çərşənbə günü, 26 avqust 2026
     

Dövlətşah Səmərqəndinin “Təzkirətüş-şüəra” əsəri yeni tərtibatda işıq üzü gördu

Image


AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Lalə Sultanovanın nəşrə hazırladığı XV əsrin görkəmli ədəbiyyatşünas alimi Dövlətşah Səmərqəndinin "Təzkirətüş-şüəra" (Şairlər təzkirəsi) əsəri filologiya üzrə elmlər doktoru, professor Tərlan Quliyevin redaktorluğu ilə çap olunmuşdur.

Əsəri uzun illər əvvəl texniki elmlər namizədi, dosent, bir sıra dəyərli dini kitabların müəlifi Əhmədağa Əhmədov fars dilindən tərcümə etmiş, əsərə müqəddimə yazmış, çətin anlaşılan söz və ibarələrə qeydlər və şərhlər yazmış, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında əsərin redaktoru filologiya elmləri doktou Tahir Məhərrəmov, rəyçiləri Tahir Məhərrəmov və filologiya üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü  Nüşabə Araslı təyin edilmişdir...

Lalə Sultanova kitaba yazdığı ön sözdə Əhmədağa Əhmədov (1922-2008) haqqında əhatəli məlumat vermiş, onun həyatı, yazdığı və tərcümə etdiyi kitablardan bəhs etmişdir. Sonra Dövlətşah Səmərqəndinin təxkirəsi haqqında söz açmış, Əlyazmalar İnstitutunda "Təzkirətüş-şüəda" əsərinin bir neçə əlyazma və daşbasma nüsxələrinin olduğunu, Əhmədağa Əhmədovun bu nüsxələrə müraciət etdiyini, tərcümə üçün əsas nüsxə olaraq VI-116/2096 şifrəli daşbasma kitabını seçmiş və çatışmayan hissələr üçün XVI-834/4972  şifrəli nüsxədən istifadə etmişdir. Lalə xanım həm də tərcümə işində Əhmədağa Əhmədovun çox zəhmət çəkdiyini, tarixi adların və  hadisələrin, coğrafi, astronomik, riyazi, dini və s. terminlərin anlaşılması üçün "qeydlər və şərhlər" bəhsi hazırladığını, bu məlumatlardan Əhmədağa Əhmədovun universal bilik sahibi olduğu qənaətinə gəldiyini də xüsusi vurğulamışdır. 

Əhmədağa Sultanov həyatda olmadığından, qarşıya çıxan bəzi suallara cavab tapmaq üçün onun müraciət etdiyi Bombey nəşrini Edvard Braunun 1900-cü oldə Leydendə nəşr etdirdiyi Dövlətşah Səmərqəndinin "Təzkirətüş-şüəra" nəşri ilə müqayisə etdiyini, 10 il əsər üzərində çalışdığını bildirən Lalə Sultanova ön sözdə hər iki nəşr haqqında məlumat vermiş və bəzi fərqləri qeyd etmişdir. 

Əhmədağa Əhmədov "Tərcüməçidən" başlıqlı yazısının əvvəlində Azərbaycan ədəbi irsinin öyrənilməsində alim və tədqiqatçıların bir çox işlər gördüyünü, F.Köçərlinin "Azərbaycan ədəbiyyatı" əsərinin iki cilddə çap olunduğunu, M.Tərbiyətin "Danişməndani-Azərbaycan" əsərinin fars dilindən tərcümə edildiyini, lakin hələ də Əlyazmalar İnstitutunda uzun illər ərzində toplanmış xəzinənin olduğunu və bu xəzinəni açıb xalqa göstərməyin vətənpərvərlik borcu olduğunu qeyd edir. Sonra Azərbaycan şairləri haqqında məlumatların müxtəlif mənbələrdən toplanıldığını vurğulayan tərcüməçi bu dəyərli mənbələrdən ən qədimi və mötəbəri Dövlətşah Səmərqəndinin "Təzkirətüş-şüəra əsəri olduğunu bildirərək yazır: "Təsadüfi deyildir ki, Pənahi Makulunun "Ədəbi məlumat cədvəli" kitabının tərtib edilməsində bu ədəbi mənbə birinci yerdə durur. Doğrudur, məhəmməd Övfinin "Lübabül-əlbab" kitabı "Təzkirətüş-şüəra"dan qabaq yazılmışdır, lakin Dövlətşah bu barədə heç bir söz demir və öz əsərini şairlər haqqında ilk təzkirə hesab edir. Amma o öz təzkirəsində "Lübabül-əlbab"a daxil olan şairlərin hamısı haqqında məlumat verir. Görünür, bu kitabdan onun xəbəri olmamış, oradakı məlumatı isə başqa mənbələrdən əldə etmişdir". Tərcüməçi əsər haqqında geniş məlumat vermiş, əsərin Əlişir Nəvaiyə həsr olunduğunu qeyd etmişdir.

Istər Əhmədağa Əhmədov, istərsə də Lalə Sultanova bu kitabın ərsəyə gəlməsin çox əmək sərf etmiş, illərin əziyyəti, zəhməti bahasına belə bir gözəl kitab ərsəyə gəlmişdir.

Dibaçədə "İslam Peyğəmbərinin tərifi" nəzmlə verilmiş, "Fəsahət və bəlağətin fəziləti və bu sənətlərin əhli haqqında bəyanlar", "Şairlərin fəsahət və bəlağət sahiblərinin, arif və fazillərin fərqinin bəyanı", "müəllifin əhvalatı və bu kitabın yazılmasının səbəbi", "Bu xidmətin həsr olunduğu dövlət sahibinin zikri", "Bu kitabın təbəqə və bablarının adlarının müəyyənləşdirilməsi" kimi mətnlərdə nəsr və nəzm hissələr növbələşir.

Müəllif "Müqəddimə"də "Fəsahət və bəlağət ərəblərə məxsusdur – desək səhv etmiş olmarıq. Əcəmlər bu barədə ərəblərə tabedirlər. Xüsusilə, şeirin bədi elmində ərəblərin kamil məharəti vardır..." yazmış, "Şairlərin imamı Ləbid Əsvəd əl-Bahili"dən başlayaraq 10 şairi təqdim etmişdir. 

I təbəqədə müəyyən tarixi şəraitdən, bəni-Üməyyə və Abbasilər dövründən bəhs edən müəllif, "Ali-Saman zamanına kimi heç kəs əcəm şeiri görməyib, əgər şeir demiş olsalar da, onları divan halına salmayıblar" yazır, sonra "Amma Ali-Saman zamanında farsca şeir rövnəqləndi və ustad Rudəki bu elmin başında gedirdi. Ondan qabaq divanı olan bir şair tanımırıq. Odur ki, bu ustaddan başlamağımız vacibdir" yazmış, "Şairlərin əvvəlincisi – Əbülhəsən Rudəki"dən başlayaraq 20 şair haqqında məlumat vermişdir. 

II təbəqədə Həkim Əzrəqidən başlayaraq 20 şair haqqında, III təbəqədə Nizami Gəncəvidən başlayaraq 16 şair haqqında, dördüncü təbəqədə "Bu təbəqədə iyirmi fazilin əhvalatı bəyan ediləcək, həmçinin bəzi təkallahlıq və ariflərin ürfan dəryasından çıxardıqları dürdanələr qeyd olunacaq" yazır, "Sultanül-mühəqqiqin Şeyx Fəridəddin Əttar"dan başlamışdır. 

V təbəqədə "Sultanül-üləma imad Fəqif"-dən başlayaraq 18 şair haqqında, VI təbəqədə "Seyyidül-arif Əmir Seyyid Nemətullah Köhniyani"dən başlayaraq 21 şair haqqında, VII təbəqədə"Sonsuz inayətlər mənzuru – Əmir Şahi"dən başlayaraq 20 şair haqqında məlumat vermişdir. 

"Xatimə"də "Bu bəhsdə o fazillərin və ən böyük şəxslərin əhvalatı və məqamı danışılacaq ki, bu gün əql gülüstanı onların fəzilət zinəti ilə bəzənmiş və məmləkətin qanunu onların ədalətinin vücudu ilə zinətlənmişdir..." yazmış, "Mövlana Əbdürrəhman Cami", "Məlikül-üməra və mürəbbiyül-füzəla əmirül-kəbir Nizaməddin Əlişir", "Əmiri-fazil Şeyx Əhməd Süheyli", "Kamil və fazil vəzir Əfzələddin Məhəmməd", "Sədrlərin və böyüklərin fəxri, kübarlar nəticəsi Xacə Abdullah Mirvarid", "Vəzirzadeyi-mükərrəm Xacə Asəfi", "Kitabın xətmində üzrxahlıq, tarix nüktələri və Həzrəti-Sultan Hüseyn Bahadurun əhvaları", "islam padşahı Sultan hüseyn Bahadur Əbülğazinin əhvalatı"nı təqdim etmişdir.

Kitabın sonunda Əhmədağa Əhmədobun"Qeydlər və şərhlər"i verilmişdir.

Kitab olduqca dəyərli əsərdir. Ədəbiyyatşünas alimlər, doktorantlar, tələbələr və ümumiyyətlə şeirsevənlər üçün maraqlı olacağına şübhə etmirik. Dövlətşah Səmərqəndiyə və Əhmədağa müəllimə Allahdan rəhmət diləyir, Lalə xanıma yeni uğurlar arzulayırıq.

SONA XƏYAL



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

SON XƏBƏRLƏR

26.08.2026 / 06:44
MKİ hesabat dərc etdi, kəşfiyyatın rəhbəri Moskvaya uçdu… Müəmma…

26.08.2026 / 06:05
Tramp ölkədə bayraqların endirilməsini əmr etdi - musiqiçi Parton üçün

26.08.2026 / 05:50
İran prezidenti müsəlman ölkələrini birliyə çağırdı

25.08.2026 / 23:10
İrana qarşı iqtisadi müharibə ABŞ-Çin qarşıdurmasını tətikləyə bilər - dünya iqtisadiyyat böyük təhlükə ilə üz-üzə…

25.08.2026 / 22:16
Kreml Britaniyanın məşhur raket zavodunu vurmaqla hədələdi – “Putin təzyiq altındadır, gec-tez bu hücum olacaq”…

25.08.2026 / 21:50
Trampın keçmiş nümayəndəsi Ukraynanı qadınları da müharibəyə göndərməyə çağırdı

25.08.2026 / 21:37
Paşinyan Müstəqillik bəyannaməsini konstitusiyadan birdəfəlik silib atdı...

25.08.2026 / 21:31
Lukaşenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

25.08.2026 / 21:25
Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

25.08.2026 / 21:12
Azərbaycanın və Özbəkistanın “paralel kursla inkişafı”... Yeni mülahizə...

25.08.2026 / 20:53
Mərkəzi Asiyanın daha sıx birləşməsi Azərbaycan və Özbəkistandan çox asılıdır...

25.08.2026 / 20:35
Azərbaycanın Mərkəzi Asiya ilə yaxınlaşması Tehranı və Moskvanı çox qıcıqlandırdı...

25.08.2026 / 20:16
Nə qədər ki, dəmir yolları Rusiyanın əlindədir, Zəngəzur dəhlizində dəmir yolu olmayacaq - Paşinyan...

25.08.2026 / 19:49
Ermənilər 1406-cı il Naxçıvan döyüşünü də mənimsəməyə başladılar...

25.08.2026 / 19:33
Rusiya Azərbaycan üzərindən Ermənistana 14 vaqon buğda, 1 vaqon taxta göndərdi

25.08.2026 / 19:22
Həbs edilmiş təcavüzkar sabiq prezident görün nələr mənimsəyib... Böyük siyahı...

25.08.2026 / 18:51
Nazir Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

25.08.2026 / 18:38
İranın şimal-şərqindən qərbinə dəmir yolu çəkilir - Zəngəzur-Naxçıvan-Türkiyə dəmir yoluna alternativ?...

25.08.2026 / 18:11
Astarada həyətində narkotik bitkilər yetişdirən şəxs saxlandı

25.08.2026 / 17:57
Türkiyədə trekkingin ən qeyri-adi ünvanı - Duz Gölündə ultra-trail macərası

25.08.2026 / 17:39
Tramp İranla bağlı dünya liderlərinə bir-bir zəng vuracaq - xəbərdarlıq və hədə zəngi...

25.08.2026 / 17:25
Paşinyan Köçəryanın bütün gəlir qaynaqlarını da qurudur… Şirkət direktorları saxlandı - 2,6 milyardlıq yeyinti…

25.08.2026 / 17:11
Paşinyan Köçəryan və Sarkisyanı bitirmək üçün hərəkətə keçdi – biri həbs edildi, digərinə cinayət iş açıldı…

25.08.2026 / 16:55
Qazaxıstanda "Ədalət"lə "Əmanət" birləşsə də, Tokayevin planları ilə bağlı qeyri-müəyyənlik qaldı...

25.08.2026 / 16:34
“Azəripək” “Azərxalça”ya birləşdirilir - FƏRMAN

25.08.2026 / 16:32
“Dənizkənarı Bulvar İdarəsi” QSC-yə çevrilir...

25.08.2026 / 16:29
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM

25.08.2026 / 16:25
Zelenski Prezident İlham Əliyevə təşəkkür etdi

25.08.2026 / 16:22
Qeyri-neft ixracı 184 faiz böyüdü - qızılın ölkə iqtisadiyyatında xüsusi çəkisi artır...

25.08.2026 / 16:03
İsrail özünü "Yaxın Şərqdə ən demokratik ölkə" elan etdi - Türkiyə bu bəyanatı cavabsız buraxdı...

25.08.2026 / 15:45
Ukrayna Rusiyanın Afipski və Həştərxan neft-qaz emalı zavodlarını vurdu…

25.08.2026 / 15:30
Ermənistanın Avroittifaqa üzvlük referendumunun vaxtı bəyan edildi...

25.08.2026 / 15:17
Laçında Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü keçirildi

25.08.2026 / 15:12
Azərbaycan memarlığında xəlvətiyyələr...

25.08.2026 / 15:03
Prezident seçkiləri Ukraynanı məğlubiyyətə sürükləyə bilər...

25.08.2026 / 15:00
Bakı ilə Daşkənd bir-birinə əvəzsiz qapılar açır - biri Mərkəzi Asiyaya, digəri Avroatlantik məkana...

25.08.2026 / 14:52
Moskva ilə İrəvan “səssiz boşanma” mərhələsində?...

25.08.2026 / 14:34
ABŞ İranla əlaqəli ölkələri dollar sistemindən ayırmaqla hədələdi - əlaqələri kəsin…

25.08.2026 / 14:18
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasına mane olan yeni qüvvə...

25.08.2026 / 14:02
Pezeşkian ABŞ-ı İranla danışıq tonunu dəyişməyə çağırdı…

25.08.2026 / 13:28
Azərbaycanla Özbəkistan Xəzərdə birgə dəniz donanması yaradır...

25.08.2026 / 13:10
Azərbaycanda bu pulu 250 manata alırlar...

25.08.2026 / 12:55
Özbəkistan nefti Azərbaycan üzərindən Qərbə nəql edilə bilər – qərar verildi...

25.08.2026 / 12:27
ABŞ SEPAH-ın beş yüksək rütbəli komandirinin başına pul qoydu - 10 milyon dollar...

25.08.2026 / 12:15
866 qutu tütünü sərnişinlərə paylayaraq ölkəyə keçirməyə cəhd etdilər....

25.08.2026 / 12:01
Netanyahu İranın oğluna sui-qəsd cəhdi etdiyini açıqladı...

25.08.2026 / 11:47
Köçəryan və oğlu Sedrak saxlandı – ailənin bağlı olduğu bütün şirkətlərdə axtarış aparılır…

25.08.2026 / 11:34
Paşinyan dəmir yolları ilə bağlı Rusiyaya çağırış etdi - üçüncü bir ölkəyə satın...

25.08.2026 / 11:21
Rusiya Ukrayna və Moldova sərhədində daha bir keçid məntəqəsini vurdu…

25.08.2026 / 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə xəbərdarlıq...

25.08.2026 / 09:54
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6500-ü keçdi

25.08.2026 / 09:36
ABŞ BMT-də Rusiyanın əleyhinə olan bəyanatı dəstəkləmədi...

25.08.2026 / 09:12
Gələn həftədən su obyektlərindən istifadə ödənişli olacaq - Məbləğlər

25.08.2026 / 08:47
Yaponiya baş naziri tənhalıqdan şikayət etdi - “…tarakanı öldürmədim”…

25.08.2026 / 08:31
İsrail çərpələnglərə qarşı savaş açdı - “…dronlar ilə eyni münasibət göstəriləcək”

25.08.2026 / 08:18
Vaxtilə Navalnının tutulmasına səbəb olan bloger həbsə atıldı - Putini “müharibə cinayətkarı və oğru" adlandırdığına görə

25.08.2026 / 08:01
Oman sahillərində neft tankerinə şübhəli hücum…

25.08.2026 / 07:56
Trampın “Suriyanı çiçəkləndirmək” vədinin icrasına başlandı - “Təhrir əş-Şam” terrorçu siyahısından çıxarıldı

25.08.2026 / 07:35
İsveçrə Rusiya aktivlərinin istifadəsini mümkünsüz saydı

24.08.2026 / 22:50
Rusiyanın Avropadakı silah zavodlarına GİZLİ HÜCUM ƏMƏLİYYATI ortaya çıxdı – azı beş zavodda yanğın, partlayışlar…

24.08.2026 / 22:25
Kremldən Paşinyana cavab - ehtiyacı yoxdursa, KTMT-dən çıxa bilər…

24.08.2026 / 22:08
Adi “TIR" sürücüsü də Rusiyada casus kimi tutulur - çünki azərbaycanlıdır...

24.08.2026 / 21:53
ABŞ-ın borcu yenə dodaq uçuqladır, üstəlik hər saniyə 58 min dollar artır...

24.08.2026 / 21:40
Paşinyan işğaldakı 3 kəndimizin adını çəkdi - Bəs 4 idilər?

24.08.2026 / 21:27
"Azad Laçının müasir siması Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir" - Vüqar Rəhimzadə

24.08.2026 / 21:17
Qlobal maliyyə "qızıl cənnətə" qayıdır

24.08.2026 / 20:58
Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

24.08.2026 / 20:46
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO

24.08.2026 / 20:24
Mərkəzi Asiya və Azərbaycan böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

24.08.2026 / 20:02
Ermənistan Rusiyanı əsas tərəfdaşları sırasında birinci yerdən səkkizinci yerə atdı, böhran dərinləşdi

24.08.2026 / 19:56
Yeni Xəzər karkası: region ölkələri istehsal və logistikanı birləşdirir

24.08.2026 / 19:52
Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrində yeni dinamik yüksəliş mərhələsi başladı

24.08.2026 / 19:48
Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - FOTO

24.08.2026 / 19:36
İlham Əliyevin Naxçıvandakı məlum bəyanatından Zaxarova bu nəticəni çıxardı...

24.08.2026 / 18:57
Çinin Qırğızıstanla məşhur dəmiryolu Zəngəzur dəhlizi ilə birləşəcək...

24.08.2026 / 18:25
Azərbaycanla Özbəkistan beynəlxalq təşkilatlara “əbədi dostlar” kimi çıxacaq...

24.08.2026 / 18:03
Azərbaycan-Özbəkistan ticarətinin hədəf rəqəmi müəyyənləşdi - bu il 33 faiz artım var

24.08.2026 / 17:48
Mirziyoyev 8 avqust Əliyev-Paşinyan sazişinə fərqli siyasi məzmun verdi...

24.08.2026 / 17:32
Paşinyan KTMT ilə bağlı qəti mövqeyini açıqladı və son qərarı Putinin verməsini istədi - məmnun olardıq…

24.08.2026 / 17:05
Rusiyadan Ermənistana mesaj - fitosanitar nəzarət tələblərinə əməl olunmalıdır…

24.08.2026 / 16:57
DİN əməliyyat keçirdi - 116 kiloqram narkotik və 9 500 həb ələ keçirildi - VİDEO

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ