Bazar günü günü, 08 noyabr 2026
     

Alimlərimizin də məqalələrini Vikipediyadan silməyə başlayıblar...

Image


"Vikipediya"dan azərbaycanlı alimlərin də, şair və yazıçıların da məqalələrinin silinməyə başlandığı barədə sosial şəbəkələrdə məlumatlar yayılıb. 

"Vikipediya"dan məqaləsi silinən alim, professor və ziyalıların bir neçəsinin adları ictimailəşdirilib. Filologiya üzrə fəlsəfə doktoru, ictimai fəal Elyar İslamoğlu öz feysbuk səhifəsində onların siyahını təqdim edib. 

1.Tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahov, Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan Tarixi şöbəsinin aparıcı elmi işçisi

2. Cavid Bağırzadə, Tarix üzrə fəlsəfə doktoru, dosent, GDU, Sosial fənlər kafedrasının müdiri

3. Fuad Süleymanov, ARDNŞ Təlim və Tədris İdarəsinin rəisi, texniki elmlər üzrə fəlsəfə doktoru, "Əməkdar mühəndis", beynəlxalq sertifikatlara malik neftçi 

4. Rizvan Hüseynov, siyasi şərhçi, analitik, tarixçi,Qafqaz Tarixi Mərkəzinin direktoru, UNESCO-nun fəxri professoru 

5. Fərhad Cabbarov, tarix elmləri doktoru, dosent, Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavini.

Qeyd edək ki, erməni faşizmini ifşa edən əsərlərin, kitabların müəllifi olan yazıçı Aygün Həsənoğlunun da barəsində olan məqalə silinib. Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun şöbə müdiri., i.e.d., dosent, tanınmış şairə Rəsmiyyə Sabirin də (Abdullayeva) vikipediya məqaləsi silinib. Bu barədə feysbukda onlar özləri yazıblar. 

Rəsmiyyə Sabir: "Bu məqalələri niyə sildiklərinə, bunu hansı məqsədlə etdiklərinə  açıqlama verməlidirlər" 

Rəsmiyyə Sabir "Bakı-Xəbər"ə bildirdi ki, onun haqqında məqalənin silinməsini təsadüfən bilib və təəccüblənib: "Bir müddət əvvəl bir mövzu ilə bağlı google-də  axtarış vermişdim. Adətən axtarışlarda birinci "Vikipediya" məqalələri çıxır. Barəmdəki məlumatları yeniləmək üçün öz "Vikipediya" məqaləmə baxdım. Bu məqaləni köməkçim yaratmışdı, o, həm də elmi rəhbəri olduğum doktorantdır. Məqaləm açılmadı, səbəbini axtarmağa başladım. Doktorantımdan xahiş etdim ki, "Vikipediya"ya yazıb məqalənin açılmamasının səbəbini soruşsun. Ordan da bizə cavab gəldi ki, sizin akademik dərəcəniz uyğun olmadığı üçün məqalə silinib. Bilirsiz ki, mən iqtisad elmləri doktoruyam və ən mötəbər bazalarda 150-yə yaxın elmi əsərim var. Sonra bəzi fəlsəfə doktoru olan şəxslər barəsində olan məqalələrə baxdım, gördüm ki, onların məqələsi silinməyib, amma elmlər doktoru olduğum halda mənim məqaləm silinib. Onlar deyirdilər ki, orada professorlar barədə məqalə ola bilər.  Amma sonra gördüm ki, orda elə adamların məqaləsi var, onlara heç toxunulmayıb, elmlər namizədlərinin məqalələri qalıb, mən isə elmlər doktoruyam. Buna görə bildim ki, burada subyektiv amillər var. Amma açıqlamalıdırlar ki, nə üçün siliblər, səbəb nədir, qərəzləri nədir? 

Mən, sözün düzü, bu məsələni daha sonra araşdırmaq istəyirdim. Amma bir qrup gəncimizi gördüm. Biz həmişə gəncliyə gələcəyə aparan qüvvə kimi baxmışıq. O gənclərin 3 min şəhid barədə məqaləni silməsini çox ürək ağrısı ilə qarşıladım. Bizi siləndə bu bizə çox ağır təsir etməyə bilər, amma şəhidlər barədə məqalələrin silinməsi mənə qat-qat pis təsir etdi ki, onları biz yaşatmalıyıq. Hardan silirlər-silsinlər, onsuz tarix onları yaşadacaq…

Azərbaycan əsgərinə yazdığım şeirdə:

"Sən Vətən torpağında silinməyən bir izsən"-demişəm.

Bu vətən, bu torpaq üçün canı, qanı ilə döyüşən, şəhid olan, yaxud qələmi ilə vuruşan elm adamlarını heç zaman tarixdən silə bilməyəcəklər. Onların bu davranışını pisləyirəm. Bu məqalələri niyə sildiklərinə, bunu hansı məqsədlə etdiklərinə  açıqlama verməlidirlər. Təkcə biz deyilik ki. Bizdən başqa da görün nə qədər adamın səhifəsi silinib… "-deyə R.Sabir bildirdi.

Müsahibimiz qeyd etdi ki, bu məqalələrin silinməsi ilə bağlı məsələ KİV-də ətraflı müzakirə olunmalı və bunun səbəbinə aydınlıq gətirilməlidir, xüsusən də şəhidlərimizə qarşı edilən bu davranışa qanunvericiliyə uyğun tədbir görülməlidir. 

Aygün Həsənoğlu: "Təəssüf ki, "Vikipediya"dan Azərbaycanın millətçi, vətənsevər ziyalılarına qarşı belə açıq hücum başlanıb" 

Yazıçı Aygün Həsənoğlu da bildirdi ki, yazısının silinməsini bir neçə gün əvvəl görüb, amma əvvəlcə problemin bilgisayarda olduğunu, yaxud bunun texniki problemdən qaynaqlandığını düşünüb. "Düşündüm ki, yəqin yeniləmə olacaq və məqaləm yenidən yüklənəcək. Ancaq yüklənmədi. Elə bu vaxt 3 min şəhidimizin məqaləsinin silindiyi barədə məlumatı oxudum. Doğrudan da təəccübləndim ki, buna necə cəsarət ediblər. Bu ölkənin oğulları, Azərbaycan ordusunun əsgərləri Vətən üçün döyüşüb şəhid olublar. Kimin nə ixtiyarı var ki, şəhidlərimiz barədə yazıları və şəkilləri silsin, şəhidlərimizin xatirəsini əks etdirən hanısa materialı yox etsin? O yazıları silənlər Vətən qarşısında nə ediblər? Onların nə ixtiyarı var ki, Azərbaycan dövlətinin maraqlarını müdafiə edən, ərazisini qoruyan əsgərin adını silib. Yaxud da "Vikipediya"da səlahiyyəti olanların nə  ixtiyarı var ki, Aygün Həsənoğlunun məqaləsini silib? Yəni belə bir yetkini, belə bir səlahiyyəti onlara kim verib? Onlar nə etmək istəyirlər, bizi tarixdənmi silmək niyyətindədirlər? Bununla tarixdən kimisə silmək mümkündürmü? Yeri gəlmişkən, əvvəllər mən bunun erməni məsələsi ilə məşğul olduğuma görə olduğunu düşündüm. Amma mənə xəbər gəldi ki, şair, tərcüməçi və elmlər doktoru, professor Rəsmiyyə Sabirin də səhifəsi silinib. Cavab olaraq bildirilib ki, elmi dərəcən standarta tam cavab vermir. Başa düşə bilmirəm, elmlər doktoru dərəcəsi "Vikipediya"çıların hansı standartlarına cavab vermir? Yaxud Aygün Həsənoğlunun kitabları, məqalələrinin adları hansı standartlara cavab vermir? Təəssüf ki, "Vikipediya"dan Azərbaycanın milliyyətçi, vətənsevər ziyalılarına qarşı belə açıq hücum başlanılıb. Çünki mən orada elə yazıçıların, hətta namizədliyi olmayan elmi işçilərin məqalələrini gördüm və çox təəccübləndim. Bu adamlar ki, bir-iki kitab, bir neçə məqalə yazıblar,  amma onlara aid məqalələr saxlanılıb, tanınmış, cəmiyyətdə vətənpərvərliyi, Vətənə, dövlətə sədaqəti ilə seçilən insanların səhifələri silinib. Bunu edən kimdir? Mənə elə gəlir ki, bu artıq starteji məsələdir, bu, Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən araşdırılmalıdır.

Yeri gəlmişkən, professor Abid Tahirlinin də səhifəsi silinib. Abid müəllim vətənpərvərliyi, ziyalılığı ilə seçilən, xüsusən də mühacirət ədəbiyyatının araşdırılmasında xidməti olan şəxsiyyətdir. Kifayət qədər də məqalələri, kitabları var. Çox qəribə bir məsələdir ki, belə bir alim barədə də məqalə "Vikipediya"dan silinib"-deyə A.Həsənoğlu bildirdi.

İradə SARIYEVA  



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ