Bazar günü günü, 08 noyabr 2026
     

Azərbaycanda uşaqların və çoxuşaqlı ailələrin sayı azalır...

Image


Məlum olduğu kimi, əvvəllər Azərbaycanda çoxuşaqlı analar üç və daha çox uşaqlı analar sayılırdı. Lakin 2021-ci ilin sentyabrında Nazirlər Kabineti "Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları"nda dəyişiklik edərək beş və daha çox uşaqlı qadınları çoxuşaqlı analar kimi tanıyıb. Ancaq o da faktdır ki, Azərbaycanda beş uşağı olan ailə tapmaq get-gedə çətinləşir.

Dövlət Statistika Komitəsi bildirir ki, 2019-cu ildə keçirilmiş əhalinin son siyahıyaalınmasının yekun məlumatlarına görə, Azərbaycanda yeddi və daha çox uşaq sahibi olan 6837 ev təsərrüfatı olub.  Qeyd olunub ki, ev təsərrüfatları haqqında məlumatlar hər on ildən bir keçirilən əhalinin siyahıyaalınması zamanı əldə edilir. 2019-cu ildə keçirilmiş əhalinin son siyahıyaalınmasının yekun məlumatlarına görə, 18 yaşadək uşağı olan ev təsərrüfatlarının uşaqların sayına görə bölgüsü məlum olub. Belə ki, ölkədə 1 milyon 347 min 534 uşaqlı ev təsərrüfatı var. Onların 725 min 615-i şəhər yerlərində, 621 min 919-u isə kənd yerlərində yaşayıb. Biruşaqlı ev təsərrüfatılarının sayı 422 989-dur. İkiuşaqlı ev təsərrüfatlarının sayı 557 min 814 olub,  Üçuşaqlı ev təsərrüfatlara gəlincə, bu kateqoiyaya daxil olan ailələrin 132 min 957-si şəhər yerlərində, 123 min 304-ü kənd yerlərində yaşayıb. Son rəqəmlərə görə, Azərbaycanda 71 min 151 dörduşaqlı ev təsərrüfatı var. 23 min 150 ev təsərrüfatı beşuşaqlıdır. Altı uşaqlı ev təsərrüfatlarına gəlincə, 9332 təsərrüfat bu kateqoriyadadır. Ölkədə 6837 ev təsərrüfatı yeddi və daha çox uşaqlı ev təsərrüfatları arasında yer alır. Beləliklə, araşdırmalar göstərir ki, indi bir-iki uşağı olan ailələrə daha çox rast gəlinir. Digər tərəfdən, dünyada üç uşaqlı ailələr çoxuşaqlı ailələr hesab olunur. Bu fonda Azərbaycanda da bu modelə qayıtmaq zəruri hesab olunur. Eyni zamanda görünən odur ki, Azərbaycanda son illər həm uşaqların, həm də çoxuşaqlı ailələrin sayı azalır. Rəsmi məlumatlara görə, ölkədə 2023-cü ildə 14 yaşınadək uşaqların sayı 2 milyon 216 min nəfər olub. Ötən il uşaqların sayı 2022-cü il ilə müqayisədə 36 min nəfər azalıb. Son 15 ildə isə dörd və daha çox uşaqlı ailələrin sayı 16 mindən çox azalıb. Son statistikaya görə, indi Azərbaycanda belə ailələrin sayı 110 min 470-dir. Yuxarıda qeyd olunduğu kimi, Azərbaycanda beş uşaqlı ailələr çoxuşaqlı ailə sayılır. Lakin bir çox ölkələrdə, o cümlədən keçmiş SSRİ məkanındakı respublikalarda çoxuşaqlı ailə üç uşağı olan ailə hesab olunur. Onlardan biri Rusiyadır. Rusiyada çoxuşaqlı ailələr üçün vergi güzəştləri, ipoteka kreditinin ödənməsi üçün 450 min rubl və ya 8 min 345 manat verilməsi, pulsuz torpaq payının ayrılması, pul ödənişləri və digər imtiyazlar nəzərdə tutulur. Fransada "Böyük ailə" adlanan dövlət proqramı çərçivəsində çoxuşaqlı ailələrə vergi güzəştləri və subsidiyalar təqdim olunur. Dörd uşaqlı ailələr, demək olar ki, vergi ödəmir. İsveçdə çoxuşaqlı ailələrə müavinət verilir və uşaqların sayından asılı olaraq müavinət məbləği artır. Eyni zamanda, belə ailələrə ərzaq məhsulları üçün xüsusi talonlar verilir və dövlət çoxuşaqlı ailələrin məktəbəqədər müəssisələr üçün nəzərdə tutulmuş xərclərini özü ödəyir. Azərbaycanda isə beş və daha çox uşaqlı ailələr üçün hər uşağa görə aylıq 105 manat müavinət nəzərdə tutulub. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, ölkəmizdə son beş ildə çoxuşaqlı ailələrə verilən müavinətin məbləği 3.5 dəfə artırılaraq 105 manata çatdırılıb: "Hazırda 12 minə yaxın uşaq üçün bu sosial müavinət alan qadınların sayı 2 min 600-dən çoxdur. Eyni zamanda, hər uşağın anadan olmasına görə birdəfəlik sosial müavinətin məbləği 500 manat müəyyən edilib". Həmçinin vurğulanıb ki, aztəminatlı ailələrdə 1 yaşadək hər uşağa görə 100 manat müavinət nəzərdə tutulub: "Bu müavinətin məbləğində son beş il ərzində 82 faiz artım olub". İqtisadçı Rəşad Həsənov isə "Azadlıq" radiosuna bildirib ki, hazırda beş və ondan artıq uşaq olan ailələrə yeganə dəstək mexanizmi hər uşağa görə aylıq 105 manat müavinət və valideynlərin pensiya yaşının 5 il azaldılmasıdır: "105 manata görə kimsə ailədə uşaqların sayını artırmaq risqini öz üzərinə götürməz... Demoqrafik vəziyyət gündən-günə pisləşir və problem 2060-cı ilə qədər daha ciddi xarakter alacaq". Ekspert dəstəkləyici mexanizmlərin çox zəif olduğunu düşünür: "Biz referensial yanaşma əsasında uşaq sayına görə müavinətlərin ödənilməsini təklif edirik. Uşaq sayı artdıqca hər uşağa görə ödənilən müavinətin məbləğinin artması çoxuşaqlılığı təşviq etməyə hesablanmış və dünyada sınaqdan çıxmış mexanizmlərdən biridir". R.Həsənovun fikrincə, çoxuşaqlı ailəyə yanaşma dəyişməlidir və çoxuşaqlı ailə beş uşaqlı yox, üç uşaqlı ailə sayılmalıdır: "Ukraynada hələ 2008-ci ildən "çoxuşaqlı ailə" anlayışı üç uşaqlı ailəyə münasibətdə tətbiq edilir. Bu yanaşmanı tətbiq etməklə Azərbaycanda çoxuşaqlı ailələrə münasibətdə mövcud olan müavinət mexanizminin əlçatanlığını artırmaq olar". O hesab edir ki, əslində uşaqların müdafiə proqramları yalnız demoqrafik deyil, eyni zamanda, sosial, insan kapitalının inkişafı və sağlam həyat aspektləri nəzərə alınmaqla işlənib hazırlanmalıdır.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ