Bazar günü günü, 08 noyabr 2026
     

Ekopostun yanında əcaib “Volt mmmmmmmmarket” reklamı - dilimizi hansı maraqla bu günə qoyurlar...

Image


Qiymət Məhərrəmli: "Ədəbi dilimizi biznes maraqlarına qurban verənləri..."

Paytaxtımızda, xüsusən də şəhərin giriş və çıxışında əsasən çox əcaib dili olan reklam lövhələrinə rast gəlirik. Ümumiyyətlə, dilçilərin, mətbuatın çağırışlarına, təklif və tövsiyələrinə baxmayaraq, şəhərimizin hər yerində qoyulan reklam lövhələrində ana dilimizin gözəlliyi, ədəbi dilimizin qaydaları pozulur. 

Doğrudur, Bakı Şəhər İcra Hakimiyyəti dəfələrlə bəyan edir ki, əcaib reklamlara qarşı mübarizə aparır, onları yığışdırır və sair. Amma görünən kəndə nə bələdçi? Yenə də hər addımda biz bu neqativ halı müşahidə edirik. Reklamların dili o şəkildə olmalıdır ki, burada ədəbi dilimizə, onun işləkliyinə xələl gəlməsin, dilimiz zədələnməsin. Lakin biz bunu görə bilmirik. Təəssüf ki, aidiyyəti qurumlar bu ağrılı prosesin qarşısını tamamilə ala bilmir.

Daimi oxucularımızdan biri redaksiyamıza bir foto göndərib. Bu, Sumqayıt-Bakı yolunda, "Ekologiya postu"nu keçəndən sonra körpüdə yerləşdirilən "Volt mmmmmmmmarket" reklam lövhəsinin şəklidir. Bu qədər "m" hərfinin yazılması, özü də bunun qaydalara zidd əks olunması insanlarda acı təəssüf və qıcıq yaradır. Bu qədər "m" hərfi yazmaq olar? Guya belə yazmaqla müştəri cəlb etmək istəyirlər, əslində isə ana dilimizi ağlar günə qoyurlar. Reklam işi ilə məşğul olanlar dilimizin qaydalarını kobud şəkildə pozmaqdan sanki zövq alırlar. Reklam şirkətlərinin əksəriyyətinin bu neqativ yolu tutduğu məlumdur. Oxucu sual edir ki,  "Volt market" sözünün yazılışında təxminən 40-dan çox "m" hərfindən istifadə edilməsinə nə ehtiyac var ki, bunlar ediblər?  Belə də reklam olar? Bunlar dili niyə bu günə salırlar, anlamaq olmur. Sanki dilimizdən kimlərsə qisas alır, onun gözəlliyini gözdən salmaq istəyir. 

Doğrudan da, Sumqayıt-Bakı yolunda "Ekologiya postunu" keçdikdən sonra körpünün şəhərə giriş hissəsində bu reklamın qoyulması və onun tamamilə körpünü tutması narazılıq yaradır. Sanki bir qrup reklamçı bunu qəsdən edir ki, dilimiz gözdən düşsün. Reklam mətnlərində ədəbi dilimizin bu şəkildə əzilməsi ciddi problemdir və aidiyyəti qurumlar bu reklamı ora yerləşdirənlərlə bağlı araşdırma aparsa yaxşı olar. Çünki bu, mənəvi bir cinayətdir. Dilə qarşı istənilən mənfi davranışın mütləq qarşısı alınmalıdır, onu edənlərə ağır cəza verilməlidir ki, başqaları da buna cəsarət etməsin. 

Baknın giriş hissəsində belə bir əcaib reklamın olması həqiqətən də hər kəsi narahat etməlidir.

Ekspertlər bildirir ki, ümumiyyətlə, reklam şirkətləri Azərbaycan dilinin qaydalarına qətiyyən əhəmiyyət vermək istəmirlər. Onların biznes maraqlarını ədəbi dilimizdən üstün tutduqlarını deyən ekspertlər hesab edir ki, bu cür şirkətlərə qarşı maliyyə cəzaları yox, başqa sanksiyalar tətbiq edilməlidir, onların fəaliyyəti müəyyən dövrə qədər dondurulmalıdır və onlar Reklam Haqqında Qanunun tələblərinə cavab verəcək addımlar atana qədər bu qadağalar qüvvədə qalmalıdır. Sumqayıt-Bakı yolunda bu cür əcaib reklam yerləşdirənlərin milli təəssübkeşlik hissindən uzaq olduğunu deyən ekspertlərin fikrincə, onlara qarşı ciddi tədbirlər görülməlidir. Rəsmi dövlət dilinin istənilən səviyyədə aşağılanmasının qəbuledilməz olduğunu vurğulayan ekspertlər qeyd edir ki, AMEA-nın Dilçilik İnstitutu, eləcə də dillə məşğul olan digər qurumlar bu istiqamətdə dövlət qurumları ilə birgə tədbirlər həyata keçirilməlidir.

"Bu çox ziyanlı tendensiyadır və o reklamı orada quraşdıran şirkət tənqidlərdən nəticə çıxarmalıdır" 

Filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli "Bakı-Xəbər"ə bildirdi ki, Azərbaycan dilinin qaydalarının pozulması ictimaiyyətdə ciddi narazılıq doğurur. Müsahibimiz qeyd etdi ki, hər bir xalqın varlığını təsdiq edən amillərdən biri ana dilidir, onun ədəbi dilidir. "Çox təəssüf ki, Azərbaycan dilinin işlənmə qaydaları reklamçılar tərəfindən ciddi şəkildə pozulur. Ümumiyyətlə, dilə həssas münasibət olmalı olduğu halda biz bunun əksini görməkdəyik. Ədəbi dilimizi biznes maraqlarına qurban verənləri, onu əcaib hala salanları qınamaq lazımdır. İctimaiyyət olaraq buna öz etirazımızı bildirməliyik. Bakı-Sumqayıt yolunda körpünün üzərində belə bir reklam mətninin olması kimlərinsə biznes maraqlarına xidmət edir. Hesab edirəm ki, dilimizin belə əcaib formada təqdim edilməsinin qarşısı alınmalıdır. Başqa ölkələrdə bu kimi ziyanlı tendensiyaya rast gəlmək mümkün deyil. Bu çox ziyanlı tendensiyadır və o reklamı orada quraşdıran şirkət tənqidlərdən nəticə çıxarmalıdır"-deyə Q.Məhərrəmli bildirdi.

Q.Məhərrəmli hesab edir ki, bir sözdə reklam xatirinə bu qədər "m" hərfindən istifadə edilməsi çox böyük eybəcərlik yaradır. "Reklam şirkətləri dilçi alimləri prosesə cəlb etməlidir və ana dilimizin tələblərinə uyğun şəkildə reklam mətnləri hazırlamalıdır. Dil sahibsiz deyil, onun sahibi bu xalqdır və dil bizim heysiyyətimizdir. Hər birimiz dilimizin keşiyində dayanmalıyıq. Amma təəssüflər olsun ki, bəziləri bu vəzifələrini dərk etmək istəmir. Əlaqədar dövlət qurumları bu məsələlərə diqqət yetirməlidir"-deyə Q.Məhərrəmli əlavə etdi. 

İradə SARIYEVA




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ