Bazar günü günü, 08 noyabr 2026
     

Müddət uzadıldı, gənclərin sayı 500-ə çatdırıldı - Azərbaycanda Proqram köklü dəyişdi...

Image


Azərbaycan dövlətinin təhsil sahəsində əsas hədəflərindən biri gənclərin xarici ölkələrdə yüksək səviyyədə təhsil alması və onların ölkəmiz üçün layiqli müstəxəssislər kimi yetişməsidir. Əlbəttə, bu cür mütəxəssislər bütün sahələrdə öz yerlərini tuturlar.

Prezident İlham Əliyevin Sərəncamı ilə "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" Sərəncama dəyişiklik edilib. Dəyişikliyə əsasən, gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramının icrası müddətində hər il xaricə göndərilən tələbələrin sayı artırılıb.

Sərəncama əsasən, Dövlət Proqramının icrası müddətində hər il 500 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin ediləcək.

2022–2024-cü illərdə Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin 80 faizədək hissəsi magistratura səviyyəsini, 2025-ci ildən başlayaraq isə 25 faizindən çox olmayan hissəsi bakalavriat səviyyəsini və 20 faizindən çox olmayan hissəsi doktorantura səviyyəsini əhatə edəcək.

Qeyd edək ki, indiyə qədər bu say 400 nəfər idi.

Daha bir yenilik isə Dövlət Proqramına doktorantura pilləsinin əlavə edilməsi ilə bağlıdır.

Bu proqram ali təhsilin doktorantura səviyyəsini də əhatə edəcək... 

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli avqustun 12-də keçirilən brifinqdə söyləyib ki, xaricdə təhsil üzrə Dövlət Proqramında edilən dəyişikliyə əsasən, bu proqram ali təhsilin doktorantura səviyyəsini də əhatə edəcək.

O vurğulayıb ki, "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" il ərzində təqribən 100 nəfər gəncin doktorantura təhsilini də maliyyələşdirirdi. Lakin bu proqram başa çatıb. Lakin sosial sifarişlər davam edir. Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı"nda dəyişikliyə əsasən, növbəti ildən gənclərin xaricdə doktorantura təhsili də maliyyələşdiriləcək.

On yeddi il tarixi olan Dövlət Proqramı... 

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Azərbaycan gənclərinin dünyanın nüfuzlu universitetlərində təhsil almalarına dair Dövlət Proqramı ideyası ilk dəfə 2007-ci ildə reallaşdırılıb. "Qeyd edim ki,  2007-2015-ci illər üçün Dövlət Proqramı çərçivəsində bizim 3500-dən çox gəncimiz xaricdə təhsil almağa göndərildilər. Birinci Dövlət Proqramını reallaşdırmaqla cənab Prezident qara qızılı insan kapitalına çevirmək hərəkatını başlamış oldu. Bunun nə qədər uzaqgörən, nə qədər məntiqli qərar olduğunun fərqinə illərdən sonra vara bilərik. Bu mənadakı 2003-cü ildə siyasi hakimiyyətə gələn, Prezident seçilən İlham Əliyev Azərbaycanın uğurlu, etibarlı gələcəyini, davamlı inkişafını təmin etmək məqsədilə çox uzaqgörən və geniş miqyaslı siyasətə başladı. Xatırlayıram, o zaman mən Dövlət Proqramını işləyən işçi qrupunun üzvü idim. Elmlər Akademiyasında bu proqramı hazırlayan işçi qrupunun tərkibində olmuşdum. Bütövlükdə, bu proqram hazırlanarkən bütün incə detallara qədər nələrə fikir verildiyi indiyə qədər gözümün qarşısındadır. Biz mükəmməl bir proqram hazırladıq. Amma bu proqramın təşəbbüskarı, ideya müəllifi cənab Prezident olub. Onun böyük uzaqgörənliklə ortaya qoyduğu bu ideya Azərbaycanın gələcəyinə hədəflənmiş bir ideya idi. Bu Azərbaycanın kadr potensiyalını  formalaşdıran, dünyanın ən nüfuzlu universitetlərində Azərbaycan gənclərinin təhsil almaq arzularını gerçəkləşdirən bir ideya idi. Nədən, birinci Dövlət Proqramına toxunuram? Çünki birinci Dövlət Proqramı daha çox bakalavr təhsili alacaq gəncləri əhatə edirdi. İkinci Dövlət Proqramında isə magistr təhsili alacaq gənclərə kvota artırıldı. Birinci Dövlət Proqramından 3500-dən artıq gəncimiz bəhrələnmişdi. Minlərlə gəncimizin magistr təhsillərini də davam edirməsinə zərurət var idi. Lakin buna imkan, şərait yaradılmalı idi. Bu imkan ikinci Dövlət Proqramında yaradıldı və bu məsələ orda öz əksini tapdı. Əlbəttə, birinci və ikinci Dövlət Proqramları arasında yenə də gənclərin xaricdə təhsilini və dövlət dəstəyini ifadə etmək üçün müxtəlif proqramlar reallaşdırıldı. Mən nümunə üçün qeyd edim, Azərbaycanda ali təhsil müəssisələrinin rəqabət qabiliyyətini artırmaqla bağlı 2019-2023-cü illəri əhatə edən və doktorantura təhsilini dəstəkləyən Dövlət Proqramının qəbul edilməsi də çox böyük əhəmiyyət kəsb edir".

"Bu çox mühüm dəyişiklikdir və açıq qərardır"

İ.Oricov bildirdi ki, daha sonra Azərbaycan hökuməti ilə müxtəlif dövlətlər arasında hökümətlər arası təqaüd proqramları da çox əhəmiyyətlidir və bu proqram bu gün də davam edir. İ.Orucovun sözlərinə görə, Macarıstanla, Çinlə və başqa xarici ölkələrlə həmin proqram dövlətlərarası proqram olmasına baxmayaraq, onların da xərci məhz hökumətlərarası, dövlət başçıları arasında əldə olunmuş  razılaşmalar əsasında dəstəklənir. "Nəhayət, barəsində danışdığımız növbəti Dövlət Proqramı cənab Prezidentin bu istiqamətdə işlərinin ardıcıl olduğunu göstərən amillərdən biridir. İkinci Dövlət Proqramının müddəti artıq bu il bitirdi və bir neçə gün əvvəl Prezident İlham Əliyev həmin proqrama dəyişikliklərlə bağlı növbəti sərəncam imzaladı, sərəncamla Dövlət Proqramının müddəti daha iki il uzadıldı. Eyni zamanda ayrılan yerlərin sayı artırıldı. Əvvəl limit 400 nəfəri əhatə edirdisə indi bu 500 nəfərə qaldırdı. Ən vacib məqamlardan biri Azərbaycan gənclərinin məhz doktorantura təhsili almaq imkanları burda öz əksini tapdış Doktorantura pilləsi proqrama əlavə olundu. Bu çox mühüm dəyişiklikdir və açıq qərardır. Biz Azərbaycanda elmin qocalması tendensiyası ilə bağlı hər zaman narahatlıq ifadə etmişik. Bu istiqamətdə son illər müəyyən irəliləyiş var. Amma onu həm də dəstəkləmək, doktorantura təhsilini eyni zamanda xaricdə təmin etmək üçün Prezident Dövlət Proqramına məhz doltorantura təhsilini əlavə etdi. Düşünürəm ki, bunun çox böyük əhəmiyyəti olacaq. Qeyd etdiyimiz kimi, əvvəlcə elmdə qocalma tendensiyası aradan qalxacaq. Bizim savadlı gənclərimiz doktorantura təhsili almaq üçün xarici elmi mərkəzlərə və universitetlərə gedəcəklər. Hesab edirəm ki, onlar geri qayıdandan sonra Azərbaycan elminin bütövlükdə intibah, ionkişaf, tərəqqi dövrü başlayacaq.  Cənab Prezidentinin müəllifi və təşəbbüsü ilə reallaşan bu proqram dünyada unikal və anoloqu olmayan Dövlət Proqramıdır. Bu nadir hadisələrdəndir. Çünki dünyanın heç bir ölkəsində bu qədər gəncin təhsil almaq arzularının gerçəkləşdirilməsinə dövlətlər bu qədər dəstək vermirlər. Azərbaycanın gələcəyi həqiqətən də parlaq olacaq. Ona görə ki, həm dövlət başçısı tərəfindən gənclərin təhsil almalarına bu qədər imkan yardılır, həm də dövlət gənclərimizin savadının, biliyinin artırılmasına bu qədər vəsait yatırır. Azərbaycan gəncləri xaricdə təhsil alırlar, alacaqlar. Ölkədən çox xarici ölkələrdə təhsil alan gənclər var, amma dövlət dəstəyi bu gənclərin qarşısına həm də bir öhtəlik qoyur. Bu öhtəlik ki, bu gənclər milli kadrlar olacaqlar, hər zaman dövlətin onların təhsil almalarına dəstəyini unutmayacaqlar. Onlar hansısa fondların qaranlıq, çirkli pullarının hesabına təhsil almayıblar, məhz Azərbaycan dövlətinin hesabına oxuyacaqlar. Hesab edirəm ki, onlar eyni zamanda Vətən, dövlət, xalq qarşısında  məsuliyyətlərini həmişə diqqətdə saxlayacaqlar. Bir daha qeyd edirəm, çünki onlar milli kadrlar olaraq formalaşacaqlar. İşin ən önəmli məqamı həm də bundadır. Əminəm, bu gənclər mütləq şəkildə gəlib ölkəmizdə idarəetmədə, təhsildə, elmdə, fərqli sahələrdə çalışanda hər zaman qürur keçirəcəklər ki, mənim təhsil haqqımın ödənilməsini bu dövlət reallaşdırıb, mənim təshil haqqımın qarşılanmasında Azərbaycanın ən sadə vətəndaşının, əli qabarlı fəhləsindən tutmuş ən ali məqamlarda çalışan insanlara qədər hər birinin haqqı, payı var. Bu gənclər dövlətə sədaqətlə xidmət etməldirlər və edəcəklər. Ən önəmli məsələ milli kadrlar yetişdirməkdir. Cənab Prezident çox böyük uzaqgörənliklə bu işləri görür. Fürsətdən istifadə edərək ölkə başçımıza gənclərimiz üçün yaratdığı bu imkanlara görə təşəkkürümü bildirirəm. 2003-cü ildə siyasi hakimiyyətə gələndən sonra cənab Prezident hər zaman gənclərin yanında oldu, gənclərə dəstək verdi, Azərbaycanın inkişafı üçün bu qədər böyük işlər gördü. Bu bəlkə də kənardan kimlərəsə asan görünə bilər. Amma ölkə başçısı gənclərin təhsilli olması ilə bağlı zamanında həm də ulu öndərin yaratdığı ənənələrə sadiq olduğunu göstərdi. Ümid edirəm ki, məhz   doktorantura təhsilində də proqramda   öz əksini tapması Azərbaycan elminin bütövlükdə gələcəyini təmin edəcək, savadlı, bilikli gənclər elmə gələcək, yeni alimlər ordusu formalaşacaq. Halbuki, onlar bu vaxta qədər gəlmirdilər, Azərbaycan elminin gələcəyi ilə bağlı bir narahatçılıq vardı, o narahatçılıq aradan qalxacaq. Hesab edirəm ki, Azərbaycan elminin dünya elmində dünya elmində mövqeyi güclənəcək. Azərbaycan həm də təhsil və elm ölkəsi olaraq tanınacaq, ölkəmizin inkişafında, iqtisadiyyatda elmin payı güclənəcək, elmin ən müasir sahələri inkişaf etdiriləcək və əlbəttə, elm adalarının dövlətə və dövlət başçısına bir təşəkkür borcu var. Bu dövlət qarşısında xaricdə təhsil almağa gedəcək bizim gənclərimizin öhtəliyi həm də ondan ibarət olacaq ki, onlar bu dövlətə, bu xalqa məhz elm sahəsində sədaqətlə xidmət göstərəcəklər"-deyə İ.Orucov bildirdi.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ