Bazar günü günü, 08 noyabr 2026
     

Fermerlərimiz öz qarpız və fındığını məhv edir - niyə?

Image


Elçin Bayramlı: "Qeyri-effektiv idarəetmə, Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətsizliyi və ya mənfi fəaliyyəti bu mənzərənin yaranmasına səbəb olub"

Dövlət səviyyəsində sahibkarlığın inkişafına, fermerlərin fəaliyyətlərinin genişləndirilməsinə hər cür şərait yaradılıb. Bu sahənin tərəqqisi Prezident İlham Əliyevin diqqətindədir. Fermerlər özləri də hər zaman qeyd edirlər ki, ölkə başçısının qayğısını yaxından hiss edirlər. Bu, məsələnin bir tərəfi. 

Digər tərəfdən isə, bilindiyi kimi, bölgələrdə fəaliyyət göstərən fermerlər öz əkib-becərdikləri məhsulları bazara çıxarmaqla bağlı ciddi problemlə qarşılaşırlar. Bir sözlə, fermerlər böyük zəhmətlə əkib-becərdikləri məhsulları, meyvə-tərəvəsi sata bilmirlər. Fermer becərdiyi məhsulu satıb ondan fayda götürməlidir, amma onlar bunu edə bimirlər. Sanki gözəgörünməz bir əl onların bazara çıxıb öz məhsullarını özlərinə və əhaliyə sərf edən qiymətə satmasına mane olur. 

Bilirsiz ki, keçən həftə Bərdədən olan fermer əkdiyi qarpızı sata bilmədiyi üçün iki "lafet" məhsulu arxa tökdü. Sahibkar bildirdi ki, məhsulunu maya dəyərindən aşağı qiymətə satmaqdansa, onu suya tökməyə üstünlük verir. Bakı bazarlarında qarpızın qiyməti baş yarır, amma fermerə imkan verilmir ki, məhsulunu Bakıya gətirib münasib qiymətə satsın. İndi də Xaçmaz rayonundan növbəti bir fermerin şikayəti yayılıb.  

Bu rayonda fındıq yığımı başlayıb. Deyildiyi kimi, bu il məhsuldarlıq bol olsa da, qiymət fermerləri qətiyyən qane etmir. "Keçən il 3 manat 60 qəpiyə satdığım fındığı bu il 2 manat 80 qəpiyə verirəm. Bütün xərcləri hesablayanda əldə etdiyimiz gəlir bizə sərf etmir", - deyə fermer bildirib.

Təsərrüfat sahibləri fındıqçılıqdan imtina edib, daha çox gəlir gətirən sahələrlə məşğul olmaq haqqında düşündüklərini deyirlər.

Barəsində danışdığımız problemlər bir daha onu göstərir ki, fermerlər satış məsələsində ciddi problemlərlə üzləşir. Nəticədə isə həm istehlakçılar, həm də fermerlərin özləri itirir. 

Fermerlərlə bağlı nə baş verir? Sanki bu işdə bir düşmən əli var. Bunlar min əziyyətlə əkib-becərirlər, amma malları əllərində qalır. Deyirlər ki, məhsulu su qiymətinə satmaqdansa suya töksələr daha yaxşıdır. Bakı bazarlarında fındığın, qozun qiyməti hədsiz dərəcədə bahadırsa, fermer niyə öz məhsulunu "su qiymətinə" satmalıdır? 

"Aqrar sektorda bütün maneələrin aradan qaldırılması çox vacibdir" 

Ekspert Elçin Bayramlı "Bakı-Xəbər"ə "Həm apardığımız müşahidələr, həm rəsmi statistika, həm aqrar sektorda çalışıanların verdikləri informasiyalar açıq şəkildə göstərir və sübut edir ki,  qısaca desək, aqrar sektor "müvəfəqqiyətlə" məhv edilib. Yəni artıq bu barədə danışmaq da gecdir. 20 ildir danışılır, deyilir, problemlər ortaya qoyulur, amma heç bir reaksiya verilmir, heç bir islahat, heç bir proqram ortada yoxdur, bu sahədə heç bir ciddi irəliləyiş müşahidə olunmur, əksinə, bir tənəzzül, bir geriləmə gedir. Sizə bir faktı deyim, son 10 ildə ərzaq məhsullarının idxalı 2, 2 dəfə artıb. Yəni bu da yüz faizdən artıq artım deməkdir. Halbuki, son 10 ildə aqrar sektora milyardlarla investisiyalar yönəldilib, böyük dövlət subsidiyaları verilib, müxtəlif güzəştlər tətbiq olunub, amma nəticə yoxdur. Qeyri-effektiv idarəetmə, Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətsizliyi və ya mənfi fəaliyyəti bu mənzərənin yaranmasına səbəb olub. Bu idarəetmənin heç bir qaydaya, heç bir sistemə, heç bir təcrübəyə aid olmaması, korrupsiya və monopoliya halları, bazar imkanlarının fermerlərinin üzünə bağlanması, bu sahədəki nəticədə ona gətirib çıxarır ki, birincisi, bizim aqrar sektorda yerli istehsalın həcmi azalır. İkincisi, idxalda aslılığımız sürətlə artır. Əvvəllər bu 50 faiz idi, indi bəzi məlumatlara görə, 70 faizə çatıb. Dəhşətli bir vəziyyətdir. Bu, ərzaq təhlükəsizliyinin nəinki təmin edilməsi, hətta daha ağır vəziyyətə salınması deməkdir. Eyni zamanda  ölkənin istehlak bazarında (ərzaq bazarında –E.B) qiymətlər fasiləsiz olaraq dayanmadan artır. Bu il ifadə olunan vəziyyət isə çox dəhşətlidir, yerli mövsümi meyvə-tərəvəzin qiyməti görünməmiş dərəcədə bahadır. Nəticədə də Azərbaycan əhalisi özünün ənənəvi meyvə-tərəvəzini möhsüm vaxtı ala bilmir, ona həsrət qalır. Bundan artıq nə ola bilər ki? Bu, aqrar sahədə çox faciəvi vəziyyət deməkdir". 

E.Bayramlı hesab edir ki, bu probelmin həll edilməsi üçün böyük bir proqram həyata keçirilməlidir: "Aqrar sektorda bütün maneələrin aradan qaldırılması çox vacibdir.  Eyni zamanda əhalinin şəhərlərə axının qarşısı alınmalıdır, kənd təsərrüfatında kadrların, texnika təminatının vəziyyəti düzəlməlidir, su, suvarma problemi həll olunmalıdır, sahibkarlara qarşı törədilən maneələr aradan qaldırılmalıdır, fermerlərin bazarlara buraxılması təmin olunmalıdır. Siz təsəvvür edin, sahələrdə 20-30 qəpiyə alınan məhsul Bakıda 2-3 manata satılır. Burada əkinçi, biçinçi, hevandar və başqa fermerlər bankrot olur, məhsulu maya dəyərindən ucuz satır. Bəzən heç satmağa da dəymir, məhsulu çölə, zibilliyə atırlar. Amma ortada dəllallar on qat pul qazanır. Nə baş verir? İstehlakçılar, əhali və əkən-biçən, əziyyət çəkən fermerlər   olur, amma ortada kiçik bir qrup dəllal mafiyası qazanır. Bu dəllallar bazarları, ölkənin yollarını tutublar ki, sahibkarlar heç yerə məhsul aparmasınlar, bazarlara çıxış əldə etməsinlər. Bu dəllal qrupu milyardlar qazanır. Eyni zamanda da bunda idxal monopoliyası maraqlıdır. Çünki yerli istehsalçılar sıradan çıxanda ölkənin ərzaq təlabatını onlar gətirdikləri məhsullarla ödəyirlər. Hansısa bir məhsulun kiloqramını, tutaq ki, xaricdən 20 qəpiyə alır, burada onu 2-3 manata, beş-on qat bahasına satır, qazanır. Amma yerli istehsal olanda qazana bilmirlər. Deməli, bu tərəflər hamısı bir yerdə qarşıdan gələn qlobal qıtlıq, quraqlıq, ərzaq böhranı şəraitində (bunlar beynəlxalq proqnozlardan gözlənilir-E.B) Azərbaycanı çox müdafiəsiz və ağır vəziyyətdə qoyur. Biz bu potensialla öz əhalimizin ərzaq tələbatının heç yarısını ödəyə bilmirik. Baxmayaraq ki, dövlət milyardlarla bu sahəyə pul ayırıb, rahatca o pullar batmış sayıla bilər. Baxırıq ki, Sovet dövründə suvarılan, bol məhsul verən torpaqların 50 faizi şoranlaşıb məhv olub, bir çox hissəsində müxtəlif tikintilər salınıb. Tikintilər məhsuldar əkin torpaqlarında aparılıb. Elə bir səmərəsiz idarəetmə sistemi, elə xaotik, elə sistemsiz bir yanaşma ortaya qoyulub ki, kənd təsərrüfatı, aqrar sahə, əkinçilik, heyvandarlıq, hətta balıqçılıq hamısı məhv olub gedir. Ona görə də kəndlər boşalır. Daha çox fermerlər ili-ildən əkinçilikdən imtina edir, çünki zərərə düşür. Ölkəmiz özünün ən yüksək potensialı olan aqrar sahəni get-gedə itirir. Hər hansı bir qlobal böhran baş versə çətin vəziyyətə düşə bilərik. Bunu pandemiya zamanı da gördük. Çünki ölkələr məhsul alış-verişini dayandırırlar. Hansı ölkənin yerli istehsalı varsa yaşayacaq. Xaricdən asılı olan ölkələrin isə vəziyyəti ağır olacaq. Halbuki, bizim özümüzü üç dəfə artıq təmin etmək imkanlarımız var. Yəni Azərbaycanda 10 milyonluq əhalinin 30 milyon əhalini təmin etmək potensialı var. Sovet dövründə aqrar sektor ümumdaxili məhsulun, iqtisadiyyatın 40-50 faizini təşkil edirdi. İndi isə bu  5-6 faizdir, heç 10 faizə çatmır. Bu biabırçılıqdır. Yəni ən yüksək potensiala malik olan bir sahə tamamilə məhv edilmiş vəziyyətdədir. Bu həm ölkədə sosial vəziyyəti ağırlaşdırır, həm dövlətə ağır iqtisadi zərbə vurur, həm də ölkənin strateji ərzaq təhlükəsizliyini təhlükə altında qoyur". 

E.Bayramlı hesab edir ki, bu cür ağır problemin aradan qaldırılması üçün aidiyyəti qurumlar heç bir ciddi tədbir görmür. O qeyd etdi ki, Kənd Təsərrüfatı Nazirliyinin verdiyi rəqəmlər Dövlət Gömrük Komitəsinin rəqəmləri ilə düz gəlmir. "Şərti deyək, məsələn, ölkənin tələbatı 100 kiloqram kartofdursa, nazirlik deyir ki, 80 kiloqram kartof istehsal etmişik. Məntiqlə biz xaricdən 20 kiloqram kartof almalıyıq, amma biz xaricdən 40-50, 60  kiloqram kartof gətiririk. Bu o deməkdir ki, yerli istehsal, nazirliyin dediyi kimi 80 kiloqram yox, olub 40-50 kiloqram. Yerli istehsal və idxal rəqəmləri düz gəlmir"-deyə bildirən E.Bayramlı bir daha vurğuladı ki, problemin tam həlli üçün böyük proqramlar hazırlanıb həyata keçirilməlidir.

İradə SARIYEVA  



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ