tez eşidirik. 

Nazirin bu çıxışından sonra saxta yollarla elmi titul, alimlik diplomu alanlardan bu elmi adlar alına bilərmi? Nazir özü dedi ki, elmi dərəcə insanın alim olduğunu bildirmir. Azərbaycan elmində də o qədər elmi dərəcəsi olan, amma elmi nəticəsi olmayan, hələ Sovet ideologiyasının məftillərində ilişib qalan, yeniliyə düşmən kəsilənlər var. Bu gün "aliməm", "elmi dərəcəm var" deyənlərin sayı çoxdur. Bunların attestasiyası da keçirilsəydi yaxşı olardı, bununla da kimin  əsl alim, kimin isə saxta alim olduğu üzə çıxardı. 

"Azərbaycan elmində proteksiya da, yerlibazlıq da, rüşvət də var"

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı "Bakı-Xəbər"ə şərhində bildirdi ki, nazirin fikri ilə mətbuatdan tanışdır. "Nazirin belə bir sözü var ki, elmi dərəcə insanın alim olduğunu bildirmir. O fikir müsbət qarşılanmalıdır ki, alim tək diploma görə deyil, əldə etdiyi elmi nəticələrə, yazdığı əsərlərə görə tanınmalıdır. Azərbaycan elmində proteksiya da, yerlibazlıq da, rüşvət də var. Saxtakarlıq və rüşvətlə alimlik dərəcəsi alanlara, əlbəttə ki, alim demək olmaz. Alim daim yazmalı, yaratmalı, dərsliklər, kitablar, monoqrafiyalar çap edib nəticə göstərməlidir. Bu fikirlə razıyam.

Bir məsələ maraqlıdır ki, nazirin özünün elmi dərəcəsi yoxdur. Yəni elm və təhsil nazirinin özünün elmi dərəcəsinin olmaması belə bir fikrə əsas verir ki, başqalarından nümunə gözləyən nazir özü nümunə göstərməlidir. İlk növbədə özü elmi işlə məşğul olub elmi dərəcə almalıdır və sonra digərlərini tənqid edə bilər. Ona görə də, elm sahəsində olan neqativ halları tənqid etməklə yanaşı, nazir özü də öz üzərində işləməlidir. Ən azı, doktoranturaya qəbul olub, mövzu götürüb elmi işlə məşğul olub, elmi nəticə göstərməklə özünü doğrultmalıdır. Belə olarsa, bəli, onun elmi dərəcəsi olanlar, alimlər haqqında tənqidi fikir deməyə mənəvi haqqı ola bilər. Amma magistratura təhsilli nazirin elmlər doktorları, professorlar, elmlər namizədləri, dosentlər haqqında tənqidi fikir bildirməsi, neqativ halları səsləndirməsi müsbət olsa da, o öz üzərində işləməli, ən azı elmi dərəcə almalıdır. Yəni elm və təhsilə rəhbərlik edən bir şəxsin elmi dərəcəsi olmalıdır ki, sonradan başqalarını da tənqid edə bilsin".

M.Zülfüqarlı hesab edir ki, bu gün saxta yollarla alimlik dərəcəsi alanlara şərait yaradanlar var. 

M.Zülfüqarlı bildirdi ki, saxta alimlərlə bağlı mübarizə aparılmalıdır və onların aşkarlanması üçün komissiya yaradılmalıdır. "Saxta diplom alan şəxslərlə bağlı SSRİ dağılandan sonra təxminən 1992-ci ildə Rusiyada bir komissiya yaranmışdı. Bizdə də Milli Elimlər Akademiyasında belə bir komissiya yaransa da, məlum olmayan səbəblərdən komissiyanın işi dayandı. Sonra nə açıqlama, nə də hesabat verən, nə də bu işin arxasınca gedən oldu. O vaxt Rusiyadan həm ali təhsil, həm də elmi dərəcə ilə bağlı çoxlu sayda diplomlar alanlar oldu. Onun da qarşısını alan olmadı. Müasir dövrdə də bu məsələ aktualdır. Proteksiya, rüşvət, korrupsiya kimi halların olması nəticəsində xüsusən də bir sıra adamlar vəzifədə olarkən başqalarına dissertasiya yazdırmaqla elmi adlar alıblar, vəzifədən çıxandan sonra isə hansısa bir ali məktəbdə kafedra müdiri olurlar, vəzifə tuturlar. Belələri kal armud olub əsl elmlə məşğul olanların boğazına keçirlər. Belə problemlər çoxdur.

Saxta diplomlu alimlərə qarşı tədbir görülməlidir, amma görülmür. Dediyim kimi, saxta diplomlarla bağlı komissiya yaradıldı, amma ondan sonra ortaya heç nə çıxarılmadı. Yəqin ki, o komissiyanı təşkil edənlərin marağında olmadığı üçün bu məsələnin kökünə gedilmədi. İndi də bu məsələ aktualdır, indən sonra lap aktual olacaq"-deyə M.Zülfüqarlı bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ