Bazar günü günü, 08 noyabr 2026
     

O bir vətən oğlu idi…

Image


İnsanların qatili, 

bəşərin faciəsidi müharibə.

Körpə gülüşünün oğrusudu müharibə.

Ümidlərin dəmir qayçısıdı müharibə.

Yüz ilin qəbiristanlığını 

bir ayda salandı müharibə...

 

Müharibənin hər hərfindən ölüm sallanır. Qara xəbərin sədaları eşidilir.  

Müharibə boşluqlar yaradan faciədir. Yaradılanların məhvidir.

Müharibə qara, lal sükutdur. 

Müharibə olanları xatirələrə çevirir. Xatirələr olan yerdə isə xəyallara yer qalmır.

Müharibə uşaqları ata-anasız, ata-anaları uşaqsız, evləri viran qoyur.

Keçmişlə bağlı bağları qıran müharibə bütün olanları əldən alır. Məhv edir. Dönüb geriyə baxanda, ancaq yoxluq görürsən. Səni ağrıdan, itkiləri yaşamağa məcbur edən həyatla baş-başa qalırsan. 

Bütün ağıllı insanlar müharibəyə nifrət edir. Şəhid məzarlığına baxan da, qara mərmərdən boylanan cavanları görən də. Yurdundan uzaq düşən də, evinə kənardan boylanan da, axtardığı evi tapmayan da. Ümidini bağladığı oğlunun itkin düşdüyünü eşidib on illərlə onun gələcəyi ümidi ilə yaşayan da, şəhid xəbərini eşidən də, ömürlük şikəst olduğunu görən də. 

Dərdlər eyni, ağrılar cürbəcür…

Müharibə bütün qanunları susdurur, - deyirdi, Liken Mark Anney.

İçdən gələn hiss, duyğu insanı istədiyi yerə dartıb aparır. Ora yaxşıdımı, pisdimi, səni nələr gözləyir, bəlkə də, bu son gedişdi... Fərq etməz. Gedirsən. Burda suallara cavab verə, danışa bilmirsən. Nitq tutulur. Baxışlar da suallardan qaçır.

O yerdə ki bütün sualların cavabı Vətəndir, orda susmalı olursan. Vətənin özü ən böyük cavabdır. Vətən insanı maqnit kimi özünə çəkir. Ruhun səndən qabaq ona doğru qaçır. Bu arzudur, istəkdir, vəfa borcudur. Torpaq sevgisidir. Bütün məqamlarda yaş tanımyan torpaq sevdiklərini daha çox özünə çəkir. Bəlkə də, bu, onları dünyadakı gələcək əzablardan qorunmaq üçündür. İnsan istəsə də bu məqamda özünə hakim ola bilmir. Cazibə bütün hissləri bloklayır.

*

Üzündən hələ də məsumluq yağan Ziyanın içində böyük vətən sevgisi vardı. Yurd, Qarabağ itkisi, qaçqınların çəkdikləri müsibətlər onu bir zabit kimi hər zaman döyüşə, torpaqları geri qaytarmağa səsləyirdi. 

Ziya Niyazi oğlu Həsənov 11 oktyabr 1989-cu ildə Ağdam rayonunun Boyəhmədli kəndində dünyaya göz açıb. 1993-cü ildə kənd işğal onunanda Ziyanın 4 yaşı vardı. Həyətləri, yollar, çığırlar, uşaq vaxtı eşitdiyi güllə səsləri onun yaddaşına hopmuşdu. Vətən, torpaq sevgisi doğuluşdan ona siyarət etmişdi. Bəlkə də, xatırlananlarla bərabər yurduna, Qarabağa atılan o güllə səsləriydi onu zabit olmağa səsləyən.

Təhsil aldığı Bərdə şəhər 4 nömrəli məktəbdə yüksək qiymətlərlə oxuyan Ziya riyaziyyatı daha çox sevirdi. Bu da təsadüfü deyildi. Çünki gendən gələn şeylər də var. Uzun müddət Ağdam rayonu Sofulu kənd səkkizillik məktəbinin direktoru olan Ziyanın ata babası Ziyəddin müəllim həm də çox savadlı riyaziyyat müəllimi idi. Onun şagirdlərinin çoxu riyaziyyata daha çox üstünlük verirdilər. Elə Ziyanın atası da, sevimli şadirdilərindən olan mənim də mühəndis olmağımda dəyərli Ziyəddin müəllimin böyük rolu olub. 

Ziya yaxşı oxumaqla yanaşı vətənpərvərlik tədbirlərində də fəal iştirak edib. Hamı onun gələcəkdə başqa ali məktəblərə qəbul olunmasını gözləsələr də, Ziyanın arzu və istəkləri onu Cəmşid Naxçıvanski adına Hərbi Məktəbə gətirdi. 

Ağrını, yurd itkisini duyan, yaşayan insanın torpaq sevgisi başbaşqadır. Ona görə də atası Niyazi müəllim, anası Tərlan xanım da Ziyanın bu istəyinə qarşı çıxmadı. Bir anlıq gözləri qarşısında onu zabit formasında gördülər, qələbədə payı olacağının sevincini yaşadılar. 

Zabit atası olmaq qürurdu. Mən onu atamın baxışlarında görmüşəm. Zabit oğlunu bağrına basmaq ata-ana üçün böyük fəxarətdir.

Cəmşid Naxçıvanski adına Hərbi Məktəbi bitirdikdən sonra Ziya Heydər Əliyev adına Ali Hərbi Məktəbə (indiki Heydər Əliyev adına Ali İnstitut) daxil oldu. Orta məktəbdə olduğu kimi burda da müəllim və kursant yoldaşlarının rəğbətini qazandı. Bu da təbii idi. Nəsildən gələn adət-anənələr, qayda və davranışlar özünü göstərməli idi. 

Ziyanın həyat yoldaşı Ayişə xanım Ziyanın xoş xasiyyətli, mehriban, ailəcanlı, mənəviyyatı çox təmiz, saf olan insan, əsgərinə dəyər verməyi bacaran bir zabit olduğunu söyləyir. Kiməsə əziyyət verməsini, narahat etməsini istəməyən Ziya iki il yarım Ağdam cəbhəsində xidmət etsə də, valideynlərinə Ağdamda yox, Ağcabədidə olduğunu deyir.

Ziya harda xidmətdə olurdusa, arzusu, istəyi torpaqları geri qaytarmaq, qələbədə bir zabit kimi iştirak etmək idi. Çünki o, vətənini çox sevirdi. 

İstək insanı gec, ya tez arzusuna qovuşdurur.

*

Aprel 2016-cı il. 

Aprel ayının 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələri Füzuli-Xocavənd və Ağdərə istiqamətində ordumuzun mövqelərinə hücuma keçdilər. Ordumuz düşmənin hücumuna əks-həmlə ilə cavab verirdi.  

Hərbi hissə komandirinin "Kim döyüşə könüllü getmək istəyir?" – əmr-sualına ilk "Mən!" deyən Ziya oldu. Əsgərlərinin, zabit yoldaşlarının "sən getmə, səkkiz aydır ailə qurduğun" fikir və baxışları da onu sözündən döndərə bilmədi. Arzusu reallaşmağa başlayırdı. Torpaqlarımıza qovuşmaq məqamı, düşməni susdurmaq vaxtıydı. 

Dörd gün davam edən döyüş son illərin ən ağır döyüşü oldu. Gənc əsgər və zabitlərin ilk dəfə  döyüşə girmələrinə baxmayaraq təlimlərdə aldıqları təcrübədən yararlanaraq onlar əzmlə döyüşürdülər. Ürəklərindəki Vətən–Torpaq sevgisi onlara əlavə güc verirdi. 

Ziyanın dəstəsi artıq Lələtəpə yüksəkliyində idi. Düşmən yüksəkliyi ələ keçirməyə çalışırdı...

*

O gün hamı səksəkədə idi. Gələn xəbərin nə olacağını təsəvvür etsələr də, qəbul etmək fikrində deyildilər. Ola bilərmi? Olarmı? Odurmu? sualları bu gecə fasilə vermirdi. Sanki həyatın sonuydu, bitmişdi hər şey, sabah açılmayacaqdı. Ara-sıra sızan məlumat gecənin qaranlığını artırırdı. Zamanı içinə çəkən, adamı boğmağa aparan sükutun daxili hayqırtısı bəzən qışqırıqdan daha dəhşətli olur.

Hərdən küləyin döydüyü qapı ürəkləri döyürdü. Artıq için, çölün döyüntüləri bir-birinə qarışmışdı. 

Gecənin narahatlığı gündüzün həyəcanından xəbər verirdi. 

Kimsə sükutu pozmağa cəsarət etmirdi. 

İlin son gecəsi kimi uzanan gecə qurtarmırdı ki, qurtarmırdı...

Ziyadan həmişə xoş xəbərlər eşidən valideynləri, ailəsi, doğmaları gecənin qaranlıq sükutundan narahat idilər. 

Lələtəpədə döyüşlər gedirdi. Aprel ayının 4-dəki şiddətli döyüşlərdə yüksəkliyi  geri qatarmaq istəyən düşmən bütün vasitələrdən istifadə edirdi. Düşmənin atdığı minamyot mərmisi Ziyanın yanına düşdü. Əsgərlərini ölümdən xilas edən Ziyanın özünü qorumağa vaxtı çatmadı. Ziya qəhrəmancasına şəhid oldu. Bu xəbər təkcə döyüş yoldaşlarını, ailəsini, onu tanıyanları yox, hamını sarsıtdı. 

Vətən yolunda şəhid olan Ziya artıq bir ailənin deyil, Vətənin övladı oldu.

Zirvənə zirvəlik gəldi,

Lələtəpə.

İşıqlandı təpə, yamac.

Ziyamıza torpaqmı ac?!

O müqəddəs izləri sən

Möhkəm qoru Lələtəpə.

Sən Ziyanın işığıyla,

Sən şəhidin xoş ruhuyla,

Qələbəyə qədəm qoydun,

Təpə lələ, Lələtəpə.

 

Baş leytenant Ziya Niyazi oğlu Həsənov Bərdənin Şəhidlər Xiyabanında Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında və yaylım atəşinin müşayiəti ilə son mənzilə yola salındı. Mərasimdə Müdafiə Nazirliyi, Bərdə rayon içra hakimiyyəti, hərbi hissənin nümayəndələri də iştirak edirdilər. Bu böyük izdihama ölkənin hər yerindən gələnlər vardı. 

Cəbhənin Füzuli-Xocavənd istiqamətində - Lələtəpə yüksəkliyi uğrunda gedən döyüş əməliyyatında böyük fədakarlıq və qəhrəmanlıq göstərərək şəhid olan baş leytenant Ziya Niyazi oğlu Həsənov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olundu.

Sən "Qanım sənə halal olsun, Vətən!" - deyənlərdənsən. 

Sən Vətəni canından çox sevənlərdənsən, Şəhidim!

Xalqın çiynində getmək əbədiyyət qazanmaqdır. 

Əbədiyyətin mübarək, ŞƏHİDİM!

Doğmaları Ziyanın özüylə necə fəxr edirdilərsə, onun Vətən yolundakı rəşadəti, qəhrəmanlığı, şəhidliyi ilə də, eləcə fəxr edir, qürur duyurlar. "Vətən, xalq sağ olsun!" - deyirlər!

Bərdədə Niyazi müəllimin evində "Ziya muzeyi"ni yaradılıb. Muzey Ziyanın şəxsi əşyaları, hədiyyə olunan müxtəlif eksponatlar, onun haqqında yazılan kitablar, yazılarla zəngindir. Muzeyi təkcə Ziyanın dostları, doğmaları, döyüş yoldaşları deyil, kiçikdən-böyüyə onu sevənlərin hamısı ziyarət edir. Bərdə və ətraf rayonların sakinləri də bu məkanı ziyarətə gəlirlər. 

Muzeydə hardan baxırsansa, Ziya ordan sənə baxır. Bəlkə də, bizə elə gəlir. Məncə, o, hər yerdən Yağmura baxır.

Ziyanın toyunun 26 iyuna - Silahlı Qüvvələr Gününə düşməsi təsadüf deyildi. Bu zabit üçün qürur, şərəf və peşəsinə bağlılığın göstəricisidir. Ziyanın ailə həyatı uzun olmasa da, yadda qalan oldu. Bu zabit, hərbiçi həyatıdır, burda nəyəsə qarant durmaq, qərar vermək olmur. Zabitin həyat yoldaşı bunu mütləq nəzərə almalıdırlar. Torpağı işğalda olan ölkədə müharibə qaçılmazdır.

Ziya şəhidliyindən iki ay sonra dünyaya gələn Yağmurunun "Ata" kəlməsini eşitmədi.  Ruhu isə Yağmurunun onun şəklini öpüb bağrına basdığını mütləq görür. Yağmur böyüdükcə qəhrəman atasıyla daim fəxr edəcək. 

Şəhidlər Vətən sevdalılarıdır. Canlarını Vətən yolunda qurban verənlər ölmürlər. Nə qədər Azərbaycan var, VƏTƏN ŞƏHİDLƏRİmiz də var olaraq yad olunacaqlar. 

Ruhlarınız şad olsun, VƏTƏN SEVDALILARI! 

Qürurumuzu özümüzə qaytaranlar!

Ziya qısa ömrü ilə tarix yazdı. Şəhidlik zirvəsinə yüksəldi. Ürəyi bütöv Azərbaycan boyda olan Ziya Azərbaycanın ziyasına çevrildi.

Ziya mülki həyatda olduğu kimi hərbidə də o qədər hörmət qazanmışdı ki, o, şəhid olanda zabit dostları və əsgərləri Ziyanın qisasını almağa söz veriblər. Vətən müharibəsi zamanı onlardan döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olanları da oldu. Şəhid olanlardan biri də, dostu baş leytenant Ziya Həsənov şəhid olandan sonra Müdafiə Nazirliyinə müraciət edərək öz istəyi ilə hərbi xidmətini döyüş bölgəsində davam etdirərək 2020-ci ilin oktyabrın 1-də Talış döyüşləri zamanı şəhid olan, ölümündən sonra "Qarabağ" ordeni və "Vətən uğrunda" medalı  ilə təltif edilən kapitan Elçin Tağıyev idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Artıq Ziyanın və bütün şəhidlərimizin ruhları şaddır. Ziyanın dostları, yetirmələri, davamçıları Qarabağda böyük Zəfərlə qələbə çaldılar. Azərbaycanın süverenliyi bərpa olundu.

Zəfəri şəhidlər qanlarıyla, qazilər əzalarıyla, döyüşçülər mübarizliyi ilə qazandılar.

Zəfər Günündə şəhidlərin büründükləri bayraqları başımız üstündə dalğalandıran şəhidlərin sevinən, şad olan ruhlarıdır. Yoxsa, bayraq belə möhtəşəm dalğalanmazdı!

Sən üzündəki nurla Tanrının seçilmişisən, Şəhidim!.

Sən bizi məğlub vətəndaş adından xilas etdin. 

Sən torpaqlarımızı geri qaytardın.

Sən bizim qürurumuz, şərəfimizsən! Sən Vətən sərhədisən!

Heç bir bayraq sənin büründüyün bayraq qədər öpülmədi, əzizlənmədi, sevilmədi, Şəhidim!

Sən bayrağı şərəfləndirdin, Bayraq səni!

Ziyaya

Zəfərə gedən yolun

İlk döyüş şəhidisən,

Sevincə göydən baxan 

Sən zaman şahidisən. 

 

Sən şəhidlik zirvəsiylə

Qələbəyə yol açmısan,

Amalınla, diləyinlə,

Zəfərə qoşa baxmısan.

 

Arzuların çiçək açıb

Qələbənin izlərində.

Ruhun təzə güllər əkir

Qarabağın düzlərində.

***

Baxışı baxış aparır,

Naxışı naxış aparır,

Sevgini alqış aparır,

Aparır sevdiyi yerə.

 

Sükutu zaman sözlüdü,

Baxışı qırğı gözlüdü.

Ziyamız təbəssüm üzlüdü,

Gəlmişdi ziyasın verə.

 

Həsrətlərin sonası yox,

Ölümün "qal" xanası, yox.

İtkilərin anası yox,

"Dayanın!", "Bəsdirin!" - deyə.

 

Sevginin onudu Vətən!

Zəfərin donudu Vətən!

Bu yolun sonudu Vətən!

Tabutu Bayrağın geyə!

Rəfail Tağızadə




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ