Bazar günü günü, 08 noyabr 2026
     

Ələmdar Mahirin “Mənim tanıdığım Füzuli” kitabı işıq üzü görüb

Image


Mərhum şairimiz Ələmdar Mahirin dahi şairimiz Məhəmməd Füzuliyə böyük məhəbbətlə həsr etdiyi "Mənim tanıdığım Füzuli" kitabı "Nurlan" nəşriyyatında çap olunmuşdur. Kitabın redaktoru Hacı Mustafa Mailoğlu, rəyçisi akademik Teymur Kərimlidir.

Hacı Mustafa Mailoğlu kitaba yazdığı "Bir neçə söz"də füzulişünaslıq tarixinə qısa ekskursiya edərək, Füzuli əsərlərinin tədqiqinin hələ şairin sağlığından başladığını, füzulişünaslığın Azərbaycan ədəbiyyatşünaslığının əsas qollarından biri kimi XX əsrin əvvəllərindən inkişaf etməyə başladığını qeyd edir və yazır: "Azərbaycandain bəy Köçərli, Salman Mümtaz, Əliabbas Müznib kimi sovet hakimiyyətindən öncə və onun ilk illərində yaşamış alimlərlə yanaşı, sovet dövrü yaşayıb-yaratmış tədqiqatçılar Həmid Araslı, Mircəlal, Feyzulla qasımzadə, Mirzağa Quluzadə, Məmmədcəfər Cəfərov və bir çox başqaları füzulişünaslığımızın inkişafında çox böyük xidmətlər göstərmişlər". Sonra "Ön söz" müəllifi müasir dövrdə yaşayıb-yaradan füzulişünaslardan Nəsib Göyüşov, Əlyar Səfərli, Möhsün Nağısoylu, Sabir Əliyev, Hacı Mail, Mahirə Quliyeva, Gülşən Əliyeva və Aida Qasımovanın adını qeyd edir və bununla yanaşı ədəbi məclislərdə Füzuli qəzəllərinin şərh olunduğunu və bunun da füzulişünaslığın inkişafında böyük rolu olduğunu vurğulayır. Nardaran kəndinin Füzulini başa düşən hacı Şeyx Əli Tuti, Hacı Paşa Əsir kimi şairləri və İbrahim kişi, Ələmdar Mahirin atası Əbdürrəhim kişi, öz babası İsmail kişi kimi savadı olmayan, lakin Füzuli şeirini bilən insanları da xatırlayır. Ələmdar Mahirin belə ədəbi mühitdə və ədəbi məclislərdə yetişdiyini xüsusi vurğulayır və onun ərsəyə gətirdiyi bu kitabın ilk iş olduğunu, Ələmdar Mahirin gələcəkdə bu sahədə yeni-yeni nailiyyətlər əldə edəcəyini bildirir.

Ələmdar Mahir "Mənim tanıdığım Füzuli" adlı yazıda "Füzuli kimdir?" sualına cavab vermək üçün bir çox tədqiqatçıların əsərlərini vərəqləyir, onlardan sitatlar verir və bu qənaətə gəlir ki, Füzuli sənətini dərk etmək üçün şairin yaradıcılığındakı nəsi gözəlliklərə və məna çalarlarına diqqət yetirmək lazımdır. "Füzuli sənətinin zahiri estetikası" adlı yazıda bəlağət elmindən danışır, "Bəlağətin klassik poeziyada işlənən tərkib hissələri aşağıdakılardır: təşbih, istiarə, təzad, mübaliğə, bədii təyin, təlmih, səs, kinayə, məcaz, təkrir, cinas, lüğəz və s. Bu tərkiblərin də ayrı-ayrılıqda hər birinin öz tərkibi və növləri vardır" yazır, sonra bəzi tərkiblər haqqında "Füzuli şeirində məcazlar", "Bədii təyinlər (epitetlər)", "Təşbihlər", "İstiarələr", "Mübaliğələr", "Təlmihlər", "Müləmmə", "İştiqaq", "Səs", "Tərsi", ""Touzi", "Cinas", "Bədii mükalimə", "İstifham", "Lüğəz", "Bədii xitab" adlı yazılarda Füzuli şeirindən örnəklər verməklə məlumat verir.     

"Füzuli sənətinin daxili aləmi və məna gözəllikləri"ndən bəhs edən müəllif dahi şairin əqidəsini qeyd edir və üsuliddinin tövhid, ədl, nübüvvət, imamət, miad maddələrini bir-bir açıqlayır və Füzuli şeirindən nümunələr verərək fikirlərini dolğunlaşdırır. Sonra füruiddinin maddələrini sadalayır və şairin münasibətini bildirən örnəklər verir. 

"Füzulidə nəsihət" mövzusunu araşdıran müəllif bir sıra beytlərin şərhini verir. "Füzulidə təsəvvüf yaxud irfan" adlı yazıda arif və sufi sözlərinin mənasını araşdırır, f.e.d. Nəsib Göyüşovun fikrini sitat verərək, Füzulinin heç bir təriqətə mənsub olmadığını qeyd edir. Peyğəmbər (s) və Əhli-beyt (ə.m.) yolunun ən düzgün yol olduğunu vurğulayan tədqiqatçı şairin irfani şeirlərindən nümunələr verərək onun arifliyini sübuta yetirir.

Kitabın ən böyük hissəsi "Füzulidə eşq məfhumu və "Leyli və Məcnun" poeması"dır. Müəllif nədənsə bunu kiçik yazılara ayırmayıb, elə əsərdə əvvəldən sona eşqə aid beytlərin, hissələrin şərhini verib, fikirlərini söyləmişdir. Burada bir çox irfani mətləbləri açıqlayan tədqiqatçının çox mütaliə etdiyini anlayır, klassik şeiri və irfani istilahları bildiyinin şahidi oluruq. Füzuli şeirində eşq məfhumunu açıqlamağa çalışan tədqiqatçı "Eşq mövzusu geniş və əhatəli olduğuna görə, bu haqda çox kitablar yazılıb. Bir çox böyük alimlər bu mövzuda qiymətli fikirlər irəli sürüblər. Hər kəs bu mövzunun həqiqətini dərk etmək istəyirsə, Qərb alimlərinin fikirlərini öyrənməklə yanaşı, Şərq dünyasının filosoflarının eşq haqqında yazdıqları kitablara müraciət etsinlər. Başqasının sözü ilə özümüzə qiymət verməkdənsə, öz sözümüzlə özümüzə qiymət vermək daha yaxşı olardı. Çünki Füzuli kimi bir şairin eşqdə məqamını tanımaq üçün, hansısa bir Avropa şərqşünasının yox, Füzulinin əqidəsini daşıyan müsəlman alimlərin fikirlərinə əsaslanmaq doğrudur" yazır və Füzuli şeirini açmaq üçün bir neçə dəfə görkəmli Azərbaycan alimi Nəsirəddin Tusinin fikirlərinə müraciət edir. Burada hüsn, zat, saqi, badə, şərab, xumarlıq, sərməstlik, aşüftəlik və s. məfhumların izahını verən müəllif aşiqin halını açıqlayır və İlahi eşqin tərənnümünü bizə çatdırır. Hər şey böyük ALLAH üçündür. Həqiqi eşqə yalnız O layiqdir. "Son söz"də müəllif bu nəticəyə gəlir: Füzuli sənətini başa düşmək, ondan məna çıxarmaq üçün bəzi dəqiq elmlərlə yanaşı irfan, fəlsəfə, məntiq, bəyan və s. elmləri bilməklə də kifayətlənmək olmaz. Tədqiqatçıda bu elmlərlə bərabər güclü iman da olmalıdır ki, bu böyük şairin sənətini qiymətləndirərkən, şeytani fikirlərdən uzaqlaşıb, tədqiqatını düzgün yola istiqamətləndirə bilsin. Çünki Füzuli şeirlərinin bəzəyi və gücü müxtəlif elmlərlə yanaşı həm də imandır". Sonda tədqiqatçı illər keçdikcə dahi şairin sənətinin daha ətraflı araşdırılacağına inandığını vurğulayır və yazır: "Bu kitabdakı Füzuli isə, MƏNİM TANIDIĞIM FÜZULİdir".      

Kitab maraqlıdır, dili sadədir, oxunaqlıdır. Müəllif kitabı yazmaqdan ötrü böyük səy göstərmiş, xeyli zəhmət çəkmişdir. Kitab Füzuli yaradıcılığı ilə məşğul olan tədqiqatçılar, doktorantlar, tələbələr üçün dəyərli vəsaitdir. 

Allah rəhmət eləsin, ruhu şad olsun.

SONA XƏYAL




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ