Bazar günü günü, 08 noyabr 2026
     

Bakıda mənzil sahibləri qazanmağın yeni yolunu tapıblar - qeydiyyata düşmək neçəyədir...

Image


Şəmsəddin Əliyev: "Bu, tanımadıqları insanları öz evlərinə daimi qeydiyyata salan şəxslərin özləri üçün də böyük təhlükə yaradır"

Bakıda bəzən elə halla rastlaşırsan ki, təəccüblənməyə bilmirsən. Paytaxtda mövcud olan "ev bazarlarında" qəribə təkliflərə, eləcə də sosial şəbəkələrdə diqqətçəkən elanlara rast gəlinir. Bunlardan biri də paytaxtda mənzillərə daimi qeydiyyata düşmək məsələsi ilə bağlıdır.   

Sosial şəbəkələrdə yayılan məlumatlardan, elanlardan məlum olur ki, son zamanlar Bakıda başqasının evinə pulla daimi qeydiyyata düşənlərin sayı artır. Dediyimiz kimi, bu barədə küçələrdə, sosial şəbəkələrdə elanlar yazılır, "ev bazarında" təkliflər irəli sürülür. 

Maraqlıdır ki, paytaxtın bir çox küçələrində divarlarda, eləcə də sosial şəbəkələrdə daimi qeydiyyata düşməklə bağlı elanlara və qeydiyyata meyl edən insanlara rast gəlinir. 

Bəzi ev sahibləri 300, 500, 1000, bəzən daha artıq pulun qarşılığında tanımadıqları adamları öz evlərinə qeydiyyata salırlar. Yeri gəlmişkən, belə elanlara avtobus dayanacaqlarında da rast gəlmək olur. 

Məsələn, sosial şəbəkələrdə yayılan elanlardan birtinə diqqət yetirək, ev sahibi müəyyən məbləğ qarşılığında tanımadığı şəxsləri mənzilinə qeydiyyata almağı təklif edir. Həmin şəxs "ev köhnədir. İçində itlər yaşayır. Orada donuz da saxlayıram. 300 manat qarşılığında sizi bu evə qeydiyyata sala bilərəm"-yazıb. Onun bu fikirlərinə Facebook-da rast gəldik.

Tanımadığı insanları öz evinə pul qarşılığında daimi qeydiyyata salan vətəndaşları nə gözləyir? Bunun təhlükəsi varmı? Pul alıb qeydiyyata salırlar, kim təminat verir ki, sabah o adamlar mənzil sahibinə problem yaratmayacaq?

Ekspertlər bildirir ki, belələri həddən artıq çoxdur. Bu o adamlar olur ki, nə vaxtsa ev alıb və ehtiyac olmadığı üşün içində yaşamır və bu mənzildən pul qazanmaq üçün   pul müqabilində insanları ora qeydiyyata salırlar. Ekspertlərin verdiyi məlumata görə, hətta Sovet dövründə rayondan gələnlərin Bakıya qeydiyyata düşməsinin problem olduğu vaxtlarda burada müəyyən adamlar pul müqabilində bu işlə məşğul olub.  

"Ucuz qazanc yolu bildikləri bu məsələ onları təhlükəyə ata bilər" 

Hüquqşünas Şəmsəddin Əliyev "Bakı-Xəbər"ə bildirdi ki, bu olduqca təhlükəli haldır. Ş.Əliyev hesab edir ki, Sovet dövründə pasport rejimi ilə həyata keçirilən təxirəsalınmaz tədbirlərə bir də qayıtmaq lazımdır. "Əslində Bakı şəhəri ölkənin paytaxtı kimi üfürülmüş şara bənzəyir. Bakıya daha çox miqrant axını var, şəhər meqapolisə çevrilib, bu gözləniləndir. Amma pasport rejiminin qaydalarına əməl olunmaması kifayət qədər həm ictimai təhlükəsizliyə, həm ictimai münasibətlərə yönəlmiş qəsdlərin çoxalması baxımından bir məsələdir, həm də gələcəkdə mənzil sahibləri üçün problem yaradacaq bir haldır. Deyək ki, keçmiş zamanlarda regionlarda yaşayan şəxslərin Bakı qeydiyyatına alınması məsələsində qohumluq münasibətləri tələb olunurdu. Normadan artıq qeydiyyata alınma halları cəmiyyət, ictimaiyyət üçün kifayət qədər problemlər yaradırdı. Ona görə də müəyyən limitlər vardı. Bakıda yaşayanların qohumlarının yalnız mənzilə qeydiyyat və orada yaşamaq hüquqları vardı, mənzilə hər hansı bir pay hüququ tanınmırdı. Amma indi bəli, bu şəkildə elanların peyda olması gələcəkdə mənzil sahibləri üçün problemlər yarada bilər. Digər tərəfdən, bunların bu şəkildə qeydiyyata düşməsi törədilən cinayətlərə görə subyektlərin müəyyən edilməsi baxımından daxili işlər orqanları üçün problem yaradır. Bundan əvvəl polis bölmələrində vətəndaşlar müəyyən limitlə qeydiyyata alınırdı. Bu da sonralar hədsiz dərəcədə çoxaldığından artıq bu da yoxdur. Deyək ki, 10 nəfər yerinə 100 nəfər qeydiyyata alınırdı. Bu da bir problem yaradırdı. Düşünürəm ki, belə halların qarşısı alınmalıdır, pasport rejiminə ciddi əməl edilməlidir. Bakıda vətəndaşların bu şəkildə, pərakəndə, yaxud başqa cür qeydiyyatı ictimai təhlükəsizlik baxımından subyektlərin axtarılması, onların şəxsiyyəti ilə bağlı müəyyən tədbirlərin həyata keçirilməsi üçün problem yaratdığından, bu, cəmiyyət üçün arzuolunan deyil"-deyə Ş.Əliyev bildirdi. 

Ş.Əliyev qeyd etdi ki, bu gün Bakıda böyük tikintilər həyata keçirilir, kimin imkanı varsa, burada ev almaq hüququna malikdir, evi alırlar, amma içində yaşamırlar, bunun özü də regionlardan insanların paytaxta axınını gücləndirir. "Bunun özü də ictimai təhlükəsizliyin təmin olunması, ictimai təhlükəsizlik baxımından kifayət qədər ziyanlı məsələdir. Ona görə də, arzuedilən odur ki,  bu məsələdə limitlər qoyulsun. Yəni kimlər Bakıda ev ala, kimlər Bakıda qeydiyyata alına bilər, kimlər qeydiyyata alına bilməz. Bu gün Bakının tikinti meydanında nə qədər qeydiyyatı olmayan insanlar "işlə təmin olunub". Elə hallar var ki, turist axınının güclü olduğu Bakıda arzuolunan məsələ deyil. Bu kimi halların qarşısı alınmalıdır". 

Ş.Əliyev hesab edir ki, bütün hallarda vətəndaşlar ayıq olmalıdır və hər kəsi evinə qeydiyyata salmamalıdır. Hüquqşünasın sözlərinə görə, elə insanlar ola bilər ki, cinayət törədib, yaxud cinayətkardır, bu insanların sabah ev yiyəsinin başına hansı oyunlar açmayacağı nə məlum? "Bu, tanımadıqları insanları öz evlərinə daimi qeydiyyata salan şəxslərin özləri üçün də böyük təhlükə yaradır. Təəssüflər olsun ki, bəzi vətəndaşlar bu ciddi məsələyə diqqət yetirmirlər. Onların hansı məbləğ müqabilində evlərə daimi qeydiyyata salındığını bilmirəm, bu haqda məlumatım yoxdur. Vətəndaşlara tövsiyəm odur ki, ayıq-sayıq olsunlar, bu təhlükəli işdən çəkinsinlər. Ucuz qazanc yolu bildikləri bu məsələ onları təhlükəyə ata bilər"-deyə Ş.Əliyev qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ