Bazar günü günü, 08 noyabr 2026
     

Prezidentin Türkiyə - Azərbaycan Universitetinə verdiyi "seçim hüququnun" mahiyyəti nə deməkdir...

Image


Kamran Əsədov: "Müstəqil tələbə seçimi hüququ ilə universitet, tələbələri öz tədris proqramlarına daha uyğun meyarlara əsasən seçə bilər"

Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətinə cəlb edilən Azərbaycanın ali təhsil müəssisələrinə Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının nəticələri əsasında tələbə seçimini müstəqil aparmaq hüququ verilib.

Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə–Azərbaycan Universitetinin fəaliyyəti ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, təhsil müəssisəsinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib. Maraqlıdır, təhsil müəssisəsinə tələbə seçimini müstəqil aparmaq hüququ nə deməkdir və təhsil sahəsinə nə vəd edir?

"Bu qərar, ali təhsil müəssisəsi üçün geniş imkanlar açır və onun daha çevik, müasir, tələbələr üçün rəqabətə davamlı və keyfiyyətli təhsil mühiti yaratmasına şərait yaradır" 

Təhsil eksperti Kamran Əsədov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, Prezident İlham Əliyevin Türkiyə-Azərbaycan Universiteti ilə bağlı imzaladığı sərəncamda təhsil müəssisəsinə tələbə seçimini müstəqil aparmaq hüququnun verilməsi bir sıra əhəmiyyətli yenilikləri vəd edir: "Bu qərar ali təhsil müəssisəsi üçün geniş imkanlar açır və onun daha çevik, müasir, tələbələr üçün rəqabətədavamlı və keyfiyyətli təhsil mühiti yaratmasına şərait yaradır. 

İlk növbədə deyim ki, tələbə qəbulunun müstəqil aparılması o deməkdir ki, Türkiyə-Azərbaycan Universiteti öz tələbə seçimi prosesini müəyyən qaydalar çərçivəsində, lakin daha fərqli və çevik şəkildə həyata keçirə biləcək. Bu da ənənəvi qəbul mexanizmlərindən daha müasir və beynəlxalq standartlara uyğun bir yanaşmanın tətbiqinə imkan verə bilər.

Seçim kriteriyalarının təyin edilməsi barədə deyim ki, universitet öz xüsusi təhsil proqramlarına uyğun olaraq seçim meyarlarını təyin edə bilər. Məsələn, yalnız akademik nəticələrə deyil, həm də tələbələrin bacarıqlarına, maraqlarına, iş təcrübələrinə və sosial aktivliklərinə diqqət edəcək. 

İmtahan sistemində fərqliliklərə gəlincə, deyim ki, Türkiyə-Azərbaycan Universiteti qəbul imtahanları və ya digər qiymətləndirmə metodlarını öz tədris modellərinə uyğun şəkildə tətbiq edə bilər. Bunun nəticəsində, təhsil müəssisəsi daha spesifik qabiliyyət və bilikləri olan tələbələri qəbul edə bilər. Müstəqil tələbə seçimi hüququ ilə universitet, tələbələri öz tədris proqramlarına daha uyğun meyarlara əsasən seçə bilər. Bu o deməkdir ki, Türkiyə-Azərbaycan Universiteti təhsil proqramlarını daha çevik, tələbə yönümlü və innovativ şəkildə təşkil edərək, bir çox üstünlüklərə nail ola bilər". 

Həmsöhbətimiz onu da əlavə etdi ki, tələbələrin qəbulu zamanı rəqəmsal savadlılıq, beynəlxalq təcrübə və ya texnologiyaya uyğunlaşma kimi xüsusi bacarıqlar diqqətə alınaraq tədris proqramları da qurula bilər: "Universitet innovativ yanaşmaları və yeni tədqiqat metodlarını tətbiq etməklə tələbələri tədqiqat işlərinə yönəldə bilər, xüsusilə də texnologiya və mühəndislik sahələrində yüksək ixtisaslı mütəxəssislər hazırlamağa yönəlik tədris modelləri tətbiq edə bilər. Türkiyə-Azərbaycan Universiteti tələbə qəbulunda müstəqillik qazandığı üçün, beynəlxalq səviyyədə tanınan sertifikat və ya imtahan nəticələrini qəbul edə bilər. Bu, universitetin beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirəcək və xarici tələbələrin də bu təhsil müəssisəsinə cəlb olunmasını asanlaşdıracaq.

Onu da deyim ki, universitet tələbə seçimi zamanı beynəlxalq tələbələrə açıq ola bilər və daha geniş qlobal təhsil şəbəkəsinə qoşulmaq imkanı qazanacaq. Türkiyə və digər ölkələrlə ikili diplom proqramlarının inkişaf etdirilməsi üçün geniş imkanlar yaranacaq. Bu, universitetin qlobal səviyyədə tanınmasını və nüfuzunu artıracaq. Müstəqil tələbə seçimi hüququ, universitetin yüksək keyfiyyətli tələbələri qəbul etməsinə və akademik mühitin daha rəqabətədavamlı olmasına kömək edəcək. Bu da öz növbəsində təhsil müəssisəsinin akademik səviyyəsini və nüfuzunu artıracaq

Universitet ən yaxşı və uyğun tələbələri seçməklə tədris keyfəyyətini yüksəldə biləcək. Tələbə seçimində müstəqillik təhsil müəssisəsinə tələbə ehtiyaclarına uyğun, daha çevik və uyğunlaşmış tədris proqramları təşkil etməyə imkan verir".

Ekspert hesab edir ki, Türkiyə-Azərbaycan Universiteti Cənubi Qafqaz və Türkiyə üçün mühüm təhsil mərkəzinə çevrilə bilər. Universitetin müstəqil qəbul prosesi bu təhsil müəssisəsini regionda cəlbedici edəcək: "Beynəlxalq reytinqlərdə yüksələcək. Universitetin tələbə qəbulunda müstəqilliyi, tədris keyfiyyətini artırmaqla onu beynəlxalq təhsil reytinqlərində daha yüksək mövqeyə daşıyacaq.

Eyni zamanda, universitetin elmi fəaliyyətləri və tələbə qəbulu sistemində yeniliklər regionda elmi tədqiqatların inkişafına və əməkdaşlıq imkanlarına da təkan verəcək. Beləliklə, Prezident İlham Əliyevin Türkiyə-Azərbaycan Universiteti ilə bağlı sərəncamı və universitetin tələbə seçimini müstəqil şəkildə aparmaq hüququ, təhsil müəssisəsinin daha müstəqil, çevik və beynəlxalq standartlara uyğun təhsil verməsinə imkan yaradacaq. Bu, tədris keyfiyyətinin yüksəlməsinə, beynəlxalq əməkdaşlığın genişlənməsinə və regionda təhsil səviyyəsinin artmasına böyük töhfə verəcək. Universitetin bu yeni hüquqları tələbə mərkəzli və müasir tədris mühitinin yaradılmasına zəmin hazırlayacaq".

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ