Elm və Təhsil naziri Emin Əmrullayev orta məktəblərə şagird qəbulu barədə fikirlərini açıqlayıb. SİTAT: "Bu ilki tədris ilinə demək olar ki, hazırıq. Birinci sinifə şagird qəbulu yekunlaşır, təxminən 131-132 min birinci sinfə qəbul gözlənilir. Ümumilikdə 880 min ətrafında məktəbə hazırlığa uşaq qəbul olunacaq".O bildirib ki, bu il bakalavr səviyyəsinə rekord sayda, 59 mindən bir qədər çox tələbə təhsil almağa başlayacaq: "Məktəblərin hazırlığı işləri də artıq tamamlanır".
Mətləb