Bazar günü günü, 08 noyabr 2026
     

“Şuşanın azadlığını bayram edirdik, oğlumun tabutu gəldi” - Şəhid Etibar Mahmudovun anası...

Image


Əsmayə Mahmudova: "Hər gün Etibarın yolunu gözləyirəm, elə bilirəm ki, "dənizdədir", axşam evə qayıdacaq..."

Mingəçevir "dənizini" çox sevirdi, "dəniz" onun həm sevgisi idi, həm də güzəranını qazanmaq ünvanı. Sadə bir balıqçı idi Etibar. Onun sevdası Vətən idi, "dəniz" idi, bir də adını hamıdan gizlədib ürəyində pünhan saxladığı gözəl bir qız idi. "Subaylıq sultanlıqdır" desə də, ürəyindən keçirdi ki, gözü yolda qalanını anasına gəlin etsin, toy-düyün mağarı qurdursun, bəylik taxtına otursun. 

Nur şəhərinin bu sadə balıqçı oğlu Vətəni daha çox sevirdi, torpaqlarımızın yağı tapdağında olmasına dözə bilmirdi, azadlıq mübarizəsinin başlayacağı günü səbrsizliklə gözləyirdi...O gün yetişdi. Anası Etibarın müharibəyə getməyini istəmirdi...    

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Etibar Aleksandr oğlu 2 aprel 1987-ci ildə Mingəçevir şəhərində anadan olub. 1994-ci ildə Mingəçevir şəhər 16 nömrəli məktəbin birinci sinfinə qəbul olunub…Şəhid Etibarın həyat dastanını anası Əsmayə xanımın dilindən eşitmək olduqca kədərli idi.  

"Sonuncu dəfə də noyabrın 7-də səhər tezdən zəng vurdu ki, biz gedirik, işimiz var, günorta sənə mütləq zəng edəcəyəm, amma..."

Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının  "44 gün – Tarixi zəfər" adlı kitabının I və II cildinin, həmçinin Vətən müharibəsi şəhidləri Əli və İslam Əhmədov qardaşları haqqında yazılmış "Şəhid dağı", Musa və Tural Həsənov qardaşları haqqında yazılmış "Gəl, birlikdə köçək dünyadan..." adlı kitabların təqdimat mərasimini işıqlandırmaq üçün Mingəçevir şəhərində ezamiyyətdə olarkən şəhid Etibar Mahmudovun anası Əsmayə xanımla da təmasda olduq. 

Etibar çox zəhmətkeş bir övlad idi. Atası o uşaq olanda dünyasını dəyişib. Ailənin dolanışığı elə də yaxşı deyildi deyə Etibar 2000-ci ildə təhsilini yarımçıq qoyub işləməyə başladı. Çoxuşaqlı anayam, beş övladım vardı. Etibar bütün ailənin qayğısını öz kövrək çiyinlərinə götürməkdən çəkinmədi. Oğlum balqçı idi, "dənizdə" balıqda işləyirdi. Onun axşamlar evə gəlişi Prezidentimizin çıxış vaxtına düşürdü. Televizorun qabağında dayanıb əllərini ovxalayıb deyirdi ki, cənab Prezident, qadan alım, başına dönüm müharibə qurtarmamış məni də apar. Müharibədə iştirak etməyə can atırdı, çağırılmamışdı deyə çox narahat idi. Nəhayət, oktyabrın 28-də müharibəyə getdi, noyabrın 8-də nəşi gəldi. Oğlum Qubadlının düşməndən azad olunması uğrunda şəhid oldu.  31 yaşı vardı, amma hələ evlənməmişdi". 

Ana deyir ki, Səfərbərlik Xidmətinin onu müharibəyə çağırmamasından narahat olan Etibar anasından xəbərsiz gedib ərizə ilə müraciət edib ki, onu da müharibəyə aparsınlar. "Bir gün mənə "dənizdən" zəng vurdu ki, ana, səni and verirəm Nargilənin goruna, əgər çağırış gəlsə məndən gizlətmə (ağlayır). Nargilə   rəhmətə gedən nişanlı qızımdır. Getdi. Bütün cavanlar kimi, Etibarın da arzuları vardı. Ürək sözümü yalnız onunla bölüşürdüm. Çox gözəl övlad olub. Bəzən deyirəm ki, mən həqiqətən də oğlumu tanımamışam. Mən oğlum şəhid olandan sonra onu tanımışam. Deyirlər ki, oğul eldə tanınar, həqiqətən də elə imiş. Etibar mənim sonbeşiyim idi, amma ailəmin, evimizin dirəyi olub. Dərdimi-sərimi dediyim balam mənim nəfəsim idi.      

Hər gün Etibarın yolunu gözləyirəm, elə bilirəm ki, "dənizdədir" axşam evə qayıdacaq. Şəhid olmağının dörd ilinə az qalıb, amma hələ də inanmıram ki, oğlum yoxdur. Elə ana olarmı ki, balasının yolunu gözləməsin qızım, yoxdur elə ana.  

Etibarı evləndirməmişdim. Amma istədiyi qız vardı. Şəhid olduğu ilin yayında mənə dedi ki, ana, məni evləndir. Dedim ki, kimi istəyirsən onu da al... Qismət. Müharibədə Quru Qoşunlarda idi. Oğlum şəhid olsa da, qəhrəmanlığı, igidliyi, vətənpərvərliyi yadigar qalıb. Sağ qalan döyüşçü yoldaşları Etibar haqqında ancaq müsbət sözlər danışırlar. "Dəniz" yoldaşları da onu çox istəyirdi. Çünki o çox yaxşı xasiyyətli, sakit təbiətli, hamını başa düşən, heç kəsi incitməyən bir oğlan idi".  

Oğlunun zəngindən danışan Əsmayə xanım deyir ki, Etibar ona onları başqa yerə apardıqlarını və qətiyyən narahat olmamağı deyib: "Dedi ki, ana, məndən nigaran qalma, hər şey yaxşıdır, özünə yaxşı bax, özündən muğayat ol. Sonuncu dəfə də noyabrın 7-də səhər tezdən zəng vurdu ki, biz gedirik, işimiz var, günorta sənə mütləq zəng edəcəyəm, amma nə zəng etdi, nə də səsi-sorağı gəldi. Axşama qədər gözlədim...

Noyabrın 8-də mənə "voyenkomatdan" zəng edib o biri oğlanlarımın nömrəsini istədilər. Dedim ki, vallah, onlar "dənizdədirlər" telefonlarına zəng çatmayacaq, nə sözünüz var mənə deyin. Mənə də dedilər ki, sizə gömrükdən zəng edirik. Fikirləşdim ki, bizə gömrükdən niyə zəng gəlməlidir? Böyük oğlum mənə zəng edib dedi ki, ana, gedirəm "voyenkomata". Böyük oğlumun da bir gözü yoxdur. Elə bildim ki, onu da müharibəyə aparırlar, öz-özümə dedim ki, bir gözü olmayan adamı niyə müharibəyə aparırlar. Demə ki, vəziyyət başqa imiş. 

Bir az keçdi aşağı düşdüm, gördüm ki, qonşular hamısı çöldədir, həyəti süpürüb təmizləyirlər, hamı bir yerə yığışıb...O biri oğlanlarım "dənizdən" gəldilər. Evə çıxdım, gördüm ki, Prezidentimiz Şəhidlər Xiyabanında çıxış edir. Prezident Şuşanın işğaldan azad edildiyini deyəndə, sevincimdən az qala qanadlanıb uçam. Sevincimdən elə oynayırdım ki...Uşağımın meyidi gəlir üstümə, mən də "Şuşa alındı" deyib hələ oynayıram... Biz Şuşanın azadlığını bayram edirdik, üstümə oğlumun tabutu gəldi.  Onun şəhid olduğunu necə eşitdim bilmirəm (ağlayır). Elə "Etibar, Etibar" dedim, qalanını xatırlamıram, sonra nə baş verdi bilmədim.."- bildirən ana deyir ki, Etibar kimi oğulu itirmək ona ağırdır, amma oğlunun Vətən uğrunda şəhid olması onun üçün bir təsəllidir.

Ana onu da dedi ki, Etibar 2006-cı ildə həqiqi hərbi xidmətə gedib, hərbi xidmət zamanı əldə etdiyi nailiyyətlərə görə Mərkəzi Hərbi Klinik Hospitalın rəisi tərəfindən Fəxri Fərmanla təltif edilib. 

Ana deyir ki, oğlunun qəhrəmanlığını dövlət qiymətləndirib və Mingəçevirdə Etibarın xatirə lövhəsi açılıb.  "Bu xatirə lövhəsi mənim üçün çox böyük önəm daşıyır. İndi həyətə düşəndə Etibarımın xatirə lövhəsini görəndə elə biləcəm ki, o mənim yanımdadır. Bu mənə böyük təsəllidir.

Oğlum noyabrın 8-də Qubadlı istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Şuşanın işğaldan azad olunduğu gün şəhid olan balam öz qanını Vətən torpağına qatıb"-deyən Əsmayə ana oğlunun Mingəçevir Şəhidlər Xiyabanında torpağa tapşırıldığını bildirdi. 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Etibar Mahmudov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Etibar Mahmudov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Etibar Mahmudov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Halal süfrəli, halal çörəkli Əsmayə ananın sadə balıqçı oğlu bu gün bir qəhrəmandır, elin, obanın xalqın oğludur. Ana oğlunun itkisinə yansa da, təsəlli yeri də var. Deyir ki, Etibar bu vətəni daha çox sevib, ona görə də, canını bu uğurda fəda edib...Ana ağlayır, içindəki qubarı, bala dağını heç cür ovuda bilmir. "Qızım, nə yaxşı ki, şəhidlər haqqında yazanlar var, bu bizim ürəyimizi sakitləşdirir. Xatirə Kitabı Redaksiyası sağ olsun ki, bizim övladların xatirəsini əziz tutub onlar haqqında belə kitablar çap edirlər. Biz balalarımızın ətrini bu kitablardan alırıq. Bilirik ki, bizdən sonra oğullarımız unudulmayacaq"-deyə Əsmayə Mahmudova bildirdi.

İradə SARIYEVA
Mingəçevir-Bakı




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ