Bazar günü günü, 08 noyabr 2026
     

Cəmi 15 psixoloji seans 7500 manat, nəticə isə yoxdur - psixoloqlar özləri problemlə üzləşiblər…

Image


Könül İsmayılova: "Psixoloqun ağır psixoloji xəstəni qəbul etməyə ixtiyarı yoxdur, ancaq qəbul edirlər"

Əvvəlki illərdə psixoloji xidmət sahəsində mütəxəssis az olsa da, indi bu sahə ilə məşğul olanlar günü-gündən artır. Bunun da gərgin dünyamızın yaratdığı bir sıra obyektiv səbəbləri var. Danılmaz faktdır ki, bu gün təkcə böyüklərin deyil, məktəbli və azyaşlıların da psixoloq xidmətinə ehtiyacları var. 

Bu səbəbdən son illərdə psixologiya sahəsi xeyli populyarlaşıb. O da bəllidir ki,  qazanc xətrinə qeyri-peşəkarlar da bu sahəyə üz tutur. Qiymətlər isə əl yandırır. Müxtəlif problemlərlə bağlı psixoloqlara üz tutanlar qiymətlərin büdcələrinə uyğun olmamasından şikayətlənirlər.

Araşdırma zamanı məlum oldu ki, bir seansın qiyməti 150-500 manat arasında dəyişir. Hətta bir seansının qiyməti 700 manata olan psixoloqlar belə var.

Vətəndaşlar iddia edirlər ki, qiymətlər yüksək olsa da, bəzən nəticə əldə edilmir. Məlumdur ki, psixoloq yanına gedən şəxs 10-15 seans qəbul etməlidir. Belə olan halda şəxs təxminən 7500-8000 pul sərf edir. Ancaq buna baxmayaraq, psixoloqa müraciət edənlər nəticədən razı qalmır. Səbəb bu gün özünü psixoloq adlandıran qeyri-peşəkarların çoxalmasıdır.

"İndi psixoloq olmaz olduqca asandır, şəxs bir neçə aylıq kursa gedir, təlimlərdə iştirak edir, bir-iki kitab oxuyur və…" 

Psixoloq Könül İsmayılova "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, Azərbaycanda  ali savadlı, həqiqətən psixoloq təhsili almış mütəxəssis olduqca azdır: "Təhsili olmayan, pulu olan bu gün mən psixoloqam deyib insanları pis günə qoyur. Həmin psixoloqların da qəbul qiyməti həkimdən, cərrahdan yüksək olur. Bu qiymətləri kim təyin edir? Nəyə əsasən təyin olunur, bəlli deyil. Bəli, bu gün psixoloqa müraciət edən əksər xəstələr şəfa tapa bilmir. Bunun da səbəbi özünü psixoloq adlandıranların xəstəyə düzgün diaqnoz qoya bilməməsi, düzgün müalicə taktikası seçə bilməməsidir. Ümumiyyətlə, psixoloqun ağır psixoloji xəstəni qəbul etməyə ixtiyarı yoxdur. Psixoloq dərman yaza bilməz, ancaq təəssüf ki, bəziləri yazır. Ağır nevroz, depressiya, şizofreniya, autizm xəstəsini, təşviş pozuntusunu psixoloq həll edə bilməz.  Bu xəstələri  həkim təhsili olan psixoterapevtlər müalicə edə bilər. Ancaq bu gün  bəzi psixoloqlar şüuraltı terapiya müalicəsi adı altında insanları həm sağlıq baxımından, həm də maddi baxımdan pis vəziyyətə qoyurlar". 

Ekspert hesab edir ki, psixoloqların qoyduğu qiymət Azərbaycan reallıqlarına uyğun deyil: "Psixoloqların bu qiymətlərə pasient qəbul etmələri bizim ölkənin reallıqlarına uyğun deyil. İnsanlar minimum əməkhaqqından bir qədər çox əməkhaqqı alırlar. Normal psixoloji yardım almaq üçün ən azı 10 seans davamlı getmək lazımdır. Bu kimi halda, əgər 70-100 manatdan hesablasaq, 10 seansa 1000 manat pul tələb olunur. Yəni insanlar bir aylıq maaşını aparıb psixoloqa verə bilmir. Hətta bunu istəsələr gərək qidalanmaya, digər zəruri məsələlərə ayrılan vəsaitləri də psixoloqa getsin. Belə olduqda isə insanın psixoloqa gedib-getməməyinin heç bir fərqi olmur, psixoloji yardımın heç bir nəticəsi olmaz. Adam yenə pis vəziyyətə düşəcək. Bir tərəfdən problem həll olunsa da, başqa tərəfdən problem ortaya çıxacaq, maddi problem yaranacaq. Həmçinin, əksəriyyətinin qəbulunda olmuş insanlar sosial şəbəkələrdə narazılıq edir. Ümumiyyətlə, insanlar hər hansı məsələ ilə bağlı narazılığı varsa, bunu rahat şəkildə ictimailləşdirir. Paylaşılan rəylərdən müşahidə etmişəm ki, psixoloji dəstək yetərsiz sayılır, qənaətbəxş deyil. Yəni insanlar onların verdiyi psixoloji dəstəklə özlərini tamamlaya bilmirlər. Halbuki, insanlar ora tamamlanmaq, psixoloji yardım almaq ümidi ilə gedirlər, amma o yardımı ala da bilmirlər. Əksəriyyəti ödədiyi pula heyfsilənir".

K.İsmayılovanın sözlərinə görə, bizim ölkədə fəaliyyət göstərən psixoloqların çoxu qeyri-ixtisas sahibləridir. 3-5 aylıq təlim keçib sertifikat əldə edib "psixoloji yardım göstərirəm, psixoloqam" deyənlərin,  özünü reklam edən "uzmanların" da sayı çoxalıb: "İndi psixoloq olmaz olduqca asandır. Şəxs bir neçə aylıq kursa gedir, təlimlərdə iştirak edir, bir neçə kitab oxuyur və natiqliq kursuna gedərək nitqini düzəldir. Fikir vermisizsə, psixoqların danışığı qüsursuz olur. Bunun səbəbi odur ki, onlar bu işə başlamazdan əvvəl peşəkar diksiya mütəxəssislərindən dərs alır, nitqini düzəldir və başlayır insanlara məsləhət verməyə. Psixoloqa ehtiyacı olan şəxs onun təhsili, savadına deyil,  danışığına aldanıb qəbuluna yazılır. Hətta bu gün özünü məşhur adlandıran bir psixoloqun orta təhsili belə tam deyil. Həmin şəxs 9-cu sinf bitirdikdən sonra məktəbdən çıxıb. İllər sonra bu xanım dediyim qaydada kursa gedib, təlimlərdə iştirak edib, natiqliq dərsi alıb indi başımıza psixoloq kəsilib. Bu sahə araşdırılmalıdır. Ali təhsili olmayan şəxslər psixoloq fəaliyyəti ilə məşğul olmamalıdır".

Ekspertin fikrincə, psixoloqların qəbul qiymətləri hər kəsin büdcəsinə uyğun olarsa ölkədə qeydə alınan insidentlərin, intiharların, zorakılıqların sayı azalar: "Ailə üzvləri hiss edir ki, onun övladının və ya yoldaşının psixoloji problemi var. Lakin maddi durumları uyğun olmadığından həmin şəxsi psixoloq qəbuluna apara bilmir. Nəticədə ailə qətlləri, məişət zorakılıqları artır. Düzdür, kimsə durub deyə bilər ki, mənim qiymətim budur, istəməyən gəlməsin, bu bir növ biznesdir. Ancaq insaflı olmaq lazımdır".

K.İsmayılova son olaraq onu da bildirdi ki, bura özbaşına bir sahədir, heç bir nəzarət yoxdur, alver, biznes, gəlir mənbəyi olub. Bəzi psixoloqların özlərinin müalicəyə ehtiyacı var. Onların fəaliyyəti cinayətdir.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ