Bazar günü günü, 08 noyabr 2026
     

Bəzi adətlərimizin əcaibləşdirilməsi milli dövlətçiliyin əleyhinə işləyir…

Image


Azərbaycanda bəzi milli və dini  adət-ənənələrimiz transformasiyaya uğrayaraq, əcaib formaya düşüb. Bu özünü, xüsusilə də toyların və yas mərasimlərinin  keçirilməsində büruzə verir. Toylarımızdakı dəbdəbə, israf göz qabağındadır, günü-gündən də daha ifrat forma alır.

Çox qəribədir ki, artıq yas mərasimlərimiz də bu formaya düşüb və cəmiyyətdəki fərdlər  bundan çəkimək əvəzinə bir-biri ilə bəhsəbəhs apararaq problemi daha da dərinləşdirir.

Yaşadığımız ölkənin əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edir. Belə olan təqdirdə, şübhəsiz ki, ölkəmizdə insanlar öz yaşayış tərzlərində, problemlərinin həllində və digər məsələlərdə İslam dininin dəyərlərinə, tarixinə müraciət etməyə məcburdurlar. Məlumdur ki, biz 70 ildən artıq zaman kəsimində Sovet qaydaları ilə  yaşamışıq. Əhalimizin böyük fədakarlığı nəticəsində bəzi dini dəyərlərimiz, milli adət-ənənələrimiz qorunaraq müasir nəslə olduğu kimi ötürülüb. Belə dini adətlərdən biri də yas mərasimləridir. Hətta ateist qanunlarla idarə olunan sovetlər dönəmində də respublikamızda yas mərasimləri İslam qanunları çərçivəsində keçirilib. Bəs müstəqilliyimizin yenidən bərpa olunmasından keçən 26 il ərzində yas mərasimlərinin keçirilməsində hansı yeniliklər olub? Ümumiyyətlə, hazırkı yas  mərasimlərimiz İslam qayda-qanunları ilə nə dərəcədə uzlaşır?

Bu cür dəbdəbəli yas mərasimlərinin keçirilməsi israfçılığa dəlalət edir 

Hazırda ölkəmizdə yas mərasimlərinin keçirilməsindəki dəbdəbə yarışması insanların psixikasına elə sirayət edib ki, insan ona üz verən fəlakəti unudur, çəkiləcək yas xərcinin dərdini çəkməyə başlayır. Hətta elələri olur ki, öz doğmasını dəfn edə bilməyib, ölüsünü başqasının üzərinə atır. Ölkəmizin digər bölgələri ilə müqayisədə paytaxt Bakıda yas-lara çəkilən xərclər daha fantastikdir. Ölünün yerdən götürülməsi; onun yuyulması, məsciddə kəfənlənməsi, çadırın kirayəsi, yas mərasimlərinin keçirilməsində ərzağa çəkilən xərclər, məclisi aparan mollanın haqqı və qəbirüstü abidənin düzəldilməsinə külli miqdarda vəsait tələb olunur ki, bu xərclərin ödənməsi hər bir sadə azərbaycanlının cibinə uyğun deyil.

Müasir Azərbaycan yaslarında iştirak edən insan masada olan maddi nemətlər bolluğundan, çoxçeşitli yeməklərdən, müxtəlif cür şirələrdən özünün yas atmosferində olduğunu unudur, sanki hansısa bahalı restorana düşdüyünü zənn edir. Bu cür dəbdəbəli yas mərasimlərinin keçirilməsi israfçılığa dəlalət edir ki, bu da İslamda qətiyyən bəyənilmir.

Allah–Təala Quranın "Əl–Ənam" surəsinin 141-ci ayəsində buyurur:

"Allah israf edənləri sevməz".

Müqəddəs Quranın digər "Əl–İsra" surəsinin 26, 27, 29-cu ayələrində Allah buyurur:

"Eyni zamanda (mal dövlətini) sağa–sola səpələmə!"

Şübhəsiz ki, ağıllı insan Allahın buyurduqlarına dərindən nəzər salsa, əslində söylənilən kimi yas keçirməklə savab qazanmaq əvəzinə, günah işlədiyini yəqin etmiş olar.

Qəbir daşlarının qiymətləri də kasıb vətəndaşlarımızın cibinə uyğun deyil... 

Yas mərasimlərinin keçirilməsinin kulminasiya nöqtəsi qəbir yerinin alınması və məzarüstü abidənin düzəldilməsi ilə yekunlaşır. Məlumdur ki, paytaxt qəbiristanlıqlarında qəbir yerini pulsuz əldə etmək qeyri-mümkündür. Qəbiristanlıqların yerlərindən asılı olaraq, qəbir yerinin qiyməti ağlasığmaz məbləğlər arasında dəyişir. Heç kimə sirr deyil ki, külli miqdarda maliyyə vəsaitinin qazanıldığı bu qara biznesin arxasında müəyyən  qruplar durur. Əgər qəbir yerinin alınmasında insan məcburiyyət qarşısında qalaraq çıxılmazlıqdan bunu edirsə, qəbirüstü abidənin qoyulmasında davam edən yarışma yalnız şöhrətdən, hətta bəzi şəxslərin, nəsillərin ölüləri ilə öyünməsi səbəbindən irəli gəlir. Məhz bunun nəticəsidir ki, böyük tələbatı nəzərə alan işbazlar qəbiristanlıqlarda və digər yerlərdə qəbirdaşı sexləri açıb vətəndaşlarımızı talamaqla məşğuldurlar. Çeşidlərinə uyğun olaraq qəbir daşlarının qiymətləri də kasıb vətəndaşlarımızın cibinə uyğun deyil. Araşdırıldıqda məlum olur ki, sözügedən gəlirli sahənin arxasında da nüfuzlu şəxslər, bəzən isə vəzifə sahibləri dururlar.

Qəbiristanlıqlarda, qəbirlərin üzərində məqbərələrin tikilməsi, yaxınlarının dəfn olunduğu yerin ətrafındakı boş yerin digər doğmaları üçün əvvəlcədən sifariş edib külli miqdarda vəsait müqabilində alınması da İslam ənənələrinə tamamilə ziddir. Hətta diri şəxslərin özləri üçün əvvəlcədən başdaşı qoydurması kimi bəyənilməyən əmələ yalnız Azərbaycanda rast gəlmək olar. Valideynlərinin qayğısına sağ olarkən qalmayan, onlar vəfat etdikdən sonra məzarları üstə böyük bir məqbərə inşa etdirən, başdaşının üzərinə anasının və ya atasının ən cavan şəkillərini çəkdirən, ildə bir dəfə dəbdəbəli ehsan təşkil etdirib insanları məqbərə ətrafına "ekskursiyaya" aparan şəxs bu əməli ilə ölülərindən də reklam dividendi götürmək məqsədi güdür.

Bəllidir ki, insanların psixikasına dərindən hopmuş dəbdəbə, öyünmək stereotipini tədricən yox etmək lazımdır. Sözsüz ki, məqsədə çatmaq üçün KİV-lərin üzərinə böyük yük düşür. Analoji təbliğatın aparılmasında cəmiyyətdə ciddi dini qurumlar kimi tanınan: Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları Ruhani İdarəsi də kənarda qalmamalıdır.

Problemin həllinə kökündən nail olaq ki, biz də bu dünyadan köçəndə övladlarımız "Öldü, bizi bəlaya saldı" deməsinlər.

Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ