Bazar günü günü, 08 noyabr 2026
     

Əli Məmmədbağıroğlunun “XVII əsr Azərbaycan əlyazma kitabı” çapdan çıxıb

Image


AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı f.ü.f.d. Əli Məmmıdbağıroğlunun institutun Elmi Şurasının qərarı ilə "Elm və təhsil" nəşriyyatında çap olunmuş "XVII əsr Azərbaycan əlyazma kitabı" adlı əsərində əlyazma kitablarının paleoqrafik və mətnşünaslıq məsələləri işıqlandırılmışdır. Kitabın elmi redaktoru f.e.d. Paşa Kərimov, rəyçiləri f.e.d. professor Azadə Musayeva və f.e.d. professor Kamil Allahyarovdur.

Kitabın "Giriş"ində 32 əlyazma abidəsinin araşdırılmasının nəzərdə tutulduğunu, bu vaxta kimi yazılmıç tədqiqat işlərinin konkret əlyazmalara aid olduğunu, onların paleoqrafik xüsusiyyətləri haqqında ümumi, qısa məlumat verildiyini diqqətə çatdıran müəllif bu kitabda "...əlyazma kitablarının başlıca paleoqrafik xüsusiyyətləri – kağızı, filiqranı, cildi, bədii tərtibatı, köçürülmə tarixi, köçürülmə yeri, kolofonu geniş şəkildə araşdırılmış, onların özündən əvvəlki və sonrakı dövrlərdə köçürülmüş nümunələrindən fərqli olaraq oxşar cəhətlərinin müəyyənləşdirilməsinə diqqət yetirilmişdir".

Kitabın "XVII əsr əlyazma kitablarının paleoqrafik xüsusiyyətləri" adlı I fəslinin I bölümündə "XVII əsrə qədər yaranan Azərbaycan əlyazma kitabı tarixinə bir nəzər" yetirən müəllif əlyazma kitabının yaranması, xəttatlar və katiblər, müxtəlif xətlər, əlyazma nüsxələri, əlyazma kitablarının naqis vəziyyətə düşməsinin səbəbləri haqqında məlumat verən müəllif II bölümdə "Əlyazma kitabının kağızı və filiqranı" barədə söz açır, kağızın meydana gəlməsi, kağızlardakı filliqran nişanlar, kağızdan əvvəl istifadə edilən papirus və perqamentdən, filiqranın kağıza tətbiqinin yaranma zərurətindən danışır və müxtəlif şifrli əlyazmaları nümunə göstərir. Burada bəzi alimlərin fikirləri nəzərə çatdıran tədqiqatçı yazır: "Yüksək bədii tərtibatlı, nəfis sənət əsərləri olan əlyazma kitablarının hazırlanmasında əsas şərtlərdən biri kimi yüksək keyfiyyətli kağızlardan istifadə olunmasıdır. Bu cür kağızlar Bağdad, Buxara, Xorasan, xüsusilə Təbriz, Səmərqənd və Misirdə hazırlanırdı". 

"Əlyazma kitabının köçürülmə tarixi və yeri" adlı III bölümdə müxtəlif əlyazmaları təqdim edən müəllif "Əlyazma kitabının köçürülmə tarixinin aşkar edilməsində mütəxəssislər kitabın xarici görünüşündəki xüsyusiyyətlərə də əsaslanırlar" yazır və böyükölçülü, kiçikölçülü əlyazma kitablarından bəhs edir, xüsusilə böyük şairlərin divanlarının təsvirini verir, möhürlər bahs edir, möhürlərdəki tarixdən əlyazmanın hansı kitabxanada olduğunun müəyyənləşdirilməsin mümkünlüyünü qeyd edir və sonda yazır: "Beləliklə, əlyazma kitablarında köçürülmə tarixi və köçürülmə yeri kimi paleoqrafik xüsusiyyətlərin araşdırılması bir daha göstərir ki, XVII əsrdə Azərbaycan ərazisində mədəniyyətimizə misilsiz töhfələr vermiş müəlliflərin çoxlu sayda dəyərli bədii, elmi əsərləri yaranmışdır".

Kitabın "XVII əsr əlyazma kitablarının bədii tərtibatı" adlı II fəslinin I bölümündə "Əlyazma kitabı tərtibatının əsas xüsusiyyətləri"ndən söz açılır. Müəllif professor Cahangir Qəhrəmanovun əlyazma kitablarını bədii tərtibata görə adi, orta və yüksək bədii tərtibatlı olaraq üç yerə ayırdığını qeyd edir, bunlardan danışır və "bədii tərtibat üçün xarakterik olan paleoqrafik xüsusiyyətlərdən (frontispis, başlıqlar, seçdirmələr, sütunlar, vərəqlərin rəngi, əlyazmaların paginasiyası, haşiyə xətləri) ayrı-ayrılıqda əhatəli bəhs edir. 

II bölümdə "Əlyazma kitabının cildi" haqqında, III bölümdə "Əlyazma kitabında kolofon və katibin rolu" barəsində geniş danışılır. Burada müəllif əlyazmalardan misallar verir, fikrini əyaniləşdirir, xəttatlıq, katiblik, münşilik haqqında məlumat verir və yazır: "Üumiyyətlə, əlyazma kitablarının sonunda müəllif və katib tərəfindən yazılmış kolofonun araşdırılması əlyazma kitabının avtoqraf olub-olmaması, mətnin köçürülmə tarixi, yeri, katibi və əlyazma kitabının digər başlıca paleoqrafik xüsusiyyətlərinin müəyyənləşdirilməsində böyük rol oynayır".

Kitabın III fəsli "XVII əsrdə köçürülmüş Füzuli əlyazmalarında mətnşünaslıq məsələləri" adlanır. Müəllif 32 əlyazmadan 11-nin Füzuli əlyazması olduğunu vurğulayır, əlyazmalardan nümunələr verir və tekstoloji müqayisələr aparır. 

Kitabın "Yazılı mənbələrin kataloqlaşdırılması" adlı IV fəslinin I bölümü "Kataloqlaşdırma ilə bağlı ilk nəşrlər və "Əsamiul-kutubi" kataloqu" adlanır, burada əlyazma kitablarının təsvirindən, kataloqların struktur və məzmunca müxtəlifliyindən bəhs edilir, izahlı, tematik və məlumat kataloqları haqqında məlumat verilir. 

"XVII əsrə aid əlyazmaların elmi-paleoqrafik təsviri" adlı II bölümdə 32 əlyazmanın ayrı-ayrılıqda təsviri verilir. 

Kitaba filiqranların şəkilləri, 144 əlyazma kitabının məlumat cədvəli daxil edilmişdir. 

Müəllif "Sösardı" adlı yazısında görkəmli mətnşünaslar olan Əlyazmalar İnstitutunun mərhum əməkdaşlarından f.e.d. Şamil Cəmşidov, sabiq direktorlarımız f.e.d. Cahangir Qəhrəmanov və f.e.d. Məmməd Adilov haqqında ürək sözlərini yazmış, C.Qəhrəmanovun elmi rəhbəri olduğunu, bu mövzunu onun təşəbbüsü ilə tədqiq etdiyini, Ş.Cəmşidov və M.Adilov ilə   müştərək işlərinin olduğunu vurğulamış və müdafiə zamanı Məmməd müəllimin çıxışını da vermişdir.      

Kitabın sonunda zəngin ədəbiyyat siyahısı və rus dilində xülasə verilmişdir.

Kitab mətnşünaslıqla məşğul olmaq istəyən tədqiqatçılar, doktorantlar, tələbələr üçün olduqca dəyərli və maraqlı vəsaitdir. Əli müəllimi bu uğuruna görə təbrik edir, ona yeni müvəffəqiyyətlər arzulayırıq.

Sona XƏYAL



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ