Bazar günü günü, 08 noyabr 2026
     

Nazir Əmrullayev universitetlərdə bəzi fənləri mənasız hesab etdi...

Image


Kamran Əsədov: "Universitetlərdə tədris olunan fənlərə baxış daha çevik olmalı və proqramlar mütəmadi olaraq yenilənməlidir"

"Ali təhsil müəssisələrində o qədər fənn var ki, onlar keçirilməməlidir. Əgər dəyişiklikliyə hazırıqsa, bunu edək". Bunu Elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumu çərçivəsində təşkil edilmiş "Biliyi dəyərə çevirən sinerji" adlı paneldə çıxışı zamanı bildirib. 

Qeyd edək ki, bir sıra təhsil mütəxəssisləri tərəfindən də ali məktəblərdə proqramların yenilənməməsi, hətta bir sıra təhsil ocaqlarında Sovet dövrünün proqramlarından hələ də istifadə edildiyi bildirilir. Nəticədə isə tələbələr yeniliklərdən kənarda qalır, ancaq məhdud çərçivədə biliklərə yiyələnirlər. 

Maraqlıdır, ali təhsil müəssisələrində keçirilməsi lazım olmayan fənlər hansılardır? Onların ləğv edilməsi tələbələrin dərs yükünü aradan qaldıra bilərmi?

"Bəzi humanitar və ya tarixə aid köhnəlmiş, lokal kontekstli fənlər tədris planında öz aktuallığını itirir"

Təhsil eksperti Kamran Əsədov "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki,  Elm və Təhsil Nazirliyi dəfələrlə ali təhsil proqramlarının yenilənməsi və mövcud proqramlarda bəzi fənlərin ləğv edilməsi ilə bağlı çağırışlar edib: "Təhsil naziri tərəfindən edilən son açıqlama isə bu istiqamətdə müəyyən addımların atılmasının zəruriliyini bir daha təsdiqləyir. Ali təhsil proqramlarında bəzən artıq fənlərin mövcudluğu, tələbələrin təcrübəyə yönəlməsinin önəmsizləşdirilməsi və nəzəriyyəyə həddən artıq üstünlük verilməsi təhsil sistemindəki bəzi problemlərin kökündə durur. Bu günün əmək bazarının tələbləri ilə ayaqlaşmaq üçün proqramlar müasir bilik və bacarıqları tədris etməli, tələbələri iş həyatı üçün hazırlamalıdır. Lakin bir çox halda köhnəlmiş, praktik faydası az olan fənlər proqramlarda yer almaqda davam edir".

Ekspert hesab edir ki, ali təhsil müəssisələrində artıq hesab olunan fənlər adətən nəzəriyyəyə həddən artıq bağlı, müasir elmi tədqiqatlarla uyğunlaşmayan və tələbələrin peşəkar hazırlığına konkret təsir etməyən fənlərdir: "Məsələn, bəzi humanitar və ya tarixə aid köhnəlmiş, lokal kontekstli fənlər tədris planında öz aktuallığını itirə bilər. Tələbələr bu fənləri keçərək müasir dövrün tələblərinə uyğun bacarıqlar qazana bilmirlər. Buna misal olaraq, bəzi universitetlərdə hələ də tədris edilən tarixi faktlarla dolu, lakin aktual elmi analizlərdən uzaq fənləri göstərmək olar. Eyni zamanda, texniki sahələrdə də artıq sayılan və konkret texniki bilik verməyən nəzəri fənlər çoxluq təşkil edir. Belə fənlər praktik təlimləri və təcrübələri sıxışdırır və tələbələrin texnologiya, innovasiya və ya startap fəaliyyəti üçün zəruri olan bacarıqların inkişafına mane olur. Ali təhsil sistemində artıq hesab olunan fənlərin qalmasının bir neçə əsas səbəbi var. Bunlardan biri akademik ənənələrin və proqramların uzun müddət dəyişilmədən davam etməsidir. Universitetlərdə müəyyən bir proqram oturuşduqda, onu dəyişmək üçün tələb olunan bürokratik prosedurlar və ya professor-müəllim heyətinin müqaviməti tədris prosesində islahatların gecikməsinə səbəb ola bilər. Digər bir səbəb isə müəllimlərin bu fənlər üzrə ixtisaslaşmış olması və onları tədris etməkdə maraqlı olmalarıdır. Onlar yeni fənlərə və ya müasir yanaşmalara keçid edərkən bu bilik və bacarıqların yenilənməsi üçün əlavə təlimlərə ehtiyac duyurlar, lakin bu proses müəyyən xərclər və vaxt tələb edir".

K.Əsədovun fikrincə, dəyişikliklərə hazır olmaq üçün ilk növbədə ali təhsil müəssisələri proqramlarını yenidən gözdən keçirməlidir. Tədris proqramları əmək bazarının tələblərinə uyğun olaraq modernləşdirilməli, artıq fənlər ləğv edilməli və ya daha müasir fənlərlə əvəzlənməlidir: "Məsələn, Finlandiya, Almaniya və ABŞ kimi ölkələrdə universitetlər tələbələri iş dünyası ilə sıx əməkdaşlıq çərçivəsində praktiki bacarıqlarla təchiz edir və təcrübə proqramları dərs planının əsas hissəsinə çevrilib. Hətta bəzi universitetlər tələbələrin məzun olmadan iş tapmalarını hədəfləyən təcrübə əsaslı təhsil modelinə üstünlük verirlər. Azərbaycanın ali təhsil müəssisələrində də bu istiqamətdə dəyişikliklərin edilməsinə ehtiyac var. Universitetlərdə tədris olunan fənlərə baxış daha çevik olmalı və proqramlar mütəmadi olaraq yenilənməlidir. Tələbələrə daha çox təcrübi biliklər vermək üçün praktiki təlimlər, laboratoriyalar, layihə əsaslı öyrənmə metodları tətbiq edilməlidir. Belə bir yanaşma tələbələrin işə hazırlığını artırar və onların əmək bazarında daha rəqabətədavamlı olmasına şərait yaradar. Əlavə olaraq, universitetlərin təhsil proqramları hazırlanarkən iş dünyası ilə sıx əməkdaşlıq etməsi vacibdir. Belə bir yanaşma proqramların real tələblərə uyğun olmasına və tələbələrin universitetdən məzun olduqdan sonra iş tapmaqda çətinlik çəkməməsinə kömək edəcək. Bunun üçün təhsil sistemində şirkətlər və universitetlər arasında əməkdaşlığın daha da genişlənməsi və birgə təcrübə proqramlarının təşkili vacibdir. Nəticə olaraq, ali təhsil müəssisələrində artıq fənlərin tədris proqramlarından çıxarılması və təcrübəyə yönəlmiş təhsil modellərinin tətbiqi müasir tələblərə uyğun tədrisin əsasını təşkil edir. Dəyişikliklərə hazır olmaq üçün universitetlər daha çevik və innovativ yanaşmalara açıq olmalı, tələbələrə praktiki bilik və bacarıqlar qazandırmaq üçün iş dünyası ilə sıx əməkdaşlıq etməlidir".

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ