Bazar günü günü, 08 noyabr 2026
     

Füzulinin alleqorik əsərləri tədqiqat mövzusu kimi...

Image


Alleqoriyanın izinə düşsək, gedib eradan əvvəlki dövrlərə çıxarıq. Bir çox tədqiqatçılar ədəbiyyatda alleqorik obrazlar üzərində düşünmüş, hərə öz baxış bucağından fikrini söyləmişdir. Dahi şairimiz Məhəmməd Füzulinin alleqorik əsərləri də tədqiqata cəlb olunmuşdur. Bu tədqiqatçılardan biri də Lalə Əlizadədir. Lalə Əlizadə ilə 90-cı illərdə Hacı Mailin vasitəsilə tanış olmuşdum. Deyilənə görə, "Füzulinin qızı" kimi tanınırmış və mən bunu sonralar Lalə xanımla Füzuli tədbirlərində tez-tez görüşdükdə öyrənmişdim. O zaman mənə namizədlik işi əsasında çap olunmuş "Füzulinin gizli sözü" adlı kitabını vermişdi,  maraqla oxumuşdum.

Kitabın "Füzuli alleqoriyalarının tədqiq və nəşri" adlı I fəslində şairin yaradıcılığı, xüsusən də "Söhbətül-əsmar", "Bəngü badə", "Həft cam - Saqinamə", "Səhhət və mərəz - Ruhnamə" kimi alleqorik əsərləri haqqında təzkirəçilərin və həm Qərbi Avropa və rus, həm də türk, özbək və azəri tədqiqatçılarının əsərlərinə müraciət edən müəllif Hammer Pürqştall, Y.E.Bertels, A.E.Krımski, F.Köprülüzadə, H.Mazıoğlu, S.K.Qaraalioğlu, Ə.Gölpınarlı, Ə.Qaraca, H.Əfəndi, E.R.Rüstəmov, A.Sur, F.Köçərli, H.Araslı, M.Cəfərov, M.Quluzadə, M.Cəlal, S.Əliyev, F.Qasımzadə, V.Feyzullayeva, A.Rüstəmova, Ə.Səfərli, X.Yusifli kimi alimlərin əsərlərindəki dəyərli fikirlərdən bəhs etmişdir.

 Lalə Əlizadə əsərin "Füzuli alleqoriyalarında ideya, süjet və obraz" adlı II fəslində şairin alleqorik əsərlərindən geniş bəhs edən, əsərlərin ideyasından, obrazlardan söz açan müəllif "Bəngü badə"nin Nizaminin "Yeddi gözəl" poemasının quruluşunda olduğunu, "Səhhət və mərəz"in ideya və mündəricəsi baxımından Fəridəddin Əttarın "Məntiq-ət-teyr" əsəri ilə uyğun gəldiyini, "İt və pişik" qitəsinin "Sirlər xəzinəsi"ndəki "Bülbül və qızılquş" təmsilini xatırlatdığını və s. qeyd edir. Dahi şairin yaratdığı şərti-metaforik obrazlardan, fəlsəfi rəmzlərdən danışan tədqiqatçı həm də əsərlərdəki bir sıra ürfani istilahların açımını verməyə çalışmış və öz Füzulisi haqqındakı fikrini belə yekunlaşdırmışdır: "Göründüyü kimi, eyni bir bədii sistem daxilində doğulan, eyni fəlsəfi təlim və eyni estetik ideala xidmət edən bu simvolik məzmunlu, rəmzi ideyalı əsərlərində Füzuli sufizmin mistik-fəlsəfi görüşlərini idealizə yolu ilə elmi idrak formasına salmış, panteist təlimin mütərəqqi keyfiyyətlərini bu alleqorik sistem daxilində bəzən sırf romantik və simvolik, bəzən isə real-həyati anlayışların şərti-təmsili obrazları arxasından özünün ümumi bəşəri məhəbbət ideyasını, humanizmi tərənnüm etmişdir ki, bununla Azərbaycan ədəbiyyatı tarixində orijinal bir yaradıcılıq səhifəsi açılmışdır". 

Kitabdakı "Füzuli alleqoriyalarında sənətkarlıq" adlı III fəsildə "Füzuli alleqoriyalarının süjet və kompozisiyası"ndan və "Füzuli alleqoriyalarında bədii təsvir vasitələri"ndən ayrı-ayrılıqda bəhs olunmuşdur. Şairin alleqoriyalarının mövzu, ideya, süjet, kompozisiya, bədiilik baxımından orijinallığı ilə yüksək sənətkarlıq abidəsi kimi diqqət çəkdiyini qeyd edən tədqiqatçı yazır: "Bunun nəticəsidir ki, Azərbaycan ədəbiyyatında Füzulinin başladığı alleqoriya ənənəsi müasir günlərimizə kimi yaşamaqdadır. Ədəbiyyatımız tarixində dahi şairin layiqli davamçılarından XIX əsrin birinci yarısında Abbasqulu ağa Bakıxanov, qasım bəy Zakir, Seyid Əzim Şirvani, XX əsrin birinci yarısında Mirzə Ələkbər Sabir, abbas Səhhət, böyük demokrat Cəlil Məmmədquluzadə öz qüdrətli sələflərinin alleqoriyalarından yaradıcılıqla bəhrələnmiş, bu gözəl ənənəni yaşatmışlar...".  

Bu yaxınlarda institutumuzun kitabxanasında Füzuli sərgisi üçün toplanmış kitabların arasında Lalə xanımın "Söz gəlininin örtüyü" adlı ümumi alleqorik əsərlərdən bəhs edən kitabına rast gəldim. "Yazıçı" nəşriyyatında çap olunmuş kitabın elmi redaktoru akademik Teymur Kərimli, redaktoru f.ü.f.d. Vəfa Abbasovadır. Müəllif "Bir neçə söz" adlı girişdə yazır: "Alleqoriya bir bədii ifadə vasitəsi kimi neçə minillər bundan əvvəl olduğu qədər işlək və sənətkarlar tərəfindən həvəslə istifadə edilən bir vasitə olaraq qalır. Həm də hər bir böyük sənətkar bu vasitəni öz yaradıcılıq üslubu, bədii fantaziyasının imkanları ilə zənginləşdirir və gələcək nəsillərin poetik arsenalına əlavə edir".

Kitabın "Alleqoriya – gerçəkliyin bədii-simvolik inikas forması kimi", "Orta əsrlər ədəbiyyatında alleqoriyanın mövqeyi və ideya-estetik funksiyaları", "Klassik Azərbaycan poeziya məktəbi nümayəndələrinin yaradıcılığında alleqoriyanın özəllikləri", "XIII-XVI əsrlər Azərbaycan poeziyasında alleqoriya" adlı mövzularda geniş tədqiqat aparan müəllif min illik bir tarixə nəzər salmış, ona qədərki tədqiqat işlərini araşdırmış, bu sahədə ortaya dəyərli bir kitab qoymuşdur. 

Filologiya elmləri doktoru Lalə Əlizadə kitabın sonuncu bölməsində XIII-XVI əsrlər anadilli poeziyamızın görkəmli nümayəndələrindən, İzzəddin Həsənoğludan başlayaraq Füzuliyə kimi alleqorik əsərlər yazan müəlliflərdən bəhs etmişdir. İ.Həsənoğlunun bir çox şairlərin nəzirə yazdığı qəzəlinni, Qazi Bürhanəddinin "eşq", "görünüz" rədifli qəzəllərini, tüyuq və rübaisini, Marağalı Əvhədinin "Cami-Cəm" əsərini, ana dilimizdə yazılmış ilk poema nümunəsi olan "Dastani-Əhməd-Hərami"ni, İmadəddin Nəsiminin "bilməz", etməgil", "mənəm", "məst", "istəmə", "sığmazam" rədifli və s. qəzəllərini, Yusif Məddahın "Vərqa və Gülşa" əsərini, Kişvərinin qəzəllərini, Həbibinin "bizə, "sənin" rədifli qəzəllərini, Xəlifə Təbrizinin "Şəhrəngiz" əsərini, Sürurinin, Şahinin, Rəhmətinin əsərlərini tədqiqata cəlb edən müəllif sonda "Azərbaycan ədəbiyyatında alleqoriya xüsusi bir sənət yolu olaraq Füzuli dühası ilə orijinal və təkrarsız mövqeyə yetdi" yazır və şairin qəzəllərindəki simvollardan və rəmzlərdən söhbət açır. Burada tədqiqatçının professor Əkrəm Cəfərin, akademik Fuad Qasımzadənin fikirlərinə müraciət etdiyini də görürük. Füzuli yaradıcılığının həm kompozisiya-struktur, həm də təsviri, üslubi cəhətdən tədqiqata geniş meydan və səciyyəvi material verdiyini qeyd edən müəllif sonda fikrini belə yekunlaşdırır: "Hələ XVI əsrdən sonra zəmanəmizə qədər yaranan əsərlər içərisində də Füzuli təsiri, onun lirik-epik əsərlərində görünən alleqoriya ənənəsi öz davam və inkişafını tapmışdır".

Lalə Əlizadənin Füzuliyə olan məhəbbətini alqışlayır, uğurlarını təbrik edir, ona yeni-yeni kitablar arzulayırıq.

Sona XƏYAL



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ