Bazar günü günü, 08 noyabr 2026
     

QHT Agentliyi bir addım atdı - bəs indiyədək bəzi QHT-lərin "döşlərə taxdığı" medallar necə olacaq...

Image


"Son zamanlar bir sıra QHT-lərin özlərindən orden və medallar təsis etməsi və müxtəlif şəxslərə, xüsusilə şəhid ailələrinin üzvlərinə, o cümlədən vəzifəli şəxslərə, dövlət məmurlarına bu orden və medalların verilməsi müşahidə edilir". Bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin bəyanatında qeyd olunur.

Bəyanatda, həmçinin bildirilir: "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, orden və medal - vətəndaşlara xüsusi xidmətlərə görə dövlət tərəfindən verilən dövlət təltifidir. Bu Qanundan başqa digər normativ-hüquqi aktlarda orden və medallar (o cümlədən "orden" və ya "medal" ifadəsindən hər hansı mənada istifadə edilməklə) təltif növü kimi təsis oluna bilməz.

İctimaiyyəti diqqətli olmağa çağırır, bu cür əməllərlə məşğul olan QHT-ləri qanunla qadağan olunan fəaliyyətdən çəkinməyə, məsələnin hüquqi məsuliyyətini dərk etməyə dəvət edirik".

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi qondarma orden, medal düzəltməni dayandırdı, bu yaxşıdır. Amma bəs indiyə qədər QHT-lərin təqdim etdiyi  qondarma orden və medalların taleyi necə olacaq?

Yəni bəziləri qabağa düşüb öz adlarını əbədiləşdirmək üçün orden və medalı verdi. Amma onların verdiyi orden və medallarların taleyi necə olacaq? Olmazmı ki, QHT indiyə qədər verdiyi orden və medallarların da heç bir məzmun daşımadığı ilə bağlı ayrıca bir bəyanat versin. Yəni indiyə qədər verilənlər də mənasız, əhəmiyyətsiz şeylərdi və bu qanunsuz şəkildə verilib. İndiyə qədər olanlara da münasibət bildirilsə nə olar?

Rauf Zeyni: Keçmişdə olan bu kimi neqativ hallarla bağlı..."

Müstəqil ekspert Rauf Zeyni "Bakı-Xəbər"ə bildirdi ki, indiyə qədər verilən orden və medallar keçmişdə qaldı, məsələyə indən sonra ciddi yanaşılacaq. "Bu məsələyə birmənalı şəkildə münasibət bildirmək düzgün deyil. Çünki bəzi təsis olunan mükafatlar, belə demək mümkünsə, milli hərbi vətənpərvərliyi təbliğ etmək, cəmiyyəti həmişə ayaqda saxlamaq üçün verilib. Bütün mükafatları da eyniləşdirmək olmaz, bu mümkün deyil. Deyək ki, Milli Ordunun 100 illiyi ilə bağlı xatirə medalları, yubiley medalları və vətənpərvərlik hisslərinin daim cəmiyyətdə yaşaması, eyni zamanda Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində və digər strateji məqsədlərlə təsis olunan mükafatları  o birilərlə qarışdırmaq olmaz. Keçmişdə olan bu kimi neqativ hallarla bağlı  ayrıca bəyanatın verilməsinə məncə ehtiyac yoxdur. Çünki bu o vaxt olub və daha təkrarlanmaz, indi yeni bir mühit yaranıb. Demişəm, indi də deyirəm, biz tarixi zəfər əldə etmişik, o zəfərə layiq cəmiyyət qurmalıyıq"-deyə bildirən R.Zeyni qeyd etdi ki, Agentliyin  bu təşəbbüsünü, bu bəyanatını dəstəkləyir. "Vaxtilə mən də bir necə qeyri-hökumət təşkilatları nümayəndələrinə medal təsis etməkdən imtina etmələrini təklif etmişəm. Amma mənim təklifinə əhəmiyyət verməyib öz bildiklərini etdilər. QHT fəlsəfəsinə görə, QHT mükafat təsis edə bilər, qanun da buna yol verir. QHT hər hansı bir fəxri diplom, fəxri fərman verə bilər. Amma təbii ki, orden və medalların verilməsi qanunla tənzimlənir və bu, ölkə Prezidentinin səlahiyyətlərinə daxil olan məsələdir. Eyni zamanda dövlətin səlahiyyətlərinə aiddir. QHT-lərin orden və medal təsis edib onunla hər hansı bir formada manipulyasiya etməsi qətiyyən yol verilən deyil. Bu baxımdan, bu xəbərdarlıq çoxdan edilməli idi. Hər hansı bir QHT sədri özünün ictimai - siyasi maraqlarından irəli gələrək bu və digər orden və medal təsis etməməli idi. Bu təcrübə yaxşı ki, yığışdırılır. QHT-lərə vaxtında xəbərdarlıq olunmalı, cəmiyyətə zamanında mesaj verilməlidir idi ki, heç kim bu fikrə düşməsin.

Hansısa bir mükafatı, ödülü, fəxri fərmanı vermək QHT fəlsəfəsinin mahiyyətidir, bunu qadağan edən heç nə yoxdur. Ondan sui-istifadə etmək və başqa istiqamətə girmək, bu yolverilməzdir. Düşünürəm ki, QHT fəaliyyətini daha da təkmilləşdirmək lazımdı, QHT-lərə dəstək artırılmalıdır, ölkədə vətəndaş cəmiyyəti gücləndirilməlidir. Kamil vətəndaş, sivil cəmiyyət, güclü dövlət - bizim şüarımız budur" - deyə R.Zeyni vurğuladı. 

Cəsarət Hüseynzadə: "Müvafiq qurumlar QHT-lər qarşısında belə bir məsələni qoya bilər ki, verilən medalların etibarsız olduğu barədə çağırışlar edilsin" 

 "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" ictimai birliyinin sədri Cəsarət Hüseynzadə də "Bakı-Xəbər"ə bildirdi ki, QHT-lərə belə bir qadağanın qoyulması müsbət haldır. "Əvvəlcə onu qeyd edim ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin verdiyi bəyanat sosial şəbəkələrdə geniş formada dəstək qazandı. Çünki mövcud reallığa uyğun olaraq ölkənin aparıcı QHT-ləri bu məsələdə uzun illərdir bu mövqeni sərgiləyirlər ki, bəli, bu formada orden və medalların bəzi QHT-lər tərəfindən təsis edilməsi və müəyyən şəxslərə təqdim edilməsi həm hüquqi  baxımdan düzgün deyil, həm də ictimai baxımdan ictimai qınaq yaradır. Bu addan  həm bəzi bu medalları verənlər, həm də ki, bu medalları alanlar sui-istifadə edirlər. Mən dünən Feysbuk səhifəmdə vacib bir qeyd etdim. Ehtimalıma görə, 2010-cu ilə qədər yaradılan QHT-lərin nizamnaməsində xüsusi bir bənd ola bilər ki, onların orden-medal təsis etmək hüququ olsun. Çünki orden və medalların təsis edilməsi haqqında qanun 1992-ci ildə qəbul edilib. Orda əvvəl belə xüsusi bir qadağa yox idi. Sonradan dövlət qurumları orden və medalların təsis edilməsi ilə bağlı yaranan problemlər baxımından həmin qanuna 3-cü maddəni əlavə etdilər ki, bu maddə ilə orden və medalların təsis edilməsi ancaq müvafiq qanuna uyğunlaşdırıldı. Bu baxımdan, hesab edirəm ki, bəzi QHT-lərin nizamnaməsində belə bir bənd ola bilər. Amma bütövlükdə QHT-lərin nizamnaməsində belə bir bənd olsa belə, qanunvericilik üstünlük təşkil etdiyinə görə, yəni nizamnamənin həmin maddəsi qüvvədən düşür. Ədliyyə Nazirliyi müəyyən müddətdən bir qeyri-hökumət təşkilatlarına reyestr çıxarışı verir. Tövsiyə edirəm ki, o reyestr çıxarışı verilən dövründə həmin o nizamnamə maddəsinin dəyişdirilməsi o QHT-lərdən tələb olunmalıdır. Bununla da hüquqi prosedurdakı anlaşılmazlıqlar aradan qaldırılmalıdır. İkincisi də, onu bildirim ki, Agentliyin bu bəyanatını biz də saytımızda QHT-lərə xəbərdarlıq kimi verdik. Bu da hər hansı bir hüquqi formada deyil, məlumatlandırma xarakteri daşıyır. Çünki Agentliyin belə bir hüququ statsusu yoxdur ki, QHT-lərə hansısa bir formada hüquqi cəza verə bilsin. Hesab hesab edirəm ki, ən yaxşı halda Agentlik bu cür medal və ordenləri təsis edən QHT-ləri qrant müsabiqəsindən kənarlaşdıra, yaxud əməkdaşlığı dayandıra bilər. Yəni heç bir başqa hüquqi prosedur həyata keçirə bilməz. Bu hüquqi prosedur Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilə bilər. Çünki nizamnamənin tələblərinə uydğunluq ancaq nazirliyin səlahiyyətindədir, qanun pozan həmin QHT-lərlə bağlı hüquqi prosedur Ədliyyə Nazirliyi başlaya bilər"-deyə C.Hüseynzadə bildirdi.

Məsələnin hüquqi tərəflərindən danışan C.Hüseynzadə söhbətində digər məsələlərə də toxundu və bunun mənəvi, ictimai baxımdan ziyanlarını vurğuladı. "Bəli, biz bu məsələni dəfələrlə qaldırmışıq ki, bu kimi hallar aradan qaldırılsın. O ki qaldı verilən orden və medallarla bağlı məsələyə, sözün açığı, vətəndaş cəmiyyətinə qarşı hər hansı bir formada cəzaların tətbiq edilməsinin əleyhinə olan bir şəxsəm. Hesab edirəm ki, vətəndaş cəmiyyəti Azərbaycanın ictimai sektorunun əhəmiyyətli institutlarından biri olduğuna görə yaranan hər hansı anlaşılmazlıqları sakit formada xəbərdarlıqla yekunlaşdırmaq olar. Həmin QHT-lərə Ədliyyə Nazirliyi səviyyəsində xəbərdarlıq oluna bilər, elə Agentlik də maarifləndirici formada QHT-lərə xəbərdarlıq edə bilər ki, bu əməllərdən əl çəkilsin. Əgər bundan sonra belə addımlar atılarsa, artıq hüquqi formada Ədliyyə Nazirliyi müəyyən prosedurlara başlaya bilər. 

Digər məsələ verilən mükaflarla bağlıdır ki, bütün dünyada belə bir praktika var. Qeyri-hökumət təşkilatları müəyyən mükafatları təsis edirlər, sertifikatlar, təşəkkürnamələr verirlər. Bu beynəlxalq təcrübədən irəli gəlir buna hər hansı bir qadağanın qoyulması beynəlxalq münasibətlər sisteminə, beynəlxalq təcrübəyə zidd olar. Sadəcə olaraq, burada da bir əmma var, əmma da ondan ibarətdir ki, çox təəssüf, bəzi qruplar tərəfindən bu sertifikatlar bəzən kimlərinsə adına verilir. Bu, tutaq ki, ulu öndərin, cənab Ali Baş Komandanın, yaxud başqa tanınmış insanların, dahi şəxsiyyətlərin adları ilə  bağlı olur. Belə hallar yolverilməzdir. Demək istəyirəm ki, qanunvericilikdə bununla bağlı xüsusi müddəa da hazırlana bilər. Sizə bir nümunə göstərim, məsələn, Şah İsmayıl Xətainin neçənci yüzilliyi ilə bağlı hansısa bir tədbir, yaxud bir yarış keçirilirsə onun qaliblərinə mükafatlar verilməlidir. Əsas problem mükafatların hansı şəkildə təqdm edilməsi ilə bağlıdır. Bir də mükafatın təsis edilməsi əsas deyil, əsas onu verən qurumdur, qurumun nüfuzudur".

C.Hüseynzadə qeyd etdi ki, orden və medal verən QHT-ləri hansısa bir formada cəzalandırmaq düzgün deyil: "Amma bəli, razıyam ki, qanunvericiliyin tələbinə görə, QHT-lər orden və medallar təsis edə bilməzlər. Bəzi QHT-lər tərəfindən indiyə qədər müəyyən adamlara verilmiş orden və medallar səlahiyyətsizdir. Ümumilikdə müvafiq qurumlar QHT-lər qarşısına belə bir məsələni qoya bilər ki, verilən medalların etibarsız olduğu barədə çağırışlar edilsin"-deyə C.Hüseynzadə vurğuladı. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ