Bazar günü günü, 08 noyabr 2026
     

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə beynəlxalq elmi konfrans keçirilib - FOTO

Image


Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində "İqlim fəaliyyəti üçün tədqiqat və əməkdaşlığın sürətləndirilməsi" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Baki-xeber.com xəbər verir ki, konfransın əsas mövzuları iqlim dəyişmələrinin elmi və praktik aspektlərinə həsr olunub. Konfransda iqlim fəaliyyəti sahəsində böyük irəliləyişlər əldə etmək üçün empirik məlumatların, süni intellekt və qabaqcıl analitik vasitələrin əhəmiyyəti, iqlim dəyişikliyinin transsərhəd su ehtiyatlarının idarə olunmasına təsiri, bu istiqamətdə yeni yanaşmalar və beynəlxalq əməkdaşlıq mexanizmləri, eləcə də beynəlxalq səviyyədə ortaq təşəbbüslərin sinerjisi, müvafiq zəruri qlobal və regional əməkdaşlıq imkanları müzakirə edilib.

Konfransın açılışında salamlama nitqi ilə çıxış edən BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, dünyanın müxtəlif ölkələrinin nüfuzlu alim, tədqiqatçı, siyasətçi və ekoloqlarının bir araya gəldiyi bu konfrans dövrümüzün ən aktual problemlərindən biri olan iqlim dəyişmələri ilə mübarizə istiqamətində səmərəli multidissiplinar platforma olacaq. Bir əsrdən çoxdur ki, Azərbaycanda elm və təhsilin flaqmanı olan BDU-da iqlim dəyişmələri və bu dəyişmələrdən doğan təhlükələrin gənc nəslə çatdırılması, bu problemin həlli yollarının işlənilib hazırlanması istiqamətində elmi əsaslara söykənən mühüm işlər görülüb. Belə tədqiqatlar bu gün də davam etdirilir: "Bu konfransda paylaşılacaq təcrübələr, biliklər, ideyalar və qurulacaq əməkdaşlıqların iqlim dəyişmələrinə qarşı qlobal mübarizəyə böyük töhfə verəcəyinə inanırıq. Noyabr ayında Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibliyi edəcək. Bu tarixi hadisə ölkəmizin iqlim dəyişmələrinə qarşı mübarizə ilə bağlı qlobal səylərin mərkəzində yer alacağına imkan verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin COP29-un təşkil olunması üçün xüsusi Sərəncamı müxtəlif sahələr üzrə əlaqəli fəaliyyətlərin təşkil olunmasını özündə ehtiva edir və Azərbaycanın milli, beynəlxalq səviyyədə iqlim dəyişmələri və ekoloji problemlərin qlobal səviyyədə həllində dünya ölkələri ilə həmrəy olduğunu göstərir. Biz Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin zəngin irsini daima yaşatmalı, öyrənməliyik. Məhz Ulu Öndər Heydər Əliyev siyasəti ilə Azərbaycanın dinamik inkişafı və qlobal problemlərdə, o cümlədən də ətraf mühitin mühafizəsi və iqlim dəyişmələri məsələlərində fəal iştirakının təməli qoyulub. Təkcə onu qeyd etmək kifayətdir ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Abşeron yarımadasının bir vaxtlar səhralaşan əraziləri yaşıllaşdırılıb və yaşayış üçün gözəl məkana çevrilib".

BDU rektoru bildirib ki, iqlim dəyişmələri artıq uzaq təhlükə kimi görünmür, ekosistemləri, iqtisadiyyatları və icmaları böhrana aparır: "Unutmamalıyıq ki, artan temperatur, ekstremal hava şəraitləri, dəniz səviyyəsinin qalxması və ya enməsi, dəyişən ekosistemlər bu və ya digər formada məhz bizim – insanların "əməllərinin" nəticələridir. Məhz buna görə konfransların və digər elmi tədbirlərin davamlı olaraq təşkil olunması çox vacibdir. Belə tədbirlər müxtəlif sahələri təmsil edən alimləri, ictimai-siyasi xadimləri bir araya gətirir, məsələlərin həlli yolları üzərində işləməyə imkan yaradır. COP29 ərəfəsində keçirilən Bakı İqlim Fəaliyyətləri Həftəsi, o cümlədən Bakı İqlimşünaslıq Konfransında aparılacaq müzakirələr COP29-dakı səylərə birbaşa təsir göstərəcək. İqlim dəyişmələri ilə mübarizədə qlobal siyasəti və fəaliyyətləri formalaşdırmağa kömək edəcək. Konfransın iqlim dəyişmələri üzrə birgə fəaliyyət planlarını müəyyən edəcəyinə, problemlərin həlli istiqamətində konkret nəticələr əldə etməyə imkan verəcək beynəlxalq şəbəkələr və əməkdaşlıqlar qurmaq üçün ən yaxşı platforma olacağına əminəm".

Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov çıxışında qeyd edib ki, Azərbaycan iqlim dəyişikliyi ilə mübarizəyə qlobal töhfə verir. Ölkədə bərpa olunan enerji mənbələri, karbon emissiyasının azaldılması ilə bağlı həyata keçirilən işlər buna əyani misal ola bilər. Ziyafət Əsgərov qeyd edib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin qlobal iqlim siyasətində aparıcı rola malik olduğunun göstəricisidir.

Elm və təhsil nazirinin müavini İdris İsayev çıxışında bildirib ki, iqlim dəyişikliklərinin qarşısının alınması baxımından təhsil ən mühüm alətlərdən biridir. Çünki təhsil insanları öyrətməyə, ətraf mühitə münasibəti dəyişdirməyə yardım edir: "2024/2025-ci tədris ilində ekoloji ixtisaslar üzrə ali təhsil müəssisələrinə qəbul planı artırılıb. Bu tədris ilində ekoloji yönümlü ixtisaslara qəbul olunanların sayı bakalavriat səviyyəsində 31, magistratura səviyyəsində isə 61 faiz artıb. İqlim dəyişikliyi ilə mübarizə üçün gənclərimizə yaşıl bacarıqlar aşılamalıyıq. Yaşıl bacarıqlar iqlim dəyişikləri ilə mübarizə üçün əlverişli bilik və səriştələr sistemidir. Bu sahədə ümumi və ali təhsil müəssisələrinin üzərinə mühüm vəzifələr düşür. Elmi yanaşma olmadan iqlim dəyişikliklərinin mənfi fəsadları ilə mübarizə aparmaq mümkün deyil. Ona görə də elmi müəssisələrin fəaliyyətində bu istiqamət xüsusi önəm daşımalıdır".

Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti İsa Həbibbəyli, COP29 üçün BMT-nin iqlim dəyişikliyi üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai, İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) katibinin müavini Ermira Fida, COP29-un Azərbaycan üzrə gənc iqlim çempionu Leyla Həsənova çıxışlarında iqlim dəyişikliklərinə qarşı mübarizədə milli strategiyaların qəbulunun vacibliyini qeyd ediblər. Bildirilib ki, dayanıqlı gələcəyi təmin etmək üçün daha çevik iqlim siyasəti həyata keçirilməlidir.

Konfrans öz işini "İstixana qazlarının (İQ) emissiyaları haqqında düşüncəmizdə inqilab: empirik məlumatların, süni intellektin və qabaqcıl analitikanın rolu", "Elmi çağırışlarda qlobal və regional əməkdaşlığın rolu", "İqlim dəyişikliyinin və paradiqma sürüşmələrinin transsərhəd su resurslarının idarə olunmasına təsiri" mövzularında elmi sessiyalar ilə davam etdirib.

Empirik məlumatların işlənilməsi və qabaqcıl analitik vasitələr iqlim dəyişikliklərinin daha dəqiq və tez proqnozlaşdırılması, həmçinin iqlim siyasətlərinin daha effektiv şəkildə həyata keçirilməsi üçün açar rola malikdir. Konfransda iqlim dəyişmələrinin proqnozlaşdırılması və onunla mübarizədə süni intellekt texnologiyalarının istifadəsi geniş müzakirə olunub. Süni intellektin iqlim modelləşdirməsindəki tətbiqləri, böyük məlumat dəstələrinin analitik işlənməsi və real vaxt rejimində əldə edilən məlumatlar əsasında optimal qərarların qəbul edilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb. Bu mövzu həm də qlobal miqyasda iqlim tədbirlərinin sürətləndirilməsi baxımından vacibdir.

İqlim dəyişikliyi xüsusilə su resurslarının idarə olunmasında ciddi təsir göstərir. İqlim dəyişiklikləri su ehtiyatlarının miqdarını və keyfiyyətini dəyişərək, bölgələrarası və ölkələrarası su paylanmasında problemlər yarada bilər. Konfransda transsərhəd su ehtiyatlarının idarə olunması mövzusunda yeni yanaşmalar və əməkdaşlıq mexanizmləri müzakirə olunub. Bu məsələnin həlli üçün regional əməkdaşlıq vacibdir və xüsusi diqqət qlobal səviyyədə su resurslarının qorunması, onların ədalətli paylanmasına yönəlib. Qonşu ölkələr arasında su ehtiyatlarının paylaşdırılmasının daha ədalətli və ekoloji baxımdan dayanıqlı idarə edilməsi üzrə praktiki təkliflər irəli sürülüb.

İqlim dəyişiklikləri ilə mübarizədə beynəlxalq əməkdaşlıq müzakirələrin mərkəzində olub. İqlim dəyişikliyi qlobal problem olduğu üçün ölkələrarası koordinasiyalı fəaliyyət tələb edir. Konfransda ortaq təşəbbüslərin necə daha effektiv sinerji yarada biləcəyi, bu istiqamətdə qlobal və regional əməkdaşlıq mexanizmlərinin yaradılması yolları müzakirə edilib. Xüsusilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası çərçivəsində əldə olunan razılaşmaların icrası, ölkələrin milli iqlim planlarının (NDC) daha səmərəli reallaşdırılması yolları və qlobal səviyyədə ortaq iqlim məqsədlərinin irəlilədilməsi bu mövzunun əsas istiqamətlərindən olub.

Empirik məlumatların düzgün toplanması, analizi və istifadəsi iqlim dəyişiklikləri ilə mübarizədə mühüm rol oynayır. Konfransda bu məlumatların effektiv şəkildə necə toplanması və paylaşılması məsələləri müzakirə olunub. Eyni zamanda, iqlim fəaliyyətində innovativ texnologiyalar və həll yolları, o cümlədən karbon tutma və saxlama texnologiyaları, bərpa olunan enerji mənbələrinin tətbiqi, enerji effektivliyi və tullantıların azaldılması üzrə yeniliklər də konfransın mühüm müzakirə mövzularından biri olub.

İqlim dəyişikliyi yalnız ekoloji deyil, həm də sosial-iqtisadi sistemlərə güclü təsir edir. Konfransda bu təsirlərin regional və qlobal səviyyədə iqtisadi böyüməyə, yoxsulluğa, miqrasiya axınlarına, qida təhlükəsizliyinə və iş yerlərinə təsiri ətrafında müzakirələr aparılıb. İqlim dəyişiklikləri ilə mübarizə sahəsində dövlətlərin qəbul etməli olduğu iqtisadi və hüquqi tədbirlər, siyasətlərin necə formalaşdırılması və həyata keçirilməsi ilə bağlı konkret addımlar da müzakirə olunub.

GÜNEL




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ