Bazar günü günü, 08 noyabr 2026
     

Azərbaycanda İnternet bahalaşdıqca sürəti aşağı düşür - provayderlərin oyunu...

Image


Elyar İslamoğlu: "İnternetin qiymətinin artması və sürətin günü-gündən zəifləməsi insanlar arasında narazılıq yaradır"

Gündəlik həyatımızı İnternetsiz təsəvvür edə bilmirik, bütün sahələrdə buna böyük ehtiyac var. Amma gəlin görək, biz keyfiyyətli İnternet xidməti ilə təmin olunuruqmu? Təbii ki, yox.

Müxtəlif provayder şirkətlər İnternetin qiymətini qaldırdıqlarını elan etdikdən sonra bəzi ekspertlər bildirdilər ki, qiymət artımı keyfiyyət artımına səbəb olacaq. Guya qiymət artımında əsas məqsəd elə keyfiyyət artımını təmin etməkdir. Amma biz bunun əksini hiss etməkdəyik. Demək olar, həm evdə, həm işdə, həm də ictimai yerlərdə, tədbirlərdə İnternetdən istifadə edirik, amma təəssüf ki, kəsintisiz İnteret əldə etməyimiz mümkünsüzdür. İş yerlərində İnternetin sürəti sürünür desək, yəqin ki, bizə irad tutan tapılmaz, əgər kimsə buna cəhd edərsə, demək məsələyə obyektiv yanaşa bilmir. Çünki bu gün istənilən şəxs poçt şöbəsi, bank kimi yerlərə müraciət etdikdə "sistem donub" ifadəsilə üzləşə bilir. 

Tez-tez sosial şəbəkələrdən də oxuyuruq ki, insanlar həm evdə qaldığı günlərdə, həm də iş həyatlarında  sürətli İnternet üzünə həsrət qalıblar. Qiymətləri qaldırmaqdansa, əhaliyə güzəştlər etməkdənsə, qiyməti qaldırıb İnternetin vəziyyətini daha da bərbad hala salıblar. 

İnternetin sürətinin zəif olması ilə bağlı şikayətlər günü-gündən artsa da, təəssüf ki, əlaqədar qurumlar, provayder şirkətləri, bu işlə məşğul olan özəl qurumlar reaksiya vermək əvəzinə susurlar. Normal yanaşsaq, qiymət artımı keyfiyyətli xidmətə səbəb olmalıdır, bizdə isə belə deyil. Bir tərəfdən qiyməti artırırlar, o biri tərəfdən keyfiyyəti aşağı salırlar. 

Təsəvvür edin ki, bir yazını, bir məktubu elektron poçt vasitəsilə göndərmək üçün insanlar nə qədər əziyyət çəkir. İnternetin sürətinin zəif olması nəticəsində bir sıra hallarda göndərdiyin yazı heç ünvanına da çatmır, ilişib öz poçtunda qalır. 

İnternet üzərindən onlayn ödəniş indi dəbə minib. Amma gəlin görək, kimsə bunu əziyyət çəkmədən edə bilirmi? Əlbəttə, edə bilmir. Qazın kartına, işığın, suyun kartına onlayn ödəniş edirsən, əksər vaxt əməliyyat baş tutmur, ASAN kommunala  gedirsən və aydın olur ki, nəinki əməliyyat baş tutmayıb, hətta kartdakı bütün informasiyalar silinib. Araşdırıb görürsən ki, bu, İnternetin sürətinin zəif olması ilə bağlıdır və İnternet zəif olduğu üçün əməliyyat alınmayıb. Abonent onlayn qaydada ödənişi həyata çevirə bilmədiyi üçün nə qədər əziyyət çəkir. Problemə səbəb isə sürətsiz İnternetdir. 

Uzun müddətdir smart sayğacların balansının onlayn qaydada artırılması təbliğ olunsa da, bunun müştərilər üçün daha asan bir proses olduğu deyilsə də, təəssüflər olsun ki, bərbad İnternet üzündən abonentlər bu xidmətdən lazımı qədər istifadə edə bilmir. Əslində, bu xidmət insanların rahatlığını təmin etmək, evdən çıxmadan bu xidmətlərdən yararlanmaq üçündür. Amma  deyildiyi kimi, bu da keyfiyyətsiz, sürətsiz İnternetlə bağlıdır. Elə bir vətəndaş tapılmaz ki, İnternetin sürətindən razı qalsın. Bu, eyni zamanda İnternetlə işləyən televizor aparatlarına da aiddir. TV-yə baxmaq olmur. Hələ mən onlayn tədris zamanı üzləşdiyimiz problemləri yada salmıram. Distant təhsil zamanı şagirdlərin və valideynlərin yaşadıqları bütün ölkəyə məlumdur. Qoşulma o qədər keyfiyyətsiz olur ki, şagird müəllimi, müəllim də şagirdi başa düşə bilmir, səs qırıq-qırıq gəlir. Mobil telefonlarda da İnternet çox zəifdir, aldığımız meqabaytın gücü yetərli deyil, sürəti zəifdir.  Eləcə də redaksiyalarda bəzən saatlarla normal İnternet almaq olmur. Provayder şirkətə zəng vurub şikayətini bildirəndə onların cavabı belə olur ki, biz normal İnternet veririk, siz  WI-FI-ı söndürüb yenidən yandırın. Niyə normal İnternet vermirsiz ki, abonenti artıq əziyyətə salırsız? Obonentin vəzifəsi ödənişi vaxtlı-vaxtında qəpiyinə qədər ödəməkdirsə, şirkətlərin də öhdəliyi kəsintisiz, keyfiyyətli İnternet xidməti göstərməkdir.  

"İnternet bahalaşdıqca sürət və keyfiyyət artmalı olduğu halda, bizdə İnternetin sürəti get-gedə bərbad hala düşür" 

Filologiya üzrə fəlsəfə doktoru, tanınmış ictimai fəal Elyar İslamoğlu "Bakı-Xəbər"ə bildirdi ki, İnternetin sürətinin zəif olması hər bir Azərbaycan vətəndaşının yaralı yeridir və bu səbəbdən də bu problem hər zaman gündəmdə olmalıdır. "Ölkəmizdə İnternetin keyfiyyəti həddən artıq aşağıdır, sürət çox zəifdir. Biz gözləyirdik ki, qiymətləri aşağı salıb sürəti artırarlar, İnternetin keyfiyyəti yüksələr. Amma biz görürük ki, artıq bir neçə aydır İnternetin qiyməti artıb, keyfiyyəti isə aşağı düşüb. Rayonlarda, kənd yerlərində insanlar yalnız vatsap vasitəsilə ya görüntülü, ya da yazışmaqla yaxınları ilə hal-əhval tuturlar.  Ən pisi də odur, indi insanlara seçim imkanı verilmir və məcbur edilirlər ki, hər kəs 25 manatlıq İnternetdən istifadə etsin. Guya 25 manatlıq internetin sürəti, keyfiyyəti daha yaxşı olacaq. Amma belə deyil, keyfiyyətdə heç bir müsbət dəyişiklik yoxdur. Yaxşı olardı ki, şirkətlər insanların maddi vəziyyətini nəzərə alsınlar. Amma təəssüflər olsun ki, xüsusən də rayon yerlərində insanlar 25 manatlıq İnternet almağa məcbur edilir. Çünki vatsap proqramı ilə görüntülü danışmaq, yaxud yazışmaq üçün aşağı sürətli İnternet də bəs edir. Çox yaxşı olar ki, İnternetin qiyməti 10 manatdan başlasın. 10, 15, 20, 25 manata olsun və sürət də onlara uyğun tənzimlənsin. Amma birdən-birə insanlara "25 manatlıq İnternet almalısan, 25 manatdan aşağı qiymətə internet yoxdur"deyirlər. Bu da həddindən artıq narazılıq yaradır. Onsuz da yanacağın qiymətinin artması ilə əlaqədar kənd təsərrüfatı, qida məhsullarının qiymətində də ciddi bahalaşma var. Bütün bunlarla yanaşı, eyni zamanda İnternetin qiymətinin artması və sürətin də günü-gündən zəifləməsi insanlar arasında   narazılıq yaradır.  

Fikrimcə, yeni təyin olunan məmurlar xalqın içinə girmirlər, onların problemləri ilə maraqlanmırlar, xalqın dolanışığından xəbərləri yoxdur. Belə olmasaydı birdən-birə ən aşağı sürətdə İnternetin qiymətini 25 manata qaldırmazdılar. Bir İnternet istifadəçisi kimi bu halları narazılıqla qarşılayıram. 

Sosial şəbəkələrdə bir neçə gündür ki, bununla bağlı ciddi narazılıqlar var. Yalnız sadə vətəndaşlar deyil, jurnalistlər, alimlər, həkimlər, müəllimlər, digər sahə təmsilçiləri bu haldan razı deyillər".

E.İslamoğlunun sözlərinə görə, bir neçə həftədən sonra dərslər başalayacaq və İnternetə tələbat daha da artacaq. O qeyd etdi ki, çünki müəllimlərin şagirdlərə verdiyi tapşırıqların əksəriyyətinə İnternetdən, YoTube-dən, google proqramlar vasitəsilə aydınlıq gətirmək olur. "Ona görə də hər kəs məcburdur ki, İnternetdən istifadə etsin. Dünyada İnternetin qiyməti düşür, onlar daha çox vətəndaş məmnunluğunu təmin etməyə əhəmiyyət verirlər, bizdə isə tamamilə əksinə hallar baş verir. İnternetin bahalaşmasına ad tapa bilmirəm, bu işdə "əməyi" olan, internetin bahalaşmasına çalışan məmurlara demək istəyirəm ki, istənilən qərarı verərkən camaatın vəziyyətini nəzərə alın. 

İnternet bahalaşdıqca sürət və keyfiyyət artmalı olduğu halda bizdə internetin sürəti get-gedə bərbad hala düşür" - deyə E.İslamoğlu bildirdi. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ