Bazar günü günü, 08 noyabr 2026
     

AQTA kütləvi zəhərlənmələrlə uğurlu mübarizə apara bilmir - AQTA-çıların tək işi...

Image


Eyyub Hüseynov: "Düşünürəm ki, bu cür intensiv zəhərlənməyə görə AQTA rəhbərliyi istefa verməlidir, bu vəziyyət dəyişməlidir"

Son illər Azərbaycanda kütləvi zəhərlənmə hallarının artmasını müşahidə etmək, az qala hər gün bu barədə xəbər oxumaq ictimaiyyətdə ciddi sosial narahatlıq yaradır. Bir gün eşidirik ki, hansısa dönərxanada, hansısa restoranda kütləvi zəhərlənmə hadisəsi baş verib, başqa bir gün toylarda, yaslarda analoji hadisənin yaşandığı haqda məlumat alırıq.   

Son həftələr ölkəmizdə baş verən kütləvi zəhərləmə hadisələri də toy və yas mərasimlərində baş verib. Bu hadisələrin insanlar üçün nə qədər fəlakətli bir vəziyyət olduğunu ifadə etmək çətindir.  

Mətbuatda da yazılır ki, son günlər ölkədə, xüsusilə də bir sıra bölgələrdə toy və yas mərasimlərində zəhərlənmələrin sayı artıb. Son hadisələrdən biri Qəbələdə toyda kütləvi zəhərlənmə faktı olub ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə,  avqustun 15-də Qəbələ şəhərində yerləşən şadlıq evlərindən birində keçirilən toy mərasimində iştirak edən şəxslərdən 55-nin qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Qəbələ rayon prokurorluğunda araşdırma aparılır.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə şadlıq evindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub. 

Digər bir hadisə isə Gəncədə yas mərasimində qeydə alınmışdı ki, burada da 40 nəfər qidadan zəhərlənib. 

Respublika ərazisində yaşanan kütləvi zəhərlənmə hallarının vətəndaşların narahatlığına səbəb olduğu məlumdur.

Odur ki, ictimaiyyət arasında yaranan fikrə görə, burada ən böyük məsuliyyət Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) üzərinə düşür. Cəmiyyət arasında belə söhbətlər yayılıb ki, 

AQTA-nın işi-gücü ancaq qida təhlükəsizliyinin qaydalarına  formal əməl edilməsinin yoxlanılmasından və müxtəlif obyektlərdən haqq yığmaqdan ibarətdir. İctimaiyyət hesab edir ki, AQTA-nın əməkdaşlarının böyük bir hissəsinin fəaliyyəti bununla bağlıdır. Cəmiyyət arasında söz-söhbətlər var ki, AQTA-nın əməkdaşlarının əsas işi ancaq müəyyən obyektlərdən qida təhlükəsizliyi qaydalarına əməl olunub-olunmaması ilə bağlı haqq yığmaqdan ibarətdir. Guya gəlib normativlərə əməl olunmasını yoxlayırlar, haqlarını alıb gedirlər. Cəmiyyətdə belə bir fikir var ki, onların əməkdaşlarının müəyyən hissəsinin fəaliyyəti bundan ibarətdir. Nəticədə, budur, kütləvi zəhərlənmələr baş alıb gedir. Bu, AQTA nın birbaşa fəaliyyətsizliyinin nəticəsidir ki, Bakıda və regionlarda tez-tez bu halların şahidi oluruq. 

"AQTA-nın regionlardakı ofislərinin verdiyi o yalançı kağızlara, saxta ekspert rəylərinə ölkədə son qoyulmalıdır" 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Bakı-Xəbər"ə bildirdi ki, son bir ayda neçə yüz insanın zəhərlənməsi barədə mətbuatda məlumatlar yayılıb: "Yaxşı ki, mətbuat var və baş verən hadisələr barədə bizə məlumat verir. Mediada yayılan mıəlumatların 60-70 faizi həqiqəti əks etdirir. Düşünürəm ki, bu cür intensiv zəhərlənməyə görə AQTA rəhbərliyi istefa verməlidir, bu vəziyyət dəyişməlidir.  Özünə hörmət edən insan "bu mənlik deyil, bu işi mən yerinə yetirə bilmirəm" deyib  postunu qoyub gedər. AQTA-nın ən ciddi problemi cəmiyyətlə işləyə bilməməsdir. Məndə olan məlumata görə, rayon yerlərində toy edən insanlar özünə lazım olan qidaları (ət, toyuq və sair-E.H) götürüb AQTA-nın regional ofisinə gedir, guya orda o məhsulları analiz edirlər, arayış verirlər ki, istifadə etmək olar. Ondan sonra toyxana sahibi onların toy keçirməsinə razılıq verir. Rayon yerlərində adətən malı, ətliyi toy sahibləri özləri gətirir. Amma əgər toyu toyxana edirsə, o da bir neçə malı göstərib AQTA-nın regional ofisindən kağız alır, amma məhsullar ekspertiza olunmur. O qidalardan da toylarda istifadə olunur. AQTA-nın regionlardakı ofislərinin verdiyi o yalançı kağızlara, saxta ekspert rəylərinə ölkədə son qoyulmalıdır, bu işin sonu olmalıdır.   Ölkədə müstəqil ekspertiza yaranmalıdır, onun rəyi məhkəmələrdə tanınmalıdır. Amma belə bir şey yoxdur. Ölkədə ekspertiza adlı xidmət yarıtmaz vəziyyətdədir. Yalançı ekspertizaya son qoyulmalıdır. Statistikanın gizlədilməsi, zəhərlənmələrin qeydiyyata alınmaması məsələsi ölkədə anormal vəziyyətin yaranmasına gətirib çıxarır. Bütün cəmiyyət mətbuata minnətdar olmalıdır ki, media bu məsələləri araşdırıb gündəmə gətirir. Görək, AQTA medianın işlərini izləyirmi? Mən AQTA-da ictimai şuranın üzvü olarkən dəfələrlə demişəm ki, siz medianı izləyin, onlara təşəkkür edin, onlarla birgə işləyin. Mənə sədr müavini dedi ki, hardan bilirsiz işləmirik? Dedim ki, axşam filan kanalda məlumat verilmişdi, siz onlara bir təşəkkür etmisiz? Soruşmusuz ki, məlumatın mənbəyi hardadır? Xeyr"-deyə E.Hüsynov bildirdi. 

E.Hüseynovun sözlərinə görə, Azad İstehlakçılar Birliyi olaraq daim AQTA-nı media və cəmiyyətlə birgə işləməyə çağırıblar. "Onların ayaqları yerdən üzülüb. Milyon dollarlıq laboratoriyalar, akkreditasiyalar, Avropa Birliyinin, kimlərin sənədləri bunların ağıllarını başlarından alıb. Elə bilirlər ki, laboratoriyanı qurub ora qoymaqla məsələni həll etmək olar. Cəmiyyətin, xalqın içinə enmək lazımdır. Şadlıq saraylarında, mərasim evlərində AQTA-nın nümayəndələri olmalıdır, yaxud ictimaiyyətlə onların əlaqələri olmalıdır. Amma onlar cəmiyyətdən uzaqlaşıblar, ayaqları yerdən üzülüb. Nə qədər ki, onların ayaqları yerə dəyməyəcək o qədər də kütləvi zəhərləmələr baş verəcək, davam edəcək. Ölkədə zəhərlənmələrin qeydiyyatı məsələsi bərbad vəziyyətdədir. Həmişə dediyim kimi, AQTA-nın rəsmi saytında zəhərlənmələrin sayı ümumdünya göstəricisindən 1400 dəfə az göstərilir. Guya bizdə zəhərlənmələr dünya ölkələrindən, hətta Avropa dövlətlərindən 1400 dəfə azdır. Bu anornaldır, bu yalançı statistikadır. Bu saxta statistikadan zövd alıb deyirlər ki, bizdə belədir. Bu məsələlərə son qoyulmalıdır. Ölkənin mükəmməl istehlakçı siyasəti formalaşmalıdır. AQTA-nın əsasnaməsində dəyişikliklər olmalıdır, qurum cəld yoxlama mexanizminə malik olmalıdır. AQTA-nın böyük volontyorlar şəbəkəsi olamlıdır ki, onlara kömək etsin. Öncədən deyirəm, onlar mütləq deyəcəklər ki, bu toyda insanların zəhərlənməsi ev sahibinin hazırladığı yeməklərdən, istifadə etdikləri məhsullardan olub. Bu 27 ildə hələ görməmişəm ki, sənaye üsulu ilə hazırlanan maldan bir zəhərlənmə qeydiyyata alınsın, bu qeydiyyata alınmır. Çünki o məhsulların sənədi var. Sənədi varsa, o sənədləri də onlara AQTA verib, qurum özü-özünü təkzib edə bilməz.  Bu kiminsə boynuna qoyulacaq, zəhərlənmə özləri hazırladıqları məhsuldan olub, nə bilim, şadlıq evlərində sanitariya vəziyyəti elə idi, belə idi deyəcəklər.  Yalan və cəfəngiyatdır. Öncədən deyirəm ki, sənaye üsulu ilə hazırlanan məhsuldan heç zaman, çox təəssüflər olsun ki, zəhərlənmə qeydiyyata alınmayacaq. Baxmayaraq ki, dünya ölkələrində ildə hər on adamdan biri bir dəfə zəhərlənir. Hətta sənaye üsulu ilə hazırlanmış qidalardan Avropa ölkələrində zəhərlənən insanlar olur. Sənaye üsulu ilə məhsul  hazırlayanların lobbiçiliyini aparan böyük qüvvələr var. Sənaye üsulu ilə məhsul hazırlayanların əllərində pul var, ekspertizalar, hüquqşünaslar var. Onlar özlərini daim hər cür qoruyurlar. Ona görə də istehlakçılar zəhərlənəndə onu istehlakçıların üzərinə atırlar ki, günahkar onlardır. Çox təəssüf..." - deyə E.Hüseynov bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ