Bazar günü günü, 08 noyabr 2026
     

“Müsahib Gəncəvinin Divanı” əsəri ilk dəfə olaraq oxuculara təqdim olunur

Image


AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun mərhum əməkdaşı Firəngiz Xəlilovanın dissertasiya mövzusu əsasında yazılmış,  XVII əsr şairi, Qarabağ və Gəncənin bəylərbəyi Uğurli xan Mühasib Gəncəvinin (1634-1686) həyat və yaradıcılığını əks etdirən "Müsahib Gəncəvinin Divanı" əsəri ilk dəfə olaraq oxuculara təqdim olunur. 

Firəngiz xanımın əsəri nəşr etdirməyə ömrü çatmasa da onun əməkdaşı olduğu fars əlyazmaları şöbəsinin müdiri f.e.d. Nəsib Göyüşovun (elmi redaktor) və şöbənin böyük elmi işçisi Hacı Rauf Şeyxzamanlının (redaktor) xeyirxahlığı, səyi və zəhməti nəticəsində dəyərli əsər işıq üzü görmüşdür. Yəqin ki, Firəngiz xanımın ruhu şad olmuş, nigarançılığı çəkilmişdir.

Kitaba yazdığı "Təqdimat"da Gəncənin tarix boyu elm, sənət və mədəniyyət mərkəzi olduğunu, burada böyük alimlərin, mütəfəkkirlərin, şairlərin yetişdiyini, lakin bu şəxsiyyətlərin tam və akademik şəkildə ictimaiyyətə təqdim edilmədiyini qeyd edən Nəsib Göyüşov son illərdə bu sahədə mühüm addımlar atıldığını da vurğulayır və Müsahib Gəncəviyə keçid alır. Fars dilində Divanının və ana dilimizdə dörd şeirinin bizə gəlib çatdığı bildirən müəllif Ziyadoğlu Qacar nəslindən olan Müsahib Gəncəvinin elm və ədəbiyyat aləminə tanıdılmasını alqışlayayır, Firəngiz xanımın zəhmətini yüksək dəyərləndirərək yazır: "O, böyük səy və zəhmətlə Müsahib Gəncəvi divanının üç əlyazma nüsxəsinin İnstituta gətirilməsinə nail olmuş, həmin nüsxələr üzərində ciddi araşdırma aparmış, topladığı çoxsaylı qaynaqlar və elmi kitablar əsasında Azərbaycan ədəbiyyat tarixinə adı düşməmiş bu şairin həyat və yaradıcılığını diqqətlə təhlil etmiş, ortaya qiymətli bir əsər qoymuşdur. Təəssüflər olsun ki, vaxtsız ölüm onun müdafiəsinə imkan verməmişdir. Ona görə də ondan yadigar qalan bu əsəri monoqrafiya şəklində elmi ictimaiyyətə təqdim etməyi özümüzə mənəvi borc hesab etdik. Əsəri nəşrə hazırlayarkən Firəngiz xanımın elmi arxivində qalan Müsahib Gəncəvinin divanından toplanmış şeir nümçunələrini də tənzimləyərək lazımi izahlarla monoqrafiyanın üçüncü fəslinin sonuna "Divanın bədiiyyat düzəni" adı altında ayrıca paraqraf kimi əlavə etdik ki, onun bu zəhməti işıq üzü görsün".

Əsərin "Girş"ində Firəngiz Xəlilova bir sıra şairlərin adları sayır, onların həyat və yaradıcılığının araşdırıldığını, əsərlərinin və haqqında yazılmış əsərlərin nəşr olunduğunu qeyd etmiş, bir çoxlarının isə bədii irsinin tədqiqata cəlb olunmadığını, belə şairlərdən birinin Mühasib Gəncəvi olduğunu bildirərək, onunla bağlı bəzi mənbələrdə olan kiçik, yığcam məlumatları diqqətə çatdırmışdır. "Uğurlu xan Müsahib Gəncəvi kimi bir azərbaycanlı müəllifin həyat və yaradıcılığının araşdırılması, irsinin öyrənilməsi yeni hadisədir; şairin poetik irsini orijinal nümunələr əsasında dəyərləndirərək Azərbaycan ədəbiyyatı tarixinə əlavə etmək mühüm hadisə kimi qarşıda dayanır" yazan tədqiqatçı təhlilə cəlb etdiyi məqamları sıralamışdır.

Əsərin "Müsahib Gəncəvi: dövrü, mühiti və həyatı" adlı I fəslinin I bölümündə "Mühasib Gəncəvinin şəxsiyyəti və nəsil şəcərəsi" ni açıqlanır. Müəllif Cavad xanın da bu nəsildən olduğu xüsusi vurğulamış, onun dövründən bəhs açmış, elm və mədəniyyətin inkişafı ilə bağlı məqamları qeyd etmiş, həmin vaxtı Gəncənin çiçəkləndiyi dövr kimi qiymətləndirmişdir. Burada Qacarlardan bəh açan tədqiqatçı bir sıra tarixi məqamlara toxunmuş, Uğurlu xan Ziyadoğlu Qacarın II Şah Abbasın əmr ilə 1664-cü ildə doğma əmisi Mürtəzaqulu xanın vəfatından sonra qarabağ vilayətinə bəylərbəyi təyin edilməsini vurğulamışdır.

"Müsahib Gəncəvi qaynaqlar və araşdırmalarda" adlı II bölümdə tədqiqatçının təzkirələrdə, arxiv sənədlərində və kataloqlarda olan məlumatları diqqətlə izlədiyinin və şair haqqında olan araşdırmaları mütaliə etdiyinin şahidi oluruq.

III bölümdə "Müsahib Gəncəvinin müasirləri"ndən söz açan müəllif burada Sadiq bəy Sadiqi, Məhəmməd Əmani, Rüknəddin Məsud Məsihi, Saib Təbrizi Mirzə Məhəmməd Əli, Əlican Qövsi Təbrizi, Əbdürrəzzaq ibn Əli ibn Hüseyn Lahici, Mirzə Tahir Nəsrabadi İsfəhani, Uğurlu bəy İmamqulu xan oğlu, Müsahib Nayini kimi şairlərin həyat və yaradıcılığından bəhs etmişdir.

Əsərin II fəsli "Müsahib Gəncəvinin divanı" adlanır. Burada Azərbaycan mətnşünaslıq tarixinə bir nəzər yetirən Firəngiz Xəlilova Xətib Tərizi, A.Bakıxanov, M.F.Axundov, Əbdülqıni Nuxəvi, Hüseyn Əfəndi Qayıbov, Seyid Əzim Şirvani, F.Köçərli, S.Mümtaz kimi mətnşünasların adlarını qryd edib zəhmətlərini dəyərləndirmişdir. 

II bölümdə "Müsahib Gəncəvi Divanının nüsxələri"ndən söz açan tədqiqatçı Məşhəd, Tiflis və Misir nüsxələrinin təsvirini vermiş, bəzi tekstoloji müqayisələr aparmışdır. 

Əsərin "Müsahib Divanın təhlili" adlı III fəslində əvvəlcə anadilli şeirlərdən bəhs edilmiş, üç nisxədə olan dörd şeiri təhlilə çəkən müəllif "Klassik ənənəyə bağlılıq" adlı II bölümdə Müsahibin bəhrələndiyi şairlərin yaradıcılığına toxunmuş və müqayisələr aparmışdır. Ən çox Hafiz Şirazi yaradıcılığı ilə paralellər aparılmışdır. Görünür, Müsahib Gəncəvinin ən çox mütaliə etdiyi şair olmuşdur. 

"Divanın əsas məzmun istiqamətləri" adlı III bölümdə "Ümumi motivlər"də I Şah Süleynaın mədhi, təbiət təsviri və Gəncənin vəsfi, Həzrəti-Əlinin (ə) mədhi, "Divanın əsas məzmun istiqamətləri"ndəürfani rəmzlərdən bəhs edilmişdir.

"Divanın bədiiyyat düzəni" adlanan IV bölümdə təşbih, istiarə, məcaz, kinayə, eyham, təlmih, hüsni-təlil, ləffü nəşr, təzad, tənasüb, ardıcıl sadalama kimi bədii vasitələrdən söz açılmış və şairin əsərlərindən nümunələr verilmişdir. Burada "Füzuli – Hafiz" ənənəvi motivləri də araşdırılmış nümunələr verilmişdir.

Sonda azərbaycanca, rusca, türkcə, farsca, ərəbcə zəngin ədəbiyyat siyahısı təqdim edilmişdir.

Firəngiz Xəlilovanın qələmə aldığı bu əsər həqiqətən həm yeniliyi cəhətdən, həm də klassik ədəbiyyatın öyrənilməsi baxımından dəyərlidir. Əsərdən tədqiqatçılar, doktorantlar, tələbələr, habelə klassik poeziya həvəskarları istifadə edə bilərlər. 

Firəngiz xanıma Allahdan rəhmət diləyir, Nəsib Göyüşova və Hacı Rauf Şeyxzamanlıya da xeyirxah əməllərinə, çəkdikləri zəhmətə görə təşəkkürümüzü bildiririk.

SONA XƏYAL



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ