Bazar günü günü, 08 noyabr 2026
     

Rəqəmsal transformasiyada "Yaşıl texnologiya" tədqiqatları...

Image


"Yaşıl texnologiya"ların tətbiqi bütün dünyada, eləcə də onun bir parçası olan Azərbaycanda ən aktual məsələlərdən biri kimi diqqət mərkəzindədir.

Rəqmsal transformasiyada "yaşıl" texnologiyaların tətbiqi məsələləri ölkəmizdə ətraflı şəkildə tədqiq edilir, onun tətbiqi yolları çox asan üsullarla irəli sürülür. Son dövrlər bu sahədə Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu xüsusi aktivlik göstərir və bu istiqamətdə bəzi layihələr ortaya qoyub, tədqiqatlar aparıb. 

Məsələn, bu İnstitutun şöbə müdiri, iqtisad elmləri doktoru, dosent Əlövsət Əliyev və şöbənin əməkdaşı Leyla Əkbərovanın həmmüəllifliyi ilə hazırlanmış "Rəqəmsal innovasiya texnologiyalarının tətbiqi ilə iqtisadiyyatın yaşıllaşdırılması məsələləri" adlı məruzədə çox maraqlı məlumatlar əks olunub. 

Burada bir sıra istiqamətlərlə yanaşı həmçinin rəqəmsal innovasiya texnologiyalarının tətbiqi ilə "yaşıl" iqtisadiyyatdan "yaşıl" innovativ iqtisadiyyata keçid haqqında da söhbət açılıb: "Yaşıllaşdırma istiqamətində bir çox qabaqlayıcı tədbirlərin həyata keçirilməsi labüddür. Hazırda dünya informasiya kommunikasiya texnologiyaları (İKT) sənayesi özünün yaşıl texnologiyalar əsasında yenilənməsinə və istehsalına ciddi önəm verir. Bu sahədə müvafiq elmi tədqiqatlar aparılır, layihələr icra olunur, yaşıl texnologiyalar işlənilir".

L.Əkbərova mətbuata açıqlamasında "yaşıl" iqtisadiyyata keçid üzrə modellərin işlənilməsi meyarları, rəqəmsal innovativ texnologiyaların tətbiqi ilə "yaşıl" iqtisadiyyatın formalaşması və inkişaf səviyyəsinin qiymətləndirilməsi məsələlərinə də toxunub. Onun sözlərinə görə, bu prosesdə ətraf mühitin qorunması səviyyəsi, ekoloji bərpa xərcləri, sənaye-məişət və e-tullantıların emalı səviyyəsi, İKT-nin yaşıllaşmaya təsir indeksi, elm-təhsil-texnologiya indeksi və s. əsas götürülür.

O, fikirlərinə Yer kürəsində həyatın qorunmasının, uzunmüddətli inkişafın təmin edilməsinin insanın iqtisadi fəaliyyətində və həyat tərzində yeni prioritetlərin formalaşmasını tələb etdiyini bildirib, bunlara ətraf mühit ilə qarşılıqlı əlaqədə olan, davamlı inkişafı təmin edən "yaşıl" iqtisadiyyat, "yaşıl" həyat tərzi və "yaşıl" təfəkkür, "yaşıl" düşüncə, "yaşıl" intellekt və s. aid olduğunu əlavə edib.

"Yaşıl texnologiyalarla" bağlı tədqiqatlar… 

AMEA-nın vitse-prezidenti İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev də bu məsələnin institut üçün əsas mövzulardan biri olduğunu qeyd edib. Bildirib ki, COP29 ölkəmizdə "yaşıl ideyaların" reallaşması istiqamətində tədbirlərin həyata keçirilməsinə təkan verəcək. 

Araşdırmalara görə, İnformasiya Texnologiyaları İnstitutunda uzun illərdir ki, rəqəmsal transformasiyalar şəraitində "yaşıl texnologiyalarla" bağlı tədqiqatlar aparılır, "yaşıl iqtisadiyyat" və ekologiya kimi problemlərə böyük diqqət ayrılır.

AMEA-nın vitse-prezidenti ən müasir texnologiyaların ölkəmizdə geniş tətbiq olunması ilə yeni iqtisadi sahələrin meydana gəlməsi, enerji istehsalı, enerji təhlükəsizliyinin yenidən qurulması istiqamətdə mühüm addımların atıldığını xatırladıb. 

"COP29 ölkəmizdə "yaşıl ideyaların" reallaşması istiqamətində institusional və kompleks tədbirlərin həyata keçirilməsinə təkan verəcək", - deyən institut direktoru tədbir zamanı dünyanın "düşünən beyinləri"nin ölkəmizdə cəmləşəcəyini qeyd edib.

Ənənəvi iqtisadiyyatın yaşıl iqtisadiyyata transformasiya olunması üçün cəmiyyətimizdə "yaşıl mədəniyyətin" formalaşdırılmasının önəminə toxunan AMEA-nın vitse-prezidenti rəhbərlik etdiyi İnformasiya Texnologiyaları İnstitutu alimlərinə "yaşıl ideya", "yaşıl texnologiyalar" istiqamətində yeni təşəbbüslər irəli sürməklə bağlı tapşırıqların verildiyini qeyd edib. Akademik R.Əliquliyev institutda "yaşıl cəmiyyətin" formalaşması məsələləri ilə bağlı tədqiqatlara başlanıldığını və bu araşdırmaların nəticələrinin ölkəmizdə "yaşıl texnologiyaların" tətbiqi istiqamətində aparılan işlərə, həyata keçirilən tədbirlərə elmi baxımdan ciddi dəstək verəcəyinə əminliyini ifadə edib.

Alim, həmçinin institutun təşkilatçılığı ilə bu istiqamətdə keçiriləcək konfranslar haqqında da məlumat verib. Bildirib ki, cari ilin aprel ayında İnformasiya Texnologiyaları İnstitutu, Odlar Yurdu Universiteti və digər qurumların birgə təşkilatçılığı ilə "Ağıllı ətraf mühit və yaşıl texnologiyalar" adlı beynəlxalq konfransın, eləcə də, oktyabr ayında institutun təşkilatçılığı ilə "Yaşıl və rəqəmsal transformasiyalar: qarşılıqlı təsirləri, pozitiv və neqativ aspektləri" adlı respublika elmi-praktiki konfransının keçirilməsi nəzərdə tutulur.

"Yaşıl texnologiya" sisteminin qurulmasına Azərbaycanın verdiyi töhfə... 

Ekspertlər qeyd edir ki, "Yaşıl texnologiya" daha çox tükənməyən və müxtəlif mənbələrdən əldə olunan enerji növüdür. 

Ekspertlər deyirlər ki, Azərbaycan dünyadakı "yaşıl texnologiya" sisteminin qurulmasına töhfə verən ölkələrdən birinə çevrilib. 

Ekspöertlər hesab edir ki, ölkəmizdə "Yaşıl texnologiyaların" tətbiqi günü-gündən genişlənir və bu elmi əsaslarla ünvanına çatdırılır. 

İKT, müsasir innovasiya imkanlarından geniş istifadə etməklə bütün sahələrdə böyük uğurlar əldə etməkdəyik. Təbii ki, elmi əsas, elmi araşdırma, tədqiqat olmadan heç nə etmək, uğur qazanmaq mümkün deyil. Odur ki, bu sahədə elmin rolu və payı xüsusi görsənir.

Ekspertlərin təhlillərinə görə, rəqəmsallaşma dövründə və məlumatların həcminin daim artdığı şəraitdə, IT sənayesi enerjinin və resursların əhəmiyyətli istehlakçısına çevrilir. Bu çağırışlara cavab olaraq, texnologiyaların ətraf mühitə mənfi təsirini azaltmağa yönəlmiş "yaşıl IT" və davamlı hesablamalar konsepsiyası inkişaf edir. Bu yanaşmanın əsas aspektlərini və onun müasir dünya üçün əhəmiyyəti mislilsizdir.

Biz bu kimi maraqlı informasiyalardan da öyrənmiş oluruq ki, İKT-nin bu istiqamətdə rolu, yeri günü-gündən genişlənir və o bütün istiqamətlərdə özünü göstərir.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ