Bazar günü günü, 08 noyabr 2026
     

Prezident təqaüdü alandan sonra tənbəlləşirlər - gənc yazarların etirazı...

Image


Bildiyimiz kimi, uzun illərdir Azərbaycanda gənc şair və yazıçılar Prezident mükafatına təqdim edilirlər. Müşahidələrə görə, elə yazarlar olur ki, bir il, eləsi də olur dalbadal bir neçə pul şəklində Prezident mükafatı alır. 

Əlbəttə, burada pis heç nə yoxdur, istedadlı yazarlara dövlət dəstəyinin göstərilməsi çox müsbət haldır. Azərbaycan Yazıçılar Birliyi (AYB) də ənənəvi olaraq gənc yazarların siyahısını rəsmi dairələrə təqim edir və gənc yazarlar bu mükafatı alırlar. Bu da təqdirəlayiq məsələdir. AYB-nin bu təşəbbüsü müsbət qarşılanmalıdır.

Ancaq bəzən gənc yazarlar arasında söhbətlərdə, hətta bəzən sosial şəbəkələrdə belə iddialar dolaşır, fikirlər səsləndirilir ki, bəzən siyahıya düşənlər Prezident mükafatı alandan sonra yaradıcılıqlarında elə də ciddi dönüş olmur. İki-üç hekayə yazıb, bir şeir kitabı çap etdirdikdən sonra ədəbiyyat yadlarına düşmür, "xaltura" ilə məşğul olurlar. Belə qalmaqallı fikirlər var və bu mükafatı alan gənclərə münasibət elə də birmənalı deyil.

Ümumiyyətlə, bu mükafata gəncləri hansı parametrlərinə görə daxil edirlər? Sualımızı qəribçiliyə salmayın. Çünki bəzən belə iddialar da səsləndirilir ki, burada ayrıseçkiliyə yol verilir. Hətta bəzi iddialara görə, AYB sədri Anara yaxın adamların adları o siyahıya salınır. 

Bu iddialarla bağlı gənc yazıçı və şairlərin fikirlərini öyrənmək istədik. Ona görə ki, əsl həqiqəti, prosesin necə getdiyini onlar ifadə edə bilərlər. 

Emil Rasimoğlu: "Yazıçılar Birliyinin bu məsələlərdəki başlıca yanlışlıqlarından biri odur ki..." 

Gənc şair  Emil Rasimoğlu "Bakı-Xəbərə"ə bildirdi ki,  bir Prezidentin təqaüd fondundan 1 il müddətinə alınan Prezident təqaüdləri var, bir də Prezidentin fərdi təqaüd fondundan alınan Prezident təqaüdü var, sonuncu ömürlükdür. "1 illik Prezident təqaüdünə Prezident mükafatı deyilir. "Öncə onu deyim ki, şairə, yazıçıya və ya hər hansısa istənilən istedad sahibinə mükafatlar, fəxri adlar, ümumiyyətlə sənət adamının dəyərləndirilməsini ifadə edən bu kimi məfhumlar yalnız və yalnız istedada, istedadla göstərilən xidmətə görə verilməlidir. Bu birmənalı olaraq belədir. Amma təəssüf ki, bu nizam bir çox hallarda "nələrsə" naminə pozulur. Məsələn, biz Vaqif Bayatlı qala-qala ciddi ədəbiyyata heç bir aidiyyəti olmayan Vahid Əzizə "Xalq şairi" fəxri adının verildiyi ölkədə yaşayırıq.

Gəlim sualınızın digər tərəflərinə... Yazıçılar Birliyinin bu məsələlərdəki başlıca yanlışlılarından biri odur ki, Prezident təqaüdçülərinin siyahısı rəsmi şəkildə tam olaraq açıqlanmır. Bu da səbəbsiz deyil. Çünki hər il beş-on istedadı siyahıya daxil edirlər, gerisi hansısa "maraqlara" uyğun adları tərtib edilən şəxslər olur. Elə publika qarşısında da həmin o beş-on istedadın adı çəkilir. O da müəyyən fərdlər tərəfindən. Vəssalam! 

Qaldı ki, Anara və ya Yazıçılar Birliyinin rəhbərliyinə yaxın şəxslərin, bir az da açıq desək, onların iş prinsiplərini dəstəkləyən şəxslərin bu kimi məsələlərdə daha öndə dayanmasına, təbii ki, bu detallar da danılmazdı və acı həqiqətdir. Doğrudur, ictimai qınaqdan məcbur olub dəyərləndirdikləri tək- tük imzalar da var..."

Nadir Yalçın: "…İndiyə qədər Prezident mükafatı alan şəxslər layiqlidilər" 

Gənc yazıçı Nadir Yalçın da məsələyə münasibət bildirib. "Əvvəla, həm mətbuatda, həm də bəzi şair və yazıçılar arasında bu mükafatların adları, kateqoriyaları qarışdırılır. Cənab Prezident hər il "Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında" Sərəncam imzalayır. Bu siyahıda ara-sıra hansısa gənc şair və ya yazıçının adını görmək mümkün olur. Bugünə qədər Prezident mükafatı alan gənc ədiblər içində sonradan ədəbiyyatla məşğul olmayan, fəaliyyətini dayandıran birini görməmişəm. Onların hər biri bu gün də yaradıcılıqla müntəzəm məşğuldur. Dönüş məsələsi yaşla, təcrübə və mütaliə ilə bağlı məsələdir. Hansısa maddi əsaslarla verilən mükafat yalnız həmin gəncin rifahını qismən yaxşılaşdırmaq və yeni kitabları nəşr etdirmək üçün bir vasitədir. Mənim əlimdə istedad arşını yoxdu. Amma fikrimcə, indiyə qədər Prezident mükafatı alan şəxslər layiqlidilər. Növbəti illərdə də bu ənənənin davam etdirilməsi yaxşı olar. 

Digər bir mükafat Gənclər və İdman Nazirliyinin təsis etdiyi "İlin gənci" mükafatıdı. Hər il iki gənc ədibə bu mükafat verilir. O mükafat da indiyə qədər kifayət qədər gənci əhatə edib. Kim daha çox layiqdi, daha az layiqdi, bunu deyə bilmərəm. Bir onu deyə bilərəm ki, kiminsə nəsə almağı heç kimi narahat etməməlidi. Heç olmasa necə olar?

Nəhayət, təqaüd məsələsi. Bu barədə ara-sıra danışmışam. Bu təqaüd ölkə başçısının Azərbaycan Yazıçılar Birliyinə ayırdığı təqaüd fondu əsasında AYB-nin katibliyinin ümumi qərarı ilə verilir və hər il 20 nəfər gənc ədib təqaüddən yararlanır. İndi sizə sual verirəm: hər il 20 nəfər istedadlı gənc yazıçı və şair yetişir? Təbii ki, yox. Onda necə ola bilər ki, hər il yenilənən təqaüd siyahısındakı şəxslərin hər biri çox istedadlı və o təqaüdə layiqli olsun? Bu mümkünsüzdür, belə şey heç yerdə yoxdu. Hər il o təqaüd siyahısında üç-beş nəfər həqiqi istedad sahibi təqaüddən yararlanırsa, böyük şeydi. Bu təqaüdü də verirlər ki, ay gənc, get o pulla kitab al, özünü inkişaf etdir, öz kitabını çapa ver, dil kursuna yazıl. Bəlkə, elə o təqaüd vasitəsilə kimsə öz imzasını üzə çıxara, təsdiqləyə biləcək? İndi nə edək? Gedib AYB ilə dava edək ki, hər il üç nəfərə təqaüd ver, on yeddi nəfər getsin işinin dalınca? Olmur belə. Mən də sizinlə razıyam ki, hər il təqaüd alan 20 nəfərin içində aşağı səviyyəli qələm adamı olur. Amma bu hal qaçılmazdır. Hər bir qurumun da öz prinsipləri var. AYB deyir ki, ancaq üzv olanlara təqaüd verilir, vəssalam. Artıq bu nə qədər düzgündür, ya yox, bu ayrı müzakirə mövzusudur. Amma fakt bu meyarı əsas götürüblər.

Bilirsiz ki, gənclərlə bağlı məsələlərə AYB-nin sədr müavini Rəşad Məcid baxır. Təqaüd siyahısına salınan gənclərin arasında elələri olub ki, AYB-yə də, Anar müəllimə də, elə Rəşad Məcidin özünə də qarşı müxalif fikirlər səsləndirib, təqaüd alandan sonra da səsləndiriblər. Elə mükafat, təqaüd alanlar var ki, indiyə qədər Anar müəllim, ümumən, AYB haqqında bir cümlə belə yazmayıb. Heç Anar müəllim təqaüd alanların çoxunu tanımır. Əgər meyar ona yaxın olub-olmamaq olsaydı, siyahı tamam başqa cür hazırlanardı. Siz elə bilirsiz ki, hər il Anar müəllimə yaxın olan 20 nəfər şair-yazıçı yetişir? (gülür) 

Vallah mənasız müzakirələrdi, yazmaq, yazmaq və yazmaq lazımdı"-deyə N.Yalçın bildirdi. .

Əvəz Qurbanlı: "Mümkündür ki, siyahıda istedadsız adamların da adları yer alsın" 

Gənc şair Əvəz Qurbanlı "Bakı-Xəbər"ə bildirdi ki, ilk baxışdan, hər il 15-20 gəncə hansısa şəkildə maliyyə yardımının ayrılması yaxşı təşəbbüsdür. "Əvvəlcə onu deyim ki, AYB-yə üzv qəbul edilənlərin ardıcıl bir neçə dəfə Prezident mükafatı aldığını sizdən eşidirəm. Bildiyim qədər, bu mükafat hər bir yazara birillik, həm də cəmi bircə dəfə verilməlidir. Əgər eyni yazarın növbəti dəfə təqaüd alması faktı varsa, buna AYB aydınlıq gətirməlidir.

Gənclərin yaradıcılığında birillik, ayda cəmi 200 manat Prezident mükafatı aldıqdan sonra hansısa əhəmiyyətli dəyişiklik gözləmək gülüncdür. Birincisi, bu mükafat gənc yazarları həvəsləndirmək, onlara stimul vermək üçün nəzərdə tutulub. Yoxsa hər kəs bilir ki, bugünkü reallıqda 200 manat vəsait Azərbaycan vətəndaşının istehlak səbətinə neçə faiz təsir göstərə bilər.

Əlbəttə, ilk baxışdan, hər il 15-20 gəncə hansısa şəkildə maliyyə yardımının ayrılması yaxşı təşəbbüsdür; 15-20 gəncə, simvolik də olsa, maddi dəstək verilməsinin nəyi pisdir? Həm də axı bu birillik təqaüd müqabilində gənclərin qarşısına hansısa öhdəlik də qoyulmayıb. Ancaq məsələ ondadır ki, yaradıcılıq azad düşüncə tələb edir. Dövlət tərəfindən yaradıcı şəxslərə ayrılan vəsait, istər-istəməz, onların yaradıcılıq sferasını məhdudlaşdırır. Tutaq ki, bir gənc öz əsərində qoyduğu problemin bədii həllini vermək istəyir; həmin problem də hansısa rəsmi qurumların yarıtmaz fəaliyyətindən qaynaqlanır. Dövlət tərəfindən təqaüd alan bir gənc hansısa rəsmi qurumu necə tənqid elə bilər? Hesab edin ki, siz gənc yazarsınız, Mədəniyyət Nazirliyinin və ya Maliyyə Nazirliyinin fəaliyyətini tənqid edən bir yazı yazmaq istəyirsiniz. Halbuki, AYB-dən göndərilən, sizin adınızın da yer aldığı təqaüd siyahısını təsdiqləyən qurum Mədəniyyət Nazirliyi, vəsait ayıran qurum isə Maliyyə Nazirliyidir. Belə olan halda o tənqidi yazını necə yazacaqsınız? Mənəvi baryerləriniz sizə imkan verəcəkmi? Görürsünüzmü, aldığınız təqaüd sizi öz vicdanınızla necə qarşı-qarşıya qoyur, savaşa təhrik edir? Əksər hallarda da bu mübarizədən qalib çıxan tərəf vicdanınız deyil, yaşam reallığınız olur...

Gənclərin adlarının AYB-nin təqaüd siyahısına hansı parametrlərə görə daxil edilməsi məsələsi də heç əvvəldən konkretləşməyib. Bildiyim qədər, hər il AYB-yə üzv qəbul edilən bütün gənclərə bu mükafat verilir. Deməli, parametrlər təqaüd vaxtı yox, daha əvvəl müəyyənləşir: üzv qəbulu zamanı. Daha kimləri hansı şərtlərlə qəbul edirlər, bunu işin içində olanlar daha yaxşı bilər. Mümkündür ki, siyahıda istedadsız adamların da adları yer alsın. Ancaq bu məsələ təkcə Anarlıq da deyil. Vallah, Anarın da adı çıxıb. AYB-də elələri var, Anar adından elə işlər görərlər ki, Anar ömründə o cür işlərə qol qoymaz. Həm də "Anara yaxın gənclər" ifadəsi bir az şişirtmə görünür. Əlbəttə, mümkündür ki, AYB sədrinin hansısa qohumlarından, yaxud dost-tanışının nəvə-nəticələrindən də Birliyə üzv qəbul edilsin. Ancaq Anarın nə qədər dost-tanışı, qohum-əqrabası var ki, hər il AYB-yə üzv qəbul edilən gənclərin hamısı onların sırasından olsun?"-deyə Ə.Qurbanlı bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ