Bazar günü günü, 08 noyabr 2026
     

Hüseyn Xəlilovun xatirəsinə...

Image


SƏN 18 yaşında

Səni görəndə tanımaqda çətinlik çəkdim. Çiynində yaralı döyüş yoldaşın, əlində silahın çinar kimi boy verərək gedirdin. Mən bu boyda böyüklüyü, təmizliyi, sevgini tanımaqda aciz qaldım. Sənsə  ürəkdən ürəyə köçüb, ev-ev dolaşıb Şuşaya gedirdin.

Şəkillərinə, görüntülərinə çox baxdım. Göz yaşı oldum. Özümü o qədər gücsüz bildim ki... Başımı çiynində hiss elədim, sevginin böyüklüyünü duydum. Mənə güc verdin. Özümü güclü bildim. Bu saflığın önündə çirkinliklərdən doydum, xilas oldum. Dünyanı başqa cür gördüm. Həyata başqa cür baxdım.

 Bu ağrının sevincinin nəhəngliyini necə yaşayar insan? Ağlayımmı, ağımı deyim? Sevinimmi? Hanı o ürək anlasın?

Sənə baxdıqca səni tanıtmaq istədim hamıya. Amma sənə nə yazım? Nə yazım ki, kiçik görünməsin? Sən türk oğlunun böyüklüyünü göstərdin dünyaya?

 "Azərbaycan" oldun, oğul.

Sən 18 yaşında...

Yanımda olsan, yəqin "uşaq" deyərdim sənə. 

Sən 18 yaşında... 18 yaşa nə yazım?

Bakının Nardaran kəndində 2002-ci ilin bir yaz günündə - martın 27-də doğuldu Hüseyn Rasim oğlu Xəlilov. Məktəbli oldu hamı kimi. 295 nömrəli tam orta məktəbdə doqquzillik təhsil alandan sonra peşə məktəbində orta təhsilini başa vurdu, həm də dülgərlik ixtisasına yiyələndi. 2020-ci ilin mayında 18 yaşlı gənclər kimi müddətli hərbi xidmətə yollandı.  Ağcabədidə, sonra Beyləqanda 181 nömrəli hərbi hissədə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri oldu. 

Bunları yazmağa nə var? Sonranı necə yazım? Sən bir yazıya, hekayəyə, kitaba sığmazsan ki, oğul. Səni hara sığdırım? 

Sən neçə-neçə kəndi, Füzulini, Cəbrayıl, Zəngilan, Qubadlını , Hadrutu keçdin, Şuşaya qədər getdin. Neçə yaralını odun-alovun içindən çıxardın, düşmən gülləsindən qorudun. Sən azad Şuşaya gülümsədin.  8 noyabrda ədalətin zəfəri ilə barışa bilməyən düşmənin atdığı minaların qəlpələrindən özünü qoruya bilmədin. Səninlə birgə 49 nəfər döyüş yoldaşın da bu mina qəlpələrinə tuş gəldi...

Ölüm də aciz qaldı, sənə qıyamadı. Beş aydan artıq dolandı başının üstə. 2021-ci il 25 aprelə kimi diləmi tutdu səni, yalvardımı sənə? Gülümsədinmi yenə? 

Önündə aciz qaldı. Onsuz da səni apara bilmədi ölüm.

Bu igidlərdən yazanda düşünürəm: Bu oğulları necə doğdu analar? Necə yola saldı hərbi xidmətə? Onlardan bunu soruşa bilmirəm. Özləri bölüşür xatirələrini.

 Zəminə Hüseynova: Sübh tezdən yola saldım. Sənədləri qalmışdı, geri qayıtdı. Əslində arxasınca ağlayırdım, ağlamağımı görüb başını yellədi ki, yəni niyə ağlayırsan? Elə deyirdi hərbiyə gedəcəm, erməniləri bicəcəm. Mübariz İbrahimov idealı idi. Onun haqqında bütün məlumatları toplayırdı.  Onun kimi igidlik göstərmək istəyirdi. Bir dəfə telefonu açıq qalmışdı, özü yatırdı. Anayam, dedim görüm nəyə baxır, kiminlə danışır.  Ancaq Mübariz İbrahimovun şəkilləri, videoları, onun haqqında yazılar.  Özü də həmişə deyərdi ki, Mübariz İbrahimov olacağam. Elə igidliklə də döyüşüb balam. 2 noyabrda son dəfə danışdıq.  "Torpaqlarımızı ermənilərdən alırıq, Şuşaya gedirik, bizə uğur arzulayın" dedi. Sonra xəbər gəlmədi. 10 noyabrda xəbər verdilər ki, yaralanıb, hospitaldadı. Bir-neçə dəfə əməliyyat olundu. Aprelin 25-nə kimi ümidlə yaşadıq. Nələr çəkdik... 

Nələr çəkdiyini göz yaşı pıçıldayır.  O günləri unutmaz ki, ana. 

Sən təsəlli vermək istəyirsən, söz axtarırsan, tapmırsan. Nəfəsin də boğazında düyünlənir.

Ana özü danışır: Hər birimiz bu qələbəni arzulayırdıq. Bizə bu sevinci yaşadanlardan biri də mənim oğlumdu. Qəhrəman olmaq istəyirdi, oldu. 

Rəşid İlham oğlu Əliyev də 2020-ci ildə hərbi xidmətdə olub. İlk gündən ərazi bütövlüyümüz uğruna döyüşüb. Nə qədər yaralını xilas edib. Döyüş yoldaşları Əsgər Quliyev, Orxan Qardaşxanlı, Tofiq Quliyevlə birlikdə ən çətin vəziyyətlərdə bölüyü susuz, ərzaqsız qoymayıb. Özündən danış dedim: Nə deyim? Neynəmişik ki? Döyüşmüşük, torpaqlarımızı azad etmişik. Bu bizim borcumuzdu. Əvvəl-axır bunu etməliydik. Hüseynlə də 2020-ci ilin iyul ayından birlikdə hərbi xidmətdə olmuşuq. Hücum zamanı bir-neçə gün görüşməsək də bütün döyüşlərdən birlikdə çıxdıq. Şuşaya qədər getdik. Müharibələr haqqında eşitsək də, filmlərə baxsaq da onun əsl üzünü döyüşdə görürsən. İlk günlər lap çətin oldu. Yaralıların, şəhidlərin ağrısı, həyacan, qorxu, ilk qələbənin sevinci-hamısı bir-birinə qarışmışdı. Bir də qisas hissi yaşayırsan. İllərin əzabından keçən yurdunu, verdiyimiz qurbanları düşünürsən. Hər qarış azad olduqca ölüm də mənasını itirir. Uşaqların hamısı mərdliklə döyüşürdü. Bir-birimizi qoruyurduq. Hüseynlə çox yaralını xilas etmişik. Noyabrın 5-də biz artıq Şuşaya gedirdik. 8 noyabrda düşmən mühasirədə idi, amma atışma vardı. Elə o gün də  şəhidlərimiz, yaralılarımız oldu. Hüseyn də həmin gün qəlpə yarası aldı, təxliyə olundu, amma elə bil özü əvvəlcədən hiss etmişdi şəhid olacağını. Onlar dörd qardaşdı. Arada deyirdi ki, dörd qardaşdan biri olmasa, heç nə olmaz. Nə onun bu sözünü, nə də özünü unutmuram.

25 aprelə kimi valideynləri də, qardaşları da, dost-tanış da ümidlə gözlədi. Ata ümid yolu çəkdi ürəyindən xəstəxanaya.

Rasim Hüseynov: Ümid edirdim ki, sağalar...  Özü idmançı idi, dzü do ilə məşğul olmuşdu. Dəfələrlə Bakı və respublika çempionatlarında iştirak etmişdi, birinci, ikinci, üçüncü yerlərin qalibi olmuşdu. Başından yaralanmışdı, xilas edə bilmədilər.  Hələ müharibə vaxtı Elvin adlı bir döyüş yoldaşının telefonunu da vermişdi mənə, deyirdi "ata Elvinlə də danış". Arada ondan da hal-əhval tuturdum. Bir gün dedi ki, mən xəstəxanadayam, yaralanmışdım sənin oğlun canavar kimi məni od-alovun içindən çıxardı. "Canavar" deyirdilər ona. Çox belə qəhrəmanlıqlar edib. Şuşanın azad olmağını görmək istəyirdi. Yaşadı bu azadlıq sevincini...

Aramla danışır ata. Özünə də, bizə də təsəlli verir.

18 yaşlı igidim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medallarına layiq görülüb.

 Mənsə Hüseynlə danışıram: Sən təkcə düşmənləri cismən öldürmədin. Xəyanəti, yalanı, namərdliyi və daha nələri  öldürdün oğul. Sevgini yaşatdın oğul. Sən 18 yaşında niyə belə nəhəng idin? Bu ürəyi necə daşıdın?   

Hansı arzuları aparıb getdin? Bilmədim, amma səndən sonra nə qədər xəyallar gerçək oldu. Nə qədər arzular yaşadı. Nə qədər arzular doğuldu. Sənin keçdiyin yollarda arzular çiçəkləyir.

Sən 18 yaşında anlatdın, anlatdın necə yaşayaq, oğul...

Avqust,2024
Kamalə Abiyeva




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ