Bazar günü günü, 08 noyabr 2026
     

Xatirə Kitabının təqdimatında ilginc anlar - "şəhid olmuş iki oğlumdan sonra evimi dövlətə bağışlayacam"...

Image


Yollar yorğun olmaz idi
Bağırında çatlar olmasa...
Torpaq Vətən olardımı
Əgər şəhidlər olmasa?

Torpağı Vətənə, Vətəni də bizim əbədi əzizimizə çevirən şəhidlərdir. Tarix boyu xalqımız çox şəhidlər verib, torpağımızın hər parçasının yaddaşında şəhid qanının izləri yaşayır, o qan qayaların, çiçəklərin, ağacların mayasına hopub... 

Nakam oğulların çoxdur, Vətən! Ömür yolu yarıda qırılan, arzuları gözündə qalan oğulların unudulmazdır, Azərbaycan! 

Nur şəhəri Mingəçevirin də nur üzlü şəhidləri var, orada da başı qara yaylıqlı, ağlar gözlü analar, qəddi bükülmüş atalar, qara bağlayan bacılar, yol gözləyən gəlinlər,  bənövşə boylu  balalar, nişan üzüyünü, nişan xonçasını göz bəbəyi kimi qoruyub ümidlə yaşayan nişanlı qızlar az deyil... Gözlədiklərinin gedər-gəlməzə getdiyini bilə-bilə gözləyirlər...

Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası fəaliyyətə başladığı gündən indiyə kimi şəhid oğulların xatirəsini əbədiləşdirmək missiyasını uğurla daşıyır. Bu fədakar kollektivin, cəfakeş redaksiyanın baş redaktoru Nəzakət Məmmədova başda olmaqla, bütün əməkdaşlar bu müqəddəs missiyanı layiqincə yerinə yetirmək üçün gecələrini gündüzlərinə qatıblar. Bəzən bir şəhid barəsində məlumat almaq üçün   günlərlə, həftələrlə, aylarla dövlət qurumlarına, ailələrə soraqçı düşürlər. Əziyyətlərinin, zəhmətlərinin nəticəsi olaraq saysız nəşrlər, xüsusi buraxlışlar, kitablar ərsəyə gətiriblər, bu kitablar şəhidlərimizdən, onların yaratdıqları qəhrəmanlıq dastanlarından söz açır.   

Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası baş redaktoru Nəzakət Məmmədovanın rəhbərliyi ilə kollektiv üzvləri ilə birgə nur şəhərinə - Mingəçevirə gedirik. Yol yoldaşlarımızdan biri də hər zaman bu redaksiyanın təəssübünü çəkən, kollektivlə birgə olan şair-publisist Rəfail Tağızadədir. Yol boyu şəhidlərimizdən, onların ailələrindən, qəhrəmanlqılarından danışırıq, ruhlarına dualar oxuyuruq...

Sentyabrın 26-dır, yolumuz uzundur, səfərin məqsədi Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının ərsəyə gətirdiyi "44 gün – Tarixi zəfər" adlı kitabının I və II cildinin, həmçinin Vətən müharibəsi şəhidləri Əli və İslam Əhmədov qardaşları haqqında yazılmış "Şəhid dağı", Musa və Tural Həsənov qardaşları haqqında yazılmış "Gəl, birlikdə köçək dünyadan..." adlı kitabların təqdimatını keçirməkdir. Mərasim  Mingəçevir Dövlət Dram  Teatrında keçiriləcək...

Şəhid ailələri ilə, şəhidlərin   doğmaları ilə bütün ünvanlarda görüşmək şərəflidir. 

Nəhayət, Kür qırağında, boz dağların qoynunda  binələnən, nuru ilə bütün Azərbaycanı işıqlandıran Mingəçevirə gəlib çatırıq, şəhərin gözəlliyi, təmizliyi göz oxşayır, sakitliyi əsəb sakitləşdirir.  Mingəçevir Dövlət Dram  Teatrına gəlib çatdıq, təqdimat mərasiminə hazırlıq başladı, bir-bir, iki-iki şəhid anaları, ataları, ailə üzvləri gəlməyə başladılar. 

Üzlərində kədər, ürəklərində dərin yaralar daşıyan şəhid əzizləri, şəhid ana və atalarını həm də qürurlu gördük...Sinələrində igid oğullarının şəkilləri əks olunan medalyon gəzdirən bu qürurlu insanların hər biri qəhrəmandır, hər biri igidlik rəmzidir. 

Təqdimat mərasimi Azərbaycan himni ilə açıldı, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

"Şəhidlər bizi məğlub vətəndaş adından xilas etdilər" 

Tədbirin aparıcısı şair-publisist Rəfail Tağızadə bildirdi ki, Xatirə Kitabı Redaksiyası çox böyük əziyyətlə, məsuliyyətlə bu kitabları ərsəyə gətirib və kiçik bir kollektivlə çox böyük işlər görüblər. "Xatirə Kitabı Redaksiyası böyük bir nazirliyin, böyük bir ordunun gördüyü işi görür. İndiyə kimi çoxlu sayda kitablar çap ediblər. Bizim hər birimiz şəhidlər haqqında məlumat toplayanda, yazı yazanda nələr yaşadığımızı bu yazıları yazanlar bilər. Şəhid bizm üçün ən müqəddəs insanlardır. Şəhidlər bizi məğlub vətəndaş adından xilas etdilər, bizə sevinc və qürur yaşatdılar. Bütün şəhidlər haqqında məlumatlar toplanılır. Bunlar həm Müdafiə Nazirliyindən, həm də icra hakimiyyətlədrən alınan informasiyalardır ki, onlar bu kitablarda əks olunurlar. Bəzi nüanslar olanda da onları şəhid ailələri ilə dəqiqləşdirirlər. Kollektiv şəhid aiələrinin nə yaşadığını o məlumatları hazırlayarkən dərindən yaşayır. Bu ağrılıdır, eyni zamanda da qürurvericidir. Ona görə ki, bu kitablar tarixdə qalır. Kitab qalır həmişə. Bu kitablar həm də şəhid ailələrinə diqqətdir, şəhidlərin ruhuna çox böyük hörmətdir. Bundan sonra da kollektiv öz üzərinə düşən missiyanı davam etdirib şəhidləri yaşatmaq üçün bu kitabları çap etdirəcəklər"-deyə bildirdi. 

"Xatirə Kitabı Re­dak­siyası müharibə ağrılarını özündə geniş əks etdirən ensik­lo­pedik tarixi salnamədir"

Sonra R.Tağızadə sözü məruzə üçün Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru Nəzakət Məmmədovaya verdi. "Çıxışa başlamamışdan əvvəl tədbirə toplaşan şəhid ailələrinə, bu tədbirin təşkilində bizə köməklik göstərən Mingəçevir şəhər İcra Hakimiyyətinə və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinə öz təşəkkürümüzü bildiririk.

Bugünkü tədbirimizi nur şəhəri olan Mingəçevir şəhərində keçiririk. Ümumiyyətlə, bu şəhər müasirliyi və geniş, səliqəli küçələri ilə göz oxşayır. Mingəçevir Su Anbarının isə xüsusi bir gözəlliyi var. 

Mingəçevir şəhəri respublikamızda çox şəhid verən bölgələrimizdən biridir. Birinci Qarabağ müharibəsi zamanı 500 nəfərdən yuxarı, Vətən müharibəsi zamanı isə 70 nəfərə yaxın şəhid vermişdir. Onlardan 4 nəfəri: Malik Əsədov, Ruslan Muradov, Dilqəm Nağıyev və Rəşad Muradov torpaqlarımızın müdafiəsi uğrunda göstərdikləri igidliklərə görə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşlər.

Məlumat üçün bildirim ki, müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ümum­milli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və onun xeyir-duası ilə fəaliyyətə başlamış Respublika Xatirə Kitabı Re­dak­siyası müharibə ağrılarını özündə geniş əks etdirən ensik­lo­pedik tarixi salnamədir. Bu kitab hazırda da tarixi bir hadisə kimi səciyyələnir və insanın tarixləşən həyatını özündə ehtiva edir"-deyə N.Məmmədova bildirdi. 

"Xalqımıza böyük Zəfər bəxş edən oğullarımızın adlarının əbədiləşdiril­məsi..."

N.Məmmədova vurğuladı ki, kitabda, əsasən İkinci Dünya müharibəsində, Əfqanıstan döyüşlərində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, Qara­bağ müharibəsi za­ma­nı torpaqlarımızın azadlığı uğrunda gedən dö­yüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaş­larımız, Milli qəhrə­man­la­rımız haqqında əhatəli materiallar dərc edilir, cəmiyyət üçün faydalı iş görülür. "Respublika Xatirə Kitabının iyirmiyə yaxın cildi çap olunub. Hər cild ötən tarixdən soraq verir. Əbəs yerə deyil ki, Res­pub­lika Xatirə kitabını yaddaşımızın abidəsi adlandırırıq. 

Xalqımıza böyük Zəfər bəxş edən oğullarımızın adlarının əbədiləşdiril­məsi Respublika Xatirə Kitabı Redaksiyasının ümdə işidir və redaksiya bu prosesi daim öz üzərində bir məsu­liyyət kimi hiss etmiş, bu istiqamətdə araşdırma işləri aparmış və bu ənənəni hazırda da davam etdirməkdədir.   Respublika Xatirə Kitabının Vətən müharibəsində həlak olmuş üç mindən artıq şəhidlə bağlı "44 GÜN - TARİXİ ZƏFƏR" adlı çox­­cild­li­yi də tariximizin qan yaddaşıdır. Məlumat üçün bildirim ki, çox­cild­li­yin birinci və ikinci cildləri artıq geniş ictimaiyyətə təqdim olunub. Ha­zır­da biz həmin kitabların təqdi­ma­tına top­laş­mışıq. Kitabda Vətən müharibəsində həlak olmuş şəxslər barədə en­siklopedik məlumat ve­rilib, digərlərinin də ad­larının əbədi­ləşdirilməsi isti­qa­mətində növbəti cildlər üzə­rində işlər gö­rü­lür. 

Respublika Xatirə Kitabı Re­dak­­si­ya­sı "Bakı-Xəbər" qəzeti ilə birgə la­yi­hə əsasında "Şəhidlər ölməz, Vətən bölünməz!" seriya­sından bir neçə kitab dərc edib və bu kimi kitabların hazırlanması istiqamətində növbəti işlər görülür. Respublika üzrə bir evdən iki şəhid verən 7 ailə var ki, onun da ikisi Mingəçevir şəhərinin payına düşüb. Hazırda redaksiyamız tərəfindən nəşr olunan Musa və Tural Həsənov qardaşları haqda "Gəl birlikdə köçək dünyadan...", eyni zamanda Əli və İslam Əhmədov qardaşları haqda  " Şəhid dağı"  kitablarını da sizlərə təqdim edirik". 

N.Məmmədova bildirdi ki,  Respublika Xatirə Kitabı Redaksiyası həmçinin "Vətən daşı... və ya 44 gü­nün das­tanı" adlı layihə əsasında 8 sənədli film çəkib. Bu filmlər artıq geniş ictimaiyyətə təqdim olunub. 

Baş redaktor qeyd etdi ki, "Heç kim unudulmur, heç nə yaddan çıxmır!" devizi ilə çıxış edən Xatirə ki­ta­bı xalqı­mı­zın qəhrəman övladlarının şücaətini, döyüş və hünər yollarını əks et­dirən yeganə məlumat bazasıdır. "Bu kitabın bugünkü və gələcək nəslin daş yaddaşına çevrilməsi özü tarixi bir hadisədir. Redaksiya olaraq bunu ümummilli lider Heydər Əliyevin xalqımıza xüsusi diqqəti kimi qəbul edir, qay­ğısını biz­dən əsir­gə­məyən ölkə rəhbəri, tarix yazan sərkərdə, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə tə­şək­kü­rü­müzü bildiririk. 

Son olaraq bildirim ki, xalqımızın 30 illik həsrətinə 44 gündə son qoyan cəsur, qəhrəman və qeyrətli Azərbaycan övladları - öz canlarını Vətən üçün fə­da edən, şərəf tariximizi yazan şəhid oğul­lar daim yad­da­şı­mızda yaşayacaq, xa­tirələri həmişə bizə əziz ola­caq. İllər, qərinələr ötə­cək, onlar heç vaxt unu­dul­mayacaqlar.

Sağlamlıqlarını itir­miş qazilərimiz də bizim fədailərimizdir, onların hü­nəri ilə bu gün ba­şımızın üstündə nikbin bir səma pər­vaz edir. 

Bizə Qələbə sevinci yaşadan şəhidlərimizi anmaq, onların adlarını və xatirələrini əbədiləşdirmək bizim borcumuzdur. Şəhidlər bizim əbədiyyət ünvanımızdır. 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Qazilərimizə can sağlığı versin"-deyə N.Məmmədova bildirdi.

Mingəçevir şəhər İcra Hakimiyyətinin rəsmisi Sahib Əliyev çıxışında Mingəçevir şəhidləri də daxil olmaqla bütün şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində Xatirə Kitabı Redaksiyasının gördüyü işlərin mühüm əhəmiyyətini qeyd etdi. 

Məraimdə Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin sektor müdiri Zəfər Hacıyev çıxışında bildirdi ki, təqdim olunan nəşrlər şəhidlərimizin xatirəsinə qoyulan abidədir. Xatirə Kitabı Redaksiyasının mingəçevirli şəhid qardaşlar barədə hazırladığı kitabların qəhrəmanlıq tariximizin təbliğində əhəmiyyətli dərəcədə rol oynadığını deyən Z.Hacıyev buna görə redaksiyaya təşəkkürünü bildirdi. Onun çıxışından sonra Əli və İslam Əhmədov qardaşlarına həsr olunan sənədli film təqdim edildi. "Bir ev muzeyinin tarixi" adlı filmdə qardaşların həyat, döyüş və şəhidlik yolu öz əksini tapıb. 

"Evimi dövlətimə, xalqıma miras qoyuram"

Vətən müharibəsi şəhidləri Əli və İslam Əhmədov qardaşları haqqında tanınmış şair-publisist Hikmət Məlikzadənin qələmə aldığı "Şəhid dağı" və  Musa və Tural Həsənov qardaşları haqqında yazdığı  "Gəl, birlikdə köçək dünyadan..." adlı kitabları maraqla qarşılandı.   

Əli və İslam qardaşlarının anası Sevinc Əhmədovanın çıxışı isə sözün həqiqi mənasında bütün zalı ağlatdı. "Çox sağ olun ki, bizi tək qoymursunuz, biz şəhid anaların yanındasınız. 

Xatirə Kitabı Redaksiyasına, şəxsən Nəzakət xanıma  minnətdarlıq edirəm, oğlanlarım barədə belə gözəl kitab yazdığı üçün Hikmət müəllimə təşəkkürümü bildirirəm. Bizim oğullarımızı unudulmağa qoymursuz və onlar haqda kitab yazıbsınız. Burdan xalqıma, dövlətimə müraciət edirəm. O evdə Əli ilə İslam yaşayıb, indi də onların ruhu yaşayır. Evimi dövlətimə, xalqıma miras qoyuram. Deyirəm ey dövlətim, ey xalqım, mirasım mirasınız olsun, gələcək nəsillər qoruyub saxlasın..." 

Sevinc ananın iki balası olub, ikisini də Vətənə, ərazi bütövlüyümüzə qurban verib, indi də yurdunu, balalarının ruhu yaşayan, izləri əbədi qalan evini, mülkünü xalqımıza, dövlətimizə əmanət edir. Deyir ki, xalq və dövlət Əlini, İslamı əbədi olaraq yaşadacaq. 

"Mənim şəhid oğullarım həmişə yaşacaqlar"

Musa və Tural Həsənov qardaşlarının anası Nəhayət Həsənova da çıxış etdi. Ana bildirdi ki, oğlanlarından birindən bir qız, o birindən isə bir oğul yadigar qalıb, onlardan şəhid balalarının ətrini alır: "Birlik olmayan yerdə heç nə olmur. Xalq olaraq yumruq kimi birləşib torpaqlarımızı işğaldan azad etdik. Torpaqlarımızın azad olunması şəhidlərimizin hesabına oldu. Dövlətimdən çox razıyam ki, illər-aylar keçəcək, mən dünyamı dəyişəcəm, amma oğullarımı dövlətim yaşadacaq. Mənim şəhid oğullarım həmişə yaşayacaqlar. İstərdim ki, bütün şəhidlərimiz haqda kitablar, dastanlar yazılsın. Çünki düşməni torpağımızdan bizim övladlarımız qovdu".  

Tədbirdə Əli və İslam Əhmədov qardaşları haqqında yazılmış "Şəhid dağı", Musa və Tural Həsənov qardaşları haqqında yazılmış "Gəl, birlikdə köçək dünyadan..." adlı kitablarının müəllifi Hikmət Məlikzadə də çıxış etdi. "Mən şəhidlərimizin şəkillərinə baxanda həmişə içimdən bir hiss keçirdi, "mən niyə sağam? Amma redaksiyamızın baş redaktoru Nəzakət xanım Mingəçevirin dörd cəngavər şəhidi haqqında kitab yazmaq missiyasını mənə tapşıranda əmin oldum ki, bu sualın cavabını tapdım. Mən Mingəçevirə gəldim, əvvəlcə Əli və İslam qardaşlarının anası Sevinc xanımın qonağı oldum. Sevinc xanımın ürəyində böyük bir acı olmasına baxmayaraq məni sevincə qarşıladı. Söhbət əsnasında dediyi bir kəlməni unuda bilmirəm: "Şəhid dağı ağır dərddur,  oğul!" Mən Əli və İslam qardaşları haqda yazacağım kitaba ad tapdım -"Şəhid dağı". Həmin gün Mingəçevirdə dəhşətli külək vardı. O gün külək məni qoynuna alıb Sevinc xanımgildən birbaşa Musa və Tural qardaşlarının anası Nəhayət xanımın evinə apardı. Nəhayət xanım da ürəyində tonlarla şəhid acısı olmasına baxmayaraq məni gülər üzlə qarşıladı. Söhbət zamanı dedi ki, oğlu Musa gözəl şeirlər yazırdı. Şeirlərindən birində Musa deyirdi:  Nə gözəl qardaşsan, mənim qardaşım,  

Gəl elə dünyadan birlikdə köçək.

Həmin an mən Tural və Musa qardaşları haqqında yazacağım kitaba ad tapdım - "Gəl, birlikdə köçək dünyadan". Kitabın adı belə yarandı"-deyə H.Məlikzadə bildirdi. 

Mərasimdə İslam və Əli qardaşlarına həsr olunan sənədli film də nümayiş olundu.

Sonda isə  Xatirə Kitabı Redaksiyanın ərsəyə gətirdiyi "44 gün – Tarixi zəfər" adlı kitabın I və II cildi, "Şəhid dağı", "Gəl, birlikdə köçək" kitabları şəhid ailələrinə təqdim edildi, xatirə şəkilləri çəkildi. 

İşimizi qurtarıb Bakıya can atırıq, şəhid yadigarlarını qəhrəmanlar şəhəri, nur üzlü şəhidlər yurdu Mingəçevirə əmanət edib ayrılırıq, beləliklə, şəhid işığına ünvanlanan bir səfərimiz başa çatır...Qarşıda yeni səfərlər, yeni şəhid ünvanları var...Xatirə Kitabı Redaksiyası hələ neçə-neçə boynu bükük şəhid anasının ürəyini sevindirəcək...Sağlıq olsun!

İradə SARIYEVA
Mingəçevir-Bakı




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ