çərşənbə axşamı günü, 25 avqust 2026
     

Bələdiyyələr vətəndaşlara qarşı kütləvi qanunsuzluğa başlayıblar- qanunsuzluğa icra məmurları da cəlb edilib....

Image


Son vaxtlar Azərbaycanda vətəndaşların bələdiyyələrdən şikayətlərinin sayı xeyli artıb. İnsanlar özünüidarə orqanlarının mümkün olan hər kəsə əmlak vergisi borclarını ödəmələri haqqında hədələyici tələblər göndərməsindən, əks halda onları cərimələrlə, ölkədən çıxışa qadağalarla, avtomobillərinə həbs qoyulması ilə və s. təhdid etmələrindən şikayətlənirlər. Bəs əslində nə baş verir?

E-huquq.az xəbər verir ki, Vəkillər Kollegiyasının üzvü Mehman Sultanov mövzu ilə bağlı caliber.az-ın suallarını cavanlandırıb.


- Mehman müəllim, vətəndaşların bələdiyyələrdən şikayətlərinin sayının artması nə ilə bağlıdır?

- Bu şikayətlər həmişə olub, lakin son bir neçə aydır ki, onların xeyli artması müşahidə olunur. Bu nəticəyə müştərilərin, tanışların, qohumların və s. müraciətlərinə əsasən gəlirəm. Müraciətlərin mahiyyəti ondan ibarətdir ki, bəzi vətəndaşlar qəfildən əmlakları, xüsusən avtomobilləri üzərinə icra məmurları tərəfindən həbs qoyulduğunu öyrənirlər, digərlərinə özlərini icra məmuru kimi təqdim edən şəxslər zəng edir və bələdiyyə vergisinə dair borclarının olduğunu, borcu ödəməkdən imtina edəcəkləri təqdirdə isə ölkədən çıxışlarına məhdudiyyətin qoyulacağını bildirirlər.
Müəyyən bir vaxtda bu cür problemlər haqqında müraciətlərin sayında kəskin artım müşahidə olundu. Buna görə mən məsələni ətraflı araşdırmağa başladım və ilk növbədə vətəndaşlardan vergi ödəməyi hansı əsasla tələb etdiklərini öyrənmək üçün bəzi tanıdığım icra məmurlarına müraciət etdim. Nəticədə bəlli oldu ki, onlar cavab olaraq "İcra haqqında" qanunun 6.1.8-ci maddəsinə istinad edirlər. Bu maddədə icra edilməli olan sənədlər siyahısında bələdiyyə tərəfindən qəbul edilmiş inzibati akt da göstərilib.

İlk baxışda hər şey sanki qanuni görünür. Lakin mən bir hüquqşünas olaraq, ilk öncə vergilərin ödənilməsi qaydalarını və əsaslarını, borcların tutulması qaydalarını tənzimləyən əsas sənəd kimi AR Vergi Məcəlləsinə üz tutmaq qərarına gəldim.

- Bəs Vergi Məcəlləsində nə deyilir?

- Vergi Məcəlləsində "Yerli vergilər (bələdiyyə vergiləri)" adlanan 8-ci maddə var. Bu maddəyə əsasən, vergilərin hesablanması və ödənilməsi qaydaları, vergiləri ödəməkdən yayınmağa görə məsuliyyət müvafiq qanunvericiliklə müəyyən edilir.

Daha sonra "Yerli (bələdiyyə) vergilər və digər ödənişlər haqqında" 2001-ci ildə qəbul edilmiş qanuna istinad edirik. Həmin qanunun 7-ci maddəsi isə, bizi öz növbəsində 2003-cü ildə müvafiq qanunla təsdiq edilmiş "Bələdiyyələrin vergi xidməti orqanı haqqında" əsasnaməyə yönləndirir.

Bu Əsasnamədə, xüsusən 3.2-ci maddəsində deyilir ki, əgər vergi ödəyicisinin vergi borcu yaranıbsa, həmin orqan bələdiyyənin qarşısında bu və ya digər vətəndaşın bu və ya digər müddət üçün yaranmış borcunun mövcudluğu haqqında məsələ qaldırmaq və bələdiyyəyə məhkəməyə müraciət etməyi, yəni borcun alınması üçün müvafiq iddia qaldırmağı təklif etmək hüququna malikdir.

Öz növbəsində, bələdiyyə məhkəməyə müraciət etməlidir, məhkəmə iddiaya baxıb qərar çıxarmalı, bu qərar qüvvəyə minməli və yalnız bundan sonra həmin məhkəmə qərarı icra edilməsi üçün icra məmurlarına göndərilməlidir.

- İndi aydındır ki, apellyasiya, kassasiya mərhələlərinin və s. olacağını nəzərə alsaq, məhkəmələr heç də bu cür iddiaların kütləvi şəkildə irəli sürülməsi perspektivindən məmnun olmayacaq.

- Bələdiyyələrin borcları yığmaq üçün kütləvi şəkildə iddialarla məhkəmələrə üz tutacaqlarından əmin deyiləm. Məsələ ondadır ki, bu işin həyata keçirilməsi üçün hər bir bələdiyyənin ştatında ən azı bir neçə hüquqşünas olmalıdır, bu perspektiv isə bu gün mənə kifayət qədər qaranlıq görünür.
Eyni zamanda, əlavə etmək istərdim ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 noyabr 2022-ci il tarixli maraqlı bir sənədi də vardır - "Yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu ilə bağlı metodiki vəsait". Bu sənəddə aydın şəkildə qeyd edilib ki, bələdiyyələr borcu almaq üçün öz vergi xidmətlərinin təqdimatı əsasında məhkəməyə müraciət etməlidirlər və bundan sonra borcların, cərimələrin və s. ödənilməsi qüvvəyə minmiş məhkəmə qərarı əsasında, qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

Gördüyünüz kimi, böyük uyğunsuzluq yaranır, çünki hazırda bələdiyyələr məhkəmə qərarı olmadan icra üçün müraciət edirlər. Bu nə dərəcədə qanunidir? Müəyyən ziddiyyət göz önündədir. Axı, yuxarıda sadalanan qanunvericilik aktlarına uyğun olaraq, bələdiyyələr məhkəməyə borcun ödənilməsi haqqında iddia verməli və yalnız məhkəmə qərar verdikdən və bu qərar qüvvəyə mindikdən sonra icra və probasiya şöbələri tərəfindən icra olunmalıdır.
Lakin icra məmurları bələdiyyənin inzibati aktının qanuni olub-olmaması məsələsində "baş sındırmamağa" üstünlük verərək, onu avtomatik olaraq icra etməli olduqlarını hesab edirlər. Baxmayaraq ki, qanunda bələdiyyə vergilərinin yığılması proseduru dəqiq şəkildə təsbit olunub, yerli vergilərin yığılması və ödənilməsi qaydalarına dair xüsusi qanunvericilik var, Vergi Məcəlləsində də buna istinad olunur. Bu, birmənalıdırsa və qanunda təsbit edilibsə, burada fikir ayrılığı yoxdur və ola da bilməz.

- Bələdiyyələr nə üçün qanunu kütləvi şəkildə pozmağa başlayıblar?

- İcra məmurları "İnzibati icraat haqqında" Qanunun 82-ci maddəsinə də istinad edərək, pulların yığılması haqqında istənilən inzibati aktı icra etməli olduqlarını bildirirlər. Lakin bu zaman onlar nədənsə yuxarıda qeyd edilən xüsusi qanunvericiliyin mövcudluğunu nəzərə almaq istəmirlər. Axı, söhbət yüz minlərlə (bəlkə də milyonlarla) vətəndaşdan pul vəsaitinin yığılmasından gedirsə, ən azından bu amil məsələyə daha diqqətli yanaşmağa vadar etməlidir, elə deyilmi?

Qanunvericilik ziddiyyəti necə həll olunmalıdır? Bələdiyyələr qəbul etdikləri inzibati aktların formasına və məzmununa dair tələblərə riayət edirlərmi? Şəxsən mənim üçün bu halda suallar cavablardan daha çoxdur. Həm də bələdiyyələrin fəaliyyətinin şəffaflığı məsələləri şəxsən məni bir vətəndaş kimi narahat edir. Bələdiyyə məmuruna pulların haraya xərcləndiyi, hesabatlılıq, insanlar üçün nə edildiyi, bələdiyyələr üçün satınalmaların necə həyata keçirildiyi haqqında sual versəniz, məntiqli heç nə eşitməyəcəksiniz. Və bunu təkcə mən demirəm, çox sayda insan bu fikirdədir. Bu, bələdiyyələrə qarşı etimadsızlığın böyük səbəbidir. Onların tamamilə qanunsuz, icra məmurlarının köməyi ilə vergiləri yığmağa çalışması isə bələdiyyə orqanlarına qarşı hörməti artırmır.

Bilirsiniz, nəyə ümid edirlər? Bələdiyyə və icra məmurlarının hərəkətlərini mübahisələndirmək üçün çox sayda vətəndaş vəkilə müraciət etməlidir. Obyektin sahəsindən asılı olaraq, verginin miqdarı isə 50 manatdan 100 manata qədər təşkil edir. Adətən bələdiyyələr son üç il üçün vergilərin ödənilməsini tələb edirlər, yəni orta məbləğ 150-200-300 manat təşkil edir. Bu vergiyə etiraz etmək üçün isə vətəndaş vəkilə müraciət etməli və ona bundan daha artıq məbləğ ödəməlidir. Və təbii ki, insanların əksər hissəsi bununla məşğul olmaq istəmir. Bax, buna ümid edirlər - insanlar səssiz-səmirsiz ödəməyə üstünlük verirlər...

- Buna qarşı necə mübarizə aparmaq olar?

- Bu problem ictimailəşdirilməlidir, burada böyük rolu olan KİV-lər vasitəsilə dövlət orqanlarının diqqətinə çatdırılmalıdır. Mən bir vəkil kimi bu işdə hər cür iştirak edəcəyəm və bu mövzunu müzakirə etməyə hazıram. Axı, çox sayda vətəndaşın - fərdi ev, torpaq sahəsi, ticarət obyekti, mənzil sahiblərinin əmlak hüquqları pozulur.
Qeyd etmək istəyirəm ki, mən vergiləri ödəməməyə çağırmıram, bu, bütün vergi ödəyicilərinin öhdəliyidir. Lakin hər şey qanuna uyğun şəkildə rəsmiləşdirilməlidir, axı, orada hər şey aydın şəkildə yazılıb. Təəssüf ki, bəzən bizim məhkəmə və icra orqanlarımızda suallar yaradan təcrübə formalaşır. Və bu məsələdə formalaşan təcrübəni yanlış adlandırardım.
Aydındır ki, bələdiyyələr iddia hazırlamaq, məhkəmələrə müraciət etmək və vergilərin yığılmasına nail olmaq üçün ştatlarına hüquqşünas qəbul etmək, onlara əmək haqqı ödəmək istəmirlər. Və bax belə qanunsuz (və ya yarı-qanuni) metodla hərəkət etməyə üstünlük verirlər. Hesab edirəm ki, biz hüquqi dövlətin güclənməsinin tərəfdarıyıqsa, hüquqi özbaşınalıqdan başqa heç bir ad verə bilməyəcəyimiz bu vəziyyətə göz yummamalıyıq.




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

SON XƏBƏRLƏR

25.08.2026 / 18:11
Astarada həyətində narkotik bitkilər yetişdirən şəxs saxlandı

25.08.2026 / 17:57
Türkiyədə trekkingin ən qeyri-adi ünvanı - Duz Gölündə ultra-trail macərası

25.08.2026 / 17:39
Tramp İranla bağlı dünya liderlərinə bir-bir zəng vuracaq - xəbərdarlıq və hədə zəngi...

25.08.2026 / 17:25
Paşinyan Köçəryanın bütün gəlir qaynaqlarını da qurudur… Şirkət direktorları saxlandı - 2,6 milyardlıq yeyinti…

25.08.2026 / 17:11
Paşinyan Köçəryan və Sarkisyanı bitirmək üçün hərəkətə keçdi – biri həbs edildi, digərinə cinayət iş açıldı…

25.08.2026 / 16:55
Qazaxıstanda "Ədalət"lə "Əmanət" birləşsə də, Tokayevin planları ilə bağlı qeyri-müəyyənlik qaldı...

25.08.2026 / 16:34
“Azəripək” “Azərxalça”ya birləşdirilir - FƏRMAN

25.08.2026 / 16:32
“Dənizkənarı Bulvar İdarəsi” QSC-yə çevrilir...

25.08.2026 / 16:29
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM

25.08.2026 / 16:25
Zelenski Prezident İlham Əliyevə təşəkkür etdi

25.08.2026 / 16:22
Qeyri-neft ixracı 184 faiz böyüdü - qızılın ölkə iqtisadiyyatında xüsusi çəkisi artır...

25.08.2026 / 16:03
İsrail özünü "Yaxın Şərqdə ən demokratik ölkə" elan etdi - Türkiyə bu bəyanatı cavabsız buraxdı...

25.08.2026 / 15:45
Ukrayna Rusiyanın Afipski və Həştərxan neft-qaz emalı zavodlarını vurdu…

25.08.2026 / 15:30
Ermənistanın Avroittifaqa üzvlük referendumunun vaxtı bəyan edildi...

25.08.2026 / 15:17
Laçında Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü keçirildi

25.08.2026 / 15:12
Azərbaycan memarlığında xəlvətiyyələr...

25.08.2026 / 15:03
Prezident seçkiləri Ukraynanı məğlubiyyətə sürükləyə bilər...

25.08.2026 / 15:00
Bakı ilə Daşkənd bir-birinə əvəzsiz qapılar açır - biri Mərkəzi Asiyaya, digəri Avroatlantik məkana...

25.08.2026 / 14:52
Moskva ilə İrəvan “səssiz boşanma” mərhələsində?...

25.08.2026 / 14:34
ABŞ İranla əlaqəli ölkələri dollar sistemindən ayırmaqla hədələdi - əlaqələri kəsin…

25.08.2026 / 14:18
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasına mane olan yeni qüvvə...

25.08.2026 / 14:02
Pezeşkian ABŞ-ı İranla danışıq tonunu dəyişməyə çağırdı…

25.08.2026 / 13:28
Azərbaycanla Özbəkistan Xəzərdə birgə dəniz donanması yaradır...

25.08.2026 / 13:10
Azərbaycanda bu pulu 250 manata alırlar...

25.08.2026 / 12:55
Özbəkistan nefti Azərbaycan üzərindən Qərbə nəql edilə bilər – qərar verildi...

25.08.2026 / 12:27
ABŞ SEPAH-ın beş yüksək rütbəli komandirinin başına pul qoydu - 10 milyon dollar...

25.08.2026 / 12:15
866 qutu tütünü sərnişinlərə paylayaraq ölkəyə keçirməyə cəhd etdilər....

25.08.2026 / 12:01
Netanyahu İranın oğluna sui-qəsd cəhdi etdiyini açıqladı...

25.08.2026 / 11:47
Köçəryan və oğlu Sedrak saxlandı – ailənin bağlı olduğu bütün şirkətlərdə axtarış aparılır…

25.08.2026 / 11:34
Paşinyan dəmir yolları ilə bağlı Rusiyaya çağırış etdi - üçüncü bir ölkəyə satın...

25.08.2026 / 11:21
Rusiya Ukrayna və Moldova sərhədində daha bir keçid məntəqəsini vurdu…

25.08.2026 / 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə xəbərdarlıq...

25.08.2026 / 09:54
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6500-ü keçdi

25.08.2026 / 09:36
ABŞ BMT-də Rusiyanın əleyhinə olan bəyanatı dəstəkləmədi...

25.08.2026 / 09:12
Gələn həftədən su obyektlərindən istifadə ödənişli olacaq - Məbləğlər

25.08.2026 / 08:47
Yaponiya baş naziri tənhalıqdan şikayət etdi - “…tarakanı öldürmədim”…

25.08.2026 / 08:31
İsrail çərpələnglərə qarşı savaş açdı - “…dronlar ilə eyni münasibət göstəriləcək”

25.08.2026 / 08:18
Vaxtilə Navalnının tutulmasına səbəb olan bloger həbsə atıldı - Putini “müharibə cinayətkarı və oğru" adlandırdığına görə

25.08.2026 / 08:01
Oman sahillərində neft tankerinə şübhəli hücum…

25.08.2026 / 07:56
Trampın “Suriyanı çiçəkləndirmək” vədinin icrasına başlandı - “Təhrir əş-Şam” terrorçu siyahısından çıxarıldı

25.08.2026 / 07:35
İsveçrə Rusiya aktivlərinin istifadəsini mümkünsüz saydı

24.08.2026 / 22:50
Rusiyanın Avropadakı silah zavodlarına GİZLİ HÜCUM ƏMƏLİYYATI ortaya çıxdı – azı beş zavodda yanğın, partlayışlar…

24.08.2026 / 22:25
Kremldən Paşinyana cavab - ehtiyacı yoxdursa, KTMT-dən çıxa bilər…

24.08.2026 / 22:08
Adi “TIR" sürücüsü də Rusiyada casus kimi tutulur - çünki azərbaycanlıdır...

24.08.2026 / 21:53
ABŞ-ın borcu yenə dodaq uçuqladır, üstəlik hər saniyə 58 min dollar artır...

24.08.2026 / 21:40
Paşinyan işğaldakı 3 kəndimizin adını çəkdi - Bəs 4 idilər?

24.08.2026 / 21:27
"Azad Laçının müasir siması Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir" - Vüqar Rəhimzadə

24.08.2026 / 21:17
Qlobal maliyyə "qızıl cənnətə" qayıdır

24.08.2026 / 20:58
Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

24.08.2026 / 20:46
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO

24.08.2026 / 20:24
Mərkəzi Asiya və Azərbaycan böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

24.08.2026 / 20:02
Ermənistan Rusiyanı əsas tərəfdaşları sırasında birinci yerdən səkkizinci yerə atdı, böhran dərinləşdi

24.08.2026 / 19:56
Yeni Xəzər karkası: region ölkələri istehsal və logistikanı birləşdirir

24.08.2026 / 19:52
Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrində yeni dinamik yüksəliş mərhələsi başladı

24.08.2026 / 19:48
Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - FOTO

24.08.2026 / 19:36
İlham Əliyevin Naxçıvandakı məlum bəyanatından Zaxarova bu nəticəni çıxardı...

24.08.2026 / 18:57
Çinin Qırğızıstanla məşhur dəmiryolu Zəngəzur dəhlizi ilə birləşəcək...

24.08.2026 / 18:25
Azərbaycanla Özbəkistan beynəlxalq təşkilatlara “əbədi dostlar” kimi çıxacaq...

24.08.2026 / 18:03
Azərbaycan-Özbəkistan ticarətinin hədəf rəqəmi müəyyənləşdi - bu il 33 faiz artım var

24.08.2026 / 17:48
Mirziyoyev 8 avqust Əliyev-Paşinyan sazişinə fərqli siyasi məzmun verdi...

24.08.2026 / 17:32
Paşinyan KTMT ilə bağlı qəti mövqeyini açıqladı və son qərarı Putinin verməsini istədi - məmnun olardıq…

24.08.2026 / 17:05
Rusiyadan Ermənistana mesaj - fitosanitar nəzarət tələblərinə əməl olunmalıdır…

24.08.2026 / 16:57
DİN əməliyyat keçirdi - 116 kiloqram narkotik və 9 500 həb ələ keçirildi - VİDEO

24.08.2026 / 16:50
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar - FOTO

24.08.2026 / 16:45
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərində “Ark” qalası ilə tanış olublar - FOTO

24.08.2026 / 16:44
Prezident İlham Əliyevin sosial media hesablarında Buxarada İsmayıl Samani türbəsi ilə tanışlıqla bağlı VİDEO paylaşılıb

24.08.2026 / 16:33
Səudiyyə sahillərində tanker vuruldu...

24.08.2026 / 16:24
Azərbaycan-Özbəkistan Əbədi Dostluğunun tarixi, etnik və mədəni aspektləri

24.08.2026 / 16:09
Tarix bir qəsəbədən necə görünür? - “Boradigah tarixi qaynaqlarda” kitabı haqqında düşüncələr"

24.08.2026 / 15:57
Netanyahu Ərdoğana “diktator-antisemit” dedi – Türkiyə Akın Gurləkin “ağlı“ ilə İnterpola müraciət etsə...

24.08.2026 / 15:47
“Süni İntellekt və Sintetik Zəka”: YYSİB-nin yeni kreativ-innovativ layihəsi

24.08.2026 / 15:33
Günə 77 qəpiyə “Nar”dan smartfon!

24.08.2026 / 15:05
ABŞ-ın 40 ölkə ilə birgə Rusiyaya "24 saatlıq xəbərdarlıq" müraciəti rədd edildi...

24.08.2026 / 14:41
Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

24.08.2026 / 14:27
Azərbaycan hələlik yeganə olan bu sazişi türk dövləti ilə imzaladı...

24.08.2026 / 14:01
İsraillə Türkiyə arasında gərginlik sürətlə artır - Bakı vasitəçilik üçün hərəkətə keçdi…

24.08.2026 / 13:46
Rusiya Gürcüstanın 2 separatçı bölgəsini dünyaya yeni üsulla tanıtmaq istəyir – gürcülərə tələ qurulub...

24.08.2026 / 13:37
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Birinci xanımla Buxaraya səfərinə dair paylaşım edilib - VİDEO

24.08.2026 / 13:10
"Azərbaycanla sülh Ermənistanın Rusiya ilə münasibətlərini dəyişəcək" - Paşinyan

24.08.2026 / 12:42
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - FOTO

24.08.2026 / 12:07
Azərbaycan üzərindən Ermənistana növbəti yük göndərildi...

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ