Bazar günü günü, 08 noyabr 2026
     

Parisdə medal almış idmançımız Alfonsonun mesajı əsəbləri oynatdı...

Image


Paris Yay Olimpiya Oyunlarında ölkəmizə gümüş medal qazandıran boksçumuz Alfonso Domingesin sosial media hesabındakı paylaşımı birmənalı qarşılanmayıb. İdmançı ona edilən tənqidlərə sərt şəkildə cavab verib: 

"Bəli, bilirəm ki, əcnəbiyəm, amma mən Azərbaycanı sizdən qat-qat çox təmsil edirəm. Azərbaycan bayrağını yüksəklərə qaldırmışam. Sizin ölkəniz üçün etmədiyinizi edirəm. İndi özünüzdən soruşun ki, ölkəniz üçün nə etmisiniz? Heç nə".

Onun bu postu sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid edilib.

Qeyd edək ki, Parisdə keçirilən yarışa 1/8 final mərhələsindən başlayan və ilk döyüşündə 2 qat olimpiya çempionu kubalı Xulio Sezar la Kruzu məğlub edən Alfonso Dominges 1/4 finalda qazaxıstanlı Aybek Oralbaydan güclü olub. Yarımfinalda isə ispaniyalı Emmanuel Reyesə qalib gələn Alfonso final mərhələsinə vəsiqə əldə edib. Lakin təmsilçimiz yarışın final mərhələsində özbəkistanlı Lazizbek Mullojonova məğlub olub və Olimpiadanın gümüş medalına yiyələnib.

Qeyd edək ki, Paris Yay Olimpiya oyunlarında sərbəst güləş üzrə milli komandamızın üzvü Giorgi Meşvildişvili finala gedən yolda Gürcüstan təmsilçisi Geno Petriaşviliyə 0:7 hesabı ilə məğlub oldu. Bundan başqa, boksçumuz Alfonso Dominqes final görüşündə özbəkistanlı Lazizbek Mullojonova 5:0 uduzdu. Sosial şəbəkələrdə bu iki idmançının real performansından tamamilə uzaq döyüşdüyünü, qəsdən məğlub olduğunu iddia edənlər var.

Bildiyiniz kimi, Alfonso Domingesin mesajı ciddi narazılıq və qıcıq yaradıb. Onun sözündən belə çıxıb ki, guya bizim ölkəmizi dünyada boks sahəsində tanıdan odur. Təbii ki, Alfonsonun bu mesajı Azərbaycanda birməanlı qarşılanmayıəb və kəskin qıcığa səbəb olub. O, sanki bu mesajla Azərbaycana, bizə meydan oxuyur. 

Mübariz Göyüşlü: "Mən Alfonso Domingesi bu paylaşımı silməyə çağırıram" 

Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlü "Bakı-Xəbər"ə bildirdi ki, Alfonso kimi bir boksçunun bu şəkildə mesaj verməsini təəssüflə qarşılayıb. "Mən Alfonso Domingesi bu paylaşımı silməyə çağırıram. Onun bu paylaşımı qətiyyən xoş deyil. Bizim elə Azərbaycan vətəndaşı olmağımız Azərbaycan üçün nəsə etməyimiz deməkdir. Hər kəs olduğu yerdə üzərinə düşən işi görürsə, deyək ki, şagird dərsə gedib yaxşı oxuyursa, tələbə yaxşı çalışırsa, media təmsilçisi, həkim, məmur öz üzərinə düşən işi görürsə bu elə Azərbaycan üçün nəsə etmək deməkdir. Hamımızın elə bir öhdəliyimiz yoxdur ki, gedib olimpiyadada iştirak etməliyik, qızıl medal alıb gətirməliyik. Bizim ödədiyimiz vergilərlə, bizim pullarımızla gəlir əldə edən bu legioner boksçunun bu cür açıqlamasını heç xoş qarşılamadım. Azərbaycan ictimaiyyəti onun bu mesajından qıcıqlanıb. Onu bu mesajı silməyə dəvət edirəm və demək istəyirəm ki, belə aqressivlik lazım deyil. Qızıl medal qazansaydı və ictimaiyyət onu tənqid etsəydi hardasa onun yazdığını başa düşmək olardı. Azərbaycan xalqının gözlədiyi nəticəni verə bilmirsənsə, tənqidlər də olacaq, sən də bunu anlayışla qarşılamaq zorunda qalacaqsan. Onun bu mesajını təəssüflə qarşılayıram"-deyə M.Göyüşlü qeyd etdi..    

Tarxan Paşazadə: "O, gümüş medal qazananda mən onu tənqid etməmişəm" 

İctimai fəal Tarxan Paşazadə "Bakı-Xəbər"ə bildirdi ki, Alfonso Domingesin gümüş medal almasını tənqid edib, amma onun indiki mesajına hər hansı bir tənqidi yanaşması yoxdur: "O, gümüş medal qazananda mən onu tənqid etməmişəm. Onun cavabı onu tənqid edənlərədir. Ona görə də onu tənqid edənlərin münasibət bildirməyi daha yaxşı olardı. Mən isə ona ölkəmiz adına medal qazandığı üçün təşəkkür edirəm. Onun həyat yoldaşı azərbaycanlıdır. İnanıram ki, övladları da ölkəmizin bayrağını uca tutacaqlar. Azərbaycan-Kuba münasibətlərində də əhəmiyyətli paya sahib olacaqlar".

Çingiz Özgür: "Alfonso Dominges Azərbaycan üçün yox, pul üçün orda olub" 

Tanınmış jurnalist, ictimai fəal  Çingiz Özgür "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, legioner boksçunun paylaşımı çox iddialı bir paylaşımdır. "Səmimi daşışaq, Alfonso Dominges Azərbaycan üçün yox, pul üçün orda olub. Bunu hamı bilir. İndi bizə barmaq silkələməyi ki, mən Azərbaycanı sizdən qat-qat çox təmsil edirəm, xeyr, sən Azərbaycanı təmsil etmirsən, sənə pulu hansı ölkə versəydi, o ölkəni də təmsil edəcəkdin. Digər tərəfdən, Azərbaycan igidləri, xalqımızın dəyərli oğulları Azərbaycan üçün kifayət qədər iş görüb, hər birimiz də Azərbaycanımız üçün iş görürük. Bu da çox aydın məsələdir ki, heç kəs öz ölkəsindən ötrü etdiyini, düşündüyünü başqa ölkə üçün edə bilməz. Çünki bizim öz vətənimiz üçün etdiyimiz ən kiçik bir şey belə, təmənnasızdır. Amma nəinki Alfonso, eləcə də digər əcnəbi idmançılar gəlib Azərbaycanı təmsil edirlərsə, bunu pul üçün edirlər. Hələ gedib üzümüzü qara edəndən sonra gəlib belə yekə-yekə danışmaqların yeri yoxdur. Düzdür, azərbaycanlı idmançılar da var ki, başqa ölkələri təmsil edirlər, onlar orada doğulublar, orada böyüyüblər və orada yetişiblər doğulduqları ölkəni də təmsil edirlər. 

Azərbaycan üçün biz nə etmişik, o nə edir? Görürsüz ki, "təmsil edirəm" deyir. Hətta sözdə də olsun demir ki, mən Azərbaycanı sevirəm, bunu Azərbaycan üçün edirəm. Bəli, pul qarşılığında bizim ölkəni təmsil edirsən, sənin qələbəndən sonra qalxan Azərbaycan Bayrağı Azərbaycan dövlətinin qüdrətidir.

İdman siyasətinin nəticəsidir ki, kimsə gəlib bizi təmsil edir, yer tutur, Azərbaycan bayrağı dalğalanır. Budur. Yoxsa, hansısa bir əcnəbi gəlib gedib pul qarşılığında hansısa yeri tutandan sonra deməsin ki, mən bunu Azərbaycan üçün etdim. Xeyr, Azərbaycan üçün azərbaycanlılar, Azərbaycan vətəndaşları, Azərbaycanın oğulları edir nə lazımdırsa edir, öz igidlərimiz edir"-deyə Ç.Özgür bildirdi. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ