Bazar günü günü, 08 noyabr 2026
     

1-ci Qarabağ müharibəsində itkin düşmüş Telman Yusifovun anası hələ ümidlidir... - FOTO

Image


Zərifə Yusifova: "Telmanın sağ olub-olmadığını bilmirəm, amma yolunu gözləyirəm, gözlərim yolda, qulaqlarım səsdədir"

Əzizim balabanı,
Asta çal balabanı
Hamının balası gəldi
Bəs mənim balam hanı? 

Ürəyi gizlildəyə-gizlildəyə, yarası sızıldaya-sızıldaya Zərifə xala gündə neçə yol oxuyur bu bayatını, kim bilir... Neçə dəfə ağlayır, neçə dəfə sızlayır görəsən? Sayı-hesabı varmı ki...

Ağlamaqdan gözlərinin qarası da gedib, işığı da azalıb. Düz 30 ildir Telmanını gözləyir, düz 30 ildir ki, hər qapı tıqqıltısına, hər ayaq səsinə qulaq kəsilir, itkin balasından müjdə gözləyir. 1994-cü ilin fevral ayının 18-də Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşən igid, cəsur Yusifov Telman Avasat oğlunun anası Zərifə Lətif qızı Yusifova ilə oktyabrın 4-də Bakı Ekspo Mərkəzində, Lütfi-zadə təqdimat zonasında Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının Dövlət Təhlükəsizlik Xidməti nəzdində fəaliyyət göstərən "Əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası"nın İşçi qrupu ilə birgə hazırladığı əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızla bağlı dörd cildliyin (iki dildə) dördüncü cildinin təqdimatında görüşdük. 

"1994-cü ilin 18 fevralında yoldaşlarından ayrılıb, o gedən də gedib, sonra ondan heç bir soraq ala bilmədik"

Oğul yolu gözləməkdən quruyub ağaca dönən Zərifə ana deyir ki, oğlu Telman çox vətənpərvər olub. "Oğlum yaxşı döyüşürdü, həm də rabitəçi olub. Rus dillini bildiyi üçün onu oxutmuşdular. Türk batalyonunda xidmət edirdi, Xüsusi Təyinatlıda idi. Bunların maşını Murovdağda qalır. Komandir deyib ki, Telman, vur maşını partlat düşmən əlinə keçməsin. Ondan sonra döyüşüblər. İki komandiri ölümdən qurtarıb. Telman o qədər cəsur oğul olub ki, özünü döyüş yoldaşlarını xilas etmək üçün hər cür təhlükəyə atıb. Başqa bir çətinlikdə olan döyüş yoldaşını xilas etmək üçün gedirmiş, yoldaşları deyiblər ki, gəl gedək, amma "siz gedin, mən gedim onu da qurtarım gəlirəm" deyib. 1994-cü ilin 18 fevralında yoldaşlarından ayrılıb, o gedən də gedib. Sonra ondan heç bir soraq ala bilmədik. Hərə bir söz dedi, bilmədik ki, kimə inanaq. Hərbi məktəbi bitirmişdi, orda sürücülüyü də oxumuşdu. Müharibəyə getməyini istəmirdik, nə qədər dedik, nə qədər yalvardıq, "gedəcəyəm" dedi". 

Zərifə ana deyir ki, üç övladı olub, Telman ikinci övladı olub. Telman müharibəyə gedəndə çox gənc olub və ana onu evləndirə də bilməyib. Ana deyir ki, torpaqlarımızın Ermənistanın təcavüzünə məruz qalması Telmanı çox narahat edirdi, fikri-zikri əlinə silah götürüb düşmənə qarşı vuruşmaq, torpaqlarımızı təvavüzkardan azad etmək idi. Ana bildirdi ki, Qarabağ bölgəsini qəsb etmək üçün Ermənistanın həyata keçirdiyi hərbi təcavüz Telmanı da digər silahdaşları kimi narahat edirdi və 1993-cü ilin oktiyabr ayında 172 saylı hərbi hissəyə gedərək ərazilərimizin müdafiəsinə qalxıb.

16 avqust 1974-cü ildə Bakı şəhərində anadan olan T.Yusifov Kəlbəcərdə, Murovdağda itkin düşüb. Ana deyir ki, böyük oğlu Rusiyada hərbi məktəbdə pilot sahəsində oxuyub. "Dedim ki, ay Telman, qardaşın da hərbidədir, barı sən getmə. Dedi yox, gedəcəyəm. Ona "povestka" bir az gec gəldi, inanın ki, çox narahat idi. Deyirdi ki, hamıya gəldi mənə niyə gəlmədi, mən kimdən əskiyəm, mənə niyə gətirmirlər? Nəhayət ki, "povestkası" gəldi, o qədər sevindi ki...Döyüşmək ən böyük arzusu idi...

Elə gün yoxdur ki, Telmanın yolunu gözləməyim, hər gün gözləyirəm. Hansı ana balasını gözləməz ki? Ana üçün bu dərdi çəkmək çox çətindir. Nə qədər gözəl gün olursa olsun sevinə bilmirəm, balam heç yadımdan çıxmır. Şəkillərini gözümün qabağına qoymuşam, yatanda da onunla yatıram, duranda da onunla dururam, danışıram. Gözləməkdən gözümün kökü saraldı ay oğul, quruyub ağaca döndüm bala, sən hardasan? Niyə səsimə səs vermirsən? Sən məni unudan oğul deyildin Telman, niyə sorağın yoxdur sənin?" 

Ana deyir ki, torpaqlarımız işğaldan azad edildikdən sonra toplu məzarlıqlar aşkarlanmağa başladı və itkin düşənlərin bəzilərinin qalıqları tapıldı, onların ailələri heç olmasa bir az təskinlik tapdılar. "Hər dəfə televizorda deyiləndə ki, azad rayonlarda toplu məzarlıqlar tapılıb, ürəyim quş kimi çırpınır. Allaha yalvarıram ki, heç olmasa nəşi tapılsın. Bircə nəşinin tapıldığını biləydim, sonra da öləydim. Heç olmasa nigaran ölməzdim, bilərdim ki, nəşi tapılıb...İtkin balanın dərdi daha ağırdı qızım, elə ağırdı ki, sanki duz yüküdür...Telman o qədər gözəl uşaq idi ki, dillə deyilməz. Mənə qardaş idi, mənə sirdaş idi, mənə köməkçi idi. Yuxarıdan baxırdı, görürdü ki, aşağıda əlində çanta bir yaşlı adam gedir, düşürdü aşağı aparıb onu evinə qoyub qayıdırdı. Heç tanımırdı kim idi. O qədər yardımsevər, köməkçil idi. 

Balam haqqında kitablarda yazırlar ki, Telman qalsaydı erməni rabitəsini dağıdacaqdı. Hərbidə də böyük hörmət qazanmışdı. Telmana şəhid statusu verildi. O vaxt mən xəstəxanada işləyirdim. Bir jurnalist orada yatırdı. Bir gün mənə dedi ki, sən Telmanın şəklini gətir mən onu axtararam. Şəkli qəzetdə çıxdı. Sonra Abdulla Qurbani mənə zəng vurdu, dedi ki, ola bilməz ki, bu adam yoxdur, o bir dəfə də olsun vurulmayıb. Çox yaxşı döyüşçü idi...

Telmanın sağ olub-olmadığını bilmirəm, amma yolunu gözləyirəm, gözlərim yolda, qulaqlarım səsdədir" - deyə Z.Yusifova bildirdi. 

İtkin düşən bütün oğulların anası kimi Zərifə ananın da gözləri yollardan yığılmır, oğlundan soraq gözləyir, deyir sorağı gəlsin, ondan sonra gözlərimi rahat yuma bilərəm.

Gözlər yollardan yığılmır, Tanrı, analar, bacılar, balalar, həyat yoldaşları hələ də yollara baxır...

İradə SARIYEVA




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ