Bazar günü günü, 08 noyabr 2026
     

Natiq Əhmədovun xatirəsinə - FOTO

Image


Azərbaycan Silahlı Qüvvələrinin çavuşu Natiq Əhmədov işğal altında olan torpaqlarımızın azadlığı uğrunda 27 sentyabr 2020-ci ildə başlayan haqq savaşına qatılıb. İlk döyüşü Füzuli istiqamətində, son döyüşü isə 11 oktyabrda Hadrutun azadlığı uğruna olub. 

Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün savaşda vəzifə borcunu, yurdu qarşısında övladlıq borcunu ləyaqətlə, hünərlə yerinə yetirib. Anasını 6 yaşında - 2003-cü il oktyabrın 11-də itirib Natiq. Bəlkə elə ana həsrətli olduğundan 17 il sonra onun vəfatı günündə - oktyabrın 11-də şəhid olub. Binə Şəhidlər Xiyabanında dəfn olunub.
 İgidliyinə, cəsurluğuna, hərbi bacarıqlarına görə ona çavuş rütbəsi veriib. 

27 sentyabr 2020-ci ilə qədər necə yaşayıb Natiq?

Natiq Namiq oğlu 9 mart 1997-ci ildə Bakının Xəzər rayonunun Binə qəsəbəsində dünyaya gəlib. Ailənin sonbeşiyi, 3 bacının yeganə qardaşı idi. 2013-cü ildə dünyasını dəyişən nənənin də, atası Namiqin də, bacılarının da əziz-xələfiydi Natiq. 

Ailə əvvəl Xətai rayonunda yaşayıb. Natiq Xətai rayonundakı Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə doqquzillik təhsil aldıqdan sonra 7 nömrəli peşə liseyində təhsilinə davam edib. 2015-2016-cı ildə Naxçıvanda müddətli həqiqi hərbi xidmətini uğurla, təşəkkürnamələrlə başa vurub. Xidmətdən qayıtdıqdan sonra bərbər işləyib. Maşın sürməyi, rəqs etməyi çox sevən Natiq adamların xarici görkəminə, geyiminə, saç düzümünə çox önəm verirdi.  
 "İstəyirdi hamı gözəl görünsün. Gözəlliyi sevirdi" - deyir bacısı Aytən.-Öz xarici görkəminə də çox fikir verirdi. Gözəl nitq qabiliyyəti vardı. Başqalarının da nitqinə diqqət edərdi. Ümumiyyətlə, nəsə fərqli işlər görmək istəyirdi. Deyərdi "mən bu dünyanın adamı deyiləm". Adi yaşamaq istəmirdi. 

Aliyə Abdullayevanın dediklərindən: Seçilmək-Qəhrəmanlıq arzusu vardı qardaşımın. Torpaqlarımızın işğalda olması onu narahat edirdi. Tovuz hadisələri baş verəndə bibim oğlu ilə birlikdə könüllü yazılmışdı. Rahatlıq tapmırdı. Deyirdi ki, müharibə olsa gedəcəm. Bilirdim ki, gedəcək. Sadəcə "ataya deməyin" demişdi. Müharibə başlayan kimi də könüllü savaşa yollandı. 

Atanın baxışlarındakı həsrət yağış olub yağsa, daşları əridər yəqin...Bu boyda ağrını necə daşıyır gözlər? Baxa bilmirsən. Sadəcə qulaq asırsan: Onların ana həsrətlərinə məlhəm olmağa çalışmışam həmişə. Natiq kiçik idi, 6 yaşında. Nə qədər əzizlənsə də, ana nisgilini hiss edirdim. Böyüdükcə gizlətməyə çalışırdı məndən, mənim qayğıma qalırdı oğlum... Savaşa getməyini də gizlədib. Mənə demədən gedirmiş. Həmin gün təcili yardımda növbətçi idim. Öz oğlumu gördüm. Heç nə demədim. Özüm yola saldım onu müharibəyə. İmkan olanda zəng edirdi. "Ata, haqqını halal et, müharibədi hər şey ola bilər. Bil ki, oğlunla fəxr edəcəksən həmişə"-deyərdi. Bizim yükümüzü daşıdı onlar. Mən şəhid olmalıydım, oğlum şəhid oldu.-Oğlu ilə vidalaşdığı son anın şəklinə baxır ata. Natiq gülür, sevinir. Atanın üzü qayğılıdır - Son şəklimizdi. Müharibəyə getməyinə sevinirdi. Əmin idi qalib olacağımıza. Amma Natiq, onun kimi oğullar bu qələbə ilə ordumuzun gücünü, ali baş komandanın iradəsini göstərdilər. Azərbaycanı qüdrətli dövlət kimi tanıtdılar bütün dünyaya.

Natiqin xatirəsinə həsr olunmuş guşədə onu xatırladan çox şey var. Təltif olunduğu "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", 3-cü dərəcəli "Vətənə xidmətə görə" medallar da var. Bir də dostu Hüseynin Natiqin şəhid olduğu yerdən götürdüyü torpaqla yanaşı üzərində onun qanı olan qol saatı. Torpaq və zaman. Üzərində torpaq uğruna şəhid olanların qanı olan zaman. Nə qədər belə zaman var tariximizdə. Bu zamansa fərqli oldu. Qələbə tarixinin zamanı oldu.

Savaşa hamıdan xəbərsiz, yaxınlarına belə demədən könüllü qatılıb Hüseyn Qurbanov. "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı", 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medallarına layiq görülüb: Natiq mənim manqa komandirim idi. Çox doğmalaşmışdıq. "Qardaşım" deyirdi mənə. Azad etdiyimiz ərazidə düşmənin qoyub qaçdığı BMP-nin qarşısında şəkil çəkdirdik. Sevinirdik, tapşırığı yerinə yetirmişdik. Amma bu son şəklimiz oldu. Növbəti hücuma hazırlaşırdıq Hadrut istiqamətində. Hadrut alınmaz qala kimiydi. Bilirdik ki, çətin döyüş olacaq. Bir-birimizlə halallaşdıq. Dağa qalxırdıq. Demək olar ki, yanaşı irəliləyirdik. Azca ondan geridə idim. Ermənilər bizi artilleriya atəşinə tutdu. Sonuncu top mərmisi Natiqin yanına düşdü. Yaralandığını gördüm, ona yaxınlaşdım, qollarımın arasına aldım. Çox qan itirirdi. Çalışırdım ki, huşunu itirməsin. Şillələyirdim. 5-6 saniyə üzümə baxdı "anamın yanına gedirəm" dedi... Bizim taborun ilk şəhidi olan Natiq əvəzsiz döyüşçü, əvəzsiz silahdaş idi. Çox ağır oldu itgisi. Göz yaşlarıma hakim ola bilmədim. Həmin döyüşdə qəlpə yarası alsam da, şəxsi heyətin yardımından sonra döyüşdən çıxmadım, Onun silahını götürdüm. Son döyüşümə qədər onunla döyüşdüm. Natiqin də, bütün şəhidlərin də, 30 illik ağrıların da qisasını aldıq.

Komandiri gizir Elmar Bəhramlı: Çox ağır döyüşlərdən sonra bölüylə Hadruta daxil olduq. Onda əsgərləri gözdən keçirdim. Döyüşmək çətin deyil, döyüş yoldaşlarını itirmək, onları bir daha görməmək ağır olur. Hamısı da əziz idi. Natiqsə bir başqa idi mənim üçün. O qədər çevik, mərd, dürüst idi. Döyüşdən sonra gözlərim Natiqi axtardı. Hüseyn Natiqin şəhid olduğunu deyəndə dünyam qaraldı elə bil. Nə gizlədim, hönkür-hönkür ağladım. Amma müharibədi, qarşında bu qədər oğulların itkisinin səbəbkarı olan düşmənin var. Biz haqq uğruna, ali amalımız uğruna vuruşurduq. Qələbəyə inanırdıq. Bu elə-belə döyüş qələbəsi deyil. Bu  həqiqətin, ədalətin qələbəsidir. 

Elmar haqlıdır. Bu ədalətin qələbəsidir. 

Bizə ədalətin qələbə sevincini yaşatdı igidlərimiz.

Dövlətimiz nə qədər güclü olsa, ədalətimiz qalib olacaq. Ədalət qalib olduqca dövlət güclənəcək!

Ədalətin qalib olduğu dövlətin varsa, xoşbəxtsən!

Kamalə Abiyeva




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ