Bazar günü günü, 08 noyabr 2026
     

Ata Qarabağ veteranı, oğul isə şəhid - Eldar İsmayılovla müsahibə...

Image


Eldar İsmayılov: "Şəhid olduğu gün səhər saat 7-də mənimlə danışıb, saat 9-da şəhid olub"

İki balasını gözü yolda qoyub Vətənin müdafiəsinə getdi. Vətən torpaqlarının yağı düşmənin tapdağında olması Vüqarı çox narahat edirdi. İllər boyu gözlədiyi gün gəlib yetişdi. Vətən müharibəsinin ilk günlərindən döyüşə yollandı, torpalarımızın azad edilməsi uğrunda qəhrəmanlıqla vuruşdu. Nəsibi şəhidlik oldu Vüqarın. Mingəçevir şəhidi  İsmayılov Vüqar Eldar oğlundan danışırıq. 

Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının  "44 gün – Tarixi zəfər" adlı kitabının I və II cildinin, həmçinin Vətən müharibəsi şəhidləri Əli və İslam Əhmədov qardaşları haqqında yazılmış "Şəhid dağı", Musa və Tural Həsənov qardaşları haqqında yazılmış "Gəl, birlikdə köçək dünyadan..." adlı kitabların təqdimat mərasimini işıqlandırmaq üçün Mingəçevir şəhərində ezamiyyətdə olarkən bir neçə şəhid ailəsi ilə təmasda olduq. Şəhid İsmayılov Vüqarın atası, Birinci Qarabağ müharibəsi veteranı İsmayılov Eldardan  müsahibə götürdük. 

"Oğullarımız geri qayıtmadı, amma torpaqlarımız qayıtdı, bu bizim üçün böyük təsəllidir" 

Eldar dayı deyir ki, oğlunun qəhrəmanlığı ilə fəxr edir. "Mən özüm Birici Qarabağ müharibəsi veteranıyam. İkinci qrup əliləm. Oğlum çox vətənpərvər idi və canını da vətən yolunda fəda etdi. Ailəli idi, iki övladı yadigar qalıb. Səfərbərliklə getmişdi müharibəyə. Könüllü şəkildə gedib adını yazdırmışdı və müharibəyə apardılar. Mənim oğlum da, onun kimi başqa oğullar da torpaqlarımızın düşmən tapdağından azad olunması üçün canlarından keçdilər. Vüqar canını Vətən yolunda fəda etdi, özü getsə də, torpaqlarımız işğaldan azad edildi. Onun da ən böyük arzularından biri o idi. 

Şəhidlərlə bağlı tədbirlər keçirən, kitablar yazan, nəşrlər hazırlayan hər bir kəsə təşəkkür edirik. Respublika Xatirə Kitabı redaksiyasına xüsusi minnətdarlığımı bildirirəm ki, belə möhtəşəm işlər görürlər. Bizim oğullarımızı yada salan, unudulmağa qoymayan hər kəs sağ olsun". 

E.İsmayılov bildirdi ki, Vüqar sentyabrın 21-də orduya çağırılıb, senytabrın 27-də isə müharibə başlayıb. Ata oğlu ilə son görüşünü də xatırlayır: "Mən onu Ağdərə ilə Suqovuşan arasında gördüm. Gedib tapmışdım. Vüqarla sonuncu dəfə oktyabrın 2-də görüşmüşəm, oktyabrın 6-da səhər saatlarında şəhid olub. Elə bil şəhid olacağını əvvəlcədən hiss etmişdi, şəhid olduğu gün səhər saat 7-də mənimlə danışıb, saat 9-da şəhid olub. Şəhid olacağı ürəyimə dammışdı. Ondan əvvəl Suqovuşanda çox oğullar şəhid olmuşdu. Dedi ki, ata, özünə fikir ver, özünə bax, fikir eləmə, hər şey yaxşı olacaq. Oğlum sonuncu dəfə zəng edəndə mənə övladlarını əmanət etdi, dedi ki, uşaqlarımdan muğayat ol. Bir qızı, bir oğlu qalıb. Vüqar qoçaq, cəsur bir oğlan idi, dağda, daşda, qayada gəzməyi çox sevirdi. Bizim əslimiz Gədəbəy rayonundandır, burada yaşayırıq". 

Eldar dayı deyir ki, oğlunun şəhid olması faktını qəbul edib və bu səbəbdən də onun yolunu gözləmir. Ata bildirir ki, ağır da olsa, oğlunun yoxluğu ilə barışıb, öz dərdini içində çəkir. "Şəhid dərdi çox ağır dərddi. Bunu yaşamayan bilməz. Elə ailələr var ki, oğlu şəhid olmaqla evinin çırağı söndü, nəsil kəsildi. 

Mən oğlum haqda niyə dedim ki, şəhid olması ilə barışmışam? Mən Birinci Qarabağ müharibəsində iştirak etmişəm, beş il müharibədə olmuşam, gözüm nələr görüb, şəhidin, yaralının nə olduğunu çox yaxşı bilirəm. Bu baxımdan bilirdim ki, müharibədirsə orada şəhid olmaq da var. Odur ki, özümü Vüqarın şəhidliyinə hazırlamışdım. 

Biz o vaxt döyüşdük, amma bir yerdə müharibəni dayandırdılar, onda çox pisikmişdim ki, niyə o rayonları almadıq. Sağ olsun, Ali Baş Komandanı bizim arzumuzu gözümzdə qoymadı, torpaqlarımız azad olundu. Oğullarımız geri qayıtmadı, amma torpaqlarımız qayıtdı, bu bizim üçün böyük təsəllidir"-deyə E.İsmayılov bildirdi.     

Oğlunun mülki həyatda tikinti ustası olduğunu deyən Eldar dayı bildirdi ki, əlinin gözəl işi olub və onun tikdiyi evlər yadigar qalıb. 

Şəhid atası onu narahat edən bir məsələyə də toxundu. O, bildirdi ki, bir sıra hallarda orta məktəb müəllimləri şagirdləri Şəhidlər Xiyabanına ziyarətə aparkən Birinci Qarabağ Müharibəsi şəhidləri ilə Vətən müharibəsi şəhdiləri arasında ayrı-seçkilik salırlar. "Mən bunu təəssüf və ürək ağrısı ilə müşahidə etmişəm, bu   barədə narazılığını yerli qurumlara da bildirmişəm. Hər məktəbdə ən azı 30-40 sinif var, müəllimələr şagirdləri Şəhdilər Xiyabına aparır və xiyabanın girişindəki beş-on şəhidin üstünə qalaqla gül qoyub çıxıb gedirlər. Təəssüflər olsun ki, o biri şəhidlərin məzarı üsütünə bir dənə də olsa gül qoymurlar. Şəhidlər Xiyabanında Birinci Qarabağ Müharibəsi şəhduilərinin məzarları var və o şəkillərdən mənim üzümə baxırlar. Ən çox ona yanıram ki, onlar yada salınmır. Elə şəhidlər var, üsündə qalaqla gül var, amma elə şəhidlər də var ki, məzarının üstündə bir dənə də olsun gül yoxdur. Şəhidlər Xiyabanına gedin hər şeyi gözlərinizlə görərsiniz. Amma bu üzdəki şəhidlərin, itkinlərin, nəşi tapılmayanların, adsız məzarların üsünə bir dənə də olsun təəz gül qoymayıblar. Utanbcverici budur. Birinci Qarabağ Müharibəsi şəhidlərinin ailələri, veteranlar çox doğru irad tuturlar ki, ayrı-seçkilik var. Orada elə oğlanlar yatır ki, qəhrəmanlıqda bizim oğullarla bərabərdir. Ayrı-seçkilik doğru deyil. Çox xahiş edirəm ki, bunu yazıda qeyd edin. 107 nəfər itkin və şəhidin orda şəkilləri var. O vaxt da oğullar şəhid olmaqla evlərin işığı söndü, nə qədər evin qapısı bağlandı. Necə ki, indi də biz sönürük. Elə şəhidimiz var ki, ailəsindən heç kəs qalmayıb. Amma gənc müəllimələr onları yada salmır. Uşaqların əlinə gül verib Şəhidlər Xiyabanına aparırlar və o gülləri irəlidəki məzarların üstünə qoyub qayıdırlar. Niyə? Bunu elə etmək lazımdır ki, bütün şəhidlərin məzarlarının üstünə gül qoysunlar. İcra Hakimiyyəti başda olmaqla bütün təşkilatlar Şəhdilər Xiyabanında şəhidlərin məzarlarını düzgün ziyarət etsinlər. Bütün şəhid ailələrinə səbr diləyirəm. Ayrı-seçkilik mənim ürəyimi dağlayır. Hər dəfə döyüş yoldaşlarımın da məzarını ziyarət edirəm. Onları unutmaq olmaz..."

Şəhid atası bildirdi ki, bütün şəhidlər Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda ediblər və onların hamısına bir gözlə baxılmalıdır. Şəhid atasının iradı əsasən ictimaiyyətə və məktəb müəllimlərinədir. Deyir ki, onlar şəhdilərimizə eyni cür yanaşmalıdır. 

Eldar İsmayılovun söz-söhbəti çoxdur. Qürurlu, mərd bir insandır, Vətən sevgisini hər şeydən uca tutur. Deyir ki, qızım, oğlum şəhid olana qədər aşıqlıq və tamadalıq edib, öz ifası ilə toyları bəzəyib, Vüqardan sonra sazını da əlinə almır. Sazı Vüqara yas tutur...

İradə SARIYEVA
Mingəçevir-Bakı




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ